Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə33/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   29   30   31   32   33   34   35   36   ...   114

 
87
Qız dinməyib ona baxdı. Ravik də susdu. Soruşmağa da bir şey yox idi. 
– Eva, qəhvə ilə kökə gətirin. 
Baş üstə, müsyö Ravik. 
Ravik çarpayıya baxdı. Joan gəlmiş olsaydı da, belə səliqəsiz, əzik-üzük yorğan-
döşəkdə tək yatmazdı. Çox qəribədir: insan bədəninin dəydiyi hər şey –çarpayı, 
paltar, hətta vanna otağı da onun hənirini görməyəndə, tamam ölürmüş! İnsan 
nəfəsini, insan hərarətini itirəndə, onlar nə pis olurmuş! 
Siqaret yandırdı. Bəlkə, Joan elə bilib ki, onu xəstə yanına çağırıblar? Yox, onda, 
gərək, kağız yazıb qoymuş olaydı. Birdən ona elə gəldi ki, ağlını itirib. Sərbəst 
olmaq istəyə-istəyə özünü hörmətdən salıb. Özünü nəyəsə inandırmağa çalışan on 
səkkiz yaşlı oğlan uşağı kimi axmaq vəziyyətə düşüb. Asılılıq bu vəziyyətdə daha 
çox idi. Bəlkə də, oturub gözləsəydi, bu qədər olmazdı... Qız yeməyi gətirdi. 
– Yerinizi yığım? – deyə soruşdu. 
– Niyə? Bəlkə, yatası oldum. 
– Lap yatası olsanız da... Adam səliqəli yorğan-döşəkdə daha rahat yatar.–Qız adi 
nəzərlərlə ona baxdı. 
– Bura gələn olub? 
– Bilmirəm, mən yeddidə gəlmişəm. 
– Eva, hər səhər tanımadığın adamların yerini yığışdırmaq necədir? 
– Pis deyil, müsyö Ravik. Cənablar özgə heç nə tələb eləməyəndə, yaxşı olur. 
Ancaq eləsi də var ki, çox şey istəyir. Halbuki, Parisdə nə çoxdur ucuz 
fahişəxanalar... 
– Fahişəxanaya səhər-səhər getməzlər, Eva. Bəzi kişilər də elə şeyi səhər-səhər 
daha çox istəyir. 
– Bəli, xüsusilə qoçalar...– Qız çiyinlərini çəkdi. – Razı olmayanda, çaypulunu 
itirirsən, vəssalam. Elələri də var ki, o dəqiqə bir bəhanə tapıb səndən şikayətə 
başlayır: otaq təmiz deyil... kobud rəftar eləmişəm... Daha nə bilim nələr... nələr... 
hamısını da yandıqlarından eləyirlər. Heç nə də deyə bilmirsən. Neyləyəsən, dünya 
belə qurulub... 
Ravik cibindən pul çıxardı. 
– Eva, gəl bu gün dünyanı bir az düzəldək. Götürün, özünüzə şlyapa, ya da yun 
kofta alın. 
Qızın gözlərinə işıq gəldi: 
– Çox sağ olun, müsyö Ravik. Görək, bu gün yaxşı başladı... Sonra gəlib yerinizi 
yığışdırım? 
– Bəli. 
Qız onun üzünə baxdı: 
– Çox maraqlı qadındır, – dedi, – son günlər gələn qadını deyirəm. 
– Bax, bircə artıq söz də desəniz, pulu geri alacağam –Ravik ərklə onu qapıya tərəf 
itələdi. – Qoca arvadbazlar yolunuzu gözləyir. Onları naümid qoymayın. 
Oturub yeməyə başladı. Yeməyin dadı-tamı yoxdu. Durub ayaq üstə yedi. İndi bir 
az yaxşı idi. 
Günəşin qızılı saçaqları evlərin damına səpələnirdi. Bütün mehmanxana oyanırdı. 
Bir mərtəbə aşağıda yaşayan qoca Qoldberq yenə səhər konsertinə başladı. Elə 
asqırıb-öskürürdü ki, deyərdin, iki əvəzinə, yeddi ciyəri var. Mühacir Vizenhof 


 
88
pəncərəni açıb, fitlə təntənəli bir marş sədalarını çaldı. Yuxarı mərtəbədə su 
şırıldadı. 
Qapılar taqqıldadı. Təkcə ispanlar tərəfdə sakitlik idi. Ravik gərnəşdi. Gecə ötüb 
keçmişdi. Qaranlıqla gələn çılğın ehtiras da onunla bərabər sönmüşdü. Qət etdi ki, 
bir neçə gün heç kəsə yaxın getməsin. 
Küçədə qəzet satan uşaqlar təzə xəbərləri yayırdılar: Çexoslovakiya sərhədində 
hadisə... Alman qoşunları Sudet sərhədində... Münhen sazişi təhlükə altındadır... 
 
                                                                            XI 
 
 
Oğlan qışqırmırdı. Gözlərini döyə-döyə həkimlərin üzünə baxırdı. Özünü elə 
itirmişdi ki, ağrı da yadından çıxmışdı. Ravik onun xıncım-xıncım olmuş qıçına 
baxıb, anasından soruşdu: 
– Neçə yaşı var? 
– Nə? – qadın başa düşmədi. 
– Neçə yaşı var? 
Başı yaylıqlı qadının dodaqları güclə tərpəndi: 
– Ayağı...– deyə bildi. – Ayağı... Yük maşını idi... – Ravik oğlanın ürəyinə qulaq 
asdı. 
– Əvvəllər heç xəstələnib? 
– Ayağı... Ayağıdır... 
Ravik dikəldi. Uşağın ürəyi quş ürəyi kimi çırpınırdı. Əslində, qorxulu şey yox idi. 
Ancaq, gərək, bu arıq-quru raxit uşağa bihuşdarı verəndə, çox ehtiyatlı ola. Tez 
başlamaq lazım idi. Əzilmiş qıçı küçənin toz-torpağına bulaşmışdı. 
– Ayağım kəsiləcək? – oğlan soruşdu. 
– Yox! – Ancaq Ravik buna inanmırdı. 
– Ayağımı qatlaya bilməyəcəmsə, kəsməyiniz yaxşıdır.  
Ravik diqqətlə uşağın ağıllı sifətinə baxdı. Orada hələ ağrı əlaməti görünmürdü. 
– Baxarıq, – dedi. – Ancaq əvvəlcə səni yatırtmaq lazımdır. Qorxma, çətin deyil
vecinə də alma... 
– Bircə dəqiqə, müsyö! Nömrəsi FO 2019 idi. Xahiş edirəm, yazın, anama lazım 
olacaq. 
– Nə? Nə dedin, Janno? – Qadın diksindi. 
– Nömrəsini gördüm... Maşının nömrəsini... FO 2019... Lap yaxından gördüm. 
Qırmızı işıqda keçdi. Günah onda oldu.. – Oğlanın nəfəsi daralmağa başladı. – 
Sığorta idarəsi pul verəcək... Nömrəsi... 
– Yazdım, yazdım, – Ravik onu sakitləşdirdi. – Arxayın ol, hamısını yazmışam. 
Ejeniyə işarə elədi ki, bihuşdarı verməyə başlasın. 
– Anam polisə getsin... Sığorta idarəsi ödəyəcək... 
Birdən onui üzündə tər puçurlandı, elə bil, ora yağış yağırdı. 
– Kəssəniz, pulu çox verər... belə qalsa... 
Onun gözləri həlqələndi, ağı gedib, qarası qaldı. Sanki, bulanıq gölməçə idi. 
Zarıya-zarıya yenə nəsə demək istədi: 


 
89
– Anam... bacarmaz... siz... kömək...– daha danışa bilmədi, boğuq səslə qışqırmağa 
başladı, çabaladı, elə bil, üstünə dəyirman daşı qoyulmuşdu... 
 
– Dünyada nə yenilik var, Ravik? – Ket Heqstrem soruşdu. 
–Nəyinizə lazımdır, Ket? Siz həmişə yaxşı şeylər barədə düşünün. 
Hərdən mənə elə gəlir ki, çoxdan buradayam. Hər şey də keçmişdə qalıb, sulara 
qərq olub. 
– Qoyun bir anlığa hər şey sulara qərq olsun... 
–Xeyr! Yaman qorxuram, elə bilirəm, dünyanı su basıb, mən də Nuhun gəmisində 
oturmuşam. Dünyada nə var, nə yox, Ravik? 
– Təzə heç nə yoxdur, Ket. Dünya böyük bir həvəslə özünü məhv etməyə 
hazırlaşır, ancaq boynuna almaq da istəmir. 
– Müharibə olacaq? 
– Müharibənin olacağını hamı bilir. Təkcə vaxtı məlum deyil. Hamı nəsə bir 
möcüzə gözləyir. – Ravik gülümsədi. – Mən ömrümdə İngiltərə və Fransadakı kimi 
möcüzəyə çox ümid bəsləyən, Almaniyada isə, əksinə, buna inanmayan dövlət 
xadimləri görməmişəm. 
Qız xeyli susdu. 
– Doğrudan, müharibə ola bilər?! – deyə, nəhayət, dilləndi. 
– Bəli, adam heç inanmaq istəmir ki, bir gün başlayacaq. Ona görə başlayır ki, 
adam inanmır, inanmadığı üçün də hazır olmur. Yenə ağrıyırsınız, Ket? 
– İndi elə dəhşətli ağrılar yoxdur, dözmək olur. – O, başının altındakı yastığı 
düzəltdi. – Mən bunlardan gen qaçmaq istəyirəm, Ravik. 
– Bəli... – Ravikin səsindən inamsızlıq duyulurdu. – Kim istəmir bunu? 
– Buradan çıxan kimi İtaliyaya gedəcəm. Fezolaya… Orada bağın içində köhnə, 
sakit bir evim var. Bir az qalmaq istəyirəm. Oralar hələ sərin olar. Solğun bənizli 
payız günəşi, günortalar cənub tərəfdəki divardan boylanışan kərtənkələlər, 
axşamlar da Florensiya zənglərinin səsi... Gecələr isə sərv ağaclarının arxasından 
boylanan ay, ulduzlar... Çoxlu kitab da var.... Bir dənə də iri, daşdan hörülmüş 
soba... Qabağında taxta skamya... Üstündə oturub özünü peçə verirsən. Qabağına 
çəkilmiş dəmir tora yastı lövhələr bərkidilib, üstünə badə qoyursan. Qırmızı şərabı 
belə isidib içirlər. Heçcə kəs də yox... Təkcə qocadır, bir də qarısı... Yır-yığış 
edirlər... – Ket Ravikə baxdı. 
– Gözəldir! – Ravik dilləndi. – Sakitlik, ocaq, kitablar, dinclik... Əvvəllər belə şeyə 
meşşanlıq kimi baxırdılar. İndi isə itirilmiş cənnət haqqında əfsanəyə dönüb. 
Ket başını tərpətdi: 
– Orada bir xeyli qalmaq istəyirəm. Bir-iki həftə... Bəlkə də, bir-iki ay çəkdi, hələ 
bilmirəm. Dincəlmək istəyirəm. Sonra gəlib buradan Amerikaya gedəcəyəm. 
Ravik dəhlizdən axşam yeməyi gətirən əl arabalarının səsini eşitdi.. Qab-qacaq 
cingildədi. 
– Yaxşı, Ket... 
– Mənim uşağım olacaq, Ravik? – Ket tərəddüdlə soruşdu. 
– Hələlik yox... Gərək tamam sağalasınız. 
– İndi yox... Sonraları deyirəm. Bu təşrihdən sonra... heç nəyi... 
– Xeyr, – Ravik tez dilləndi. – Heç nəyi kəsib götürməmişik. Heçcə nəyi... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə