Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə35/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

 
93
«Bu sözü lap oyuncağa döndərib,–ürəyindən keçirdi–heç dərinə getmir, elə deyir 
ki, sanki, əlində boş bir nimçə tutub, içindəkinin töküləcəyindən qorxmur. 
Nimçəni, ağlına gələn şeylərlə doldurur, adını da məhəbbət qoyur. Nə qalıb onun 
içinə doldurmasın? Tənhalıq qorxusu, başqa bir «mən»in həyəcanları, aşıb-daşan 
mənlik hissi, xəyal fantaziyasının tutqun güzgüsü... Ancaq bunları dəqiq bilən 
varmı? İndicə dediyim «kiminləsə ömrü başa vurmaq» sözləri dünyanın ən səfeh 
sözləri deyilmi? Çox dərinə getməməkdə, bəlkə, Joan düz eləyir? Mən niyə qışın 
bu uzun geçəsində, ikinci müharibənin qapını kəsdirdiyini bilə-bilə burada oturub 
boşboğaz məktəb müəllimləri kimi söz güləşdirirəm? Niyə gözümü yumub özümü 
bu həyat girdabına atmaq əvəzinə, müqavimət göstərirəm?!» 
– Sən niyə belə müqavimət göstərirsən? – deyə Joan birdən soruşdu. 
– Nə? 
– Niyə belə müqavimət göstərirsən? – Joan təkrar elədi.  
– Müqavimət göstərmirəm... Nəyə müqavimət göstərməliyəm ki? 
– Bilmirəm. Elə bil, ürəyində nəyisə gizlətmisən, heç kimi, heç nəyi ora 
buraxmırsan. 
– Yaxın gəl... İçməyə bir şey ver... 
– Mən xoşbəxtəm... İstəyirəm sən də xoşbəxt olasan. Çox xoşbəxtəm. Yatanda da 
qəlbimdə sənsən, duranda da. Özgə heç nə bilmirəm. İkimiz haqda düşünəndə 
beynim sarı simə dönür. Hər yan musiqiyə qərq olur. Hərdən kiminsə səsi də 
eşidilir. Hər şey gözüm önündən kino lenti kimi keçib gedir, ancaq musiqi yenə 
qalır. həmişə qalır... 
«Bir az bundan qabaq bədbəxt idin, – Ravik ürəyindən keçirdi. – Məni də 
tanımırdın. Yaman tez xoşbəxt oldun!» Kalvadosu içdi. 
– Əvvəllər də tez-tez xoşbəxt olurdun? 
– Həmişə yox... 
– Demək, hərdən olub. Axırıncı dəfə beynin sarı simə nə vaxt dönüb? 
– Niyə soruşursan? 
– Elə-belə... Nəsə soruşmaq xatirinə... 
– Yadımdan çıxıb. Heç xatırlamaq da istəmirəm. Onda başqa cür idi. 
– Dünyada heç nə bir-birinə oxşamır. 
Joan təbəssümlə ona baxdı. Sifəti yenə işıqlanmışdı, saf idi, heç nəyi gizlətmirdi, 
elə bil, ləçək açmış gül idi. 
– İki il bundan qabaq, – dedi, – Milanda... Ancaq çox çəkmədi. 
– Tək idin onda? 
– Yox, biri vardı. Özü də çox bədbəxt adam idi... Həm də qısqanc. Məni başa 
düşmürdü. 
– Əlbəttə, başa düşməzdi. 
– Sən olsaydın, başa düşərdin. Elə oyunlar çıxarırdı ki! – Joan dikəlib divanın 
üstündəki yastığı götürdü, divanla kürəyinin arasına qoydu, geri söykəndi. – 
Ağzına gələni deyirdi. Deyirdi ki, fahişəyəm, xəyanətkaram, naşükürəm. Ancaq 
heç biri düz deyildi. Sevdiyim vaxtlarda ona xəyanət etməmişdim. Başa düşmürdü 
ki, daha sevmirəm. 
– Adam onu heç vaxt başa düşmür. 


 
94
– Sən başa düşərdin. Ancaq səni həmişə sevəcəyəm. Sən tamam başqa adamsan. 
Səninlə münasibətimiz də başqadır. Məni öldürmək istəyirdi...– Joan güldü. – 
Belələri həmişə öldürmək istəyir. Bir neçə aydan sonra başqası da öldürmək istədi. 
Ancaq heç birinin əli gəlmədi. Sən isə heç vaxt məni öldürmək istəməzdin. 
– Öldürsəm də kalvadosla öldürərəm. Şüşəni bəri ver. Allaha şükür ki, indi adam 
kimi danışırıq. Bayaq yaman qorxmuşdum. 
– Səni sevdiyim üçün? 
– Gəl yenə başlamayaq. Onda, elə bil, əynində krinolin, başında da parik, gəzməyə 
çıxırsan. İndi bir yerdəyik, bəsimizdir! Az çəkəcək, çox çəkəcək, bunu da bilən 
yoxdur. Bir yerdəyik, vəssalam! Gurultu nəyə lazımdır? 
– «Az çəkəcək, çox çəkəcək» xoşuma gəlmir. Yaxşı ki, bunlar eləcə sözdür. Sən 
məni atmazsan! Elə bunlar da sözdür. Özün bilirsən... 
– Elədir... Heç elə olub ki, sevdiyin adam səni atsın? 
– Olub... – Joan onun üzünə baxdı: – İki sevənin biri axırda mütləq atır... Ya sən 
qabağa düşürsən, ya da o... 
– Bəs neylədin? 
– Hər şey! – Qədəhi onun əlindən alıb, dibində qalanı başına çəkdi.–Əlimdən 
gələni elədim, ancaq bir şey çıxmadı. Yaman bədbəxt idim onda. 
– Çox çəkdi? 
– Bir həftə. 
– Bu ki çox deyil. 
– Adam, doğrudan da, bədbəxt olanda, bir həftə əbədiyyət qədər çəkir. Mən 
eləsindən idim. O qədər bədbəxt idim ki, bir həftədən sonra hər şey keçib getdi. 
Onda saçlarım da bədbəxt idi, bütün bədənim də, çarpayım da, hətta paltarım da... 
O qədər bədbəxt idim ki, hər şey gözümdə ölmüşdü. Adamın da gözündə hər şey 
öləndə bədbəxtlik daha bədbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə 
heç nə qalmır. Onda hər şey öz mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş 
özünə gəlirsən... 
Joan onun əlini öpdü. Ravik yumşaq, titrək dodaqlarını hiss etdi. 
– Nə fikirləşirsən? – Joan soruşdu. 
– Heç nə... Elə şey deyil... Fikirləşirəm ki, səndə vəhşi bir məşumluq var, həm 
iblissən, həm də məlakə. Dünyada bundan təhlükəli heç nə yoxdur. Qədəhi bəri 
ver, mahir insan sərrafı olan dostum Morozovun sağlığına içmək istəyirəm. 
– Morozovdan xoşum gəlmir. Başqa sağlığa içmək olmaz? 
– Əlbəttə, xoşuna gəlməz. Çünki onun gözləri sərraf gözüdür. Onda sənin sağlığına 
içək. 
– Mənim sağlığıma? 
– Hə, sənin sağlığına. 
– Mən elə təhlükəli adam deyiləm. Əksinə, məni həmişə təhlükə gözləyir, özüm isə 
təhlükəli deyiləm. 
– Sənə elə gəlir... Sənə heç vaxt heç nə olmayacaq. Nuş! 
– Nuş olsun! Ancaq məni başa düşmürsən. 
– İndi başa düşmək istəyən adam tapılar? Dünyadakı bütün anlaşılmazlıqların 
səbəbi də elə budur. Şüşəni bəri ver. 
– Çox içirsən. Niyə bu qədər içirsən axı? 


 
95
– Joan, bir gün gələcək, deyəcəksən: lap çox oldu! Deyəcəksən, yaman çox içirsən 
və elə biləcəksən ki, mənim yaxşılığımı istəyirsən. Əslində isə, məni əlin çatıb 
ünün yetmədiyi bir aləmə qaçmaqdan qoruyacaqsan. Nuş olsun! Bu gün 
bayramdır! Səhərdən pəncərəmizin qabağını qara bulud kimi almış coşğunluğu 
içəri buraxmadıq, onu elə coşğunluğun özü ilə dağıtdıq. Nuş olsun! 
Hiss etdi ki, Joan diksikdi. O, əllərini döşəməyə söykəyərək bir az dikəldi, diqqətlə 
Ravikə baxdı. Gözləri geniş açılmış, xalatı sürüşüb çiyinlərinə düşmüş, saçları geri 
daranmışdı və qaranlıqda gözləri işıldayan dişi canavar balasına oxşayırdı. 
– Bilirəm, ürəyində mənə gülürsən... – Joan çox sakit danışırdı. – Bunu bilirəm, 
ancaq vecimə almıram. Hiss edirəm ki, yaşayıram. Bunu bütün varlığımla 
duyuram. İndi başqa cür nəfəs alıram, yuxum da ölüm yuxusu deyil. Barmaqlarım 
da, əllərim də əvvəlki kimi bumbuz olmur... İndi mənim üçün fərqi yoxdur, nə 
fikirləşirsən fikirləş, nə deyirsən de! İstəyəndə uçacağam, istəyəndə qaçacağam, 
fikirləşmədən özümü həyat kirdabına atacağam. Mən xoşbəxtəm və bunu deyəndə, 
nə qorxuram, nə də çəkinirəm. İstəyirsən gül, istəyirsən də lağ elə... Ravik bir xeyli 
dinmədi, sonra: 
– Sənə lağ eləmirəm, – dedi, – özümə gülürəm, Joan! 
Joan ona sığındı. 
– Niyə? Axı gözlərin bunu demir. Niyə eləyirsən? 
– Onlar heç nədir. Sadəcə olaraq, mən sənin kimi çevik deyiləm. 
Joan başını buladı: 
– Yox, təkcə bu deyil. Elə bil, səndə nəsə var, həmişə tənhalıq istəyir. Hiss 
eləyirəm... Aramıza həmişə sədd çəkir. 
– Bu, sədd deyil, Joan, aramızdakı on beş ilin yaş fərqidir. Hamının həyatı öz evi 
deyil ki, xətri istəyən mebellə bəzəsin. Çoxunun ömrü mehmanxanada keçir. İllər 
də onun arxasınca həmin mehmanxanaların qapıları kimi bağlanır. Qalan təkcə 
cüzi qeyrət hissidir. Təəssüf hissi isə heç vaxt qalmır. 
Joan susurdu. Ravik onun qulaq asıb-asmadığını kəsdirə bilmədi. Pəncərədən 
küçəyə baxdı və hiss elədi ki, kalvados yavaş-yavaş beyninə işləyir. Ürəyinin 
döyüntüləri kəsildi, çaxnaşmış dünyanın top gurultusunu udan zamanın sakit, 
aramsız döyüntülərinə qarışdı. Çöhrəsi allanmış sirli-soraqlı ay, elə bil, evlərin 
damına qonmuşdu və buludlar qoynunda uyuyan məscidin qübbəsinə oxşayırdı. 
Sanki, yer üzü qara bələndikcə, məscid asta-asta göylərə qalxırdı... 
– Bilirəm, – onun dizinə söykənmiş Joan əlini çənəsinə dayaq vermişdi, –öz 
keçmişimi sənə danışmaq axmaqlıqdır. İstəsəm, heç nə deməzdim, yalan 
danışardım... Ancaq istəmirəm... Başıma gələnləri sənə niyə danışmayım? Nədən 
çəkinməliyəm? İndi mən özüm də onları unutmaq istəyirəm, çünki gülməli gəlir
dumanlıdır. Öz işindir, istəyirsən, onlara gül, istəyirsən, mənə... 
Ravik onun üzünə baxdı. Joanın dizləri bayaq güllərin altında gizlətdiyi qəzeti 
gülqarışıq döşəməyə sıxmışdı. «Qəribə gecədir...–ürəyindən keçirdi, – indi 
haradasa qırğındır, insanlar təqib edilir, tutulur, döyülür, öldürülür... haradasa bir 
parça həyat pozulur və adam da bunların hamısını görür, ancaq əlindən heç nə 
gəlmir. Gur işıqlı bistrolarda həyat qaynayır, heç kəsin də vecinə deyil, hamı gedib 
rahatca yatır. Mən də bir qadınla solğun payızgüllərinin arasında oturmuşam, 
yanımda da bir şüşə kalvados və səksəkəli, qüssəli bir məhəbbət kölgəsi bizi yavaş-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə