Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə98/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

 
263
– Az iş deyil! Bizə lazım olar. Bu haqda sizinlə söhbət etmək olar? 
– Əlbəttə! Parisdə nə qədər qalacaqsınız? 
Haake güldü: 
– Deyəsən, sizə həmişə gedən vaxt rast gəlirəm. Səhər tezdən, səkkizin yarısında 
yola düşürəm.–O, maşındakı saata baxdı.–İki saat yarım qalıb. Elə indi onu 
soruşmaq istəyirdim. Şimal vağzalına gedəsiyəm, çatarıq? 
– Əlbəttə! Əvvəlcə mehmanxanaya gedəcəksiniz? 
– Xeyr, çamadanım vağzaldadır. Otağı günorta təhvil verdim, bir günə qənaət 
elədim. Biz almanlar...–O, yenə güldü. 
Ravik birdən hiss elədi ki, özü də gülür. Əllərini bərk-bərk sükana sıxdı. «Ola 
bilməz!–ürəyindən keçirdi. – Ola bilməz! Heç nə olmayacaq, araya heç nə 
düşməyəcək! Bu qədər təsadüf olmaz...» 
Təmiz hava şərabın təsirini daha da artırdı. Haake güclə, yavaş-yavaş danışırdı. 
Küncə çəkilib yerini rahatladı və mürgüləməyə başladı. Alt çənəsi bir az da aşağı 
düşdü, gözləri yumuldu. Maşın Bulon meşəsinin sükuta dalmış qaranlığına baş 
vurdu. 
Fənərlərin işığı maşının qabağında səssiz-səmirsiz, xəyal kimi süzür və ağacları 
bir-bir qaranlığın caynağından qoparırdı. Akasiya ağaclarının ətri açıq pəncərədən 
içəri dolurdu. Təkərlər asfaltın üstündə elə xışıldayırdı ki, deyərdin, maşın heç vaxt 
dayanmayacaq. Motorun asta, ahəngdar uğultusu bu gecənin nəmli havasına 
qarışmışdı. Uzaqdakı balaca çay işıldayır, qaranlıq cökələrin fonunda söyüdlərin 
silueti işıq saçırdı. Şeh düşmüş çəmənliklər sədəf kimi parıldayırdı. Madrid şosesi, 
sonra Sən-jem şosesi, Neyiyə gedən yol... Qaranlıqda mürgü döyən bir ev. Su ətri... 
Sena çayı... 
Ravik Sena bulvarına çıxdı. Ay işığına bələnmiş sularda iki balıqçı qayığı qaralırdı. 
Haradasa lap uzaqlarda it hürürdü. Çaydan səs gəlirdi. Birinci qayığın tərəfində 
fənər yanırdı. Ravik maşını saxlamadı. Sürətin ahəngini pozmadı ki, maşın 
silkələnəndə Haake oyanar. Və Sena boyunca irəliləməyə başladı. Burada 
dayanmaq istəyirdi, ancaq mümkün deyildi. Qayıqlar sahilə çox yaxın idi. Fam 
şosesinə buruldu, çaydan uzaqlaşaraq, Lonşan xiyabanına tərəf sürdü. Oradan da 
«Kraliça Marqarite» xiyabanına keçib, yan tərəfdəki ensiz xiyabanlara sarı döndü. 
Haake tərəfə baxanda gördü ki, gözləri açıqdır və diqqətlə ona baxır. Gözləri göy 
rəngli şüşə şar kimi parıldayırdı. Raviki, sanki, elektrik cərəyanı vurdu... 
– Ayıldınız? 
Haake cavab vermədi. Gözlərini Ravikdən çəkmirdi. Qımıldanmırdı. Heç gözləri 
də tərpənmirdi.  
– Haradayıq?–deyə nəhayət soruşdu. 
– Bulon meşəsində, «Kaskada» restoranının lap yanında... 
– Çoxdan yoldayıq? 
– On dədiqədir. 
– Çox olar. 
– Olmaz. 
– Yatmazdan əvvəl saata baxdım. Yarım saatdan çoxdur ki, yol gəlirik. 
– Doğrudan? Elə bilirdim, az getmişik. İndicə çatırıq... 
Haake gözlərini hələ də Ravikdən çəkməmişdi. 


 
264
– Hara çatırıq? 
– «Görüş evi»nə.  
Haake qımıldandı: 
– Geri qayıdın,–dedi. 
– İndi? 
– Bəli. 
Sərxoşluq keçib getmiş, o, tamam ayılmışdı. Üzünün rəngi də dəyişmişdi. Bayaqkı 
şən ovqatdan, səmimiyyətdən nişanə qalmamışdı. Ravik indi birinci dəfə artıq 
gestaponun əzab-işgəncə dolu divarları arasında beyninə əbədi həkk olunmuş tanış 
sifəti gördü. Haake yanında oturan andan onu bürüyən həyəcan hissləri birdən-birə 
yoxa çıxdı. İndiyəcən ona elə gəlirdi ki, tanımadığı yad bir adamı öldürməyə 
hazırlaşır. Sanki, yanında oturan miskin bir şərab düşgünü idi və o da nahaq yerə 
kişinin üzündə, öz beynində əvvəlcədən dəqiqləşdirdiyi, indisə yadına salmaq 
istədiyi səbəbləri axtarırdı. Lakin qəflətən o vaxtlar dəhşətli ağrılardan huşunu 
itirib təzədən özünə gələndə gördüyü gözləri tanıdı. Yenə həmin soyuq baxışlar, 
yenə həmin soyuq, sakit, təkid dolu səs... 
Həmin anda beynində, sanki, çevriliş oldu. Elə bil, elektrik cərəyanı öz axın 
səmtini dəyişdi. Gərginlik qalmışdı, ancaq səhərdən bəri onu üzən qarmaqarışıq, 
ziddiyyətli, tez-tez istiqamətini dəyişən hisslər yığışıb bircə məqsədə yönələn axına 
çevrildi. İndi beynində həmin məqsəddən başqa heç nə yox idi... İllərin tutqun 
pərdəsi yanıb gülə döndü, bomboz divarlı bina, gur işıqlı çətirsiz lampalar, qan, tər 
qoxusu, əzab-işgəncə dolu anlar təzədən baş qaldırdı... 
– Neyçin?–Ravik soruşdu. 
– Qayıtmalıyam, mehmanxanada gözləyəcəklər. 
– İndi deyirdiniz, şeyləriniz vağzaldadır? 
– Vağzaldadır, ancaq başqa işim var. Yadımdan çıxmışdı... Geri qayıdın! 
– Oldu. 
Ravik bir həftə bundan əvvəl Bulon meşəsində gecə-gündüz məşq eləmişdi. İndi 
harada olduqlarını bilirdi. Bir-iki dəqiqə də lazım idi... 
Sol tərəfdəki ensiz xiyabana tərəf döndü. 
– Qayıdırıq? 
– Bəli. 
Hətta gündüzlər belə günəş işığını buraxmayan ağacların altındakı boğuq hava 
içəri doldu. Zülmət qaranlıq... Ravik güzgüdə gördü ki, Haake sol əlini yavaş-
yavaş, ehtiyatla qapının tutacağından geri çəkdi. «Nə yaxşı ki, «Talbo»un sükanı 
sağdadır»,–deyə Ravik ürəyindən keçirdi. Döngəni buruldu, sükanı təkcə sol əli ilə 
tutub, Haake tərəfə meyilləndi, sanki, döngədə müvazinətini saxlaya bilmədi
dümdüz xiyabana çıxan kimi qaz verdi. Maşın irəli atıldı və bir neçə saniyədən 
sonra o var gücü ilə əyləci basdı... «Talbo», elə bil, yerə mıxlandı, təkərlər 
xırçıldadı. Bir ayağı əyləcdə, bir ayağını da döşəməyə dayayan Ravik müvazinətini 
saxlaya bildi. Bu təkanı gözləməyən Haakenin ayaqları ilişəcək tapa bilmədi, başı 
qabağa əyildi. Əlini vaxtında cibindən çıxara bilmədi, alnı maşının şüşəsi ilə alətlər 
yığılan qutunun tininə dəydi. Həmin anda Ravik sağ cibindən çıxardığı ağır açarla 
onun boynunun kökündən vurdu... 


 
265
Haake bir daha dikəlmədi. Yana əyilərək, yavaş-yavaş oturacaqdan sürüşdü, çiyni 
qapıya ilişəndə dayandı. O biri çiyni də alətlər yığılan qutuya söykəndi... 
Ravik maşını o dəqiqə tərpətdi. Xiyabanı keçib, fənərlərin işığını azaltdı. Sürə-sürə 
ətrafı dinşədi, bilsin ki, əyləci basarkən xırçıltını eşidən oldumu... Götür-qoy 
etməyə başladı. Gələn olsa, Haakeni tez sürüyüb kolların arasında gizlətsinmi? Bir 
az gedəndən sonra dayandı, motoru da, işıqları da söndürdü, cəld maşından düşüb 
qapağı qaldırdı, Haake tərəfdəki qapını açıb hazır qoydu, ətrafı dinşədi. Elə yerdə 
dayanmışdı ki, gələn olsa, həm görərdi, həm də ayaq səsini eşidərdi. Haakeni 
sürüyüb kolun dalında gizlətməyə vaxt çatardı. Özünü elə göstərdi ki, guya, motor 
xarab olub. 
Sükutun özü də haraya dönmüşdü. Elə qəfildən, elə gözlənilmədən çökdü ki, beyni 
uğuldamağa başladı. Əti ağrıyanacan yumruqlarını sıxdı. Bilirdi ki, qulaqlarındakı 
küyültü öz qanının səsidir... Yavaş-yavaş, dərindən nəfəs aldı... 
Uğultu xışıltıya çevrildi. Bir az sonra həmin xışıltının arasından şıqqıltı eşidildi və 
getdikcə ucalmağa başladı. Ravik bütün varlığı ilə diqqət kəsildi. Səs ucalırdı, özü 
də metal cingiltisinə oxşayırdı. Və birdən gördü ki, cırcıramalardır. Xışıltı o dəqiqə 
kəsildi. İndi bir özü idi, bir də qarşısındakı balaca çəmənliklə səhərlə birgə oyanan 
cırcıramalar... 
Dan sökülürdü. Ravik motorun qapağını saldı. Vaxt idi, işıqlaşmamış 
qurtarmalıydı. Ətrafına boylandı. Bura əlverişli deyildi. Ümumiyyətlə Bulon 
meşəsində yaxşı yer olmazdı. Senaya da atmaq yaramazdı, çünki hava işıqlaşırdı. 
Onunla belə gec rastlaşacağını hesablamamışdı. Birdən diksindi. Xışıltı eşidildi. 
Elə bil, nəyisə cırmaqlayırdılar... Sonra inilti eşitdi. Haakenin bir əli açıq qapıdan 
çıxıb, ayaq yerini cırmaqlayırdı... Ravik gördü ki, açar hələ də əlindədir. Onun 
pencəyinin yaxasından tutub özünə tərəf çəkdi, başı çölə çıxan təki açarla iki dəfə 
peysərinə vurdu. İnilti kəsildi... 
Nəsə şıqqıldadı. Ravik yerindən tərpənməyib, qulaq verdi. Sonra gördü ki, 
Haakenin tapançasıdır, oturacaqdan ayaq yerinə düşüb. Əyləci basmamışdan qabaq 
əlində imiş... Ravik onu götürüb maşına atdı. Yenə ətrafı dinşədi. Cırcıramalar, 
balaca çəmənlik... Yavaş-yavaş ağaran səma, elə bil, geri çəkilirdi. Tezliklə günəş 
çıxacaq! Ravik qapını açıb Haakeni çıxardı, qabaq oturacağı irəli çəkdi, onu 
oturacaqların arasındakı ayaqaltına qoymaq istədi, ancaq alınmadı, yer çox dar idi. 
Arxaya qaçdı, yük yerini açıb, oradakıların hamısını bir tərəfə yığdı. Təzədən 
qayıdıb, Hakkeni çıxardı, arxa tərəfə gətirdi. Hələ ölməmişdi. Çox ağır idi. Tər 
üzündən sel kimi axırdı. Birtəhər onu yük yerinə yerləşdirdi. Dizlərini qatlamışdı 
və Haake indi ana bətnində büzüşmüş körpəyə oxşayırdı... 
Sonra yerə qoyduğu alətləri: beli və qaldırıcını gətirib maşının içinə qoydu. Lap 
yaxınlıqdakı ağacın başında bir quş cəh-cəh vurdu. Ravik diksindi. Ona elə gəldi 
ki, ömründə belə uca səs eşitməyib... Çəmənliyə baxdı. Hava getdikcə işıqlaşırdı... 
Risq etməyə dəyməzdi. Geri qayıdıb, yük yerinin qapağını yarıyacan qaldırdı. Sol 
ayağını arxa buferin üstünə qoyub, dizi ilə qapağı saxladı. Çox qaldırmadı, əlləri 
girsə bəs idi. Görən olsa, deyərdi ki, cidd-cəhdlə iş görür. İstədiyi anda qapağı 
salardı. Yolu uzun idi və Haakeni indidən öldürmək lazımdı... 
Onun başı sol küncə yaxın idi və görünürdü. Boğazı nazilmişdi. Dodaqlarına qan 
hələ də işləyirdi. İkiəlli xirtdəyindən yapışıb, sıxmağa başladı. Haakenin ölməsi, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə