Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə96/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   92   93   94   95   96   97   98   99   ...   114

 
257
qaraja salma. Qoy həmişə maşın çox olan ucqar bir küçədə qalsın, havası dəyişsin. 
İndi «Lankaster» mehmanxanası ilə üzbəüz Berri küçəsindədir. 
– Yaxşı, – deyə Ravik açarı alıb telefonun yanına qoydu. 
– Bu da onun sənədləri. Ancaq sənə sürücü vəsiqəsi tapa bilmədim. Çox adama 
ağız açmaq istəmədim... 
– Lazım deyil. Antibdə olanda onsuz sürürdüm, – deyə Ravik sənədləri də açarın 
yanına qoydu. 
– Maşının yerini də bu axşam dəyiş, – deyə Morozov əlavə etdi. 
«Melodramdır! – Ravik ürəyindən keçirdi. – Özü də çox pis melodramdır!» 
– Dəyişərəm, çox sağ ol, Boris. 
– Mən də səninlə gedərdim... 
– Lazım deyil, belə işi tək görərlər. 
– Elədir. Boş yerə risqə getmə, imkanı da əldən buraxma. İşini bitir, vəssalam. 
Ravik gülümsədi: 
– Bunları mənə yüz dəfə demisən, Boris! 
– Deməyin ziyanı yoxdur. Vay o günə ki, həlledici anda başına səfeh bir fikir 
gəlsin. 1915-ci ildə Moskvada Volkovskinin başına elə bir iş gəlmişdi. Birdən-birə 
şərəf hissi baş qaldırmışdı. Hərdən ovçular da belə insaflı olur. Guya, adamı 
soyuqqanlıqla öldürmək olmaz və buna oxşar şeylər... Axırda əclafın biri onu güllə 
ilə vurdu. Siqaretin çatar? 
– Hələ artıq da qalar. Burada istədiyin şeyi telefonla sifariş vermək olur. 
– «Şəhrizad»da olmasam, mehmanxanaya gəl, məni oyat. 
– Onsuz da gələcəyəm. Oldu, ya olmadı... 
– Yaxşı, salamat qal, Ravik. 
– Xoş getdin. 
Ravik qapını onun arxasınca bağladı. Otağa qəflətən dərin bir sükut çökdü. Gəlib 
divanın bir güncündə oturdu, divarlara baxdı. Mavi zolaqlı divar kağızı 
çəkilmişdi... Bu ikicə gündə onlara illər uzunu yaşadığı mehmanxananın 
divarlarından yaxşı bələd olmuşdu. Güzgünü də, boz rəngli velür xalı çəkilmiş 
döşəməni də, pəncərədəki qara ləkəni də, çarpayının da, stolun da cizgilərini
kreslonun üstündəki örtükləri də yaxşı tanıyırdı, hamısına bitdə-bitdə, iyrənə-
iyrənə bələd olmuşdu. Bircə telefon qalmışdı... 
 
                                                                        XXIX 
 
 
«Talbo» Bassona küçəsində «Reno» ilə «Mersedes-Bens»in arasında dayanmışdı. 
«Mersedes» lap təzə idi və ona italyan nömrəsi taxılmışdı. Ravik «Talbo»nu 
fırladıb aradan çıxardı. Ancaq səbri o qədər tükənmişdi ki, diqqətini toplaya 
bilmədi, «Talbo»nun arxa buferi «Mersedes»in sol böyrünə toxunub cızdı. Ravik 
buna fikir verməyib maşını sürətlə Osman bulvarına sürdü. 
Çox bərk gedirdi. Yaxşı ki, əlinin altında maşın var idi, ürəyindən daş kimi asılmış 
qara fikirləri dağıdırdı. 


 
258
Səhər saat dörd idi. Çox gözləməli olmuşdu. Ancaq birdən-birə hər şey mənasını 
itirmişdi. Çox güman ki, Haake o təsadüfi görüşü çoxdan unutmuşdu. Bəlkə də
ondan sonra heç Parisə gəlməmişdi. Onların işi indi çox olardı... 
Morozov «Şəhrizad»ın qabağında dayanmışdı. Ravik maşını bir tin uzaqda 
saxlayıb, piyada geri qayıtdı. Morozov onu uzaqdan gördü. 
– Xəbər göndərmişdim, aldın? 
– Yox, Boris, nə olub ki? 
– Beşcə dəqiqə bundan əvvəl zəng eləmişdim. İçəridə bir dəstə adam oturub, biri 
sən deyənə oxşayır. 
– Harada oturublar? 
– Orkestrin yanında. Təkcə həmin stolda dörd nəfər oturub. Qapıdan da görərsən. 
– Oldu. 
– Qapının yanındakı balaca stol arxasında otur, sənə saxlatmışam. 
– Yaxşı yaxşı, Boris... 
Ravik qapının ağzında dayandı. Zal qaranlıq idi. Rəqs meydançası projektorların 
işığına qərq olmuşdu. Gümüşu paltar geymiş müğənni meydançanın ortasında 
dayanmışdı. İşıq o qədər gur idi ki, rəqs meydançasından başqa heç nəyi seçmək 
olmurdu. Ravik diqqətlə orkestrin yanındakı stola baxdı, ancaq heç nə seçə 
bilmədi. Projektorun titrəyən dümağ işığı onun qabağını kəsmişdi... 
Qapının yanındakı stol arxasında oturdu. Xidmətçi bir qrafin araq gətirdi. Orkestr, 
sanki, inildəyirdi. Həzin musiqi dalğaları elə asta-asta yayılırdı ki, elə bil, ilbiz 
sürünürdü: «J attendrai… j attendrai» (23). 
Müğənni qız baş əydi, alqış sədaları qopdu. Ravik başını bir az da irəli uzatdı. 
İşıqvuranların sönməsini gözləyirdi. Müğənni qız orkestrə tərəf döndü. Qaraçı 
başını tərpədib, skripkanı çənəsinə söykədi. Simbalın boğuq ruladası eşidildi. Təzə 
mahnı başladı: 
La chapelle au elai de la lune (24) 
Ravik gözlərini yumdu. Daha dözə bilmirdi, səbri tükənmişdi. Mahnı qurtarmamış 
dikəldi. İşıqvuranlar söndü, stolların altındakı lampalar yandı. Projektorun işığına 
çox baxdığı üçün əvvəlcə qaranlıq kölgələrdən başqa heç nə seçə bilmədi. 
Gözlərini yumub, təzədən açdı. Stolu o dəqiqə tapdı.  
Yavaş-yavaş geri söykəndi. Kişilərdən heç biri Haake deyildi. Xeyli beləcə oturdu. 
Qəflətən dəhşətli bir yorğunluq hiss elədi. Hətta gözləri də yorulmuşdu. Zaldakı 
şeylər gah birdən, gah da dalğa-dalğa üstünə gəlirdi. Musiqi, tez-tez enib-qalxan 
səslər, zaldakı boğuq uğultu mehmanxanadakı sükutdan və yeni bir məyusluqdan 
sonra onun beynini dumanlandırdı. Sanki, cürbəcür, rəngarəng yuxular görürdü, 
ağır düşüncələrə dalmış, gözləməkdən yorulmuş beyin hüceyrələri şirin bir 
hipnozla uyuyurdu… 
Haradasa lap uzaqlarda, tutqun bir işıq ləkəsində rəqs edənlərin arasında Joanı 
gördü. Başı az qalırdı oynadığı kişinin çiyninə dəysin. Bu, Ravikə heç təsir 
eləmədi. «Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz, – deyə 
yorğun-yorğun ürəyindən keçirdi. – Çətini adamın xəyal dünyası ilə onu bağlayan 
sehirli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də, həmin sapın ucları getdikcə 
sönən ulduz kimi közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri 
yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub…» 


 
259
Başını divanın söykənəcəyinə qoydu. «Dərin-dərin uçurumların üstündən salınmış 
qıl körpü… Dumanlı şəhvət hisslərini cilalayan şirin sözlər… Dəniz üzərində bitən 
çayır çiçəkləri… Dərmək istəyirsən, əlin boşa çıxır, sulara qərq olursan…» 
Dikəldi. Yuxu aparmamış buradan çıxmaq lazım idi. İşarə ilə xidmətini çağırdı: 
– Nə verəsiyəm? 
– Heç nə. 
– Necə yəni? 
– Heç nə içməmisiniz. 
– Ah, düz deyirsiniz… – Ona çaypulu verib çıxdı. 
– O deyil? – Morozov bayırda soruşdu. 
– Yox. 
Morozov peşman-peşman onun üzünə baxdı. 
– Daha bəsdir! – Ravik sükutu pozdu. – Qoy cəhənnəm olsun, gülünc işdir, uşaq 
oyunudur… Beş gündür gözləyirəm. Özü deyirdi ki, Parisdə iki-üç gün qalır. O 
hesabla getmiş olar. Bəlkə də, heç gəlməyib… Yata bilmirəm. İndi «Prins de 
Qall»a gedirəm. Çamadanımı götürüb, otağı təhvil verəcəyəm. 
– Yaxşı, onda sabah günorta orada görüşərik. 
– Harada? 
– «Prins de Qall» mehmanxanasında. 
Ravik onun üzünə baxdı: 
– Hə, düz deyirsən... Mən yenə boş-boş danışıram... Bəlkə də, doğru sözümdür... 
Nə bilim... 
– Sabah axşama kimi gözlə. 
– Yaxşı, baxaram. Gecən xeyrə qalsın, Boris. 
– Xeyrə qarşı, Ravik. 
 
«Oziris»in yanından keçirdi. Maşını tində saxladı. «İnternasional»da qalacağını 
fikirləşəndə canına üşütmə düşürdü. Bəlkə, burada bir-iki saat gözünün acısını ala 
bildi. Bazar ertəsi idi və bu gün fahişəxanalarda sakitlik olurdu. Qapıçı çöldə yox 
idi. Çox güman ki, içəridə də adam qalmamışdı. 
Rolanda qapının ağzında dayanıb böyük zalı nəzərdən keçirirdi. Pianolanın səsi, 
demək olar ki, boş qalmış zalı başına götürmüşdü. 
– Deyəsən, bu gün sakitlikdir, Rolanda? 
– Elədir. Təkcə bu balqabaq qır-saqqız olub yapışıb. Lap heyvan kimi qızışıb, 
ancaq quyruq ələ vermir. Belələrini özün yaxşı tanıyırsan: ürəyindən keçir, ancaq 
qorxur. Bu da almandır. Ancaq pulunu verib, indi durar. 
Ravik laqeyd-laqeyd o tərəfə baxdı. Kişinin arxası ona sarı idi. Yanında iki qız 
oturmuşdu. Kişi qızlardan birinə tərəf əyilib döşlərindən tutanda, Ravik onun 
üzünü gördü: Haake idi! 
Rolanda nəsə dedi, ancaq Ravik heç nə başa düşmədi. Səs, sanki, quyudan gəlirdi. 
Təkcə onu hiss etdi ki, bir az geri çəkilib, qapıda elə dayanıb ki, yalnız stolun bircə 
tərəfini görə bilir. Özü isə görünməzdi. 
– Konyak istəyirsən? – Rolandanın səsi yenə, elə bil, quyudan gəlirdi. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə