Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə93/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

 
249
Ravik «İnternasional» mehmanxanasına qayıtdı. Tamam yüngülləşmiş, beyni 
durulmuşdu. Hər şey aydınlaşmış, keçmişdən heç nə qalmamışdı. İndi heç nə ona 
mane ola bilməzdi. Bu gün «Prins de Qall» mehmanxanasına köçmək istəyirdi. 
Hələ iki gün qalmışdı onun gəlməyinə. Haakeni iki gün gec gözləməkdənsə, iki 
gün tez gözləmək yaxşı idi… 
 
                                                                                XXVIII 
 
 
Ravik aşağı düşəndə «Prins de Qall» mehmanxanasının vestibülündə heç kəs yox 
idi. Növbətçi stolunun üstündə əl radiosu oxuyurdu. Künc-bucaqda süpürgəçilər 
təmizlik işi aparırdılar. Ravik nəzərə çarpmadan iri addımlarla zalı keçib getdi. 
Qapının yanındakı stata baxdı. Səhər saat beş idi. 
V Georq prospekti ilə üzüyuxarı qalxıb, «Fuke» restoranına tərəf getdi. Restoran 
çoxdan bağlanmışdı, heç kəs də yox idi. Bir anlığa duruxdu, sonra taksi saxlatdırıb, 
«Şəhrizad»a sürdürdü. 
Morozov qapının ağzında dayanıb sualedici nəzərlərlə ona baxırdı. 
– Bir şey yoxdur, – deyə Ravik onu qabaqladı. 
– Bilirdim. Axı bu gün heç gözləmirdin də. 
–Yox, bu gün zəng vurmalı idi. On dörd gün keçib... 
– Bir günün eybi yoxdur. Bütün vaxtı «Prins de Qall»-da olmusan? 
– Hə, dünən səhərdən indiyə kimi. 
– Sabah zəng vuracaq. Ola bilsin, bu gün işi var imiş, ya da oradan bir gün gec 
çıxıb. 
– Sabah tezdən təşrihim var. 
– Tezdən zəng eləməz. 
Ravik heç nə demədi, yenicə dayanan taksiyə baxdı. Restoranın ağ smokinq 
geymiş muzdlu rəqqası, onun dalınca da rəngi saralmış qabandiş bir qadın düşdü. 
Morozov qapını açdı. «Şanel» ətri küçəni başına götürdü. Qadın ayağını yüngülcə 
çəkirdi. Kişi də taksinin pulunu verib, tənbəl-tənbəl onun arxasınca getdi. Qadın 
qapınıı ağzında kişini gözlədi. Fənərin işığında gözləri yaşıl rəngə çalırdı. 
Bəbəkləri elə balaca idi ki, ləkəyə oxşayırdı... 
Morozov geri qayıdanda: 
– İnanmıram, bu vaxt zəng vurmaz, – dedi. 
Ravik dinmədi. 
– Açarı versən, səkkizdə çıxan kimi ora gedərəm, sən qayıdanadək gözləyərəm. 
– Sən yatmalısan axı. 
– Boş-boş danışma! Lazım gəlsə, sənin yerində yataram. Bilirəm, zəng vuran 
olmayacaq, ancaq gedirəm ki, nigaran qalmayasan. 
– Saat on birə kimi təşrihim var. 
– Yaxşı, açarı ver. İstəmirəm, fikirli olasan, qadının uşaqlığını mədəsinə calayasan, 
o da doqquz aydan sonra uşaq qusa. Açar yanındadır? 
– Hə, götür... 


 
250
Morozov açarı alıb cibinə qoydu. Sonra bir qutu nanəli həb çıxarıb Ravikə uzatdı. 
Ravik başını buladı. Morozov həblərdən bir-ikisini götürüb ağzına atdı. həblər 
saqqalının arasında gözdən itdi, sanki, dümağ quşlar meşəyə girdi... 
– Adamın yuxusunu qaçırır, – dedi. 
– Heç ömründə məxmər üzlü mebel qoyulmuş otaqda oturub bütün günü kimisə 
gözləmisən? – Ravik soruşdu. 
– Ondan da çox! Sən gözləməmisən? 
– Mən də. Ancaq beləsini gözləməmişəm. 
– Oxumaq üçün bir şey aparmamısan? 
– Aparmışam, ançaq birçə sətir də oxumamışam. Burada işin çox olacaq? 
Morozov taksinin qapısını açıb, amerikanları içəri ötürdü. 
– Ən azı iki saat. – Morozov geri qayıtdı. – Vəziyyəti özün görürsən. Çoxdan belə 
səfeh yay olmamışdı... Joan da içəridədir. 
– Doğrudan? 
– Hə. Çox maraqlanırsansa, adamı da yanındadır. 
– Yox, maraqlanmıram... – Ravik getməyə hazırlaşdı.– Onda sabah görüşərik. 
– Ravik! – Morozov onun arxasınca qışqırdı. O qayıtdı. Morozov açarı cibindən 
çıxardı: 
– Götür, – dedi, – bəs «Prins de Qall»dakı otağına indi necə girəcəksən? Axı 
sabaha qədər səni görməyəcəyəm. Çıxanda qapını açıq qoyarsan. 
– Orada yatmayacağam, – deyə Ravik açarı götürdü.– «İnternasional»da 
qalacağam. O tərəflərdə nə qədər az görünsəm, o qədər yaxşıdır. 
– Ançaq yatmağa, gərək, ora gedəsən. Orada qalırsan, deməli, orada da yatmalısan. 
Yoxsa, polis şübhələnər. 
– Düz deyirsən, ancaq belə də yaxşıdır. Sonra polisə sübut etmək olar ki, mən 
həmişə «İnternasional»da qalmışam. «Prins de Qall»da hər şeyi elə düzəltmişəm 
ki, baxan deyər, səhər-səhər burada imiş: çarpayını yığışdırmamışam, dəsmalları 
da vanna otağında hara gəldi atmışam. 
– Yaxşı eləmisən. Onda açarı qaytar.  
Ravik başını buladı: 
– Səni də orada görməsələr, yaxşıdır. 
– Eybi yoxdur, qoy görsünlər. 
– Lazım deyil, Boris, gəl axmaqlıq eləməyək.. Belə saqqal hamıda yoxdur. Sən də 
bir şeydə haqlısan: özümü elə aparmalıyam ki, heç kəs şübhələnməsin. Əgər 
Haake, doğrudan da, səhər-səhər zəng vuracaqsa, deməli, günortadan sonra da 
vuracaq. Yoxsa bütün günü telefonun yanında oturub gözləsəm, məndə əsəb 
deyilən şey qalmaz. 
– İndi hara gedirsən? 
– Yatmağa. Ağlım kəsmir ki, bu vaxt zəng vurar. 
– İstəyirsən, işdən sonra bir yerdə görüşək. 
–Yox, Boris. Çox güman ki, sən çıxanda mən yatmış olacağam. Səkkizdə də 
təşrihim var. 
Morozov şübhəli baxışlarla onu süzdü: 
– Yaxşı, – dedi, – onda sabah günorta özüm gəlib səni «Prins de Qall»da taparam. 
Əgər o vaxta kimi bir şey olsa, mehmanxanaya zəng vurarsan. 


 
251
– Oldu. 
 
Küçələr... Şəhər... Qızılı rəngə boyanmış səma... Gah qırmızı, gah ağ, gah da mavi 
rəngə çalan evlər... Meyxanaların divarlarını balaca pişik kimi sığallayan külək... 
Bürkülü mehmanxana otağında bir gün gözləyəndən sonra yenə adamlar, təmiz 
hava... Ravik «Şəhrizad»ın arxa tərəfindəki prospektlə gedirdi. Dəmir hasarlara 
alınmış ağaclar bu qurğuşun rəngli gecədə hərdən meşə ilə, yaşıllıqla bağlı 
xatirələri oyadırdı... Birdən-birə özünü elə yorğun, elə əzgin hiss elədi ki, az qaldı 
yıxılsın. «Bəlkə, buraxım getsin?! – Daxilində nəsə bir səs baş qaldırdı.– Hamısını 
unudum, ilan hər il qabığını dəyişən kimi, beynimdəkilərin hamısını sıyırıb atım?! 
Az qala büsbütün unudulmuş bir keçmişin bu cür melodramı indi mənəmi qalıb? 
Zülmətlə dolu orta əsrlərin dəhşətli mexanizminin əhəmiyyətsiz bir hissəsi, 
Mərkəzi Avropa üzərində tutulmuş günəşin zərrəciyi olan, kiminsə əlində alətə 
çevrilmiş bir yaramazı öldürmək mənəmi qalıb?!» 
Doğrudan da, nə işinə qalmışdı? Bir fahişə onu dalda yerə çağırdı. Qaranlıqda 
yaxasını açdı. Paltar elə tikilmişdi ki, kəmərin açılmasına bənd idi, o dəqiqə xalat 
kimi aralandı, çılpaq bədəni göründü. Uzun corabları da, sinəsi də, göz çuxurları da 
qapqara idi və bu qaralıqdan gözləri də seçilmirdi. Qırışmış, lalıxlamış dərisi 
qaranlıqda fosfor kimi işıldayırdı... 
Fahişələrin hesabına dolanan bir əyyaş da, damağında siqaret, ağaca söykənib 
gözlərini ona zilləmişdi. Tərəvəz daşıyan bir neçə furqon gəlib keçdi. Dərisinin 
altından gərilmiş əzələləri görünən atlar başlarını tərpədə-tərpədə, ağır-ağır 
gedirdilər... Cürbəcür göyərtilərin, yaşıl yarpaqlar içində daşa dönmüş beyinlərə 
oxşayan gül kələmlərin kəskin qoxusu küçəyə yayıldı. Qıpqırmızı pomidor, lobya, 
soğan, gilas, kərəviz dolu səbətlər... 
Doğrudan da, nə işinə qalmışdı? Biri çox, biri az – nə fərqi? Haake kimi və yaxud 
ondan da betər yüz minlərlə yaramazın biri çox olsun, ya az... Biri az... Qəflətən 
dayandı. Məsələ elə bunda idi! Birdən-birə tamam ayıldı. Məsələ elə bunda idi! 
Haake kimilər də ona görə belə qol-qanad açmışdılar ki, çox adam yorulmuşdu, 
mübarizəni atmışdı və deyirdi: «Mənə nə dəxli?!» Məsələ elə bunda idi! Biri 
azalardı... Bəli, biri azalardı və bu bir tərəfdən heç nə idisə, digər tərəfdən də hər 
şey idi! Hər şey! Yavaş-yavaş cibindən siqaret çıxardı, tələsmədən yandırdı. Və 
birdən kibritin sapsarı alovu, divarları çat-çat olmuş mağaraya bənzəyən ovcunu 
işıqlandıranda bildi ki, heç nə onu Haakeni öldürməkdən çəkindirə bilməyəcək! Və 
birdən, qəribə də olsa, başa düşdü ki, hər şey elə bunun başında imiş! Yox, bu, 
təkcə şəxsi intiqam hissi deyildi, ondan çox-çox o yana keçirdi... Ona elə gəldi ki
bu işi eləməsə, dəhşətli bir cinayət törətmiş olacaq, əlini qoynuna qoyub otursa, 
dünya nəsə itirəcək. Eyni zamanda da dəqiq bilirdi ki, bunların heç biri olmayacaq, 
ancaq buna baxmayaraq, haradasa lap uzaqlarda, məntiqin, həqiqətin ünü 
yetməyən bir nöqtədə bütün varlığı ilə hiss edirdi ki, mütləq eləməlidir! Sanki, 
bundan gizli-gizli dalğalar yaranacaq və axırda tufan qopacaq! Bilirdi ki, Haake 
zülm ocağının kiçik bir məmurudur, elə böyük adam deyil... Ancaq birdən-birə onu 
da bildi ki, mütləq, mütləq öldürmək lazımdır... 
Ovcundakı mağarada alov söndü, o, kibrit çöpünü tulladı. Dan sökülürdü və elə bil, 
ağacların başına gümüşü tor çəkilmişdi. Yenicə oyanmış sərçələrin cikkiltisi aləmi 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə