Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə91/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   87   88   89   90   91   92   93   94   ...   114

 
243
–Bəsdir!–Ravik onun sözünü kəsdi.–Qurtar, getsin, boş şeydir. Qapın da 
möhkəmdir... Bir də elə şey eləmə!  
Joan yerindən tərpənmədi: 
– Bəs neyləyim?–deyə qəfildən hıçqırdı. 
– Heç nə. 
–Sənə zəng vururam... Üç dəfə, dörd dəfə... Cavab vermirsən. Cavab verəndə də 
deyirsən ki, məni rahat burax... Bunu necə başa düşüm? 
– Necə var, elə. 
– Necə var, elə? Bu, nə deməkdir? Məgər biz avtomatıq ki, istəyəndə işə salıb, 
istəməyəndə də dayandırsınlar? Gecə hər şey gözəl olur, məhəbbət aşıb-daşır, 
sabah açılan kimi... 
Ravik üzünə baxan kimi səsini kəsdi. 
– Bilirdim, belə olacaq,–Ravik astadan dilləndi.–Bilirdim ki, sən bundan istifadə 
etməyə çalışacaqsan. Belə şeylər sənə çox yaraşır. Onda bilirdin ki, axırıncı 
dəfədir, gərək, bunu eləməyəydin! Onda özün gəldin və olanlar da ona görə oldu 
ki, axırıncı dəfə idi... Yaxşı da oldu, ayrılıq gecəsində bir-birimizdən doyduq və 
həmin gecə də xoş xatirəyə döndü... Ancaq sən başqa yol seçdin, alverçi kimi 
ondan istifadə eləyib, alçaq niyyətini həyata keçirmək, bircə anın içində bircə dəfə 
olan müqəddəs bir şeyi eybəcər eyş-işrətə çevirmək istədin. Görəndə ki, mən 
yaxınlıq vermirəm, bu iyrənc hiyləyə əl atdın və indi deyilənləri təzədən çeynəmək 
lazım gəlir. O sözləri ki, adam bir də deməyə utanır... 
– Mən... 
– Bilirdin,–Ravik ona aman vermədi.–Yenə yalan danışma! Sənin onda dediklərini 
təkrar eləmək istəmirəm. Mən hələ elə şeyləri bacarmıram! İkimiz də bilirdik... 
Dedin ki, bir də gəlməyəcəksən... 
– Gəlmədim də. 
Ravik diqqətlə onun üzünə baxdı. Yavaş-yavaş özünü ələ alırdı: 
– Razıyam... Ancaq zəng elədin. 
– Ona görə zəng elədim ki, qorxurdum. 
– İlahi, həyasızlığın dərəcəsinə bax! Yaxşı, mən təslim! 
Joan gülümsəməyə başladı: 
– Mən də, Ravik! Görmürsən, yeganə məqsədim səni burada saxlamaqdır? 
– Mənim də yeganə məqsədim getməkdir.  
Joan hələ də gülümsəyirdi: 
– Niyə? 
Ravikə elə gəldi ki, daha taqəti qalmayıb. Joan, sadəcə olaraq, onu başa düşmək 
istəmirdi. Niyəsini ona izah eləməyə başlasa, Allah bilir, nə vaxt, harada 
qurtaracaqdı... 
– Ona görə ki, bu iyrənc bir əxlaqsızlıqdır!–nəhayət, dilləndi.–Sən bunu başa 
düşməzsən. 
– Başa düşürəm,–deyə Joan astadan təkrar etdi.–Bəlkə də, elədir. Ancaq niyə bir 
həftə bundan qabaq elə idi, indi belə? 
– Onda da belə idi. 
Joan dinməyib, xeyli onu süzdü, sonra: 
– Məni maraqlandırmır, nə ad qoyursan, qoy,–dedi. 


 
244
İndi də Ravik susurdu. Hiss edirdi ki, inandıra bilməyəcək. 
– Ravik!–Joan ona yaxın gəldi.–Elədir! Onda dedim ki, axırıncıdır. Dedim ki, bir 
də məni görməyəcəksən. Ancaq ona görə dedim ki, sən belə istəyirdin. Elə 
olmayaçağını bilə-bilə dedim... Başa düşmürsən?–deyə Joan onun üzünə baxdı. 
– Yox!–Ravik kobud cavab verdi.–Mən birçə bunu başa düşürəm, sən iki kişi ilə 
birdən yatmaq istəyirsən! 
Joanın heç tükü də tərpənmədi: 
– Elə deyil...–nəhayət, dilləndi.–Ancaq, tutaq ki, lap elədir, bunun sənə nə dəxli?– 
Ravik döyükə-döyükə qaldı. – Doğrudan, bunun sənə nə dəxli?–Joan bir də təkrar 
elədi.–Mən səni sevirəm, bu, bəs deyil? 
– Yox! 
– Qısqanc olma, Ravik! Sənə heç yaraşmır... Əvvəllər də olmamısan. 
– Bu cür olum? 
– Yox... Sən heç bilmirsən, qısqanclıq nə olan şeydir. 
– Əlbəttə, bilmərəm! Çünki sənin o cüvəllağın kimi artistlik eləmirəm. 
Joan gülümsədi: 
–Qısqanclıq əvvəlcə rəqibin nəfəs aldığı havadan başlayır, Ravik. 
Ravik dinmədi. Joan indi qarşısında dayanıb, üzünə baxırdı. Baxır və susurdu. 
Qəflətən hər şey – hava da, bu balaca dəhliz də, zəif işıq da Joanın özünə, gizli bir 
həsrətə döndü. Elə bil, uca bir qüllənin başında dayanıb, gözlərin qarala-qarala 
aşağı baxırsan və yer də, sanki, səni özünə tərəf çəkir... 
Ravik hiss edirdi ki, nəsə onu çəkir. Ancaq bu tilsimə düşmək istəmirdi. Daha 
getmək haqda da düşünmək istəmirdi, Getsəydi, həmin şey əl çəkməyib, onun 
dalınca gələrdi. O isə istəmirdi, dalınca gələn olsun! Hər şeyin axırına yetmək, 
aydınlaşdırmaq istəyirdi. Bu aydınlıq sabah üçün lazım idi... 
– İçməyə bir şeyin var?–deyə soruşdu. 
– Var. Nə istəyirsən? Kalvados? 
– Varsa, konyak ver. Ancaq kalvados da olar, fərqi yoxdur. 
Joan balaca dolaba tərəf getdi. Ravik onun arxasınca baxdı. Sən demə, o məchul 
tilsim bu otağın havasında, gur işığında gizlənibmiş: adama: «gəl burada məskən 
sal, kükrəyib şahə qalxmış qanın əbədi sakitlik tapacaq», – deyir. Ancaq inanma, 
coşmuş hisslər yenə səni aldadır, bu əbədi sakitliyin ömrü bircə gecədir! 
Qısqanclıq... Onun nə olduğunu bilmirdi? Kamala çatmamış məhəbbətləri azmı 
görmüşdü? Qısqanclıq deyilən şey adama bütün dərdlərindən də çox əzab verən 
köhnə bəla deyildimi?! Qısqanclıq deyilən şey iki sevəndən birinin qabaqca 
öləcəyini bilən gündən başlamırmı?! 
Joan kalvados gətirmədi. Əlində bir şüşə konyak tutmuşdu. «Yaxşı oldu,–deyə 
Ravik ürəyindən keçirdi.–Bəzən o da həssas olmağı bacarır...» Qədəhi qoymaq 
üçün şəkli bir az o tərəfə itələdi. Ancaq tez də əlinə götürüb baxdı. Yaranmış 
psixoloji səddi aradan qaldırmağın ən asan yolu öz sələfinin şəklinə baxmaq idi... 
– Qəribədir, – dedi, – nə pis yaddaşım var imiş. Sənin o cüvəllağını tamam başqa 
cür təsəvvür edirdim. 
Joan şüşəni stolun üstünə qoydu: 
– Bu heç o deyil,–dedi. 
– Belə de... Bu da ayrısı imiş... 


 
245
– Hə, hamısı da onun ucbatından oldu. 
Ravik konyakdan iri bir qurtum aldı: 
– Bəs bilmirdin ki, köhnə məşuqun gələndə üzdəki kişi şəkillərini yığışdırmaq 
lazımdır? Ümumiyyətlə, evi şəkillə doldurmaq lazım deyil. Zövqsüzlükdür... 
– Üzdə deyildi, özü eşələyib tapdı. Şəkil də hamıda olan şeydir. Sən belə şeyləri 
başa düşməzsən... Onu yalnız qadınlar bilər. İstəmirdim, o, bu şəkli görsün. 
– Ona görə də davaya düşdün. Ondan asılılığın var? 
– Yox, özüm iki illiyə müqavilə bağlamışam. 
– Bunu da o düzəldib? 
– Niyə düzəltməsin ki?–Joan, doğrudan da, heyrətləndi.–Bunun da bir mənası var? 
– Yox... Ancaq elə adamlar var ki, bunu nankorluq hesab edir... 
Joan çiyinlərini çəkdi. Bu çiyinləri görən kimi keçmiş xatirələr yenə baş qaldırdı. 
Nə vaxtsa Joan yanında uzananda nəfəs aldıqca bu çiyinlər asta-asta, bir qaydada 
qalxıb-düşürdü. Sanki, qızılı rəngə boyanmış səmada qızılı rəngə çalan bir dəstə 
quş qanad çala-çala yoxa çıxdı. Doğrudanmı, bunlar uzaqda qalmışdı? Çoxmu 
uzaqlarda idi? Danış, sən, ey şirin xatirələrin gözəgörünməyən hesabdarı, danış! 
Doğrudanmı, o zəif işartılar çoxdan torpağa gömülüb? Yoxsa, bunlarmı 
axırıncıdır? Yox, bunu heç kim deyə bilməz... 
Pəncərələr taybatay açıq idi. Nəsə qara, qırçınlı parçaya oxşayan bir şey uça-uça 
içəri girdi, özünü ora-bura vurdu, sonra lampanın çətirinə qonub, qanad çala-çala 
caynaqlarını ilişdirdi və özünü onun üstünə sərdi. Al-qırmızı, göy, boz rənglərə 
çalırdı və deyərdin, gecənin ipək çətirə sancılmış ordenidir.. Gördü ki, qaranlıqda 
yol azmış kəpənəkdir. Məxmər qanadları asta-asta tərpənirdi və indi onunla üzbəüz 
dayanmış qadın da nəfəs aldıqca sinəsi nazik paltarının altında eləcə titrəyirdi. Nə 
vaxtsa kəpənəyi bir dəfə də belə görmüşdü. Nə vaxt? Yüz ilmi keçmişdi o 
vaxtdan? 
Luvr muzeyi... Nike... Yox, ondan da əvvəl görmüşdü. Lap qədimdə, toz-duman 
içində itmiş qızılı rəngli ulu keçmişdə görüb... Onda min rəngə çalan daşlardan 
tikilmiş uca mehrabların tüstüsü ərşə qalxmışdı... Vulkanların uğultusundan qulaq 
tutulurdu, yer üzünə ehtirasdan, coşğunluqdan dumanlı bir pərdə çəkilmişdi... 
Onda idrakın qayığı çox balaca idi, belə fırtınaya tab gətirə bilməzdi... Onda hər 
yandan alov püskürürdü, əjdaha kimi ağzını açaraq, yer üzündəki bütün canlıları 
udurdu... Və bir az sonra meduza zəmanənin qumlu sahilinə sərilib qalmış, 
heroqlifə oxşayan insan ruhlarına baxıb rişxəndlə gülürdü... 
Kəpənək tərpəndi, yeriyə-yeriyə çətirin altına girdi və qanadlarını isti elektrik 
lampasına çırpmağa başladı, bənövşəyi toz qalxdı... Ravik onu götürüb, pəncərənin 
qabağına gəldi, qaranlığın qoynuna atdı... 
– Yenə qayıdacaq!–Joan dilləndi. 
– Bəlkə də, qayıtmadı... 
– Hər gecə gəlirlər... Parkdan uçub gəlirlər. Bir gələn, bir də gəlir... Keçən həftə 
gələnlər sapsarı limon rəngində idilər. İndi də belələri... 
– Elədir, bir gələn, bir də gəlir. Sonra da başqaları gəlir. Gah əvvəlkilər, gah da 
sonrakılar... 
Niyə belə danışırdı? Sanki, kimsə arxasında dayanıb onun əvəzinə danışırdı. Sanki, 
lap uzaqlardan, son ümid qığılcımları işaran yerdən əks-səda gəlirdi. Nəyə ümid 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə