Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə90/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   86   87   88   89   90   91   92   93   ...   114

 
240
Eybi yoxdur, onun pulundan qalanı götürərsiniz. Frankı aparmaq qadağan deyil. 
– Elədir. Ancaq orada satsaydım, uzun müddət dolana bilərdim. Görünür, Qogeni 
də qurban verəsi olacağam...–Rozenfeld spirt lampasının ora-burasına baxdı.–İndi 
bu üçü qalıb. Gərək, onlarla dolanam. İş tapmağa ümidim yoxdur, elə möcüzə indi 
haradadır?! Hələ üçü qalıb! Hərəsi ömrümdən bir parça özü ilə aparır...– O, indi 
çamadanın yanında yazıq-yazıq dayanmışdı.–Vyanada beş il yaşadım. Çox bahalıq 
deyildi, birtəhər başımı girləyirdim... Ancaq yenə də iki Renuara və Deqanın bir 
pastelinə başa gəldi. Praqada isə bir sisle və beş rəsm əsəri yedim: ikisi Deqanın, 
biri Renuarın qrafikası, ikisi də Delakruanın sepiyaları idi... Heç kəs rəsm əsərinə 
pul vermək istəmirdi... Bunlar Amerikada mənim həyatımı bir il uzadardı. 
Görürsünüzmü, indi üçcə şəklim qalıb...– Onun səsində dərin bir hüzn vardı. – 
Dünən dörd idi... Bu viza mənə ən azı iki il ömür bahasına başa gəldi! Bəlkə də, üç 
il... 
– Ancaq elə adamlar da var ki, dolanmağa heç şəkilləri də yoxdur. 
Rozenfeld sümüyü çıxmış çiyinlərini çəkdi: 
– Bu, təsəlli deyil...  
Ravik etiraz etdi: 
– Xeyr, doğrudan, elədir... 
– Gərək, bu üç şəkillə müharibəni başa vuram. Müharibə də çox çəkəcək... Ravik 
dinmədi. 
– Bunu kor yapalaq deyir,–Rozenfeld əlavə etdi.–Ancaq özü də Amerikanın 
kənarda qalacağına inanmır. 
– Bəs onda hara getmək istəyir? Daha yer qalmadı ki! 
– Özü də dəqiq bilmir. Könlündən Haiti keçir. Zənci respublikasının müharibəyə 
qoşulacağına inanmır.–Rozenfeld tamamilə ciddiləşmişdi.–Ya da Hondurasa. 
Cənubi Amerikada kiçicik bir respublikadır. San Salvador... Bəlkə də Yeni 
Zellandiyaya getdi... 
– Yeni Zellandiyaya? Ora çox uzaq deyil? 
– Uzaqdır?–Rozenfeld qüssəli-qüssəli gülümsədi.–Baxır haradan... 
 
                                                            XXVII 
 
 
Dəniz... Dəhşətli uğultusu ilə qulaqları batıran dəniz... Tükürpərdici həyəcan 
siqnalları... Siqnal verə-verə sulara qərq olan gəmi... Gecə... Ayıldıqca yavaş-yavaş 
doğmalaşan otaq, pəncərənin kölgəsi... Siqnallar kəsilmək bilmir... Telefon imiş! 
Ravik dəstəyi qaldırdı: 
– Bəli... 
– Ravik!  
– Nə olub? Danışan kimdir? 
– Mənəm... Tanımadın? 
– İndi tanıdım. Nə olub? 
Bura gəl, Ravik! Tez ol! Yubanma! 
– Nə olub! 
–Tez ol, Ravik! Başıma iş gəlib... 


 
241
–Nə iş? 
–Başıma iş gəlib... Qorxuram... Gəl! Tez gəl! Kömək elə, Ravik! Gəl! 
Dəstəkdən şıqqıltı eşidildi. Ravik gözlədi. Qırıq-qırıq zənglər eşidildi. Joan dəstəyi 
asmışdı. O da dəstəyi yerinə qoyub, gözlərini alaqaranlıq gecəyə zillədi. İçdiyi 
dərmanın təsiri hələ də qalmış, o, tamam ayılmamışdı. Əvvəlcə elə bilmişdi ki, 
Haakedir. Ancaq pəncərəni görəndə bildi ki, «Prins de Qall» mehmanxanası deyil, 
«İnternasional»dadır. Demək, Haake ola bilməzdi. Saata baxdı. Beşə iyirmi dəqiqə 
işləmişdi. Birdən sıçrayıb qalxdı. Haakeyə rast gələndə Joan nəsə demişdi: 
təhlükə... qorxu... Əgər... Hər şey ola bilərdi! Belə səfehlikləri azmı görmüşdü? 
Tələsik lazım olan şeyləri yığışdırdı, geyindi. 
Elə birinci tində taksi düşdü. Sürücünün yanında balaca bir it də vardı və onun 
çiynində elə oturmuşdu ki, deyərdin, boynuna xəz yaxalıq taxıb. Maşın 
silkələndikcə, o yırğalanırdı və bu da Ravikin əsəblərinə toxunurdu, az qalırdı ki, 
onu götürüb oturacağın üstünə tullasın. Ancaq Parisin taksi sürücülərinə yaxşı 
bələd idi... 
Maşın bürkülü iyul gecəsində uğuldayırdı. Haradansa həzin-həzin pıçıldaşan 
yarpaqların ətri gəldi. Haradasa cökə çiçək açdı, kölgə saldı... Yasəmən rəngli 
səmanın qoynunda ulduzlar sayrışır, onların arası ilə bir təyyarə uçur, onun da 
yaşıl, qırmızı xəbərdarlıq işığı göz vurur... Sanki, nəhəng bir böcək işıldaquşların 
arasına düşüb! Kimsəsiz küçələr, uğuldayan boşluq, mahnı oxuyan iki sərxoş, 
hansı zirzəmidənsə gələn akkordeon səsi... Və qəfil bir qorxu... Az qala, nəfəsi 
tutulurdu. Sanki, daxilində nəsə onu didir, «tez ol, tez ol!» deyirdi. Bəlkə də, artıq 
gec idi... 
Bu da ev! Mürgü döyən qaranlıq... Lift sürünə-sürünə gəlir... Elə bil, işıldayan 
ilbizdir, asta-asta sürünür... Ravik artıq ikinci mərtəbəyədək pilləkənlərin yarısını 
çıxmışdı, ançaq nə fikirləşdisə, geri qayıtdı. Nə qədər yavaş getsə də, lift ondan tez 
çatardı... 
Bu da Parisin oyuncaq liftləri! Təkadamlıq kameraya oxşayır, cırıldayır, 
guruldayır, üstüaçıq, yanı açıq, təkcə ayağının altında bir parça dəmir... Lampanın 
biri də yanmır, xətlər birləşəndə gözərir, o biri isə... Bu da axırıncı mərtəbə! Tor 
qapını açıb çıxdı, zəngi basdı... 
Qapını Joan açdı. Ravik diqqətlə onu süzdü: qan ləkəsi yox idi, rəngi də özündə... 
Heç nə yox idi... 
– Nə olub? Haradadır?–deyə soruşdu. 
– Nə yaxşı gəldin, Ravik! 
– Haradadır? Neyləmisən? 
Joan geri çəkildi, Ravik içəri girdi, otağa göz gəzdirdi: heç kəs yox idi. 
– Hardadır? Yataq otağında? 
– Kim?–Joan təəccübləndi. 
– Yataq otağında adam var? Kim var orada? 
– Heç kim. Niyə soruşursan? – Ravik diqqətlə onun üzünə baxdı. – Burada ayrısı 
olsa, səni çağırardım? 
Ravik gözlərini hələ də ondan çəkməmişdi. Heç nə olmamışdı, sağ-salamatca 
dayanıb gülümsəyirdi. 
– Bu, nə oyundur?  


 
242
Joan təbəssümlə: 
– Ravik!–dedi. 
Elə bil, başına bir qazan qaynar su töküldü: Joan elə bilirdi ki, o qısqanır və bundan 
ləzzət alırdı! İçində alətlər olan balaca əl çantası birdən-birə elə ağırlaşdı ki! Sanki, 
pudluq daş idi... Onu stullardan birinin üstünə qoydu: 
– Sən lap ifritə imişsən!–dedi. 
– Nə? Nə dedin? 
 
– İfritəsən!–Ravik təkrar elədi.–Mən də eşşəyəm ki, sənə inandım! 
Çantanı götürüb qapıya tərəf döndü. Joan o dəqiqə onun qabağını kəsdi: 
– Neyləyirsən? Getmə! Məni tək qoyma! Tək qalsam, neyləyərəm?! 
– Yalançısan! Miskin bir yalançı! Yalan danış, eybi yoxdur, ancaq bu cür ucuz 
yalan adamı iyrəndirir... Belə zarafat olmaz! 
Joan darta-darta onu qapıdan araladı: 
– Bir yan-yörənə bax! Görmürsən, nəsə olub?! Görmürsən, necə özündən 
çıxıbmış? Qorxuram, yenə qayıdar. Sən onu tanımırsan... 
Stullardan biri yanı üstə çevrilmişdi. Yerdə bir lampa və şüşə qırıqları vardı. 
– Otaqda gəzəndə ayaqqabı gey ki, şüşə qırığı batmasın! Bu da sənə yeganə 
məsləhətim... 
Şüşə qırıqlarının arasında bir şəkil vardı. Ravik ayağı ilə qırıqları bir tərəfə eləyib
şəkli götürdü. 
– Bu da sənin...– şəkli stolun üstünə atdı, – daha məndə işin olmasın! 
Joan onunla üzbəüz dayanıb üzünə baxırdı. Rəngi dəyişmişdi. 
– Ravik,–deyə astadan, yazıq-yazıq dilləndi.–Eybi yoxdur, mənə nə ad qoyursan 
qoy. Çox yalan danışmışam... Çünki, iz özünüz belə istəyirsiniz!–Şəkli əli ilə 
itələdi. Şəkil stolun üstü ilə sürüşə-sürüşə elə dayandı ki, Ravik oradakı adamı 
gördü. Ancaq Joanla «Kloş djOr»da gördüyü kişi deyildi.–Hamı elə istəyir,–deyə 
Joan nifrətlə sözünə davam etdi.–Yalan danışma! Yalan danışma! Həmişə düz 
danış! Düzünü deyəndə də dözə bilmirlər! Heç biri dözmür! Ancaq səni çox 
aldatmamışam... Səni yox... Səni aldatmaq istəmirdim... 
– Yaxşı,–deyə Ravik onun sözünü kəsdi.–Bunu indi saf-çürük eləmək lazım deyil... 
Birdən-birə nədənsə ürəyi şan-şan oldu... Nəsə onu kövrəltdi... Özünə acığı tutdu. 
Ona kövrəlmək olmazdı! 
– Düz sözümdür, sənə yalan danışmağa ehtiyac yox idi,– deyə Joan imdad diləyən 
baxışlarla onu süzdü. 
– Joan... 
– İndi də aldatmıram. Hamısı yalan deyil, Ravik! Ona görə zəng vurub çağırdım ki, 
qorxurdum. Yaxşı ki, onu birtəhər qapıdan bayıra sala bildim, o dəqiqə də cəftəni 
vurdum. Ağlıma gələn ilk fikir bu oldu... Pis eləmişəm? 
– Mən gələndə çox sakit idin, qorxduğun heç bilinmirdi. 
– Çünki getmişdi. Çünki bilirdim, sən, gəlib, kömək duracaqsan. 
– Yaxşı, deməli, hər şey qaydasındadır, mən də gedə bilərəm... 
– Qayıdacaq! Gedə-gedə qışqırdı ki, qayıdacaq. İndi haradasa oturub içir. 
Bilirəm... Sərxoş olan kimi qayıdacaq. O, sənin kimi deyil, içə bilmir... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə