Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə86/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

 
230
çiçəklənən, solan güllər, acılı-şirinli həyat təcrübəsi də həmin səmada əks 
olunurdu... 
– Sən məni sevirsən, Ravik?! – Bu sözlər həm sual idi, həm də cavabı... 
– Hə... Ancaq səndən uzaq gəzmək üçün əlimdən gələni edirəm... 
Ravik bu sözləri elə yavaşdan dedi ki, elə bil, heç birinə dəxli yox idi. Joan ona 
fikir vermədi: 
– Heç cür təsəvvür edə bilmirəm ki, biz nə vaxtsa ayrılacağıq. Müvəqqəti ayrılıq 
ola bilər, ancaq həmişəlik ayrıla bilmərik. Heç vaxt ömürlük ayrılmarıq...–Joan özü 
öz dediyindən üşürkələndi.–«Heç vaxt» dəhşətli sözdür, Ravik! Təsəvvür edə 
bilmirəm ki, biz heç vaxt bir yerdə ola bilməyəcəyik... 
Ravik cavab vermədi. 
– Qoy burada qalım, Ravik,–Joan sözünə davam elədi.– Heç geri qayıtmaq 
istəmirəm... Heç vaxt! 
– İndi də qayıtmasan, sabah qayıdacaqsan... Özün ki bilirsən... 
– Sənin yanına gələndə nə vaxtsa ora qayıdacağımı təsəvvür edə bilmirəm. 
– Fərqi yoxdur, gedəcəksən... Özün də bilirsən... 
Zamanın axınında yenə boşluq yaranmışdı. Yenə o balaca, işıqlı otaq... Yenə 
sevdiyi adam... Yenə o möcüzə... Həmin adam lap yaxında idi, əlini uzatsa, 
çatardı... Ancaq bu yaxınlığın özündə elə bir uzaqlıq var idi ki, əli heç cür 
çatmırdı... 
Ravik qədəhi yerə qoydu: 
– Bilirsən ki, yenə çıxıb gedəcəksən. Ya sabah, ya birisi gün, ya da haçansa... 
Joan başını aşağı saldı: 
– Elədir... 
Özün də bilirsən, bir də gəlsən, yenə də çıxıb gedəcəksən... 
– Elədir...–Joan başını qaldırdı. Gözündən yaş sel kimi axırdı.–Bu, nə deməkdir, 
Ravik? Niyə belə oldu? 
– Özüm də bilmirəm,–deyən Ravikin üzünə xəfif bir təbəssüm qondu.–Məhəbbət 
bəzən adama qüssə gətirir... Düz demirəm? 
– Yox! Joan onun üzünə baxdı.–Bizə nə olub, Ravik?  
Ravik çiyinlərini çəkdi: 
– Mən özüm də bilmirəm, Joan. Bəlkə də, ona görədir ki, göydən asıla qalmışıq. 
Əvvəllər çox şey var idi: inam, söykənəcək, aydın məqsəd... Məhəbbət səni qəfil 
silkələyəndə etibarlı dayaq kimi onlardan tutub dururdun. İndisə heç nəyimiz 
qalmayıb... Uzaqbaşı, bir az ümidsizlik, bir az da cəsarət qalmış olar... Özgələrə də, 
özünə də yadlaşmısan... Belə vəziyyətdə məhəbbətin gəlib səni yaxalaması quru 
saman tayasına od düşməsi kimi bir şeydir... Qəlbində məhəbbətdən başqa heç nə 
olmur və bu tənhalıq da onu qızışdırır, vəhşiləşdirir, azğınlaşdırır...–O, qədəhi 
yenidən doldurdu.–Bu haqda çox fikirləşməyə dəyməz. Çox fikirləşməyə heç 
halımız da qalmayıb. Fikirləşdikcə də dəli oluruq... Ancaq biz dəli olmaq istəmirik, 
elə deyilmi? 
Joan başını tərpətdi: 
– Elədir... O qadın kim idi, Ravik? 
– Xəstəmdir. Onunla «Şəhrizad»a bir dəfə də getmişəm. Sən orada oxuyan vaxt... 
Yüz il bundan qabaq... İndi nə işlə məşğul olursan? 


 
231
– Xırda rollara çəkilirəm. Ancaq, deyəsən, mən girən kola oxşamır... Pulu isə 
yaxşıdır, heç kəsə ehtiyacım qalmır. İstədiyim vaxt oradan çıxaram. Mən şöhrət 
düşkünü deyiləm, Ravik! 
Joanın göz yaşları qurumuşdu. Qədəhi başına çəkib, ayağa durdu. Yaman yorğun 
görünürdü... 
– Niyə adam bu qədər ziddiyyətli olur, Ravik? Axı nə üçün? Bunun bir səbəbi 
olmalıdır. Yoxsa bu qədər sual verərik?!  
Ravik qüssəli-qüssəli gülümsədi: 
– Bu, bəşəriyyətin ulu sualıdır, Joan! «Nə üçün» elə sualdır ki, bütün məntiq də, 
fəlsəfə də, qalan elmlər də onun qarşısında aciz qalır... 
Gedir... Gedir... Qapıya çatıb... Elə bil, Ravikin daxilində nəsə baş qaldırdı. Gedir... 
Gedir... Dikəldi. Birdən dözə bilmədi. Neyləsə də, bacarmadı. Bircə gecə də 
qalsın... Bircə gecə... Başını onun çiyninə qoyub yatsın... Sabah istəməyəcək... 
Onun nəfəsini bircə dəfə də hiss eləsin, yenə o şirin xəyal aləminə baş vursun, məst 
olsun... Getmə! Getmə! Onsuz da əzablar içində yaşayır, əzablar içində ölürük! 
Getmə! Getmə! Mənə nə olub? Bu miskin qeyrət kimə lazımdır? Hara gedir? Bircə 
sən gerçəksən, ey gülüzlü xəyal! Ah, harada qaldın, ey tərkidünyalığın ölüm 
qoxulu çəmənliyi, bircə dəfə də qayıt! Sən, ey əbədiyyət qığılcımı! Axı mən 
özümü kimin üçün saxlayıram? Hansı qüssə, kədər dolu gələcək üçün qoruyuram? 
Hansı zülmət dolu məhculluq üçün saxlayıram? Onsuz da, diri ikən ölmüşəm
torpağa gömülmüşəm, on ikicə günüm qalıb... On ikicə gün... Bu on iki gündən 
sonra hər şey boşluğa, heçliyə dönəcək... On iki gün və bir də bu gecə... İpək kimi 
saçlar... Niyə sən ulduzlardan ayrı düşüb keçmiş yuxuların dumanlı qoynunda 
süzən bu gecədə gəldin? Niyə məhz bu gecə gəlib bütün hasar-çəpərləri 
darmadağın elədin? Elə bir gecədə ki, hamı yatıb, təkcə biz oyaq qalmışıq! Bu, 
nədir? Dalğalar yenəmi şahə qalxdı? Özünü yenəmi... 
– Joan! 
Joan geri döndü. Sifətində qəfil, ani, coşğun bir qığılcım parıldadı. Heç bilmədi, nə 
vaxt soyundu, özünü onun üstünə atdı... 
                                                                         
 
                                                                    XXVI 
 
 
Maşın Vojiror küçəsinin tinində dayandı. 
– Nə olub?–Ravik soruşdu. 
– Nümayiş dəstəsi keçir,–sürücü geri dönmədən cavab verdi... – Bu dəfə 
kommunistlərdir. 
Ravik Ketə baxdı. O, bir küncə qısılıb oturmuşdu. XIV Lüdovikin saray xanımı 
kimi geyinmişdi və bu maskarad paltarı onu daha da arıq, incə göstərirdi. Üzünə 
çoxlu boya yaxmışdı. Ancaq rənginin sarılığı yenə də bilinirdi. Almacıq sümükləri 
çıxmışdı... 
– Çox gözəl! – Ravik dilləndi. – 1939-cu il, iyul ayı... Beş dəqiqə bundan əvvəl 
«Odlu xaç» cəmiyyətindən olan faşistlərin nümayişi keçdi, indi də kommunistlər... 
Biz də əynimizdə məşhur XVII əsrin bal paltarı, onların arasında... Gözəldir, Ket! 


 
232
– Eybi yoxdur! – Ket gülümsədi. 
Ravik qayığa oxşayan ayaqqabılarına baxdı. Əcəb dövran idi! Hələ bunlar bir yana 
qalsın, istənilən polis əynindəki paltara baxmayıb onu tuta bilərdi... 
– Başqa yolla gedim? – Sürücü soruşdu. 
– Dönə bilməzsiniz.–Ketin əvəzinə Ravik cavab verdi.–Arxada maşın çoxdur. 
Nümayişçilər səssiz-səmirsiz kəsmə küçədən keçirdilər. Əllərində bayraq, şüar var 
idi, ançaq mahnı oxumurdular. Bir dəstə polis də onları müşayiət edirdi. Vojiror 
küçəsinin tinində də bir dəstə polis dayanmışdı. Diqqəti cəlb etməmək üçün aralı-
aralı düzülmüşdülər və hərəsinin də bir velosipedi vardı. Onlardan biri küçə boyu 
gəzişir, patrulluq eləyirdi. Həmin polis yaxınlaşıb maşının içinə baxdı, heç nə 
deməyib, yoluna davam etdi. 
Ket Ravikin baxışlarını o dəqiqə tutdu və dedi: 
– Gördünüz, heç təəccüblənmədi. Özü bilir... Polisin hər şeydən xəbəri var. 
Manforların təşkil etdiyi bu bal yay mövsümünün hadisəsi hesab olunur. İndi evi 
də, bağı da polis üzük qaşı kimi araya alıb. 
– Elə isə mən lap arxayın ola bilərəm. 
Ket gülümsədi. Ravikin başına gələnlərdən xəbəri yox idi... 
– Bu gün Parisdəki bütün daş-qaşlar ora yığışacaq. Tarixi geyimlər, xalis daş-
qaşlar... Belə məclislərdə polis risqə getməz. Hələ qonaqların arasında da, 
şübhəsiz, xəfiyyələr olacaq... 
– Bal paltarında? 
– Ola bilsin... Niyə soruşursunuz? 
– Bilməyim yaxşıdır, yoxsa Rotşild zümrüdlərini oğurlamaq istəyirdim. 
Ket pəncərənin şüşəsini bir az aşağı saldı:  
–Bilirəm, darıxacaqsınız, –dedi, – ancaq bu dəfə əlimdən çıxa bilməzsiniz... 
– Xeyr, darıxmaram. Əksinə, yaxşı olacaq, çünki elə özüm də bu gün getməyə yer 
axtarırdım. Orada içməyə bir şey olacaq? 
– Deyəsən, olacaq. Olmasa da, baş lakeyə bircə işarəm bəsdir... Aramız çox 
yaxşıdır. 
Nümayişçilərin addım səsləri eşidilirdi. Onlar nizamsız, istədikləri kimi 
yeriyirdilər. Küçədən, sanki, nümayişçilər deyil, bir dəstə yorğun-arğın adam 
keçirdi... 
– Ravik, əgər seçmək imkanınız olsa, yaşamaq üçün hansı əsri götürərdiniz? 
– Bu əsri. Yoxsa, mən çoxdan ölmüş olardım və axmağın biri də indi mənim bu 
kostyumumu geyib bala gedərdi... 
– Onu demirəm, Ravik. Dediyim odur ki, hansı əsrdə təzədən yaşamaq istərdiniz? 
Ravik kostyumunun məxmər qollarına baxdı: 
– Sözümdən dönən deyiləm, – dedi, – öz əsrimizdə. Bilirəm, ən iyrənc, ən qanlı, ən 
səfeh, ən simasız, ən qorxaq, ən natəmiz zəmanədir, ancaq bunlara baxmayaraq, 
yenə götürərdim. 
– Mən isə yox! – Get əllərini qoynuna qoydu, sanki üşüyürdü. Yumşaq zərxara 
dirsəklərini uddu...–Bu əsri heç götürməzdim. XVII əsr, ya da bir az ondan qabaq 
yaxşıdır... Hansı olur olsun, təki bu olmasın! Lap son aylarda gəlmişəm bu qərara. 
Əvvəllər heç bu haqda düşünməzdim. – O, şüşəni tamamilə aşağı saldı.–Gör nə 
istidir! Həm də bürkü! Nümayiş qurtarmadı? 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə