Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə82/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   78   79   80   81   82   83   84   85   ...   114

 
218
– Bu gecə səhərəcən onu öldürəcəyəm. On dörd gün ərzində avtomata dönəcəyəm. 
İndi əsas məsələ bu on dörd günü salamat qalmaqdır. Həmin gün ilk dəfə gözümə 
yuxu gedəcək. İçməyin xeyri yoxdur. İynə də kömək eləməz. Gərək, çox yorulam 
ki, gözümə yuxu getsin. Səhər oyananda yenə gümrah olacağam. Aydın oldu? 
Morozov xeyli dinməzcə oturdu, sonra: 
– Özünə bir qadın tap, – dedi. 
– Bunun nə xeyri? 
– Nəyəsə xeyri olar. Qadınla yatmağın həmişə xeyri olub. Joana zəng vur, gələcək. 
Joan... Düz deyir... O da orada idi... Nəsə dedi... Onu tamam unutmuşdu. 
– Mən rus deyiləm, Boris! Başqa təklifin yoxdur? Bir az sadə olsun. Lap sadə... 
– Allah xatirinə, burax, belə mürəkkəb olma. Qadından can qurtarmağın ən sadə 
yolu hərdən onunla yatmaqdır. Xəyal dünyasını çox şişirtmək olmaz. Təbiətin 
adicə qanununa bu çür bəzək-düzək vurmaq kimə lazımdır? 
Doğrudan, kimə lazımdır? 
– Elə isə, qoy gedib, zəng vurum. Sənin xatirinə eləyirəm. Havayı yerə restoran 
qapıçısı deyiləm ki... 
– Getmə! Hər şey qaydasındadır. Gəl içə-içə qızılgüllərə tamaşa eləyək. Göydən 
yağış kimi səpələnən pulemyot güllələrindən sonra meyitlərin sifəti də ay işığında 
belə ağarır... Bunu bir dəfə İspaniyada görmüşəm. Onda fəhlə Pablo Nona deyirdi 
ki, səmanı faşistlər icad eləyib... Bir ayağı da yox idi... Məndən də bir az incimişdi, 
deyirdi ki, niyə kəsilən qıçını spirtin içində konservləşdirib saxlamadım. Elə bilirdi 
ki, bədəninin dörddən birini, yəni kəsilmiş ayağını qəbrə qoyublar. Xəbəri yox idi 
ki, itlər onu oğurlayıb yeyib... 
 
                                                                                XXV 
 
 
Veber sarğı otağına gəldi. Ravikə işarə elədi, ikisi də otaqdan çıxdı. 
– Düran zəng vurmuşdu. Təcili səni istəyir. Deməyinə görə, qeyri-adi işdir, 
mürəkkəb vəziyyətdir. 
Ravik Veberin üzünə baxdı: 
– Daha doğrusu, təşrihi korlayıb, indi mənim boğazıma bağlamaq istəyir. Elə 
deyil? 
– Məncə, yox. Həyəcanlıdır. Çox güman ki, çətin vəziyyətə düşüb, nə edəcəyini 
bilmir. 
Ravik başını buladı. Veber susurdu. 
– Mənim qayıtdığımı haradan bilir?  
Veber çiyinlərini çəkdi: 
– Bilmirəm. Tibb bacılarının işi olacaq. 
– Niyə Binoya zəng eləmir? O ki yaxşı çərrahdır. 
– Mən də elə məsləhət gördüm. Ancaq deyir ki, çox mürəkkəb vəziyyətdir, sizin 
sahə ilə bağlıdır. 
– Boş şeydir. Parisdə hər sahə üzrə əla cərrahlar var. Niyə Martelə zəng vurmur? O 
da dünyanın ən məşhur cərrahlarından biridir. 
– Səbəbini özünüz bilmirsiniz? 


 
219
– Əlbəttə, bilirəm! Həmkarlarının yanında rüsvay olmaq istəmir. Yurdsuz-yuvasız 
həkimin yanında isə hər şey olar, çünki o, dilini qarnına qoyacaq... 
Veber onun üzünə baxdı: 
– Təcilidir... Gedəcəksiniz? 
Ravik xalatının bağlarını dartıb açdı: 
– Əlbəttə! Başqa yolum da var? Ancaq bu şərtlə ki, siz də gələsiniz. 
– Yaxşı, mənim maşınımla gedərik. 
Onlar pilləkənlə aşağı düşdülər. Veberin maşını xəstəxananın qabağında 
dayanmışdı və günün altında par-par yanırdı. Mindilər. 
– Siz içəridə olmasanız, təşrihi boynuma götürən deyiləm. Allah bilir, dostumun nə 
planı var. 
– İnanmıram ki, belə vəziyyətdə başqa planı da olsun. 
Maşın tərpəndi. 
Mən çox şeylər görmüşəm, – Ravik sözə başladı. – Berlində çavan bir assistent 
tanıyırdım, gələcəkdə yaxşı cərrah olmaq üçün hər cür imkanı var idi. Bir dəfə 
professor təşrih eləyərkən düz kəsmir, üstünü vurmayıb, gerisini assistentə 
elətdirir. O da başa düşmür, professor yarım saatdan sonra hay-küy qaldırır, hər 
şeyi onun boynuna yıxır. Xəstə təşrih zamanı ölür. Bir gün sonra da oğlan özünü 
öldürdü... Həmin professor yenə də öz təşrihində, yenə də içməyindədir. 
Marso prospektində dayanmalı oldular. Qaliley küçəsində çoxlu yük maşını 
qatarlanmışdı. Pəncərələrdən içəri süzülən günəş şüaları onları bişirirdi. Veber 
düymələrdən birini basdı, maşının üstündəki çadır yavaş-yavaş geri yığıldı. O, 
qürurla Ravikə baxdı: 
– Təzəcə düzəltdirmişəm, elektriklə işləyir. Əntiqə şeydir. Görürsünüz, insanlar 
nələr kəşf eləyir? 
Külək açıq damdan içəri doldu. Ravik başını tərpətdi: 
– Bəli, əntiqədir. Ən yeni kəşflər isə maqnitli minalar və bir də sualtı qayıqlardır. 
Dünən haradasa oxudum. Hədəfə dəyməyəndə, dövrə vurub təzədən qayıdır, hara 
getsə, tutur... Biz insanlar əcəb ixtiraçılarıq! 
Veber qırmızı sifətini ona tərəf çevirdi, mehriban bir təbəssümlə gülümsədi: 
– Sizinki də müharibədir, Ravik. Ancaq o müharibə bizdən ulduzlar qədər uzaqdır. 
Onun haqqında gedən söz-söhbət də siyasi təzyiqdən başqa bir şey deyil. İnanın ki, 
elədir! 
 
Xəstənin dərisi göy rəngli sədəfə çalırdı. Bənizi külə dönmüşdü. Qızılı saçları isə 
elə bil, yuxarıdan ələnən gur işıqdan od alıb yanırdı, şölələri də kül rəngli sifətində 
titrəyirdi. Yeganə həyat işartısı təkcə bu sifətdə qalmışdı, o da, sanki, bu işartının 
süzülə-süzülə gedib saçlara ilişdiyi üçün fəryad qoparırdı... 
Cərrahiyyə stoluna uzadılmış gənc qadın çox qəşəng idi. Hətta indiki bayğınlıq da 
bu ucaboylu, şax qamətli qızın zərif sifətinin gözəlliyini poza bilməmişdi, 
deyərdin, tanrı onu yalnız məhəbbət və zinət üçün xəlq eləyib... 
Qanaxma, demək olar ki, dayanmışdı. 
– Uşaqlığı açmısınız? – Ravik Dürandan soruşdu. 
– Bəli. 
– Sonra? 


 
220
Düran cavab vermədi. Ravik başını qaldıranda gördü ki, Düran gözlərini döyə-
döyə onun üzünə baxır. 
– Aydındır. Tibb bacıları hələlik bizə lazım deyil. Üç həkim bəs eləyər. 
Düran onun sözlərini başı ilə təsdiqlədi. Tibb bacıları da, assistent də geri 
çəkildilər. 
– Nə olmuşdu?–Onlar uzaqlaşan kimi Ravik bir də soruşdu. 
– Özünüz ki görürsünüz. 
– Xeyr! 
Ravik nə olduğunu görürdü, ancaq istəyirdi ki, Veberin yanında Düran özü etiraf 
eləsin. Bu daha etibarlı olardı. 
– Hamiləliyin üçüncü ayı... Qanaxma... Məçbur olub cəngəldən istifadə elədim. 
Deyəsən, iç tərəfdən zədələndi. 
– Sonra? – Ravik Düranın üzünə baxdı. Orada zəif bir hikkə düyünlənmişdi: 
«Ömrü boyu mənə nifrət edəcək,–deyə Ravik ürəyindən keçirdi. – Çünki Veber 
hamısını eşidir». 
– Uşaqlıq deşilib,–Düran dilləndi. 
– Çəngəllə? 
– Əlbəttə,–Düran duruxdu.–Özgə nə ilə deşmək olar? 
Qanaxma tamam dayanmışdı. Ravik dinmədən müayinəni davam etdirdi. Sonra 
dikəldi: 
– Deşmisiniz,–dedi,–ancaq xəbəriniz olmayıb. Bir bağırsaq ilməsi həmin deşikdən 
içəri keçib. Nə olduğunu başa düşməmisiniz. Elə bilmisiniz, döl pərdəsidir, 
qaşımısınız, zədələnib... Elədir? 
Düranı tər basdı. Üzünə çəkdiyi tənzifin altından saqqalı tərpəndi, elə bil, ağzına 
güclə sığışan bir şey çeynəyirdi. 
– Ola bilər... 
– Çoxdan başlamısınız? 
– Siz gələnə kimi hamısı bir yerdə qırx beş dəqiqə çəkmişdi. 
– Qan içəri axıb. Nazik bağırsaq zədələnib. Sepsis təhlükəsi çoxdur. Təcili olaraq 
bağırsağı tikmək, uşaqlığı isə kəsib götürmək lazımdır. 
– Nə?–Düran az qala qışqırdı. 
– Nə olduğunu özünüz yaxşı bilirsiniz. 
Düran gözlərini döydü: 
– Bəli, bilirəm... Ancaq sizi buna görə çağırmamışdım... 
– Bundan artıq heç nə deyə bilmərəm. Adamlarınızı çağırın, davam etdirin. Cəld 
tərpənmək məsləhətdir. 
Düranın saqqalı yenə tərpəndi: 
– Mən çox həyəcanlıyam. Əvəzimə təşrih eləmək istəmirsiniz? 
– Xeyr, özünüz bilirsiniz ki, mənim Fransa pasportum yoxdur, ona görə də təşrih 
eləyə bilmərəm. 
– Siz...–Düran sözünün dalını demədi. 
«Sanitarlar, alayarımçıq tələbələr, masajçılar, assistentlər özlərini burada 
Almaniyanın məşhur həkimləri kimi qələmə verirlər...» Düranın Levala dediyi bu 
sözləri Ravik hələ də unutmamışdı. 
– Məni ölkədən çıxaranda müsyö Leval bəzi şeyləri başa saldı. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə