Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə85/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

 
227
Kefim istəyir, gülürəm, sənə nə? Söndür işığı! Görkəmindən adam hürkür... Çıx 
get! 
Joan ona fikir vermədi. 
– Bayaq qoluna girib getdiyin fahişə kim idi?  
Ravik yerində dirsəkləndi: 
– Cəhənnəm ol, yoxsa əlimə keçəni təpənə çırparam! 
– Belə de...–Joan diqqətlə onun üzünə baxdı. – Belə oldu?! Gör hara gəlib çıxdı... 
Ravik siqaret götürdü: 
– Gülünc olma, Joan! Özün başqası ilə yaşayırsan, sonra da gəlib burada qısqanclıq 
teatrı çıxarırsan. Çıx get öz aktyorunun yanına, məni də rahat burax! 
– Bu ayrı şeydir... 
– Əlbəttə! 
– Əlbəttə, ayrı şeydir!–Joan güllə kimi açıldı.– Özün yaxşı bilirsən ki, ayrı şeydir! 
Elə şeydir ki, onunla bacarmıram, məni də bədbəxt elədi. Heç bilmirəm, necə 
gəldi... 
– Adam elə şeyi heç vaxt bilmir. 
Joan gözlərini qırpmadan ona baxırdı: 
– Sən... Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli 
eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili 
hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun 
olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır 
ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. 
Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən 
xəbərin yoxdur! Mən səni heç vaxt ürəkdən sevməmişəm. Onda da yalan danışdım, 
dedim ki, iki ayın ayrılığı belə elədi. Lap getməmiş olsaydın da, belə olardı! 
Gülmə! Səninlə «o»nun fərqini bilirəm... Bilirəm ki, «o», sənin kimi ağıllı deyil, 
ancaq özünü mənim yolumda qurban eləyər, onun üçün bu dünyada var da mənəm, 
yox da mən! Bütün fikri, düşüncəsi mənəm! Məndən başqa heç kəsi istəmir, heç 
kəsi tanımır... Mənə də beləsi lazımdır! 
Joan tövşüyə-tövşüyə çarpayının yanında dayanmışdı. Ravik əlini kalvados 
şüşəsinə uzatdı: 
– Elə isə bura niyə gəlmisən? 
Joan o dəqiqə cavab verə bilmədi, sonra lap yavaşdan: 
– Özün bilirsən,–dedi.–Nə üçün soruşursan?!  
Ravik qədəhi doldurub ona uzatdı. 
– İstəmirəm... O qadın kim idi? 
– Xəstəmdir.–Ravikin yalan danışmağa həvəsi yox idi.–Özü də çox ağır xəstədir. 
– Yalan deyirsən! Elə şey uydur ki, bir az inandırıcı olsun. Xəstə qadın 
xəstəxanada olar, gecə restoranına getməz! 
Ravik qədəhi qaytarıb yerinə qoydu. Neyləyəsən, çox vaxt həqiqətin özü də yalan 
kimi səslənirdi! 
– Düz sözümdür. 
– Onu sevirsən? 
– Bunun sənə nə dəxli? 
– Sevirsən, ya yox? 


 
228
– Doğrudan, bunun sənə nə dəxli? 
– Dəxli çoxdur! Nə qədər ki sən heç kəsi sevmirsən...– Joan duruxdu. 
– İndicə ona fahişə deyirdin, belə yerdə məhəbbətdən danışmaq olar? 
– Özüm qəsdlə elə dedim... O dəqiqə gördüm ki, eləsindən deyil. Buna görə də elə 
dedim. Fahişədən ötrü durub sənin yanına gəlməzdim. Sevirsənmi onu? 
– Söndür işığı, özün də çıx get!  
Joan bir az da ona yaxın gəldi: 
– Bilirəm... Gördüm...–dedi. 
 
– Rədd ol, get! Yorulmuşam... Bu ucuz həngamələri də yığışdır. Özün də bilirsən 
ki, onların yeri deyil. Birini ehtirasını söndürmək, əylənmək, şan-şöhrət qazanmaq 
üçün əlində saxlayırsan, o birinə də deyirsən ki, səni sevirəm, lap ürəkdən sevirəm, 
başqa cür sevirəm... Ancaq qabağındakı da eşşək deyil, bilir ki, onu da ehtiyatda 
saxlayırsan. Rədd ol, get! Belə görürəm ki, sən çox məhəbbət növlərinə bələdsən. 
– Elə deyil! Sən dediyin kimi deyil! Başqa şeydir... Sən deyən kimi deyil... Mən 
qayıtmaq istəyirəm... Sənin yanına qayıdacağam... 
Ravik qədəhi yenə doldurdu: 
– Ola bilsin ki, istəyirsən. Ancaq bu da özünü aldatmaqdır. Özün özünü güclə 
aldadırsan ki, düşdüyün vəziyyətdən canını qurtarasan. Sən heç vaxt 
qayıtmayacaqsan! 
–Qayıdacağam! 
–Yox! Qayıtsan da, çox qalmayacaqsan! Çünki sabah başqası çıxacaq, o da təkcə 
səni istəyəcək, varı da, yoxu da sən olacaqsan və hər şey təzədən başlayacaq. 
Həmişə də belə olacaq... Görəcəkli günlərim var imiş... 
– Yox! Yox! Heç yerə getməyəcəyəm... 
Ravik güldü: 
– Əzizim, iki gözüm,–onun səsində nəsə nəvazişə oxşar bir şey var idi,–sən mənim 
yanımda qalan deyilsən. Küləyi də, axar suyu da tutub saxlamaq olmaz. Suyu 
saxlasan, iylənəcək, küləyin qabağını kəssən, boğuq havaya dönəcək... Sən bir 
yerdə qərar tutub qalmaq üçün yaranmamısan, Joan! 
– Elə sən də... 
– Mən?–Ravik qədəhi başına çəkdi, «səhər-səhər o sarışın, sonra da ölümünü 
qoynunda gəzdirən, dərisi kövrək ipəyə dönmüş Ket,–deyə ürəyindən keçirdi.–İndi 
də bu... Təklif gözləmədən gəlir, həyat eşqi ilə alışıb-yanır, nə etdiyini də bilmir, 
ancaq elə inamla eləyir ki, kişilər ondan baş aça bilmir, gah sadəlövh olur, gah da 
adamı valeh edir, öz aləmində etibarlıdır, ancaq, əslində, anası təbiət kimi 
etibarsızdır, adamı didərgin salır, ancaq özünün də yurdu-yuvası yoxdur, kimisə 
tutub saxlamaq istəyir, lakin axırda özü qoyub gedir...» 
– Mən?–Bir də təkrar elədi.–Sən mənim nəyimə bələdsən? Həyatı suallarla dolu 
olan bir adamın qəlbinə məhəbbət odu düşməsini sən haradan bilərsən? Sənin ucuz 
ehtirasın onun yanında nədir ki?! Ömrü boyu yıxılıb-durmağa məhkum olmuş bir 
adam təsadüfən özünə dayaq tapanda, sonsuz «niyə»lər sonu görünən «sən»ə 
çevriləndə, sükut səhrasından hiss və duyğular ilğım kimi baş qaldıranda, səndən 
ixtiyarsız qanın cuşa gəlib, təlxəklik eləyə-eləyə adi meşşan həyatından da, şirin-
şirin arzulardan da füsunkar bir aləm yaradanda sənin o ucuz ehtirasın neyləyər? 


 
229
Sən heç bilirsənmi, gümüşü rəngə boyanmış aləm, evləri sədəfdən və qızılgül 
kvarsından hörülmüş, qıpqırmızı qan kimi bərq vuran şəhər nə deməkdir? Elə 
bilirsən, bunlar haqda o dəqiqə danışmaq olar? Elə bilirsən, dil o dəqiqə dönüb 
onları söz və hisslərin hazır qəlbinə sala bilir? Sən nə bilirsən, qəbirlərin ağzını 
əjdaha kimi açıb gözləməsi, dünənin, zülmət dolu gecələrin dəhşətli qorxusu nə 
deməkdir? Qəbirlər qorxuya baxmır, ağzını açıb gözləyir, sən də görürsən ki, onun 
içində heç skelet də qalmayıb, hamısı torpağa dönüb. Bu torpaq gələcək məhsulun 
rüşeymidir, ilk cücərtisidir! Sənin belə şeylərdən xəbərin varmı? Yox, sən təkcə 
ehtirası, həmişə qalib gəlməyi xoşlayırsan. Eləsini istəyirsən ki, əriyib sənə 
qarışmağa hazır olsun, ancaq bacarmasın... Sən coşqunluğu, çılğınlığı xoşlayırsan, 
ona görə də ürəyin həmişə boş qalacaq... Çünki adam elə şeyi saxlaya bilər ki, 
onun öz qəlbində bitmiş olsun. Belə tufan olan yerdə də çox şey bitməz! Onlar 
yalnız tənhalığın zülmət dolu gecələrində bitir... Ancaq bu şərtlə ki, ümidsizliyə 
qapılmayasan... Sənin belə şeylərdən xəbərin varmı?– O, bu sözləri yavaş-yavaş, 
Joanın üzünə baxmadan dedi, sanki, onu tamam unutmuşdu... Və qurtaran kimi ona 
baxdı:– Gör bir nələr danışıram?! Bu çeynənmiş səfeh sözlər kimə lazımdır? Bu 
gün həddən artıq içmişəm... Gəl, sən də bir az iç, sonra da çıx get... 
Joan onun yanında çarpayıya oturub, qədəhi aldı: 
– Başa düşdüm!–dedi. Üzünün ifadəsi tamam dəyişmişdi. 
«Sifəti yenə güzgüyə döndü!–Ravik ürəyindən keçirdi.– Nə deyirsən, orada əks 
olunur...» 
Bu sifət indi mənalı və gözəl idi! 
– Başa düşdüm...–Joan təkrar elədi. – Bəzilərini də duydum... Ancaq, Ravik, sən də 
məhəbbətə, həyata çox vurulduğun üçün məni tez-tez unudurdun. Mən sənin üçün 
həmişə bəhanə olmuşam... Yanına gələn kimi öz gümüşü aləminə qapılmısan, 
mənə fikir verməmisən... 
Ravik xeyli onun üzünə baxandan sonra: 
– Bəlkə də...–dedi. 
– Sən həmişə öz aləminlə məşğul olmusan və orada elə şeylər tapmısan ki, mən 
çox vaxt sənin həyatından uzaqlarda qalmışam... 
– Bəlkə də... Ancaq sənin ipinin üstünə odun yığmaq olmaz, Joan. Bunu özün də 
bilirsən... 
– Nə vaxt istəmisən ki? 
– Heç vaxt...–Ravik bir az fikirləşəndən sonra dilləndi.–Adam öz isti yuvasından 
didərgin düşəndə başına bəzən çox qəribə işlər gəlir, özü də qəribə işlər görür... 
Mən isə bunu istəmirdim. 
Qəflətən gecənin qəlbinə dərin sükut çökdü. Və birdən əbədiyyətin özü qədər uzaq 
keçmişdə Joanın onunla yanaşı uzandığı gecələrdən birinə çevrildi... Bütün şəhər 
yenə də harayasa köçüb getmişdi, yalnız üfüqlərdən həzin bir zümzümə eşidilirdi 
və elə bil, saatların zənciri qırılmış, zaman da səssiz-səmirsiz dayanmışdı. 
Dünyanın ən adi, ən sirli möcüzəsi yenə gəlib onları tapmışdı: iki insan bir-biri ilə 
söhbət edir və hərəsi də öz aləmində... Sözlər adlanan o səslər də beyinlərin 
qaranlıq guşələrində bir-birinə oxşayan səksəkəli lövhələr, hisslər oyadır, səs 
tellərinin təsadüfi titrəyişindən, o titrəyişin sehirli əks-sədasından, bomboz, tutqun 
təsəvvürlərin arasından yenə bir səma boylanır və buludlar, çaylar, uzaq keçmişlər, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə