Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə88/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

 
235
əsrlərdə, istər böyük olsun, istərsə də kiçik, dəyişməz qalır. Bir də onu bilirdi ki, 
qızdırma, tənəzzül nə deməkdir və onun simptomlarına yaxşı bələd idi: hara gəldi, 
kiminlə oldu həvəssiz eyş-işrət, təbiətən zəif olduqlarından hər şeyə dözmək, 
xeyirsiz idman, təmkinsiz ariflik, yumor xatirinə yumor, kiməsə yuxarıdan 
baxmaq, macəra həvəsi, şit tamahkarlıq, cilalanmış fatalizm, məqsədsizlik... 
«Belələri dünyanı heç vaxt xilas eləyə bilməz,–deyə ürəyindən keçirdi.–Bəs kim 
xilas eləyə bilər?» Ketin üzünə baxdı. 
– İçməyə bir şey olmadı,–Ket təəssüflə dilləndi.– Xidmətçilər bu qədər adamın 
arasından keçə bilməz. 
– Eybi yoxdur. 
Onları yavaş-yavaş qonşu otağa sıxışdırdılar. Divarın dibində üstünə «Şampan» 
düzülmüş stollar var idi və onları ortaya çəkib, tələsik açdılar. 
Haradasa bir-iki şam yandırmışdılar. Bayırda çaxan şimşəklərin qığılcımları 
onların zəif işığına qarışanda adamların sifəti bircə anlığa saralır, meyit rənginə 
çalırdı. Sonra ildırım çaxır, otaqdakı səs-küyü öz gurultusunda itirib-batırır, bircə 
anlığa otağa hakim kəsilir, hamını qorxudurdu. Sonra şamların zəif işığı təzədən 
qayıdır və özü ilə canlanma, bürkü gətirirdi... 
Ravik üstünə «Şampan» düzülmüş stollara işarə etdi: 
– Sizə də gətirim? 
– Xeyr, çox istidir.–Ket onun üzünə baxdı.–Bu da mənim bayramım... 
– Bəlkə, yağış tez gəsdi. 
– Xeyr, kəsməz. Kəssə də, xeyri yoxdur, hamısını korladı. Bilirsiniz, indi nə 
istəyirəm? Getmək... 
–Yaxşı oldu, elə mən də. Elə bil, indicə Fransa inqilabı başlayacaq, sanskülötlər 
böyürdən çıxacaq... 
Çox çətinliklə çıxa bildilər. Ketin paltarı elə kökə düşmüşdü ki, deyərdin, bir neçə 
saat əynində yatıb. Bayırda selləmə qopmuşdu. Üzbəüz evlərə, sanki, pəncərəsində 
sellər-sular oynayan gül mağazasından baxırdın: suyun içində üzürdü... Maşın 
onların qabağına gəldi.  
– Hara gedəcəksiniz, Ket? Mehmanxanaya? 
– Hələ yox. Ancaq bu paltarda da heç yerə getmək olmaz. Şəhərdə bir az fırlanaq. 
– Oldu. 
Maşın asta-asta Parisin qaranlığa bürünmüş küçələri ilə süzürdü. Yağış ara 
vermədən özünü maşına çırpır və onun səsindən başqa heç nə eşidilmirdi. «Zəfər 
tağı»nın bomboz kölgəsi gümüş rəngli yağışın arasından boylanıb yox oldu. 
«Yelisey çölləri»ndə sıralanmış mağazaların vitrinləri min rəngə çalırdı. Ron-Puen 
küçəsini gül-çiçək qoxusu, ətir bürümüşdü və o, tüstü-duman içindən baş qaldıran 
rəngarəng dalğaya oxşayırdı. Uzaqda qaralan «Konkor» meydanı tritanların, 
nəhənglərin məskəni olan dəniz kimi nəhayətsiz idi... Rivoli küçəsi öz işıqlı tağları 
ilə onlara tərəf üzürdü və sanki, Venesiyanın parıltısı bircə anlığa qaçıb bura 
gəlmişdi. Sonra Luvr muzeyinin bomboz, əzəmətli binası, ucu-bucağı bilinməyən 
həyəti, işıq süzülən pəncərələri göründü. Daha sonra isə sahil parkı... Sakit axan 
çayların üstündə asta-asta yırğalanan körpülər... Yükdaşıyan qayıqlar... Yedəkçi 
gəminin hərarət, təsəlli dolu işığı... Bu işıq, sanki, öz hərarətli qoynunda min-min 
qaçqına vətən bəxş eləmişdi... Sena çayı... Bulvarlar avtobusla, səs-küylə, 


 
236
adamlarla, mağazalarla dolu idi. Lüksemburq sarayının dəmir barmaqlıqları, ondan 
bir az o tərəfdə isə Rilkenin kövrək şeirlərini andıran park... Unudulmuş, sükuta 
qərq olmuş Monparnas qəbiristanlığı... Tez-tez bir-biri ilə kəsişən qədim ensiz 
küçələr, evlər, gözlənilmədən qabağına çıxan sakit meydanlar, ağaclar, külək 
döyən fasadlar, kilsələr, ovulmuş abidələr, küləyin yelləndirdiyi fənərlər, 
torpaqdan baş qaldırmış istehkamlara oxşayan balaca ayaqyolular, otaqlarını 
saathesabı kirayəyə verən mehmanxanalarla dolu döngələr, həmin döngələrin 
arasında da qədim küçələr və bu küçələrdə də xalis rokoko, barokko üslubunda 
tikilmiş evlər, Prustun romanlarında olduğu kimi, qaranlığa qərq olmuş 
darvazalar... 
Ket küncə qısılıb oturmuşdu və susurdu. Ravik siqaret çəkirdi. Elə bil, qaranlıq 
maşının içində oturub, tüstüsüz siqaret çəkirdi və getdikcə hər şey öz gerçəkliyini 
itirirdi. Sanki, bu gəzinti də, yağışın altında səssiz-səmirsiz süzən maşın da, bir-bir 
geridə qalan küçələr də, bir küncə qısılıb oturan qadın da, onun əynindəki qeyri-adi 
paltar da, bu paltarın üstündə sayrışan əlvan işıqlar da, zərxaranın üstünə süst 
düşüb qalmış ölüm nişanəli əllər də həqiqət deyil, xəyali Parisdə hiss və 
duyğularının, naməlum, səbəbsiz ayrılığın gövrəklik dolu xəyali bir səyahəti idi... 
Haake yadına düşdü. Onunla nə edəcəyini dəqiqləşdirmək istədi. Ancaq bir şey 
çıxmadı, sanki, yağış bütün fikir və düşüncələrini yuyub aparırdı. Təşrih elədiyi 
qadını, sonra da Rotenburqdakı yağışlı gecəni, həmin gecəni birlikdə keçirdiyi 
qadını xatırladı. Onu tamam unutmuşdu. Bir də «Ayzenhut» mehmanxanası, hansı 
pəncərədənsə süzülən skripka səsi... 1917-ci ildə Flandriyanın laləli çöllərində 
çovğuna düşüb ölmüş Romberq də yadına düşdü. O çovğun başqa çovğun idi və 
alov kimi püskürürdü, uğultusundan qulaq tutulurdu. Sanki, Allah yer üzündəki 
bəndələrindən bezmişdi, onları atəşə tutmuşdu... Sonra hot-holtsda dəniz niyadası 
batalyonundan bir əsgərin qarmon çaldığını, həmin qarmonun səsindəki iniltini, 
sızıltını, dözülməz həsrəti xatırladı. Yağışlı Roma, Ruanın nəm şosesi, həbs 
düşərgəsi, əbədi noyabr yağışlarının döyəclədiyi baraklar xəyalından bir-bir gəlib 
keçdi... Ölmüş ispan kəndliləri... Ağızları bir az aralı qalmışdı və yağış da orada 
göllənmişdi... Klerin nəm, aydın sifəti... Haydelberq universitetinin yasəmən ətrinə 
bürünmüş yolu... Keçmişin sehirli çırağı... Oradan baş qaldıran nəhayətsiz xatirələr 
Parisin küçələri kimi bir-bir arxada qalır, gah zəhər olurdu, gah da təsəlli... 
Siqareti söndürüb dikəldi. Daha bəsdir! Tez-tez geriyə baxan adam ya gedib 
nəyəsə dəyər, ya da yıxılar... 
Maşın Monmartrın döngələri ilə şütüyürdü. Yağış kəsmişdi. Göydə gümüşü rəngli 
buludlar ağır-ağır sürünür, gah da yeyinləşir və boylu analar kimi balaca bir ay 
doğmağa tələsirdi... Ket maşını saxlatdırdı. Onlar düşüb, bir neçə döngəni 
üzüyuxarı piyada qalxdılar, sonra tinə buruldular... 
İndi Paris ayaqlarının altında idi. Ucu-bucağı görünməyən, işıqları sayrışan, sulara 
qərq olmuş Paris! Bu da onun küçələri, meydançaları... Gecəsi aylı, buludlu Paris! 
Bu da onun çələngə oxşayan bulvarları... Sarımtıl işığa bələnmiş yamacları, 
qüllələri, damları ilə özünü qaranlıqların qoynuna atmış Paris! Üfüqlərdən əsən 
külək, işıq saçan düzənliklər, gah ağaran, gah qaralan körpülər, Sena çayı, lap 
uzaqlarda onun üstündən oynayıb keçən şimşək, leysan yağış, maşınların saysız-
hesabsız işıqları... Arı pətəyi kimi qaynar həyatı ilə gecəni döyüşə çağıran, altından 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə