Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə87/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

 
233
– Qurtarır. Lap az qalıb, sonu görünür. 
Kambron küçəsi tərəfdən güllə səsi eşidildi. Tində dayanmış polislər o dəqiqə 
velosipedə mindilər. Qadın fəryadı eşidildi. Dəstədən qəfil bir uğultu qopdu. 
Velosipedli polislər əllərindəki dəyənəyi yellədə-yellədə özlərini nümayişçilərin 
arasına vurdular. 
 
– Nə oldu? – Ket qorxa-qorxa soruşdu. 
– Heç nə, hansı maşınınsa təkəri partladı.  
Sürücü geri döndü. Onun rəngi qaçmışdı. 
– Bu... 
– Sürün!–Ravik ona aman vermədi.–İndi keçmək olar. Küçə tamam boşalmışdı.– 
Sanki, külək hər şeyi süpürüb aparmışdı. – Tez olun!–Ravik səsləndi. 
Kambron küçəsi tərəfdən qışqırtı eşidilirdi... Yenə güllə açıldı... Sürücü maşını 
tərpətdi. 
 
Onlar üzü bağa düzəldilmiş artırmada dayanmışdılar. Hamı bal paltarında idi. 
Ağacların kölgə düşən aralalarında qızılgüllər açmışdı. Çıraqların içindəki şamların 
közərtisi sayrışırdı. Hansı pavilyondasa balaca bir orkestr menuet çalırdı. Bütün bu 
mənzərə Vattonun əsərini xatırladırdı. Elə bil, hər şey canlanmışdı... 
– Gözəldir?–Ket soruşdu. 
– Bəli. 
– Doğrudan? 
– Bəli, Ket. Ən azı uzaqdan yaxşı görünür. 
– Gəlin bir az bağda gəzək. 
Hündür, qocaman ağacların altında qeyri-adi bir mənzərə yaranmışdı. Saysız-
hesabsız şamların titrək şöləsi gümüşü, qızılı zərxaraların, gömgöy, çəhrayı, dəniz 
rəngli, bahalı məxmərlərin üstünə düşür, kişilərin uzunsaçlı pariklərində, 
qadınlarınsa həzin skripka səsinin oxşadığı çılpaq, ənlik-kirşanlı çiyinlərində bərq 
vururdu. Adamlar cüt-cüt, dəstə-dəstə gəzişir, qılıncların qəbzələri işıldayır, 
haradasa fəvvarə şırıldayır və fıstıq ağacları da, sanki, bunlardan məst olub, səssiz-
səmirsiz uyuyurdu... 
Ravik gördü ki, xidmətçilər də bal paltarı geyib. Fikirləşdi ki, xəfiyyələr də 
paltarlarını dəyişmiş olar. Birdən Molyer, ya da Rasin gəlib onu yaxalaya... Lap 
kef olar! Ya da elə, ləzzət üçün, saray təlxəyi... 
Qəflətən əlinin üstünə iri bir yağış damlası düşdü. Başını qaldırıb göyə baxdı. 
Bayaq qızılı rəngə çalan səmanı qara buludlar qoynuna almışdı... 
– Yağış yağır, Ket. 
– Ola bilməz! Bağ... 
– Yağacaq, tez qaçaq... 
Ravik onun qolundan tutub artırmaya gətirdi. Yenicə çatmışdılar ki, leysan başladı, 
nə başladı! Elə bil, göydən su ələnirdi. Çıraqdakı şamlar söndü, bir neçə saniyə 
keçməmiş rəngarəng dekorasiyalar yaş əskiyə döndü; çaxnaşma düşdü. Markizalar, 
hersoginyalar, saray xanımları zərxara paltarlarının ətəklərini yığışdıraraq, 
artırmaya qaçdılar. Qraflar, əlahəzrətlər, feldmarşallar pariklərini tuta-tuta 
hürküdülmüş toyuq-cücə kimi pərən-pərən düşmüşdülər. Yağış pariklərin, 


 
234
yaxalıqların, çiyni açıq paltarların üstü ilə sel kimi axır, ənlik-kirşanı yuyub 
aparırdı. Göydə boğuq bir şimşək oynadı, bağ bircə anlığa tutqun işığa boyandı və 
sonra ildırım çaxdı. 
Çadırın altında hərəkətsiz dayanmış Ket, Ravikə qısılmışdı. 
– Heç vaxt belə olmamışdı...–Ket lap özünü itirmişdi.–Mən bura tez-tez gəlirəm. 
Heç vaxt belə olmamışdı... Heç vaxt! 
– Zümrüdləri çırpışdırmaq üçün əla şəraitdir. 
– Doğru deyirsiniz. İlahi, bu... 
Əyinlərinə plaş geyib başlarına çətir tutmuş xidmətçilər bağda ora-bura 
qaçışırdılar. Qayığa oxşayan ipək məstləri plaşın altından qəribə görünürdü. Onlar 
bağda azaraq islanmış saray xanımlarının əlindən tutub, artırmaya gətirir, sonra 
qayıdıb, haradasa düşüb qalmış bürüncəkləri, itən şeyləri axtarırdılar. Hansısa bir 
çüt qızılı ayaqqabı gətirdi. Onlar çox zərif idi və xidmətçi onları ehtiyatla 
tutmuşdu. Yağış boş qalmış stolların üstünü yuyur və tarım çəkilmiş günlükləri elə 
döyəcləyirdi ki, deyərdin, səma büllur çubuqlarla təbil çalır, kimisə yürüşə 
çağırırdı... 
– İçəri gedək, Ravik. 
Otaqlar qonaqlar üçün darlıq eləyirdi. Deyəsən, heç gəs belə hava olacağını 
gözləməmişdi. Yağışdan qabaqkı bürkünün hamısı içəri dolmuşdu. Üstəlik də 
camaatın nəfəsi... Qadınların yerlə sürünən ətəkləri ayaq altda qalır, ipək o dəqiqə 
də cırılırdı. Elə sıxlıq idi ki, tərpənmək olmurdu... 
Raviklə Ket qapının yanında durmuşdular. Lap yaxında dayanmış markiza de 
Montespanın nəfəsi Ravikin üzünə vururdu. Qadın tamam suyun içində idi, saçı 
pırpızlanmışdı. İri məsaməli boğazından armudşəkilli brilyant boyunbağı asılmışdı, 
elə bil, islanıb cücəyə dönmüş göysatan karnavala gəlmişdi. Onun yanında da 
güdmülçənə, dazbaş bir kişi öskürürdü. Ravik onu tanıdı: xarici işlər nazirliyində 
işləyən Blanşe idi, özünü Kolberə oxşatmışdı. Ondan bir az o yana iki qəşəng, şax 
qamətli saray xanımı dayanmışdı və yan tərəfdən baxanda ov itlərinə oxşayırdılar. 
Kök, ucadan danışan, başına daş-qaşla bəzədilmiş şlyapa qoymuş yəhudi baron da 
ləzzətlə onların çılpaq çiyinlərini sığallayırdı. Paj paltarında bir neçə cənubi 
amerikalı da təəccüblə, diqqətlə ona baxırdı. Markiza Lavaler kimi geyinmiş 
qrafinya Bellen də onların arasında idi və yerə enmiş məlakəyə oxşayırdı, çoxlu da 
yaqut taxmışdı. Yadına düşdü ki, bir il qabaq Düranın diaqnozu ilə onun 
yumurtalığını kəsib götürdü... Ümumiyyətlə, bunların hamısı Düranın adamları idi. 
Bir-iki addım o tərəfdə dayanmış gənc, varlı baronessa Ranpları da tanıdı. 
Baronessa ingilisə ərə gedəndən sonra Ravik Düranın səhv diaqnozu ilə onun 
uşaqlığını kəsib götürmüşdü. Katibəsinin dediyinə görə, Düran ondan beş min 
frank almışdı. Ravikə isə ikicə yüz çatmışdı. Bununla qadının ömrü on il azalmış, 
uşağı olmaq imkanını da tamam itirmişdi...  
Yağış qoxusu, boğanaq hava, ətir, tər iyi, nəm saçların rayihəsi bir-birinə 
qarışmışdı. Yağış üzlərdəki ənlik-kirşanı yuyub aparmışdı və onlar pariklərin 
altında olduğundan da çılpaq görünürdülər. Ravik ətrafına göz gəzdirdi. Çox 
gözəllər gördü, çox ariflərə, hər şeyə şübhə ilə yanaşan zəka sahiblərinə rast gəldi. 
Ancaq güclə sezilən xəstəlik əlamətləri də gözündən qaçmadı. Eyibsiz xarici 
görkəmlər onu çaşdıra bilməzdi! Bilirdi ki, cəmiyyətin müəyyən dairələri bütün 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə