Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə89/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   85   86   87   88   89   90   91   92   ...   114

 
237
milyon-milyon çirkli arxlar keçən, torpağın altındakı üfunətdən qidalanıb 
çiçəklənən, qoynunda xərçəng xəstəliyi gəzdirən, özü isə Mona Lizaya oxşayan 
Paris! 
– Bircə dəqiqə məni gözlə, Ket, gedim, içməyə bir şey alım. 
Ravik yaxındakı meyxanaya girdi. Təzə iç-ciyər kolbasasının iyi üzünə vurdu. Heç 
kim onun əynindəki paltara fikir vermədi. Bir şüşə konyak, iki dənə də qədəh 
götürdü. Xidmətçi tıxacı çıxarıb, onu təzədən şüşənin ağzına qoydu. 
Ket yerindən tərpənməmişdi. Əynindəki paltar ləngər vuran səmanın fonunda onu 
elə arıq göstərirdi ki, deyərdin, başqa əsrdən qalıb, Bostonda doğulub, İsveçdə 
yaşayan amerikalı Ket deyil... 
– Buyurun, Ket! Soyuğun da, yağışın da, tənhalıq qorxusunun da ən yaxşı dərmanı 
budur! Gəlin bu şəhərin sağlığına içək! 
– İçək!–Ket qədəhi götürdü.–Yaxşı ki, bura gəldik Ravik. Dünyanın heç bir 
bayramı buna çatmaz... 
O, qədəhi başına çəkdi. Ayın işığı çiyinlərinə, paltarına, üzünə düşürdü. 
– Konyak! Özü də yaxşısı! 
– Elədir, Ket. Əgər siz bunun dadını hiss edirsinizsə, demək, hər şey 
qaydasındadır. 
– Bir qədəh də süzün! Sonra şəhərə qayıdaq, ikiniz də paltarımızı dəyişək, 
«Şəhrizad»a gedək. Bu gün sentimentallaşmaq, şərabdan məst olmaq, kövrəlmək, 
həyatın ən şirin əyləncələri ilə vidalaşmaq istəyirəm. Sabahdan filosofları 
oxuyacaq, vəsiyyətnamə yazacaq və özümü ölümə məhkum olunmuş adam kimi 
ləyaqətlə aparacağam! 
 
Ravik mehmanxananın pilləkənində sahibə ilə rastlaşdı. Qadın onu saxladı: 
– Bircə dəqiqə vaxtınız olar? 
–Əlbəttə, buyurun. 
Qadın onu birinci mərtəbəyə gətirdi, ehtiyat açarla otaqlardan birini açdı. Ravik 
gördü ki, burada adam yaşayır. 
– Bu, nə deməkdir?–deyə soruşdu.–Bura niyə hücum çəkirsiniz? 
– Bu otaqda Rozenfeld qalır... Çıxmaq istəyir. 
– Axı mən otağımı dəyişmək istəmirəm?! 
–Çıxmaq istəyir, ancaq son üç ayın pulunu verməyib. 
–Şeyləri ki buradadır, onları da siz verməyin! 
Qadın ikrahla çarpayının yanında böyrü üstə qalmış açıq çamadanı ayağı ilə itələdi: 
– Burada nə var ki? Qiymətli heç nə yoxdur. Köhnə çamadan, üzülmüş köynəklər. 
Kostyumu da özünüz görürsünüz, ikicə dəstdir. Hamısı bir yerdə heç yüz franka da 
getməz... 
Ravik çiyinlərini çəkdi: 
– Çıxmağını özü dedi? 
– Xeyr! Ancaq bilinir... Bu gün üzünə dedim... Boynuna aldı! Dedim ki, sabaha 
qədər pulu tapıb versin. Pulunu verməyən kirayəçini çox saxlaya bilmərəm. 
–Yaxşı eləmisiniz. Bəs mənlik burada nə iş var? 
– Şəkillərə görə gətirmişəm. Bunlar da onundur. Deyir ki, çox qiymətlidir, pulu 
kirayəyə çatar, hələ artır da qalar. Bir bu şəkillərə baxın... 


 
238
Ravik divarlara fikir verməmişdi. Başını qaldıranda çarpayının üzərində asılmış 
Van Qoqun yaradıcılığının çiçəkləndiyi dövrdə çəkdiyi «Arle mənzərələri»ni 
gördü. Bir addım da irəli getdi, onun əsli olduğuna şübhəsi qalmadı. 
– Baxanda adamın əti ürpəşir, düz demirəm? – Qadın soruşdu.–Bu əyri-üyrü şeylər 
də guya, ağacdır! Hələ bir buna da baxın... 
Əlüzyuyanın üstündə Qogen asılmışdı. Çılpaq cənublu qız tropik mənzərənin 
fonunda... 
– Ayaqlarına bax! – Sahibə rişxəndlə davam etdi. – Topuqları fil topuğuna oxşayır. 
Sir-sifətindən də giclik yağır... Hələ onun bir duruşuna baxın! Bir şəkil də var, 
yarımçıq qalıb... 
Yarımçıq şəkil Sezanın öz arvadının portreti idi. 
– Ağzına baxın, əyridir. Yanaqlarına da rəng çatmayıb... Gör nə ilə mənim başımı 
piyləmək istəyir! Məndəki şəkilləri görmüsünüz? Hamısı naturadan çəkilib, elə bil, 
özləridir. Yeməkxanadakı qış mənzərəsi, marallar... Onlar hara, bu zirzibil hara... 
Təhər-töhüründən özü çəkənə oxşayır, elə deyil? 
– Təxminən, elədir. 
– Mən də elə bunu bilmək istəyirdim. Axı siz oxumuş adamsınız, belə şeylərdən 
başınız çıxır. Heç çərçivələri də yoxdur! 
Şəkillərin üçü də çərçivəsiz asılmışdı. Çirkli divar kağızının üstündə başqa bir 
dünyaya açılan pəncərəyə oxşayırdı. 
– Heç olmasa, qızıl suyuna çəkilmiş çərçivələri olsaydı, götürərdim. Ancaq bu 
kökdə... Deyəsən, mənə qalan axırda bu zirzibil olaçaq! Əcəb günə düşdüm! Bu da 
yaxşılığın... 
– İnanmıram ki, bunlar sizə lazım olsun. 
– Bəs neçə olacaq? 
– Rozenfeld pulu tapıb verəcək. 
– Haradan tapacaq?–Qadın birdən Ravikə baxdı, üzünün rəngi dəyişdi.–Bunlar bir 
şeyə dəyər? Bəzən belələri çox qiymətə minir.–O dəqiqə hiss olundu ki, beynində 
nəyisə götür-qoy edir.–İstəsəm, son ayın əvəzinə birini götürərəm. Hansını 
məsləhət görürsünüz? Çarpayının üstündəki böyüyü? 
– Heç birini. Rozenfeldin özünü gözləyin. Mən əminəm ki, pul tapacaq. 
– Mənsə inanmıram. Mən mehmanxana sahibiyəm, gözləyə bilmərəm. 
– Elə isə bu qədər vaxtı niyə gözləmisiniz? Yoxsa elə şey eləməzdiniz? 
– Ağzımı açmağa qoyurdu? Elə dillər tökürdü ki! Özünüz ki belələrini yaxşı 
tanıyırsınız... 
Qəflətən Rozenfeld qapıda göründü. Balaca, sakit bir adam idi. Qadına ağzını 
açmağa imkan vermədi, çibindən pul çıxarıb dedi: 
– Buyurun, bu da mənim haqq-hesabım. Lütfən, qəbz verin.  
Qadın heyrətlə çeklərə, şəkillərə və sonra yenə pula baxdı. Nəsə demək istədi, 
ancaq səsi çıxmadı. Axırda birtəhər: 
– Bu, çoxdur,–dedi. 
– Bilirəm. Artığını indi qaytara bilərsiniz? 
– Qaytararam, ançaq üstümdə yoxdur. Kassa aşağıdadır, xırdalayaram. 
O, elə getdi ki, deyərdin, kimsə xətrinə bərk dəyib. Rozenfeld Ravikə baxdı. 


 
239
– Bağışlayın!–Ravik üzr istədi...–Məni zorla çəkib gətirdi. Nəyə gətirdiyini heç 
bilmirdim. Şəkillərin qiymətini öyrənmək istəyirdi. 
– Dediniz? 
– Xeyr. 
– Yaxşı eləmisiniz...–Rozenfeld Raviki qəribə bir təbəssümlə süzdü. 
– Belə şəkilləri buradan asmaq olar?–Ravik təəccübləndi.–Sığorta elətdirmisiniz? 
– Xeyr. Şəkli kim oğurlayar?! Təsadüfən, iyirmi ildə bir dəfə muzeydən 
oğurlayarlar, ya yox... 
– Otaq yana bilər. 
Rozenfeld çiyinlərini çəkdi: 
– Bəzən risqə getmək lazımdır. Sığorta elətdirməyə pulum çatmaz. 
Ravik Van-Qoqa baxdı. Ən azı bir milyon frank qiyməti var idi. Rozenfeld onun 
baxışlarını tutdu. 
– Nə fikirləşdiyinizi bilirəm,–dedi,–belə şəkilləri olanın onları sığorta elətdirməyə 
pulu da olmalıdır. Ancaq yoxumdur. Məni dolandıran bu şəkillərdir, yavaş-yavaş 
satıram. Ancaq ürəksiz satıram... 
Portretin altındakı stolun üstündə spirt lampası, bir qutu qəhvə, çörək, yağ, balaca 
kağız torbaları vardı. Otaq da balaca və kasıb idi. Ancaq divarlardan dünyanın 
gözəlliyi gülürdü. 
– Başa düşürəm...–Ravik dilləndi. 
Elə bilirdim, çatdıracağam. Qatara da, gəmiyə də bilet almışam. Hər şeyə çatdı, 
təkcə bu üç ayın pulunu verə bilmədim. Əməlli-başlı çörək də yemirdim, ancaq 
yenə çatmadı. Viza almaq çox çəkdi. Bu axşam Moneni satmalı oldum. Veteyl 
mənzərəsi idi. Elə bilirdim, onu da özümlə apara biləcəyəm. 
– Onsuz da, harada olsa satmalı deyildiniz? 
– Elədir... Ancaq dollara satardım, ikiqat artığına düşərdi. 
– Amerikaya gedirsiniz? 
Rozenfeld başını tərpətdi: 
– Buradan uzaqlaşmaq vaxtı çatıb. 
Ravik sualediçi nəzərlərlə onun üzünə baxdı. 
– Kor yapalaq da gedir, – Rozenfeld əlavə etdi. 
– Kor yapalaq kimdir? 
– Tanımırsınız? Markus Mayeri deyirəm. Onun adını kor yapalaq qoymuşuq. İy 
bilir, qaçmaq vaxtı gələndə duyur. 
– Mayer? Hərdənbir «katakomba»da piano çalan dazbaş kişi deyil? 
– Odur. Praqa hadisəsindən sonra adı kor yapalaq qaldı. 
–Yaxşı addır. 
–Həmişə iy bilib, Hitler hakimiyyətə gəlməmişdən iki ay qabaq Almaniyadan 
çıxıb. Vyanada da nasistləri üç ay qabaqlayıb. Almanlar Praqaya girməmişdən ay 
yarım qabaq da oradan qaçıb. Hər şeyi onun dediyi ilə ölçürəm. Həmişə! İy bilir... 
Elə ona görə də şəkilləri qoruya bilmişəm. Almaniyadan çıxanda pul götürə 
bilmədim, markanı buraxmırdılar. Milyon yarım pul qoymuşdum. İstədim hamısını 
nəqd geri alam, ancaq nasistlər gəldi, çatdıra bilmədim. Mayer ağıllı tərpəndi, bir 
hissəsini aradan çıxara bildi. Mənimsə əsəblərim dözmədi, yarımçıq buraxdım. 
İndi Amerikaya gedir, mən də ona qoşuluram. Heyif Monedən... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə