Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə97/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

 
260
Orqanın xışıltılı səsi... Ravik hələ də səntirləyirdi, elə bil, damarlarındakı qanı da 
donmuşdu. Yumruqlarını elə sıxmışdı ki, dırnaqları ətə yerimişdi. Gərək, Haake 
onu görməsin! Gərək onu tanıdığını Rolanda bilməsin! 
– Xeyr...–İndi də öz səsini eşitdi.–Çox içmişəm. Deyirsən, almandır? Tanıyırsan? 
– Haradan tanıyıram?–Rolanda çiyinlərini çəkdi.– Hamısı bir-birinə oxşayır. 
Deyəsən, bu, birinci dəfədir gəlib. Bəlkə, bir şey içəsən? 
– Xeyr, elə-belə gəlmişdim... 
Hiss etdi ki, Rolanda ona baxır, güclə özünü yığışdırdı: 
– Ziyafətin vaxtını dəqiqləşdirməyə gəlmişdim. Cümə axşamı dedin, ya cümə 
günü? 
– Cümə axşamı. Özün demədin ki, gələcəksən? 
– Mütləq gələcəyəm! Ona görə də dəqiqləşdirmək istədim... 
– Cümə axşamı saat altıda. 
– Yaxşı, bir dəqiqə də o yan-bu yana olmayacaq. Elə buna görə gəlmişdim. Mən 
getdim, gecən xeyrə qalsın, Rolanda. 
– Xeyrə qarşı, Ravik. 
Aydınlıq gecə birdən-birə uğuldamağa başladı. Evlər evlikdən çıxıb daş yığnağına, 
pəncərə cəngəlliklərinə döndü. Sanki, müharibə başlamışdı, kəşfiyyatçılar bomboş 
küçə ilə sürünə-sürünə gedirdilər. Maşını gizlətmişdilər, motoru uğuldayırdı, özü 
də düşməni pusurdu.. 
Çıxanda tapança ilə vursunmu? Diqqətlə küçə uzunu baxdı. Bir-iki maşın, sarı 
işıqlar, pişiklər... Lap uzaqda, fənərin altında kimsə dayanıb, polisə oxşayır. 
Maşının nömrəsi, güllə səsi, onu indicə burada görmüş Rolanda... Qulağına 
Morozovun səsi gəldi: «Heç vaxt, heç vaxt risq eləmə... Risq etməyə dəyən iş 
deyil.» 
Nə qapıçı var, nə də taksi. Bazar ertəsi bu vaxtlar minik həmişə az olur. O, bunları 
ürəyindən keçirən anda bir taksi gəlib qapının ağzında dayandı. Sürücü siqaret 
yandırıb, əsnədi. Ravik hiss etdi ki, bütün bədəni üşürgələnir, ancaq yerindən 
tərpənmədi... 
İndi neyləsin? Bəlkə, düşüb sürücüyə desin ki, içəridə heç kəs yoxdur? Yox, elə 
yaramazdı. Onu harayasa göndərmək lazımdır. Pulunu versin, nəsə tapşırsın, 
Morozovun yanına göndərsin. Tez dəftərçədən bir vərəq çıxarıb nəsə yazdı, sonra 
onu cırıb, təzəsini yazdı. Morozov onu «Şəhrizad»ın qabağında gözləsin, altında da 
ağlına gələn bir ad yazdı... 
Taksi birdən tərpəndi. Tez pəncərədən çölə baxdı, ancaq heç nə görə bilmədi. 
Bəlkə, o yazanda, Haake minmişdi? Tez maşını işə saldı. «Talbo» taksinin 
arxasınca tini buruldu. Arxa şüşədən heç kim görünmürdü. Ancaq Haake bir az 
yana da çəkilmiş olardı... Maşınlar yavaş-yavaş qoşalaşdı. İçəri qaranlıq idi, 
seçmək olmurdu. Bir az geri qalıb, təzədən taksiyə çatdı. İndi lap yaxın surürdü. 
Taksinin sürücüsü ona tərəf baxıb söydü: 
– Ey, balqabağın biri balqabaq, məni hara sıxırsan? 
– Sənin maşınında bir dostum oturub... 
– Sərxoş heyvan, görmürsən ki, maşın boşdur?  
Ravik özü də həmin anda gördü ki, taksinin hesablayıcısı qoşulmayıb. Tez geri 
dönüb, maşını «Oziris»ə qovmağa başladı. 


 
261
Haake səkidə dayanmışdı və ona əl elədi: 
– Ey taksi, taksi... 
Ravik ona yaxınlaşıb, əyləci basdı, 
– Taksidir?–Haake soruşdu. 
– Xeyr,–deyə Ravik başını pəncərədən çıxardı.–Salamlar! 
Haake diqqətlə ona baxdı, gözləri qıyıldı. 
– Nə? 
– Deyəsən, biz tanışıq...–Ravik almanca danışırdı.  
Hakke irəli əyildi və üzündəki şübhə əlaməti o dəqiqə yox oldu: 
– İlahi! Cənab fon... fon... 
– Horn. 
– Elədir, elədir! Cənab fon Horn! Yadıma düşdü! Təsadüfə bax! Bu neçə vaxtı 
haralarda idiniz, dost? 
– Parisdə. Gəlin əyləşin. Gəldiyinizi bilmirdim. 
– Bir-iki dəfə zəng elədim. Başqa mehmanxanaya köçmüsünüz? 
– Xeyr, hələ də «Prins de Qall»da qalıram.–Ravik maşının qapısını açdı.–Gəlin 
aparım, bu vaxt taksi tapa bilməzsiniz. 
Haake bir ayağını maşının ayaq yerinə qoydu. Ravik onun nəfəsini duydu
qıpqırmızı, allanmış yanaqlarını gördü. 
–Hə, «Prins de Qall» ...–Haake təkrar elədi.–Lənət şeytana, doğrudan da, elə idi. 
«Prins de Qall!». Mən «V Georq»a zəng vururam... – Ucadan güldü. – Sizi 
tanımadılar... İndi başa düşdüm... Düz deyirsiniz, «Prins de Qall» idi! 
Qarışdırmışam... Köhnə qeyd dəftərçəmi götürmədim, elə bildim, yadımda qalıb. 
Ravikin gözü «Oziris»in qapısında idi. Ordakıların çıxması xeyli çəkəcəkdi. Qızlar 
paltarını dəyişməli idi... Buna baxmayaraq, Haakeni maşına tez çəkmək lazımdı. 
Haake isə tələsənə oxşamırdı: 
– Ora getmək istəyirsiniz? 
O məqsədlə gəlmişdim, ancaq, deyəsən, gecdir. 
Haake fısıldadı: 
– Elədir, əzizim, axırıncı mən çıxdım. Bağlayırlar. 
– Eybi yoxdur! Onsuz da, sən deyən, yer də deyil. Başqasına gedərik. Gəlin! 
– Başqası da var? 
– Əlbəttə! Yaxşıları hələ bundan sonra başlayır. Bu, turistlər üçündür. 
– Doğrudan? Mən elə bilirəm, ən yaxşısı budur. 
– Xeyr, bundan da yaxşıları var. Bu, onların yanında heç nədir. 
Ravik bir-iki dəfə qaz verdi, motor uğuldayıb sakitləşdi. Düz hesablamışdı, Haake 
onun yanında yerini rahatlayırdı: 
– Sizi görməyimə çox şadam,–dedi.–Doğrudan da, çox şadam. 
Ravik onun arxa tərəfindən əlini uzadıb qapını çəkdi. 
Mən də çox şadam,–dedi. 
– Bura da pis yer deyil, lüt qızlar çoxdur. Polis də buna icazə verir! Yəqin, çoxu 
xəstə olar, eləmi? 
– Bəlkə də. Belə yerlərə adam ürəklə gedə bilmir,– deyə Ravik maşını tərpətdi. 
Haake siqaret çıxardı: 


 
262
– Tam etibarlı yerlər var? Sözün düzü, evə süzənəklə qayıtmaq istəmirəm. Bir 
tərəfdən də adam dünyaya bircə dəfə gəlir... 
– Elədir,–deyə Ravik elektrik alışqanı ona verdi. 
– İndi hara gedirik? 
– Başlanğıc üçün «Maison de Renda-rvous» (25) necə olar? 
– Bu, nə olan şeydir? 
– Orada yüksək cəmiyyətin qadınları macəra axtarır. 
– Nə? Doğrudan, yüksək cəmiyyətin xanımlarıdır? 
– Bəli. Kiminin əri qocadır, kimininki cansıxıcıdır, bəzilərininki də yaxşı pul 
qazanmır. 
– Bəs necə... Axı onlar birdən-birə... Bu, necə olur? 
– Həmin qadınlar bir-iki saatlığa ora gəlirlər. Necə deyərlər, kokteyl içməyə 
yığışırlar. Bəziləri də zəng vurandan sonra gəlir. Əlbəttə, ora Monmartrdakı 
fahişəxana kimi açıq-saçıq deyil... Hələ Bulon meşəsində əntiqə bir ev tanıyıram, 
sahibə xarici görkəmindən hersoginyaya oxşayır. Orada hər şey gözəl, intim, 
abırlıdır. 
Ravik yavaş-yavaş, sakit-sakit danışır, asta-asta nəfəs alırdı. Sanki, təcrübəli bir 
turist bələdçisi idi, ancaq yenə özünü danışmağa məcbur edirdi ki, sakitləşsin. 
Qolunun damarları titrəyirdi. Sükandan ikiəlli yapışmışdı ki, titrədiyi bilinməsin. 
– Otaqlara valeh olacaqsınız. Müasir mebellər... Döşəmədə, divarlarda qədim 
xalçalar... Seçmə şərab, əla xidmət... Qadınlara da söz ola bilməz, hamısı gül kimi 
təmiz! 
Haake ağzındakı tüstünü havaya üfürüb, Ravikə baxdı: 
– Bura baxın, cənab fon Horn, əzizim, bunlar hamısı gözəl səslənir! Ancaq bircə 
şey qaranlıq qaldı: yəqin, çox baha olar?! 
– Əksinə, çox ucuzdur. 
Haake pərt olsa da, qaqqıltı ilə güldü: 
– Baxır, kimə ucuzdur! Biz almanlar da...  
Ravik başını buladı: 
– Sahibə ilə aram yaxşıdır. Ona çox yaxşılığım keçib, bizi xüsusi qonaq kimi qəbul 
edəcək. Siz ora mənim dostum kimi gedirsiniz, ona görə də heç nə almayacaqlar. 
Uzaqbaşı kiməsə çaypulu verəcəksiniz. «Oziris»də bir şüşə şampan şərabı bundan 
çox eləyir. 
– Doğrudan? 
– Özünüz görəcəksiniz.  
Haake yerini rahatladı: 
– Lənət şeytana, bu, nəyə desən dəyər!–Ravikin üzünə baxıb irişdi.–Deyəsən, belə 
şeylərdə ustasınız, qadına da böyük yaxşılıq eləmisiniz. 
Ravik düz onun gözlərinin içinə baxdı: 
– Belə ev saxlayanlar hökumət orqanları ilə tez-tez toqquşurlar. Hərdən onları bir 
az sıxma-boğmaya salırlar. Nəyi nəzərdə tutduğumu özünüz yaxşı başa 
düşərsiniz... 
– Lap yaxşı başa düşürəm!–Haake bircə anlığa fikrə getdi.–Burada əlaqələriniz 
genişdir? 
– Bir az var. İki-üç dostum yüksək dairələrdə işləyir. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə