Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

 
280
–Həyatla ayaqlaşır, – Ravik laqeydliklə dilləndi.– Çoxumuz eləyik. Nəfəsi tutula-
tutula onun arxasınca qaçırıq ki, əldən çıxmasın. 
– Bunu başqa cür də demək olar. 
– Olar, ancaq mənası dəyişməyəcək. Nigarançılıqdır, qoca! Son iyirmi beş ilin 
dəbdə olan xəstəliyidir. Daha heç kəs həyatının qalan hissəsini sakitcə başa vurub 
qocalacağına inanmır. Hamı yanğın qoxusunu duyur, həyatdan nəsə qoparmağa 
çalışır. Təkcə səndən başqa... Sənə adi sevinclər də bəs eləyir. 
Morozov dinmədi. 
– Ancaq şlyapadan başı çıxmır,– deyə Ravik sözünə davam etdi.–Başına qoyduğu 
şlyapaya bax! Ümumiyyətlə, zövqü pisdir. Onun gücü də elə bundadır. Çox 
mədəni olmaq adamı zəiflədir. Ancaq axır nəticədə hamı adi, çılpaq həyat 
həqiqətlərinə gəlib çıxır. Sən özün buna ən yaxşı misalsan. 
Morozov irişdi: 
– Mənim miskin səadətimdə işin olmasın, ey xəyalı həmişə göylərdə süzən insan! 
Zövqü adi olan adamın çox şey xoşuna gəlir, heç vaxt əli boşda qalmır. Altmış 
yaşında məhəbbət dalınca qaçan axmaqdır, qarşısındakıların manşır kartla 
oynadığını bilə-bilə onları udmaq xəyalına düşür. Yaxşı fahişəxanada adamın ürəyi 
dinclik tapır. Mən getdiyim yerdə on altı cavan qız var. Azacıq pulla paşalıq 
eləyirəm. Mənim orada gördüyüm nəvazişi bəzi məhəbbət qulları ömrü boyu 
görmür. Yenə deyirəm, məhəbbət qulları! 
– Başa düşdüm, Boris. 
– Yaxşı, onda gəl bu sərin, yüngül «Puyi» şərabını axıracan içək, Parisin hələ 
zəhərlənməmiş havasından doyunca udaq! 
– Mən razı! Sən şabalıd ağaclarının bu il ikinci dəfə çiçək açdığını hiss elədin? 
Morozov başını tərpətdi, qırmızı rəngə çalan nəhəng Mars planetinin işıq saçdığı 
səmanı göstərdi: 
– Hiss elədim! Deyirlər, Mars da çoxdan bəri yerə belə yaxınlaşxmayıb.– O 
güldü.–Bir azdan qəzetlərdə oxuyarıq ki, haradasa yenicə doğulmuş uşağın 
üzündəki xal qılınca oxşayır. Ya da haradasa yağış əvəzinə, qan yağıb! Bu qəribə 
əlamətləri tamamlamaq üçün təkcə orta əsrlərin müəmmalı quyruqlu ulduzu 
çatmır. 
– O quyruqlu ulduz da gəlib!–Ravik redaksiyanın binası üstündə hərəkət edən 
reklam–yazını göstərdi. Hərflər, sanki, bir-birini təqib edirdi. Ora xeyli adam 
yığışmışdı və başlarını geri əyərək, dinmədən onlara tamaşa edirdilər... 
Raviklə Morozov burada xeyli oturdular. Bir qarmonçalan səkidə dayanıb 
«Göyərçinim mənim» mahnısını çalırdı. Sonra xalça alverçiləri gəldi, hərəsi birini 
çiyininə almışdı. Bir oğlan da stolların arası ilə gəzə-gəzə püstə satırdı. 
Qəzetsatanlar gələnə kimi hər şey əvvəlki qayda ilə yerində idi. Ancaq onlar 
görünər-görünməz təzə xəbərləri əllərindən qapdılar və bir neçə saniyənin içində 
hərə bir qəzet açdı. Elə bil, artırmaya bir dəstə iri, dümağ, qansız güvə dolmuşdu 
və qanadlarını asta-asta tərpədərək, acgözlüklə öz qurbanlarını didişdirirdi... 
Joan gedir, –Morozov dilləndi. 
– Hanı? 
– O tərəfə bax... 


 
281
Joan küçəni keçib, «Yelisey çölləri»ndəki üstüaçıq maşına tərəf gedirdi. Raviki 
görmədi. Yanındakı kişi maşının o biri tərəfinə keçib, sükanın arxasında oturdu. 
Şlyapa qoymamışdı və çox cavan görünürdü. Ustalıqla maşını o birilərin arasından 
çıxardı. «Deloe» idi... 
– Gözəl maşındır...– Ravik sükutu pozdu. 
– Təkərləri gözəldir!–deyə Morozov fısqırdı.–Polad qətiyyətli, əyilməz Ravikə 
bax! – Sonra da təəssüf hissi ilə əlavə elədi.–Vətənindən didərgin düşüb, gəlib 
mərkəzi avropalı olub. Gözəl maşına bax! Murdar bir əclaf desəydin, yenə bir az 
başa düşərdim. 
Ravik gülümsədi: 
– Bu, nəyisə dəyişir? Əclaf, ya müqəddəs, nə fərqi, hər şey ona münasibətdən 
asılıdır. Ömrü boyu sakit bir fahişəxana axtaran on altı qızın paşası belə şeyi başa 
düşməz! Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün 
iki-üç mismar bəs eləyər. İstəyir qızıldan olsun, istəyir qurğuşundan, ya da lap 
paslanmış olsun, ona fərq eləmir. Harada kefi gəlir, orada da adamı yaxalayır. 
İstəyir, qaratikan kolu olsun, istəyir, qızılgül, fərqi yoxdur, sədəf kimi parıldayan 
ay işığına bürünəndə «Min bir geçə» nağılına dönür. 
Morozov şərabdan bir qurtum aldı. 
– Sən yaman çox danışırsan,–dedi,–heç biri də düz deyil. 
– Özüm bilirəm. Ancaq qatı qaranlıqda adicə bir mayak da gur işıqdır, Boris. 
Etual meydanından gümüşü rəngə bələnmiş bir sərinlik gəldi. Ravik içində şərab 
olan köbəli qədəhi ovcuna aldı. Əlinə sərinlik yayıldı. Ürəyi də belə soyuq idi. Bu 
soyuqluq gecənin nəfəsi ilə gəlirdi və özü ilə bərabər Ravikin taleyinə sonsuz bir 
biganəlik də gətirirdi. Həm taleyinə, həm də gələcəyinə... Haçansa bir dəfə də belə 
olmamışdımı? Hə, yadına düşdü, Antibdə... Joanın onu atıb gedəcəyini biləndə... 
Bu, sonradan etinasızlığa çevrilən biganəlik idi. Heç yana getməməyi qərara alanda 
da belə soyuqqanlı oldu. Daha heç yerə gedən deyil! Bu da həmin işin davamıdır. 
İntiqamın da, məhəbbətin də dadını gördü. Bəsi idi! Bunlar hər şey olmasa da, hər 
halda, çox şey idi! Kişiyə bundan artıq nə lazımdır?! Əslində, heç birinə ümid 
eləmirdi. Haakeni öldürdü və Parisdən qaçmadı! Heç qaçmayacaq da! Bu da həmin 
işin davamıdır! Bir yandan dolan bir yandan boşalmalıdır... Yox, məyusluq deyildi 
bu! Sadəcə olaraq, adam qəti qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu 
qərar heç bir məntiqə sığmasın! Çox yıxılıb-durandan sonra ayağı yer tutmuşdu, 
nəsə gəlib yerinə düşmüşdü. İndi bir az ara vermək, özünü toplayıb diqqətlə ətrafa 
baxmaq lazımdır. Bu, çox müəmmalı bir inam idi, sanki, yaranan fasilədən istifadə 
edərək, nəyəsə hazırlaşırdı. Artıq hər şey mənasını itirmişdi. Axar sular dayanıb 
göl olub, gecənin qoynunda uyuyur. Bu gölün hara axıb töküləcəyini açılan səhər 
göstərəcək... 
– Mən gedim,–deyə Morozov saata baxdı. 
– Oldu, Boris. Mən bir az da oturacağam. 
– Axırı çatmış bir dünyanın son gecələrindən nəsə qoparmaq istəyirsən, hə? 
– Düz tapdın! Bunların heç biri qayıdan deyil... 
– Qayıtsa yaxşıdır? 
– Yox! Heç biz də qayıdan deyilik! Keçən gün keçib getdi, onu gözyaşı ilə, 
yalvarmaqla qaytarmaq olmaz! 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə