Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə104/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

 
277
– Srağagün polisdən bir nəfər gəlmişdi, bir alman haqda soruşurdu, deyirdi, bəlkə, 
burada olub... 
– Doğrudan?–Ravik diqqətini topladı. 
– Bəli. Sən axırıncı dəfə gələndə o da burada idi. Yəqin, yadında qalmaz. Kök, 
dazbaş kişi idi, içəridə İvonna və Klerlə oturmuşdu. Soruşurdu ki, o, burada olanda 
daha kim var idi. 
– Yadıma gəlmir... 
– Çox güman ki, sən onu heç görmədin. Əlbəttə, həmin anda sənin bir dəqiqəliyə 
bura gəldiyini demədim... 
Ravik başını tərpətdi. 
– Belə yaxşıdır, – Rolanda sözünə davam etdi.–Bu casuslara günahsız adamlardan 
pasport soruşmağa imkan vermək lazım deyil. 
– Elədir... Nə istədiyini demədi? 
Rolanda çiyinlərini çəkdi: 
– Xeyr. Bizə nə dəxli? Dedim ki, burada heç kim olmayıb. Bizim köhnə qanundur: 
heç vaxt heç nə bilmirik və görməmişik. Belə yaxşıdır... O da çox dərinə getmədi. 
– Getmədi? 
Rolanda gülümsədi: 
– Ravik, fransızların nə vecinə ki, adi bir alman turistinin başına nələr gəlir?! 
Bizim öz dərdi-sərimiz özümüzə bəsdir. 
O ayağa durdu: 
– Mən gedəsiyəm... Salamat qal, Ravik. 
– Xoş getdin, Rolanda! Sənin yerin burada həmişə bilinəcək. 
Rolanda gülümsədi: 
Bəlkə də, o dəqiqə bilinmədi... Bir azdan bilinər... 
Vidalaşmaq üçün qızlara tərəf getdi. Gedə-gedə kassaya, kreslolara, stollara baxdı. 
Lap yerinə düşən hədiyyələr idi. Hamısını bir anlığa kafedə təsəvvür elədi. 
Xüsusilə kassa... Gəlir, gələcəyə inam, ev-eşik, rahat həyat demək idi. Rolanda bir 
anlığa tərəddüd elədi, özünü saxlaya bilmədi, əl çantasından pul çıxarıb işım-işım 
işıldayan aparatın yanına qoydu, düymələri vurdu. Kassa şıqqıldadı, iki frank əlli 
santim göstərdi, siyirmə çıxdı, Rolandanın üzünə təbəssüm qondu, uşaq kimi 
sevindi. Qızlar maraqla onu dövrəyə aldılar. Rolanda düymələri yenə basdı, bir 
frank yetmiş beş santim vurdu. 
– Sizdə bir frank yetmiş beş santimə nə düşür?  
Rolanda fikrə getdi: 
– Bir qədəh «Dübene» və iki «Perno». 
– Bir qədəh «Amer pikon», bir dənə də pivə neçə eləyir? 
– Yetmiş santim.–Rolanda düymələri basdı.–On frank yetmiş santim. 
– Ucuzdur!–«Kürən» ləqəbli Marqarita təəccübləndi. 
– Biz tərəfdə ucuz olmalıdır da... 
Qızlar hörmə kresloları mərmər stolların ətrafına düzdülər və ehtiyatla oturdular. 
Paltarlarını sığalladılar və Rolandanın gələcək kafesinin müştərilərinə çevrildilər. 
– Bizə ingilis biskviti ilə üç fincan çay verin, madam Rolanda!–Xüsusilə evli 
kişilərin çox xoşuna gələn sarışın, arıq Dezi sifariş verdi. 


 
278
– Yeddi frank səksən santim,–Rolanda kassanı işə saldı.–Təəssüf ki, ingilis biskviti 
çox bahadır. 
Qonşu stoldakı «Kürən» xeyli götür-qoydan sonra başını qaldırdı: 
– İki şüşə «Pommeri»!–Xüsusi əda ilə dilləndi. Onun Rolandadan çox xoşu gəlirdi 
və bunu göstərmək istəyirdi. 
– Doxsan frank. Yaxşı «Pommeri»dir.  
«Kürən» fınxırdı: 
– Dörd qədəh də konyak! Ad günümdür.  
Kassa şıqqıldadı. 
– Dörd frank qırx santim. 
– Bəs «Beze» ilə dörd fincan qəhvə? 
– Üç frank altmış santim. 
Ehtizaza gəlmiş «Kürən» gözünü döyə-döyə Rolandanın üzünə baxdı. Özgə nə 
sifariş verəcəyini bilmirdi. Qızlar yenə kassanın başına yığışdılar. 
– Hamısı bir yerdə nə qədər elədi, madam Rolanda?  
Rolanda üstü rəqəmli kağızı onlara göstərdi: 
– Yüz beş frank səksən santim. 
– Bunun nə qədəri xalis gəlirdir? 
– Təxminən, otuz frankı. «Şampan» şərabının sayəsində bu qədər oldu. Onun gəliri 
çoxdur. 
– Əla!–«Kürən» sevinclə qışqırdı.–Əladır! Qazancınız həmişə belə çox olsun! 
Rolanda Ravikin yanına qayıtdı. Onun gözləri parıldayırdı. Yalnız sevən, yaxud 
alverdə bəxti gətirən adamların gözləri belə parıldayardı... 
– Salamat qal, Ravik! Dediklərim yadından çıxmasın. 
– Çıxmaz! Yaxşı yol, Rolanda! 
Rolanda qəti, şax addımlarla qapıya tərəf getdi. Gələcək onun üçün aydın, həyat isə 
mənalı idi... 
 
Morozovla «Fuke» restoranının artırmasında oturmuşdu. Axşam saat doqquz idi. 
Adam çoxdu. Lap uzaqda, «Zəfər tağı»nın arxasından iki fənərin dümağ, bumbuz 
işığı görünürdü... 
– Siçovullar Parisdən qaçır...–Morozov dilləndi.– «İnternasional»da iki otaq 
boşalıb. 1933-cü ildən bəri belə olmamışdı. 
– Başqa mühacirlər gəlib dolacaq. 
– Kim gələsidir? Ruslar da, italyanlar da, polyaklar da, ispanlar da, almanlar da 
oldu, qurtardı... 
– Fransızlar! Sərhəd tərəfdən qaçanlar. Ötən müharibədəki kimi... 
Morozov qədəhini götürəndə gördü ki, boşdur. İşarə ilə xidmətçini çağırdı: 
– «Puyi»dən bir qrafin də gətirin.–Sonra Ravikə tərəf döndü:–Bəs sən nə 
fikirləşirsən? 
– Məni də o siçovullara tay tutursan? 
– Hə. 
– İndi siçovullara da pasport, viza lazımdır. 
Morozov narazı baxışlarla onu süzdü: 


 
279
– İndiyə kimi səndə hansı olub?! Gəzmədiyin yer də qalmayıb... Vyanada, Sürixdə, 
İspaniyada, Parisdə... Sənin də aradan çıxmaq vaxtın yetişib. 
– Hara?–Ravik xidmətçinin yenicə gətirdiyi qrafini götürdü. Şüşə soyuq və 
kələkötür idi. Tünd olmayan şərabdan qədəhlərə süzdü.–İtaliyaya? Gestapo 
sərhəddə dayanıb gözləyir. İspaniyaya? Falankistlər də orada gözləyir... 
– İsveçrəyə get! 
– İsveçrə də çox balacadır. Orada üç dəfə olmuşam. Hamısında da polis bircə 
həftədən sonra yaxalayıb, Fransaya qaytarıb. 
– İngiltərəyə! Belçikadan gizlincə keçərsən. 
– Mümkün deyil. Limanda tutub Belçikaya qaytaraçaqlar. Ora da mühacirlərə əl 
vermir. 
– Amerikaya da gedə bilməzsən. Bəs Meksika necədir? 
– Mühacirlərlə doludur. Ora getmək üçün də sənəd lazımdır. 
– Sənin heç nəyin yoxdur? 
– Həbsxanalardan buraxılış sənədlərim olub. Sərhədi keçəndə müxtəlif adlarla 
yatmışam. Belələri adama lazım olmur, ona görə də cırıb atmışam. 
Morozov susdu. 
– Daha qaçmağa yer qalmayıb, Boris baba!–Ravik kinayə ilə dilləndi.–Nə vaxtsa 
qurtarmalı idi... 
– Bilirsən, müharibə başlasa, burada nələr olacaq? 
– Məlum şeydir, fransız konslagerləri... Keyfiyyəti də lap aşağı olacaq, çünki 
hazırlıq görməyiblər. 
– Bəs sonra? 
Ravik çiyinlərini çəkdi: 
– Çox uzağı fikirləşmək lazım deyil. 
– Qoy belə olsun... Ancaq bilirsən, burada qarmaqarışıqlıq düşüb, səni də 
konslagerə göndərsələr, axırın necə olacaq? Almanların əlinə düşə bilərsən! 
– Bəlkə də, düşdüm... Çoxu belə olacaq... Bəlkə də, bizi onlar gəlməmiş 
buraxdılar... Kim bilir, necə olacaq? 
– Bəs sonrası? 
Ravik siqaret çıxardı: 
– Gəl bu söhbətləri bir yana qoyaq, Boris. Mən Fransadan heç yana gedən deyiləm. 
Başqa yerlər təhlükəlidir, getmək mümkün deyil. Heç özüm də daha getmək 
istəmirəm. 
– Daha istəmirsən? 
–Yox! Çox ölçüb-biçmişəm. Səni başa sala bilmərəm. Sözlə demək də çətindir. 
Getmək istəmirəm, vəssalam! 
Morozov susaraq, artırmada oturanlara baxdı: 
– Joan da burada imiş,–dedi. 
O, V Georq prospekti tərəfdən uzaq bir stol arxasında kişi ilə oturmuşdu. 
Morozov Ravikdən soruşdu: 
– Kişini tanıyırsan?  
Ravik həmin tərəfə baxdı: 
–Yox. 
–Deyəsən, gündə birini tapır. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə