Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə102/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

 
272
– Heçcə nə... Qurtardı... Bəxtim gətirdi... 
– Maşın haradadır? 
– Ponsel küçəsində. Hər şey qaydasındadır... 
– Heç nə eləmək lazım deyil? 
– Heçcə nə... Başım birdən-birə yaman ağrıdı. Yatmaq istəyirəm... Sonra gələrəm. 
– Yaxşı, get. Görüləsi bir iş qalmayıb ki? 
– Yox, Boris, heç nə qalmadı... Asan imiş... 
– Heç nəyi unutmadın ki? 
– Məncə, yox... Yox... İndi bir-bir yadıma sala bilmərəm. Gərək, əvvəlcə yatam. 
Sonra... Burada olacaqsan? 
– Əlbəttə. 
– Yaxşı, onda özüm düşərəm. 
 
Ravik otağına qayıtdı. Başı çox bərk ağrıyırdı. Bir xeyli pəncərənin qabağında 
dayandı. Aşağıda mühacir Vizenhofun zanbaqları parıldayırdı. Üzbəüz binanın 
bom-boz divarı, bomboş pəncərələri... Hər şey qurtarmışdı. Belə də olmalı idi. 
Yaxşı da olmuşdu. Ancaq hər şey bitmişdi, sabaha, o biri günə heç nə qalmamışdı. 
Sabah üçün mənasız bir adam idi. Pəncərəsi önündə gün yavaş-yavaş əyilirdi... 
Soyunub bir də yuyundu. Əllərini uzun-uzadı spirtlə ovuşdurdu, sonra günə verib 
qurutdu. Barmaqlarındakı oynaqların dərisi dartıldı. Başı ağırlaşmışdı, beyni isə 
onun içində boş-boşuna üzürdü. Şpris götürüb, onu pəncərənin ağzındakı balaca 
elektrik qızdırıcısı ilə qaynatdı. Su xeyli pıqqıldadı. Bu səs ona çayı xatırlatdı. 
Yalnız çayı... İki ampulanın başını sındırıb, şəffaf mayeni şprislə çəkdi. Özünə 
iynə vurub, yerinə girdi. Bir azdan durub köhnə xalatını üstünə saldı. Birdən-birə 
ona elə gəldi ki, on iki yaşında oğlandır, yorulub, yalnız təzəcə boy atmağa 
başlayan yeniyetmələrə xas qəribə bir tənhalıqda yalqız qalıb... 
 
Şər qarışanda ayıldı. Qürub edən günəşin qızılı şüaları evlərin damına sancılmışdı. 
Aşağıdan Vizenhofla frau Qoldberqin səsi gəlirdi. Nə danışdıqlarını başa düşmədi. 
Heç düşmək istəmirdi də. İndi gündüzlər yatmağa öyrəşməyən adamlar kimi idi: 
təsadüfən günortadan sonra yuxuya getmiş, birdən-birə öz məhvərindən qopmuşdu 
və bircə anın içində heç nədən özünü öldürməyə hazır idi... Ürəyindən keçirdi ki, 
kaş indi təşrih eləməyə bir adam olaydı. Vəziyyəti nə qədər ümidsiz olsa da, çarə 
tapardı. Birdən yadına düşdü ki, bu gün heç nə yeməyib. Elə həmin dəqiqə də qarnı 
acından doğranmağa başladı. Başağrısı keçib getmişdi. Geyinib, aşağı düşdü. 
Morozov otağında idi və köynəyinin qolunu çırmalayıb şahmat məsələsi həll 
edirdi. Otaq, demək olar ki, bomboş idi. Divardan livreyası asılmışdı. Bir küncdə 
ikonaşəkilli lampa, başqa küncdə isə üstündə samovar olan stol, o birində də 
müasir soyuducu qoyulmuşdu. Morozov bu soyuducu ilə fəxr edirdi. Onun içində 
araq, yemək şeyləri, sərin pivə saxlayırdı. Çarpayının qarşısında isə türk xalısı 
salınmışdı. 
Morozov dinmədən durub, iki qədəh, bir şüşə də araq gətirdi, qədəhləri doldurdu. 
– «Zubrovka»dır,–dedi.  
Ravik oturdu. 
– İçmək istəmirəm, Boris. Yaman acmışam. 


 
273
– Yaxşı, onda çörək yeməyə gedərik. Hələlik...–Morozov eşələyib soyuducudan 
qara rus çörəyi, turşu xiyar, yağ və bir balaca qutu da kürü çıxardı.–Bunları götür! 
Kürünü «Şəhrizad»ın baş aşpazı bağışlayıb. Hər adama vermir... 
– Boris, gəl gizlənqaç oynamayaq. Ona «Oziris»də rast gəldim, Bulon meşəsində 
öldürdüm, Sən-jermendə də basdırdım. 
– Görən oldu? 
– Yox, heç «Oziris»in qabağında da görən olmadı. 
– Heç yerdə? 
– Bulon meşəsində bir nəfər gördü. Onda da hər şey qurtarmışdı. Maşında idi. Bir 
maşını gördü, bir də məni... Mən də qusurdum. Burada elə bir şey yoxdur, çox 
içmişəm, özümü pis hiss eləmişəm... 
– Bəs onun şeylərini neylədin? 
– Basdırdım. Monoqramları, yarlıqları kəsib götürdüm, qalan kağız-kuğuzu ilə bir 
yerdə yandırdım. Yalnız pulu və bir də Şimal vağzalına qoyduğu çamadanın qəbzi 
qalıb. Otağını təhvil vermişdi, bu gün tezdən getməli idi. 
– Lənət şeytana, bəxti gətirmək buna deyərlər! Qan izi qalmadı? 
– Yox. Heç qanı çıxdı ki? «Prins de Qall»dakı otağı da təhvil verdim, çamadanımı 
da gətirdim. Burada əlaqəsi olan adamlar elə biləcək çıxıb gedib. Çamadanını 
oradan götürmək mümkün olsa, heç bir iz qalmazdı. 
– Berlində görəcəklər gəlmədi, buradan soruşacaqlar. 
– Çamadan orada olmasa, hara getdiyini bilməzdilər. 
– Biləcəklər. Qatarda yeri boş gedib. Bileti yandırdın? 
– Hə. 
– Onda qəbzi də yandır. 
– Bəlkə, baqaj komissiyasına göndərək? Onu Berlinə, ya da lazım olan yerə 
verərlər. 
– Fərqi yoxdur. Yandırmaq yaxşıdır. Nə qədər çox hiylə işlətməyə çalışsan, o 
qədər pis olaçaq, iz qoyacaqsan. Ancaq indi, sadəcə olaraq, kimsə yoxa çıxıb. 
Parisdə belə şeylər çox olur. Axtarış başlanacaq, o saat biləcəklər ki, axırıncı dəfə 
«Oziris»də olub. İçəri girmişdin? 
– Hə, bircə dəqiqəliyə girdim və onu gördüm. Özünün xəbəri olmadı. Çıxıb 
bayırda gözlədim. Heç kəs də görmədi. 
– Soruşa bilərlər ki, həmin vaxt «Oziris»də özgə kim olub. Rolanda da səni 
deyəcək. 
– Bunun ziyanı yoxdur, mən ora tez-tez gedirəm. 
– Yaxşı olardı ki, səni heç sorğu-suala çəkməyəydilər. Özün mühacir, sənədin də 
yox... Rolanda harada qaldığını bilir? 
– Yox, ancaq Veberin ünvanını bilir. Rəsmi həkim odur. Rolanda da oradan bir-iki 
günə gedir. 
– Hara getdiyini öyrənəcəklər,–Morozov özünə bir qədəh də süzdü.–Ravik, mənə 
elə gəlir ki, bir neçə həftəliyə aradan çıxsan, yaxşı olar. 
Ravik onun üzünə baxdı: 
– Demək asandır, Boris. Hara? 
– Hara gəldi. Adam çox olan yerə. Ya Kanna, ya da Dövilə get. Oralar indi 
qarışıqdır, nəzərə çarpmazsan. Ya da Antibə get. Orada olmusan, heç kəs səndən 


 
274
pasport istəməyəcək. Mən də burada Veberlə, Rolanda ilə əlaqə saxlayaram, 
polisin səni şahid kimi dindirmək istədiyini öyrənərəm. 
Ravik başını buladı: 
– Yaxşısı budur, heç yerindən tərpənməyəsən, özünü elə göstərəsən ki, guya, heç 
nə olmayıb. 
– Yox, bu dəfə elə yaramaz. 
Ravik yenə Morozovun üzünə baxdı: 
– Heç yerə qaçan deyiləm, buradaca qalacağam. Bu da həmin işin bir tərəfidir. 
Başa düşmürsən? 
Morozov onun sualını cavabsız buraxdı. 
– Əvvəlcə sən o qəbzi yandır,–dedi. 
Ravik qəbzi cibindən çıxarıb külqabında yandırdı. Morozov mis külqabını götürüb 
narın külü pəncərədən çölə sovurdu. 
– Bu da belə... Özgə nəyi qalıb? 
– Pulu. 
– Baxım. 
Çekləri diqqətlə yoxladı. Heç bir işarə yox idi. 
– Bunu istifadə eləmək olar. Neyləmək istəyirsən? 
– Qaçqınların fonduna keçirə bilərəm. Öz adımı yazmaram. 
– Sabah onları dəyişdir, ancaq iki həftədən sonra göndər. 
– Yaxşı. 
Ravik pulu qaytarıb cibinə qoydu. Onu qatlayanda birdən-yadına düşdü ki, bu əli 
ilə indicə çörək yeyirdi. Oğrun-oğrun əllərinə baxdı. Gör səhər-səhər ağlına nələr 
gəlmişdi! Qara çörəkdən bir dilim də götürdü. 
Morozov soruşdu: 
– Yeməyə hara gedəcəyik? 
– Hara olursa olsun. 
Morozov onun üzünə baxdı. Ravik gülümsədi. Birinci dəfə idi ki, gülümsəyirdi... 
– Boris,–dedi,–mənə elə baxma! Elə bil, tibb bacısı xəstəsini infarkt vuracağından 
qorxur... Mən elə bir heyvanı öldürmüşəm ki, o, buna min qat layiq idi. Həyatımda 
çox günahsız adam qırmışam, əvəzində də, medal almışam, ancaq heç birini 
üzbəüz döyüşdə öldürməmişəm, əksinə, sinə-sinə gözləmişəm, xəbərləri olmayıb, 
arxadan vurmuşam. Onda müharibə idi və bu da mənim şərəfli vəzifəm hesab 
olunurdu. Lakin məni indi bircə şey yandırdı ki, öldürməmişdən qabaq hər şeyi 
üzünə oxuya bilmədim. Heç bilirsən bunu necə istəyirdim?! Hər halda, öldürdüm, 
daha heç kəsə işgəncə verə bilməyəcək. Sonra da gəlib yatdım və indi, elə bil, bunu 
nə vaxtsa qəzetdə oxumuşam... 
Morozov pencəyinin yaxasını düymələdi: 
– Yaxşı, onda gedək. İçmək istəyirəm.  
Ravik heyrətlə ona baxdı: 
– Sən? 
– Hə, mən! Mən!–Morozov bircə anlığa tərəddüd elədi.–Bu gün birinci dəfə 
qocaldığımı hiss elədim! 
 
                                                                                XXXI 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə