Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə92/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

 
246
edirdi? Bu zəif vaxtında ona dəyən zərbə nə idi? Çoxdan qaysaqlanıb sağaldığını 
güman etdiyi yerə skalpel kimi çəkilən nə idi? Bəlkə, indi inanmaq istəmədiyi o 
ümid qığılcımı, doğrudan da, hələ qalmışdı, haradasa gizlənmişdi, cildini dəyişib, 
qış yuxusuna getmişdi? 
Stolun üstündəki şəkli götürüb yaxından baxdı. Sifət... Kiminsə sifəti... 
Milyonlardan birinin sifəti... 
– Bununla nə vaxtdan başlamısan? – deyə soruşdu. 
– Bu yaxınlarda... Bir yerdə işləyirik. İki-üç gündür. Əgər sən «Fuke» restoranında 
məni... 
Ravik əlini yellətdi: 
– Yaxşı, yaxşı, bilirəm, nə deyəcəksən! Əgər o gecə... Özün də bilirsən, elə deyil! 
Joan tərəddüd elədi: 
– Yox... 
– Bilirsən! Yalan danışma! Həqiqi hisslərin ömrü heç vaxt belə qısa olmaz! 
İndi nə istəyirdi? Bunu niyə dedi? Bəlkə, yenə mərhəmət dolu bir yalan eşitmək 
istəyirdi? 
– Həm elədir, həm də yox... – Joan sükutu pozdu. – Mən özümlə bacarmıram, 
Ravik. Elə bil, nəsə məcbur edir... Sanki, nəsə əlimdən gedir. Onu tuturam, 
saxlamaq istəyirəm, ancaq görürəm ki, mən istəyən deyilmiş. Onda da təzəsindən 
yapışıram. Əvvəlcədən də bilirəm ki, bunun da axırı o biri kimi olacaq, ancaq yenə 
də yapışıram... Elə bil, nəsə məni məcbur eləyir, harayasa çəkib aparır, bir anlığa 
gözüm doyur, ancaq axırda yenə buraxır. Özümdə qəribə bir boşluq hiss edirəm, 
sanki acmışam, onda yenə başlayır... 
«Getdi! – Ravik ürəyindən keçirdi. – Bu dəfə, doğrudan da, həmişəlik getdi!» 
Bir də yanılmayacaq, bir də tora düşməyəcək, keçmiş xatirələr bir də baş 
qaldırmayacaq! Yaxşı ki, bunu bildi! Coşan xəyal yenə öz qanadları ilə idrak 
güzgüsünün qabağını kəsmək istəyəndə lazım olacaq! 
Bu zavallı kimyəvi tərkib nə yaman amansız, nə yaman kinli olurmuş! Nə vaxtsa 
qarışıb bir yerdə axan iki qan, indi bir-birindən uzaq qaçır... Onun qəlbində elə bir 
guşə var idi ki, Joan hələ ora yol tapa bilməmişdi, ona görə də hərdən qayıdırdı. 
Ora yol tapan kimi, həmişəlik gedəcək, heç vaxt qayıtmayacaq! Kim o günü 
gözləyərdi? Kim buna imkan verərdi? Kim özünü bu yolda qurban edərdi? 
– Kaş mən də sənin kimi güclü olaydım, Ravik!  
Ravik güldü. Bircə bu çatmırdı! 
– Sən məndən də güclüsən. 
– Yox... Özün görürsən ki, mən həmişə sənin dalınca qaçıram. 
– Elə ona görə də məndən güclüsən. Sən bunu özünə rəva görürsən, mən isə yox... 
Joan onu bir anlığa diqqətlə süzdü. Üzündə ani bir qığılcım oynadı: 
– Sən sevə bilməzsən, – dedi. – Sən heç vaxt özünü sevdiyinə təslim etməzsən! 
–Sən isə həmişə elə edirsən! Ona görə də həmişə kimsə xilas edir... 
– Mənimlə ciddi danışa bilərsən? 
– Ciddi sözümdür! 
– Əgər məni xilas eləyən varsa, onda canımı səndən niyə qurtara bilmirəm? 
– Qorxma, qurtaracaqsan! 


 
247
– Boşla, Ravik! Özün də bilirsən ki, bunlar başqa-başqa şeylərdir. Əgər canımı 
qurtara bilsəydim, dalınca belə düşməzdim. Başqalarını tez unutdum, səni isə 
bacarmadım... Axı niyə? 
Ravik konyakdan bir qurtum da aldı: 
– Bəlkə də, ona görə ki, məni tamamilə öz toruna sala bilmədin! 
Joan əvvəlcə duruxdu, sonra başını buladı: 
– Mən hamını, sən fikirləşdiyin kimi, tora sala bilməmişəm. Çoxu heç yaxın 
gəlməyib. Ancaq hamısını unutdum getdi... Düzdür, bir az kədərləndim, ancaq 
yenə də unutdum. 
– Məni də unudacaqsan. 
– Yox, səninlə bacarmıram... Yox, heç vaxt! 
– Adam bəzən inanmaq istəmir ki, o, çox şeyi unuda bilər. Bu həm müqəddəs bir 
alqışdır, həm də dəhşətli bir qarğış... 
– Sən yenə də bizim axırımızın niyə belə olduğunu demədin. 
– Bu, elə şeydir ki, nə qədər danışsaq da, bir-birimizi başa sala bilməyəcəyik. 
Danışdıqca da zibili çıxacaq. Elə şeylər var ki, onu izah eləmək olmur! Elələri də 
var ki, başa düşülmür. Allaha şükür ki, bizim aramızda, az da olsa, cəngəllik 
qalıb... Yaxşı, mən getdim. 
Joan tez ayağa durdu: 
– Məni tək qoymaq istəyirsən? 
– Mənimlə yatmaq istəyirsən? – Joan onun üzünə baxdı, dinmədi. – Güman 
eləmirəm... – Ravik əlavə etdi. 
– Bunu niyə soruşursan? 
– Kefimi bir az açmaq üçün... Get yat, hava işıqlaşır. İndi yas qurmaq vaxtı deyil. 
– Qalmaq istəmirsən? 
 
– Yox! Daha gəlməyəcəyəm də!  
Joan çox sakit idi: 
– Heç vaxt? 
– Heç vaxt! Sən də gəlməyəcəksən! 
Joan asta-asta başını tərpətdi, sonra şəklə işarə etdi: 
— Buna görə? 
– Yox. 
– Səni başa düşə bilmirəm. Ancaq biz... 
– Yox! – Ravik tez onun sözünü kəsdi. – O da olmaz! Deyirsən, dost olaq? Sel 
aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq... Bizə 
heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi... 
Ancaq onun da axırı yoxdur.. Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq 
ayrılıqdır! 
– Niyə məhz indi? 
– Düz deyirsən, gərək, çoxdan olaydı. Mən İsveçrədən qayıdanda... Ancaq heç kim 
hər şeyi əvvəlcədən bilmir. Bəzən də özü bilmək istəmir. Onda... – Ravik nədənsə 
sözünü axıra çatdırmadı. 
– Onda nə?– Joan onun kəsmişdi, sanki, nəyisə başa düşməmişdi və mütləq başa 
düşmək istəyirdi. Rəngi saralmışdı, gözləri parıldayırdı. 


 
248
– Bizi bu günə qoyan nə oldu, Ravik? – deyə pıçıldadı. 
Joanın saçları arxasındakı alaqaranlıq dəhliz, sanki, yol idi və bu şaxtadan bütün 
vədlər əriyib yox olurdu. Bu şaxta neçə-neçə nəslin göz yaşı, neçə-neçə təzə 
yaranan ümid şəbnəmi ilə sulanmışdı… 
– Məhəbbət… – dedi. 
– Məhəbbət? 
– Məhəbbət… Elə ona görə də hər şey bitdi! 
Qapını arxasınca çəkdi. Bu da lift. Düyməni basdı. Ancaq onun sürünə-sürünə 
gəlməsini gözləmədi, qorxdu ki, Joan dalınca gələr. Yürüyə-yürüyə pilləkənləri 
düşdü. Yuxarıdan səs gəlmədiyinə çox təəccübləndi. İki mərtəbə düşəndən sonra 
dayandı, ətrafı dinşədi. Səs-səmir yox idi. Heç kim də gəlmirdi… 
 
Taksi hələ də evin qabağında gözləyirdi. Ravik onu büsbütün unutmuşdu. Sürücü 
başını bulayıb bic-bic güldü. 
– Nə qədər verəsiyəm? – Ravik soruşdu. 
– On yeddi frank yarım. 
Ravik pulu verdi. 
– Qayıtmırsınız? – Sürücü təəccübləndi. 
– Qayıdıram. Ancaq piyada gedəcəyəm. 
– Çox uzaq olar, müsyö. 
– Bilirəm. 
– Onda məni nahaq yerə gözlətdiniz, heç nədən də on bir frank ziyana düşdünüz. 
– Eybi yoxdur. 
Sürücü üst dodağına yapışıb saralmış siqaret kötüyünü yandırmaq istədi: 
– Deyəsən, orada qalmağınıza dəyər, – dedi. 
– Hələ bir az da artıq… 
Xiyabanlar səhərin ayazında büzüşmüşdü. Hava isinsə də, səhər soyuğu duyulurdu. 
Yasəmənlərin, oturacaqların üstünə bozumtul toz qonmuşdu… Bu skamyalardan 
birinin üstündə üzünə «Pari suar» qəzeti sərmiş kişi yatmışdı– Ravik o yağışlı 
gecədə oturduğu skamya idi. Dayanıb, yatan kişiyə baxdı. O nəfəs aldıqca qəzet 
asta-asta tərpənirdi, sanki canlı idi, ya da deyərdin, pərvanədir, indicə səmaya 
qalxıb, özündəki xəbərləri dünyaya yayacaq. Yağlı hərflərlə yazılmış iri başlıq, 
sanki, asta-asta nəfəs alırdı: Hitler bəyanat verib ki, Polşada Qdansk keçidindən 
başqa ərazi iddiasında deyil. Bir az aşağıda isə paltar ütüləyən qadın əlindəki isti 
ütü ilə kişini öldürür. Yazının altındakı şəkildən bayırlıq paltar geymiş əndamlı bir 
qadın baxırdı. Onunla bərabər yanındakı şəkil də yellənirdi: Çemberlen belə hesab 
edir ki, sülhü qorumaq olar! Şəkildəki çətir tutmuş tipik bank məmuru üzdən 
xoşbəxt qoyuna oxşayırdı. Onun ayağının altında xırda həftələrlə yazılmış başqa 
bir başlıq o qədər də nəzərə çarpmırdı: sərhəddə minlərlə yəhudi qırılıb… 
Bu dünya xəbərlərini səhərin şehindən və gözünə düşən günəşdən qorunmaq üçün 
üzünə sərmiş kişi sakit, dərin yuxuya getmişdi… Ayağında parusin ayaqqabı, 
əynində qəhvəyi rəngli yun şalvar və cırıq-cırıq olmuş köynək vardı. Qəzetdə 
yazılanlar vecinə deyildi. Həyatın elə dərin qatına enmişdi ki, heç birinin ona dəxli 
yox idi, həmişə suyun dibində yaşayan balıq kimi okeanın üst qatındakı tufandan 
xəbər tutmurdu. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə