Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə81/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   77   78   79   80   81   82   83   84   ...   114

 
215
«Əldən çıxdı!–Ravik ürəyindən keçirdi. Niyə tapançanı götürmədim? Mən axmaq 
niyə elə bildim ki, onda yanılmış olaram? İndi küçəyə çıxan kimi vurardım, qaçıb 
metroda gizlənərdim...» 
– Heyif!–Haake yenə təəssüfləndi. – Ancaq eybi yoxdur, bəlkə, gələn dəfə getdik. 
İki həftədən sonra yenə buradayam. 
Ravik dərindən nəfəs aldı: 
– Olsun,–dedi. 
– Harada yaşayırsınız? Gələn dəfə zəng vurardım. 
– «Prins de Qall» mehmanxanasında. Elə bu küçədədir. 
Haake cib dəftərçəsini çıxarıb, ünvanı yazdı. Ravik dəftərçənin yumşaq dəridən 
düzəldilmiş zərif üz qabığına baxdı. Nazik qələmi də qızıldan idi. «Görəsən orada 
nə yazılıb?–deyə ürəyindən keçirdi.–Yəqin, kimisə işgəncəyə, ölümə aparan 
xəbərlərdir...» 
Haake cib dəftərçəsini yerinə qoydu. 
– İndicə söhbət elədiyiniz də qəşəng idi,–dedi.  
Ravik bir anlığa çaşdı: 
– Onu deyirsiniz? Bəli, çox qəşəngdir. 
– Aktrisadır? 
– Ona oxşar şeydir. 
– Yaxından tanıyırsınız? 
– Bəli, yaxın tanışımdır.  
Haake dalğın halda harasa baxdı. 
– Burada ən çətin şey belə bir qəşəng qadınla tanış olmaqdır. Vaxt çox az olur, elə 
bir təsadüf də düşmür. 
– Düzələn işdir. 
– Doğrudan? Özünüzün marağınız yoxdur? 
– Nəyə? 
Haake sıxıla-sıxıla gülümsədi: 
– Məsələn, indicə söhbət elədiyiniz qadına... 
– Zərrə qədər də... 
– Lənət şeytana, pis olmazdı. Fransızdır? 
– Deyəsən, italyandır. Hələ başqa millətdən də qarışığı var. 
Haake irişdi: 
– Pis deyil. Bizdə beləsi olmur. Buraya da, necə deyərlər, başqa adla gəlirsən... 
– Başqa adla gəlirsiniz? 
Haake bir anlığa duruxdu, sonra gülümsədi: 
– Aydındır! Əlbəttə, yaxşı adamlar üçün öz adım var. Ancaq başqaları üçün tamam 
ayrı adamam. Yeri gəlmişkən, yaxşı yadıma düşdü, qaçqınlarla heç bir əlaqəniz 
yoxdur? 
– Çox az,–Ravik ehtiyatla cavab verdi. 
– Heyif! Bizə bu cür məlumatlar çox lazımdır. Hətta əvəzində pul da veririk.–
Haake əlini qaldırdı.–Məlum şeydir ki, sizin əlaqəniz olmaz. Ancaq yenə də ən adi 
məlumat belə... 
Ravik hiss etdi ki, Haake onun üzünə baxır. 
– Ola bilər,–dedi.–Bilmək olmaz, bəlkə, nə vaxtsa rast gələrəm... 


 
216
Haake stulunu ona yaxın çəkdi: 
– Bilirsinizmi, mənim bir işim də budur, əlaqələri tapıb öyrənmək. Hərdən izə 
düşmək çətin olur. Burada yaxşı adamlarımız var...–O, mənalı-mənalı qaşlarını 
dartdı.–Bizə görə bu işin başqa mənası var. Şərəfli vəzifədir... Bir sözlə, vətən 
qarşısındagı borcumuzdur... 
– Buna söz ola bilməz! 
Haake başını qaldırdı: 
– Tanışlarım gəldi.–Ürəyində hesablayandan sonra pul çıxarıb çini boşqabın içinə 
qoydu.–Qiymətlərin boşqabın üstünə yazılmısı çox rahatdır. Bunu bizdə də tətbiq 
etmək lazımdır...– O durub, əlini Ravikə uzatdı. – Hələlik, cənab fon Horn, sizinlə 
tanış olduğuma çox şadam. İki həftədən sonra zəng vuracağam,–deyib gülümsədi.–
Şübhəsiz ki, hər şey aramızda qalacaq. 
– Sözsüz! Zəng vurmağı unutmayın. 
– Unutmaram. Mən bir dəfə gördüyüm sifəti, verdiyim vədi heç vaxt unutmuram. 
Özümə rəva bilmərəm, sənətim belədir. 
Ravik onunla üzbəüz dayanmışdı. Ona elə gəlirdi ki, indi beton bir divarı 
yarmalıdır. Sonra Haakenin əlini öz əlində hiss elədi. Onun əli balaca və həddindən 
artıq yumşaq idi. 
Haake gedəndən sonra nə edəcəyini bilməyib, bir anlığa yerindən tərpənmədi. 
Sonra oturdu. Hiss elədi ki, titrəyir. Bir az oturandan sonra pulunu verib çıxdı. 
Haake gedən tərəfə üz qoydu. Birdən yadına düşdü ki, o, iki dostu ilə taksiyə 
mindi. Onda dalınca getməyin mənası yox idi. Haakeyə hansı mehmanxanaya 
düşdüyünü demişdi. Onu təsadüfən başqa yerdə görsə, şübhələnərdi. Ravik qaldığı 
mehmanxanaya qayıtdı. 
                                                                                            *** 
Morozov dedi: 
– Çox ağıllı hərəkət eləmisən. 
Onlar Ron-Puen küçəsindəki kafelərdən birində oturmuşdular. 
Ravik sağ əlinə baxdı. Onu bir neçə dəfə araqla yumuşdu. Özü bilirdi ki, səfehlik 
eləyir, ancaq yumasa, dözə bilməzdi. Əlinin dərisi indi perqament kimi qupquru 
olmuşdu. 
– Başqa cür hərəkət etmiş olsaydın, səfehlik olardı. Yaxşı ki, yanında heç nə yox 
imiş. 
– Hə,–deyə Ravik inamsız səslə dilləndi. 
Morozov onun üzünə baxdı: 
– Sən o qədər də axmaq deyilsən ki, qətl üstündə, ya da ona cəhd elədiyinə görə 
məhkəməyə düşəsən. 
Ravik cavab vermədi. 
– Ravik!–Morozov əlindəki şüşəni acıqla stolun üstünə qoydu.–Xəyalpərvər olma! 
– Xəyalpərvər deyiləm. Niyə başa düşmürsən, ürəyimə damıb ki, onu əldən 
qaçırtdım. İkicə saat əvvəl görsəydim, gizli bir yerə çəkərdim, ya da başqa cür 
eləyərdim... 
Morozov qədəhlərə araq süzdü: 
– Bunu iç, araqdır... Ona yenə rast gələcəksən. 
– Bəlkə də, gəlmədim. 


 
217
– Tapacaqsan! O özü gələcək. Elə qarmaq atmamısan ki, düşməyə. Nuş olsun! 
Ravik də içdi. 
– Gərək, vağzala gedib onun qatara mindiyini öz gözümlə görəydim. 
– Bəs necə?! Hələ güllə də ataydın! Ən azı iyirmi il katorqa alardın. Belə ağıllı 
ideyalardan yenə varındır? 
– Var! Heç olmasa, onun qatara mindiyinə baxardım. 
– O da səni görəydi və hər şey də bitəydi! 
– Gərək, hansı mehmanxanaya düşdüyünü soruşaydım. 
– Soruşaydın da, şübhəyə salaydın da! – Morozov qədəhləri yenə doldurdu. – 
Qulaq as, Ravik, indi sənə elə gəlir ki, düz eləməmisən. Bu fikri başından çıxar 
getsin! Əgər bacarmırsansa, nəyisə vur, dağıt. Elə şey deyirəm ki, həcmcə iri, 
qiymətcə ucuz olsun. Zənnimcə, «İnternasional»ın «Palma zalı»nı dağıtsan, 
bəsindir. 
– Xeyri olmayacaq... 
– Onda danış! Yorulana qədər danış! Danış ki, yüngülləşəsən, sakitləşəsən. Rus 
deyilsən, yoxsa bunun xeyrini başa düşərdin. 
Ravik başını qaldırdı: 
– Boris, – dedi, – bilirəm, siçovulu öldürmək lazımdır ki, qayıdıb səni dişləməsin. 
Ancaq mən bu haqda danışa bilmərəm. Onun əvəzinə fikirləşərəm. Fikirləşərəm ki, 
bir də rast gələndə, necə eləyim. Təşrihə hazırlaşan kimi hazırlaşacağam. 
Bacardığım qədər yaxşı hazırlaşacağam. Məşq edəcəyəm. Hələ on dörd gün vaxtım 
var. Belə yaxşıdır. Çox yaxşı oldu. Özümü sakit aparmağa öyrəşərəm. Sən düz 
deyirsən. Sakitləşib fikrini cəmləmək üçün danışmaq lazımdır. Bunu düşünməklə 
də eləmək olar. Soyuqqanlılıqla düşünürsən, nifrətin daha da artır. Onu xəyalımda 
o qədər öldürəcəyəm ki, görüşəndə, artıq öyrəşmiş olacağam. Öyrəşəndə adam 
birinci dəfəyə nisbətən çox qətiyyətli, sakit olur. İndisə gəl söhbət eləyək. Ancaq 
başqa şey barədə danışaq. Mənə qalsa, ağappaq qızılgüllərdən danışarıq. Bir onlara 
bax! Bu bürkülü gecədə qara oxşayır? Elə bil, bu narahat gecənin ləpədöyənindəki 
köpükdür! Hə, indi razı qaldın? 
– Yox! 
– Yaxşı, onda bu yaya bax! 1939-cu ilin yayına! Barıt qoxusu verir. Bu qızılgüllər 
də gələn qış milyonlarla qəbrin üstünü örtəcək qara oxşayır. Biz də bunun sağlığına 
badə qaldırırıq... Düz demirəm? Yaşasın neytrallıq əsri! Yaşasın daşqəlblilər 
zəmanəsi! Bu gecə nə qədər adam qırılır, Boris! Hər gecə belədir... Çox adam ölür! 
Şəhərlər yanır, haradasa yəhudilər fəryad qoparır, çexlər meşələrdə qırılır, 
çinlilərin üstünə yapon nefti töküb od vururlar, həbs düşərgələrində əzab, işgəncə 
dolu ölüm kabusu dolaşır... Belə bir zəmanədə hansı qatilisə qanına qəltan edərkən 
kövrək arvadlar kimi göz yaşı axıtmaq yaraşarmı bizə? Onu tapıb çıraq kimi 
söndürəcəyik, vəssalam! Onsuz da əynimizdə başqa cür hərbi geyim olduğuna görə 
çox günahsız adamın qanına bais olmuşuq. Bu da onlardan biri... 
– Bu, başqa məsələ! Belə danışmaq yaxşıdır. Bıçaqla necə davranmağı 
öyrənmisən? Bıçaq səs eləmir... 
– Bu gün elə şeyi məndən uzaq elə. Qoy bir az yatım. Gedib sakitcə yerimə 
girəcəyəm, ancaq, allah bilir, gözümə nə vaxt yuxu gedəcək. Başa düşürsən? 
– Hə. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə