Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə78/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   74   75   76   77   78   79   80   81   ...   114

 
207
Yağış göyün üzünə gümüşü pərdə çəkmişdi. Kol-kos ətri hər yanı bürümüşdü. 
Cana gəlmiş torpaq öz ətri ilə yağışa «sağ ol!» deyirdi. Üzbəüz evdən kimsə 
yüyürə-yüyürə gəlib sarı «Rodster»in çadırını qaldırdı. Qoy kim olursa olsun, daha 
fərqi yox idi! 
Gecə düşmüşdü və ulduzlardan ələnən yağış daşa dönmüş şəhərin xiyabanlarına, 
bağ-bağçalarına can verir, bəhər gətirirdi. Milyon-milyon çiçəklər, ağaclar al-əlvan 
ləçəklərini onun qabağına sərmişdi və o da çəkinmədən özünü bu milyonların geniş 
açılmış qoynuna atır, lələk-lələk olmuş budaqların arası ilə süzülərək torpağın 
dərin qatlarına işləyir, milyon-milyon vüsal həsrətli köklərin boynuna dolanırdı! 
Yağış da, gecə də, təbiət də, boy atan köklər də öz işində idi, nə dağıntı, nə ölüm, 
nə cani, nə müqəddəs fürer, nə qələbə, nə də məğlubiyyət dərdi çəkirdi. Onlar hər 
il belə idi, Ravik də bu gecə onlara yoldaş olmuşdu... «Sən, ey piyalə qönçə, sən, 
ey önümdə açılan həyat, həyat, bir də həyat, xoş gəlmisən! Tanrı sənə yar olsun!» 
Tələsə-tələsə bağlarla, güçələrlə geri qayıdırdı. Heç dönüb arxaya da baxmır, elə 
hey gedir, gedirdi. Bir az sonra arı pətəyi kimi qaynaşan Bulon meşəsi onu öz 
qoynuna aldı. Yağış ağacların yarpaq çətirlərini döyəcləyir, onlar da, sanki, 
yellənə-yellənə ona cavab verirdi... və birdən Ravikə elə gəldi ki, cavanlaşıb, 
ömründə ilk dəfə qız yanına gedir... 
 
                                                                                        XXIV 
– Nə buyurursunuz? – Xidmətçi Ravikdən soruşdu. 
– Mənə bir... 
– Nə? – Ravik susurdu. – Sizi başa düşmədim, müsyö. 
– Nə olursa olsun... Nəsə bir şey gətirin... 
– Bir qədəh «Perno» olar? 
– Olar... 
Ravik gözlərini yumub, təzədən yavaş-yavaş açdı. Kişi yerində idi! Yox, bu dəfə 
yanıla bilməzdi... 
Haake qapının ağzındakı stolun arxasında oturmuşdu. Tək idi, çörək yeyirdi. 
Stolun üstündəki gümüş məcməyidə iki bölünüb qızardılmış dəniz xərçəngi, içində 
buz olan balaca vedrədə isə bir şüşə «Şampan» şərabı vardı. Yanında dayanmış 
xidmətçi salata pomidor doğrayırdı. Ravik bunların hamısını elə aydın görürdü ki, 
deyərdin, həmin mənzərəni kimsə gözləri önündə mumdan düzəldirdi... Haake 
şüşəni sərin sudan çıxaranda barmağındakı üzüyü gördü. Qırmızı qaşına gerb 
çəkilmiş bu üzük həm də şəxsi möhür əvəzi idi. Dümağ koppuş əllər də, həmin 
üzük də Ravikə yaxşı tanış idi. İkisini də o cəlladlar «huşsuzlaşdırma» metoduna əl 
atanda görmüşdü: huşu başından çıxanacan döydülər, sonra üzünə gur işıq salıb, 
ayıltmaq üçün bir vedrə su tökdülər. Həmin anda Haake, şax paltarına su düşməsin 
deyə, ehtiyatla geri çəkildi, dümağ koppuş əlini Ravikə uzadaraq bic-bic güldü: 
«Bu hələ muştuluqdur... Hələ nə görmüsən ki... İndi o adları deyirsiniz, yoxsa 
davam elətdirək? Hər şeyə gücümüz çatar... Görürəm ki, dırnaqlarınız da hələ 
yerindədir...» 
Haake başını qaldırdı və düz Ravikin gözlərinin içinə baxdı. Ravik güclə özünü 
saxlayıb yerindən tərpənmədi. Qədəhi götürüb bir qurtum aldı, baxışlarını birtəhər 
salat qabına tərəf döndərdi, sanki, onun, necə hazırlandığı ilə maraqlanırdı. 


 
208
Haakenin onu tanıdığını dəqiqləşdirə bilmədi. Hiss etdi ki, bircə anın içində bütün 
kürəyi suya döndü. Bir az keçəndən sonra gözünün ucu ilə yenə o tərəfə baxdı. 
Haake yeyirdi və gözləri də boşqabında idi. Daz kəlləsi işım-işım işıldayırdı. Ravik 
yan-yörəsinə nəzər saldı. Restoran ağzına kimi dolmuşdu, heç nə eləmək olmazdı. 
Yanında silah yox idi və boş əllə onun üstünə atılsa, o dəqiqə beş-on adam 
tökülüşüb aralayacaq... İki dəqiqədən sonra da polis özünü yetirəcək... Başqa çıxış 
yolu yox idi, gərək, gözləyəydi, Haake çıxanda dalınca düşəydi, harada qaldığını 
öyrənəydi... 
Özünü məcbur eləyib siqaret yandırdı, yalnız onu çəkib qurtarandan sonra Haake 
tərəfə baxdı. Arxayın-arxayın ətrafına nəzər saldı, guya, kimisə axtarırdı. Haake 
yeməyi qurtarmışdı. Dəsmalla dodaqlarını silirdi. Özü də bunu ikiəlli eləyirdi. 
Dəsmalı darta tutub, əvvəlcə alt dodağını, sonra da üst dodağını quruladı, elə bil, 
qadın kimi dodaqlarındakı boyanı götürürdü. Silə-silə də təfərinclə Ravikə 
baxırdı... 
Ravik baxışlarını döndərdi. Hiss etdi ki, Haake hələ də ona baxır. İşarə ilə 
xidmətçini çağırıb, bir «Perno» da gətirtdi. Başqa bir xidmətçi də Haakenin stolunu 
yığışdırırdı. O, xərçəngin sür-sümüklərini bir yerə yığıb, boş qədəhi doldurdu, 
gedib, içində cürbəcür pendir olan təzə bir məcməyi gətirdi. Haake «Bri» pendirini 
göstərdi. 
Ravik yenə siqaret yandırdı. Gözünün qulağı ilə bir də o tərəfə baxanda gördü ki
Haake hələ də nəzərlərini ondan çəkməyib. Artıq buna təsadüf demək olmazdı. 
Ravik hiss elədi ki, titrəyir. Əgər Haake onu tanıyıbsa... Yanından keçən 
xidmətçini saxladı: 
– Bu «Perno»nu mənim üçün bayıra apararsınız? Artırmada oturmaq istəyirəm, ora 
sərindir. 
Xidmətçi tərəddüd elədi: 
– Pulunu burada versəniz, yaxşı olar. Ora başqası baxır. Sonra mən özüm 
gətirərəm... 
Ravik başını bulayıb, pul çıxardı: 
– Yaxşı, bunu burada içərəm, bayırda ayrısını sifariş verərəm. Onda qarışıq 
düşməz. 
– Oldu, müsyö! Təşəkkür edirəm, müsyö! 
Ravik tələsmədən qədəhini boşaltdı. Bilirdi ki, Haake hamısına qulaq asır. Ravik 
danışanda yeməyinə ara vermişdi, indi isə təzədən başladı... Ravik də bir xeyli 
sakitcə oturub qaldı. Əgər, doğrudan da, Haake onu tanımışdısa, onda bircə yolu 
qalırdı: özünü elə göstərsin ki, guya, onu tanımayıb və artırmadan izləsin. 
Bir az sonra durub, tələsmədən bayıra çıxdı. Demək olar ki, bütün stollar 
tutulmuşdu. Ravik dayanıb gözlədi, stol boşalan kimi keçib oturdu. Buradan 
Haakenin stolunun yarısı görünürdü. Onun özünü isə görə bilmirdi... Ancaq, gərək, 
qalxdığını biləydi, tez dalınca çıxaydı. Bir qədəh «Perno» gətirdib, pulunu da 
əvvəlcədən verdi ki, istədiyi anda dura bilsin... 
 
– Ravik!–Lap yanında adını çəkdilər. Elə diksindi ki, deyərdin, kimsə ona qəfil 
zərbə endirdi. Joan idi... 
Gözünü döyə-döyə Joanın üzünə baxırdı. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə