Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə77/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   73   74   75   76   77   78   79   80   ...   114

 
205
olan axmaq mən deyiləm! Yox, lənət şeytana, burada miskin-miskin oturub 
qısqanclıqdan sarsılan, az qala, durub o sarı maşına od vurmaq istəyən də mən 
deyiləm!» Ciblərində siqaret axtardı. Zəif gözərti... Gözə görünməyən tüstü... 
Havada odlu qövs cızaraq yerə düşən gibrit çöpü… Niyə yuxarı qalxmadı? Qalxsa, 
nə olardı? Hələ gec deyildi, işıq yanırdı. Özünü, neçə lazımdırsa, elə də apara 
bilərdi. Niyə gedib onu özü ilə aparmadı? İndi hər şey artıq aydın olandan sonra? 
Niyə götürüb aparmadı, onun ayağını biryolluq bu evdən kəsmədi? 
Qaranlıqlara baxdı... Nə xeyri olardı? Bir şey çıxardımı? Bəs o biri? Başqasının 
ürəyindən heç kəsi, heç nəyi, heç vaxt çıxarıb atmaq olmazdı... O gecə, yanına 
gələndə saxlasaydı, necə olardı? Niyə belə eləmədi? 
Siqareti atdı... Hə, ona görə ki, bu gəliş bəs eləmirdi... Ona görə... O, çox şey 
istəyirdi, o gəliş bəs eləməzdi. Bundan sonra lap yenə gəlsin, qoy min dəfə gəlsin
hər şey unudulsun, izi-tozu qalmasın, xeyri yox idi, bəs eləməzdi... Çox qəribə, çox 
dəhşətli olsa da, bəs eləməzdi... Çünki nə vaxtsa, nəsə düz gətirməmişdi, nə vaxtsa 
onu qoynuna alıb alova döndərəcək güzgüyə tuş gəlməmiş, yanından ötüb zülmət 
dolu bir boşluqda azmışdı və indi həmin qığılcımı heç kəs ilə qaytarmaq olmazdı. 
Bir güzgü yox, lap min güzgü olsun, xeyri yox idi. Ola bilsin ki, bu güzgülər onun 
bir parçasını tutsun, ancaq nə xeyri, qaytara bilməyəçəkdir. O qığılcım çoxdandır 
məhəbbətin sonsuz ənginliklərində xəyal kimi süzür, onun qoynunda dumanlı, 
qarışıq izlər salırdı və məlum şeydir ki, o dumanlı yollar heç vaxt göy qurşağına 
dönüb, həsrətində olduğu zirvənin başına dolana bilməyəcək! Keçmişin sehirli 
aləmi dağılmış, ümidlər çilik-çilik olmuşdu və qalan yalnız inilti-sızıltı idi... 
Binadan bir adam çıxdı. Kişi idi. Ravik dikəldi. Sonra bir qadın da gəldi. Nəyəsə 
gülüşdülər. Onlar deyildi. Maşınlardan birinə oturub getdilər. Yenə siqaret 
yandırdı. Onlar olsa, neyləyərdi? Joanı saxlaya bilərdimi? Ümumiyyətlə, bu 
dünyada nəyisə tutub saxlamaq olardımı? Yox, uzaqbaşı xülyaları tutub saxlamaq 
olar... Ancaq xülyalar da bəs edərdimi? Daha nəyi saxlamaq olardı? Duyğuların 
altında gizlincə coşan ömür burulğanından baş açan tapılarmı? Hiss və duyğular 
onun boğuq uğultusunu masa, çıraq, vətən, insan, məhəbbət kimi varlıqlara 
çevirir... Uzaqbaşı, ürəyinə nəsə damır, nəyisə alatoran şəkildə görürsən... Bu, bəs 
deyildimi? 
Yox, bəs deyildi! O vaxt bəs olardı ki, buna inanasan. Əgər şübhə dalğası bülluru 
bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işım-işıl 
işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan. Yox, heç nəyi 
qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil. Heçcə nəyi! Hətta 
Joan bundan sonra qayıtsa da, əvvəlkinin eyni olmayacaq. Yapışdırılmış büllur 
kimi... O an keçib getmişdi, daha geri qaytara bilməzdin... 
Kəskin, dözülməz bir ağrı hiss elədi. Nəsə içini doğrayır, parça-parça edirdi. «İlahi, 
ilahi! Görəcəyim günlər var imiş! Məhəbbət məni gör nə kökə salıb! Dönüb özümə 
baxıram, ancaq xeyri yoxdur. Bilirəm ki, indi qayıtsa da, bir vaxt yenə itirəcəyəm, 
ancaq qəlbimdəki istəyi boğa bilmirəm. Onu meyitxanadakı quru cəsəd kimi 
doğram-doğram eləyirəm, ancaq mən doğradıqca qızışır, canlanır. Bilirəm ki, nə 
vaxtsa hər şey sovuşub gedəcək, yenə xeyri yoxdur...» 
Gözləri qamaşa-qamaşa pəncərəyə baxdı və birdən-birə öz-özünə lap gülünc 
göründü, ancaq bunun da xeyri olmadı... 


 
206
Şəhərin başı üzərində qəflətən ildırım çaxdı, iri yağış damcıları yarpaqları 
döyəclədi. Ravik ayağa durdu. Elə bil, küçələrə gümüşü nur çilənirdi, yağış da 
astadan zümzümə eləyirdi. Üzünə dəyən ilıq damlalardan xoşhallandı. Və birdən 
özünə gülünc görünməsi də, miskinliyi də, ağrıları da yadından çıxdı, bircə onu 
bildi ki, yaşayır. Bəli, o yaşayırdı! Yaşayırdı və həyat da onu bərkə-boşa salırdı. 
Daha tamaşaçı kimi hər şeyə kənardan baxmırdı, yenə hissləri coşmuşdu, domna 
sobalarının buxarılarından çıxan alov kimi göylərə pərvazlanırdı. İndi fərqi yox idi, 
istəyir xoşbəxt olsun, istəyir bədbəxt, əsas məsələ o idi ki, yaşayırdı, yaşadığını da 
bütün varlığı ilə duyurdu və bu da ona bəs idi! 
Pulemyot atəşi kimi göylərdən başına ələnən yağışın altında dayanmışdı. Dayanıb 
da yağışa, tufana, dənizə, torpağa dönmüşdü və göylərin şimşəyi indi onun 
beynində çaxırdı. Kükrəmiş təbiətin bir hissəsinə çevrilmişdi; indi hər şey 
qarışmışdı, adların qoyduğu sərhəd götürülmüşdü, məhəbbət də, çoşqun dənizlər 
də, evlərin damına qonmuş solğun ay işığı da, dalğaya bənzəyən Yer kürəsi də bir 
olmuşdu, bütün bənd-bərə dağılmışdı, onun özü də bunlardan biri idi... Yaşamaq 
və bu yaşamağı duymaq hissi xoşbəxtliyi də, bədbəxtliyi də boş giliz kimi uzaqlara 
atmışdı... 
– Sən, ey göylərin işartısı! – Bu sözləri o, işıq gələn pəncərəyə dedi, güldü və 
güldüyündən də özünün xəbəri olmadı. – Sən, ey gülüzlü mələk! Yer üzündə 
səndən də yaxşısı, gözəli, ağıllısı, mehribanı, etibarlısı, həssası olmasına 
baxmayaraq, qəlbimə əbədi hakim kəsilən afət! Sən, ey taleyin bir gecə yoluma 
çıxarıb ömrümə əbədi həkk elədiyi təsadüf! Sən, ey çaylar kimi çağlayan, ürəkləri 
dağlayan, məndən xəbərsiz qəlbimə yol tapan qəfil məhəbbət! Sən, ey məndə 
müqavimətdən başqa heç nəyə rast gəlməyən, lakin bu müqaviməti sındırmayınca 
əl çəkməyən və sonra daha çox şeylər tələb etməyə başlayan mələk, sənə salamlar 
olsun! Heç inanmazdım ki, nə vaxtsa gəlib sənin pəncərən önündə belə 
dayanacağam. Yağış bədənimdən sel kimi axır, ancaq o, sənin əllərindən də, bütün 
bədənindən də hərarətlidir, soyuqdur, yumşaqdır. Boynumu büküb dayanmışam, 
qısqanclıq hissi qəlbimi didir, istəyə-istəyə, nifrət eləyə-eləyə, heyran qala-qala
dua edə-edə səni arzulayıram, sənə «sağ ol!» deyirəm! Çünki göydən atdığın 
şimşək məni alovlandırdı! Bu bir parça şimşəkdən hamının qəlbində var! Sən 
mənim qəlbimə həyat qığılcımı, ani bir alov saldın! 
Mən indi bu dünyaya məzuniyyətə gələn, arsız-arsız kiməsə cəsarətlə, rişxəndlə 
baxan meyit deyiləm! Heç nəyə də biganə qalmıram! Əzab çəksəm də, yaşayıram, 
həyat nə desə, onu da eləyirəm, onun hər tufanına da dözməyə hazıram. Qoy tanrı 
özü sənə yar olsun, ey ürəkdən ürəyə qonan madonna, rumın ləhcəsində danışan 
zəfər ilahəsi Nike! Ey şirin arzu və yalançı xəyal, hansı Allahınsa sındırdığı güzgü, 
sən, ey heç nədən xəbərsiz, min yaşa! Bunları sənin özünə heç vaxt deməyəcəyəm, 
çünki insafsızsan, istifadə eləyərsən! Ancaq sən mənə nə Platonun, nə də 
payızgüllərinin, nə qüdrətli poeziyanın, nə də mərhəmət hissinin, nə düşkünlüyün, 
nə də böyük-böyük ümidlərin qaytara bilməyəcəyi bir şeyi qatardın! Bu, adicə, 
mənalı, çılpaq həyatdır! Həmin həyatı yaşamaq iki müharibənin arasındakı dövrdə 
mənə cinayət kimi görünürdü... Sənə salamlar olsun! Səni min yaşa! Bunları 
bilmək üçün səni itirməli idim! Bir də salamlar olsun! 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə