Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə79/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   75   76   77   78   79   80   81   82   ...   114

 
209
– Ravik! – O, yenə təkrar elədi. – Daha məni tanımırsan? 
– Niyə tanımıram?! – Onun gözləri Haakenin stolunda idi. Dərindən nəfəs aldı. 
Hələ vaxt var idi. – Joan! – O, güclə danışırdı. – Sən hara, buralar hara? 
– Bu, nə sualdır? Hər gün «Fuke»yə gəlməyən adam olar? 
– Təksən? 
– Təkəm. 
Gördü ki, Joan hələ də ayaq üstədir, özü isə oturub. Tez ayağa durdu. İndi 
Haakenin stolunu görə bilirdi. 
– Mənim ayrı işim var, Joan...– Bu sözləri onun üzünə baxmadan, tələsə-tələsə 
dedi. – Nə olduğunu deyə bilmərəm. Ancaq sənlik iş deyil, getməyin məsləhətdir. 
– Getməyəcəyəm,–Joan oturdu,–baxım, görüm, o, necə qadındır. 
– Hansı qadın?–Ravik heç nə anlamadı. 
– Gözlədiyin... 
– Qadın deyil. 
– Bəs nədir? 
Joanın üzünə baxdı, dinmədi. 
– Məni heç tanımaq istəmirsən! – Joan şikayətləndi.– Qovursan! Özün də 
həyəcanlısan. Bilirəm, kimisə gözləyirsən... Qoy görüm, kimdir... 
«Qəhvə içməyi də beş dəqiqə çəkər, – Ravik ürəyindən keçirdi. – Ya da on, on beş 
dəqiqə... Sonra da bir siqaret çəkəcək. Yəqin, siqaret çəkər...» 
Gərək, o vaxta qədər Joanı birtəhər başından eləyəydi. 
– Yaxşı, – dedi, – öz işindir! Ancaq get, başqa stolda otur. 
Joan cavab vermədi. Gözləri parıldadı, rəngi tutuldu. 
– Qadın gözləmirəm... Lənət şeytana, lap tutaq ki, qadın gözləyirəm, bundan sənə 
nə? Gülünc olma, Joan, özün bir aktyorla kefdəsən, məni də başqasına qısqanırsan. 
Joan dinmədi. Gözlərini Ravik baxan səmtə çevirdi, onun kimə baxdığını 
müəyyənləşdirmək istədi. 
– Qurtar, Joan! 
– O da özünə başqasını tapıb? 
Ravik nə fikirləşdisə, birdən oturdu. Haake onun artırmaya çıxacağını eşitmişdi və 
əgər, doğrudan da, tanımışdısa, onun artırmada oturduğunu bilmək üçün mütləq 
gəlməli idi... Elə isə qadınla oturmağı yaxşı idi, daha təbii görünərdi. 
– Yaxşı, – dedi, – qal! O dediklərinin də hamısı boş şeydir. Bir azdan durub 
gedəcəyəm. Məni taksiyə qədər ötürərsən, ancaq səni aparmayacağam, razısan? 
– Niyə belə müəmmalısan? 
– Müəmmalı deyiləm. Burada bir kişi var, çoxdandır onu görmürdüm. İndi onun 
harada yaşadığını öyrənmək istəyirəm, vəssalam... 
– Qadın deyil? 
– Yox, kişidir... Özgə heç nə deyə bilmərəm. – Xidmətçi onlara yaxınlaşdı.– Nə 
içəcəksən?– deyə Ravik soruşdu. 
– Kalvados. 
– Bir qədəh kalvados gətirin!  
Xidmətçi ayağını sürüyə-sürüyə getdi. 
– Özün içmirsən? 
– Yox, mən bunu içirəm. 


 
210
– Heç bilirsən, hərdən sənə necə nifrət edirəm? 
– Olan şeydir!–Ravik Haakenin stoluna baxdı. «Şüşəyə bax,–deyə ürəyindən 
keçirdi,–titrəyir, elə bil, harayasa axıb gedir... Küçə də, stollar da, adamlar da bu 
tutqun şüşənin içindəki bulanıq meyvə şirəsində üzürlər...» 
– Sən buz kimi soyuqsan, xudpəsəndsən! 
– Joan, bunu başqa vaxt ayırd edərik... 
Xidmətçi qədəhi gətirib onun qabağına qoyanda Joan susdu. Ravik o dəqiqə 
kalvadosun pulunu verdi. 
– Məni bu günə salan sən oldun!–Joan, sanki onu döyüşə çağırırdı. 
– Bilirəm...–Bircə anlığa Haakenin qənd götürən koppuş əlini gördü. 
– Sən! Təkcə sən oldun! Heç vaxt məni sevmədin, məhəbbətimlə oynadın, elə ki 
gördün vurulmuşam, saya salmadın! 
– Düz deyirsən...–Ravik onun üzünə baxmadan təkrar elədi. – Hər şey sonradan 
dəyişdi. 
– Hə, sonra... sonra... hər şey bir-birinə qarışdı. Onda da gec idi... Sən, sənsən 
günahkar! 
– Bilirəm... 
– Mənimlə bu cür danışma! – Hirsindən Joanın rəngi avazıdı. – Heç mənə qulaq da 
asmırsan! 
– Asıram...–Ravik onun üzünə baxdı. Danışmaq lazım idi, nəsə demək lazım idi. 
Nə olursa olsun, fərqi yox idi... 
– Aktyorunla sözə gəlmisən? 
– Hə! 
– Keçib gedər... 
Qapı tərəfdən mavi tüstü qalxırdı. Xidmətçi yenə qəhvə süzdü. Haake, deyəsən, 
tələsmirdi. 
– İstəsəm, «yox» deyərdim. İstəsəm, deyərdim ki, təsadüfən buradan keçirdim. 
Ancaq təsadüf deyil, səni axtarırdım. Daha onun yanında qalmaq istəmirəm. 
– Hamının başına gələn işdir. Belə də olmalıydı... 
– Qorxuram ondan! Hədələyir, deyir ki, güllə ilə vuracaq. 
– Nə?–Ravik, sanki, yuxudan ayıldı.–Nə dedin? 
– Deyir ki, səni vuracağam... 
– Kimi?–Ravikin fikri ayrı yerdə idi, ona görə də gec başa düşdü.–Belə de..e.. Sən 
də inanırsan? 
– Yaman tez özündən çıxandır. 
– Boş şeydir... Öldürən adam heç vaxt elə deməz! O da ola aktyor... 
«Mən niyə belə danışıram?–Ravik ürəyindən keçirdi.– Bu, nə deməkdir? Mən 
burada neyləyirəm? Bu, kimin səsidir? Bu, kimin sifətidir? Qulaqlarım niyə 
güyüldəyir? Bunun mənə nə dəxli?» 
– Bunları mənə niyə deyirsən? 
– Onunla üzülüşmək istəyirəm! İstəyirəm, sənin yanına qayıdım... 
«Əgər taksiyə minsə, gecikəcəyəm, taksi tapmağım xeyli çəkəcək, – Ravik 
ürəyindən keçirdi. – O da yerindən tərpənənə kimi gec olacaq!» 
Ayağa durdu: 
– Gözlə, indicə qayıdıram,–dedi. 


 
211
– Neyləmək istəyirsən? 
Cavab vermədi. Tez səkinin o biri tərəfinə keçdi, taksi saxlatdı: 
– Bu on frankı götürün, – dedi,–məni bir-iki dəqiqə gözləyə bilərsiniz? İçəridə işim 
var. 
Sürücü əvvəlcə pula, sonra da Ravikə baxdı. Ravik göz vurdu. Sürücü də göz 
basıb, pulu əlində oynatdı. 
– Yol haqqı ayrı olacaq... Özünüz başa düşərsiniz... 
– Aydındır!–Sürücü irişdi.–Yaxşı, gözləyirəm. 
– Elə yerdə saxlayın ki, tez tərpənə biləsiniz. 
– Baş üstə, şef! 
Ravik küçədən keçən adamları yara-yara geri qayıtdı. Birdən gözü kəlləsinə çıxdı. 
Haake qapının ağzında dayanmışdı. Joan nəsə dedi, ancaq o eşitmədi. 
– Dayan! – dedi. – Bu dəqiqə... Bircə saniyə... 
– Yox! – Joan durdu. – Peşman olacaqsan! 
Joan az qalırdı ağlasın. Ravik özünü birtəhər gülümsəməyə məcbur etdi, bərk-bərk 
onun qolundan yapışdı. Haake hələ də orada dayanmışdı. 
– Otur! Bircə saniyə də otur! 
– Yox! 
Joan dartındı, Ravik də buraxdı. Hay-küy salmaq istəmirdi. Joan iri addımlarla 
stolların arasından keçib qapıya tərəf getdi. Haake onun arxasınca baxdı. Sonra 
baxışlarını asta-asta geriyə, Ravikə sarı döndərdi və yenə təzədən Joan gedən tərəfə 
çevirdi. Ravik oturdu. Qan beyninə vurdu. Pulqabını çıxardı, sanki, nəsə axtarırdı. 
Hiss elədi ki, Haake stolların arası ilə ona tərəf gəlir. Biganəliklə əks tərəfə baxdı, 
yoxsa baxışları toqquşa bilərdi. 
Gözləyirdi və bu gözləmək də əbədiyyətin özü qədər uzun çəkirdi. Qəflətən onu 
dəhşətli bir qorxu bürüdü. Birdən Haake qayıtmış olsa, neyləyər?! Tez o tərəfə 
çevrildi. Haake görünmürdü. Dünya başına fırlandı. 
– İcazə olar? – Kimsə lap yanında soruşdu. 
Ravik eşitmədi. Gözləri qapıda idi. Haake içəri qayıtmamışdı. «Tez qalxmaq 
lazımdır! Dalınca qaçmaq, mütləq tutmaq lazımdır!» Arxadan yenə səs eşidildi və 
geri dönəndə döyükə-döyükə qaldı. Haake arxa tərəfdən gəlib onun yanında 
dayanmışdı, bayaq Joan oturan boş stula işarə edirdi: 
– İcazə olar? Bütün stollar tutulub, yoxsa... 
Ravik başı ilə: «hə», – dedi, çünki danışmağa heyi qalmamışdı. Bayaq beyninə 
vuran qan indi geri süzülürdü. Hey axır, axırdı və sanki, stolun altına tökülürdü, 
bədəni boş kisə kimi dik dayana bilmirdi. Kürəklərini bərk-bərk söykənəcəyə sıxdı. 
Gözü, içində süd kimi maye olan qədəhi birtəhər seçə bildi. Götürüb içdi. Qədəh 
daş kimi idi. Onu tutan əlinə baxdı: titrəmirdi. Titrəyən damarları, əzələləri idi... 
Haake «Finşampan» konyakı sifariş verdi. Dedi ki, köhnəsi olsun. Fransızca çətin, 
özü də alman ləhcəsində danışırdı. Ravik işarə ilə qəzetsatan oğlanı çağırdı, «Pari 
suar» istədi. Oğlan qapıya tərəf baxdı. Qəzetsatan arvadın həmişə orada 
dayandığını bilirdi. Bükülmüş qəzeti gizlicə Ravikə uzatdı, pulu alıb aradan çıxdı. 
«Tanımış olar! – Ravik ürəyindən keçirdi. – Yoxsa niyə durub gəlirdi?!» 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə