35
Buna görə də sizinlə İspaniyanın azadlığı, İspaniya
ordusu şərəfinə bir qədəh
içmək istəyir.
– Oberleytenant Navarro! – Ravikin cavabı çox qısa oldu. – Mən ispan deyiləm.
– Bilirik! Siz almansınız. – Navarro müəmmalı bir təbəssümlə gülümsədi. – Elə
buna görə də polkovnik sizinlə içmək arzusundadır. Almaniya ilə İspaniya dostdur.
Ravik Morozova baxdı. Çox gərgin vəziyyət yaranmışdı. Morzovun dodaqları
əsirdi:
– Oberleytenant Navarro, çox təəssüflər olsun ki, doktor Raviklə bu partiyanı
qurtarmalıyıq. Nəticə bu gün teleqrafla Nyu-Yorka və Kəlküttəyə çatdırılmalıdır.
– Cənab, – Navarro soyuq tərzdə dilləndi. – Sizin imtina edəcəyinizi onsuz da
bilirdik, Rusiya İspaniyanın düşmənidir. Əslində, dəvət təkcə doktor Ravikə aid
idi. Onunla bir yerdə oturduğunuz üçün sizə də deməli olduq.
Morozov udduğu atı iri, dərin ovcunda sıxaraq, Ravikə baxdı:
– Bu oyunu qurtarmaq vaxtı deyil?
– Elədir, – Ravik geri döndü. – Mənə elə gəlir, çıxıb getsəniz, daha yaxşı olar,
cavan oğlan. Sovetlərin düşməni olan polkovnik Morozovu nahaq təhqir edirsiniz.
– O cavab gözləmədən şahmat taxtası üzərinə əyildi. Navarro bir anlığa nə
edəcəyini bilmədi, sonra aralandı. Ravik dedi:
– Sərxoşdur. Bir də ki latın ölkələrindən olanların
çoxu kimi, bunda da yumor hiss
yoxdur. Ancaq bu o demək deyil ki, bizdə də olmasın. Ona görə də səni polkovnik
elədim. Ancaq eşitdiyimə görə, miskin bir oberleytenant olmusan. Heç rəva
görməzdim ki, rütbəcə Qomesdən aşağıda durasan.
– Çox danışma, bala! Başım ona qarışdı, Alyoxin variantını düz oynamadım.
Deyəsən, zabit əldən gedir. – Morozov başını qaldırdı – İlahi, biri də gəlir!
Özü də
başqa yavərdir. Nə sırtıq adamlardır!
– Polkovnik Qomesin özüdür, – Ravik geriyə söykənib yerini rahatladı. – İndi iki
polkovnikin mübahisəsi başlayacaq!
– Özü də çox qısa olacaq, oğul bala!
Polkovnik Navarrodan da quru idi. Morzovdan yavərinin səhvinə görə üzr istədi.
Üzürxahlıq qəbul olundu. Lakin birdən, hər şey öz yoluna qoyulandan sonra,
polkovnik xüsusi bir təntənə ilə barışıq əlaməti kimi Frankonun sağlığına badə
qaldırmağı təklif etdi. Bu dəfə Ravik razılaşmadı.
– Axı siz müttəfiq alman kimi... – Polkovnik lap karıxdı.
– Polkovnik Qomes, – Ravik yavaş-yavaş hövsələdən çıxırdı. – Qoyun hər şey
olduğu kimi qalsın. Kimin sağlığına
istəyirsiniz için, mən isə şahmat oynayıram.
Polkovnik bir anlığa fikrə getdi.
– Demək, siz onda...
– Yaxşısı budur, çox dərinə getməyin, – Morozov onun çözünü kəsdi. – Yoxsa, boş
mübahisələr başlanacaq.
Qomes lap pərt olmuşdu:
– Ancaq siz gərək, ağqvardiyaçı, çar zabit kimi buna...
– Heç nə eləməli deyilik! Biz vaxtı keçməmiş adamlarıq. Dünyagörüşümüz də
başqadır, ancaq buna baxmayaraq, bir-birimizin başını yarmalı deyilik.
Qomes, sanki, hər şeyi yenicə anlamağa başladı, özünü düzəltdi.
– Aydındır!.. – qırıq-qırıq dedi. – Nərmanazik, demokratik...
36
– Əzizim,
iki gözüm, – Morozov birdən özündən çıxldı. – Rədd olun! Siz çoxdan
rədd olub getməli idiniz! Düz İspaniyaya! Döyüşə! Yerinizə almanlarla italyanlar
vuruşur! Xoş getdin! – O ayağa durdu. Polkovnik Qomes bir addım geri çəkildi,
döyükə-döyükə Morozovun üzünə baxdı. Əsgərsayağı geri dönüb, öz stoluna tərəf
getdi. Morozov təzədən oturub,
köks ötürdü, xidmətçi qızı çağırdı:
– Bizə iri qədəhlərdə iki kalvados gətirin, Klarisse.
Qız başını tərpədib getdi.
– Bu əsl əsgər dəyanəti oldu! – Ravik güldü. – Adam sərxoş olanda, adi düşüncə
tərzi də, namus haqqındakı mürəkkəb təsəvvürlər də başa bəla olur.
– Bilirəm... Odur, biri də gəlir. Bu lap kef oldu ki! İndi kimdir? Franko özü?
Gələn Navarro idi. O, stolun iki addımlığında dayanıb üzünü Morozova tutdu:
– Polkovnik Qomes sizi duelə çağıra bilmədiyinə çox təəssüflənir, çünki bu gecə
Parisi tərk edir. Bir də onun getdiyi məqsəd polisdə get-gələ düşməkdən daha
vacibdir. – Sonra Ravikə tərəf döndü: – Polkovnik Qomes verdiyiniz məsləhətin
haqqını göndərib. – O, bükülü beşfranklığı stolun üstünə atıb getmək istədi.
– Bircə dəqiqə! – Morozov onu saxladı.
Həmin anda Klarisse, əlində məcməyi
gəldi. Morozov kalvados qədəhlərindən birini götürüb ani nəzərdən keçirdi, başını
bulayıb, təzədən yerinə qoydu, sonra stəkanların birini götürüb, içindəki suyu
Navarronun üzünə atdı. – Bu, sizi ayıldar! – O, çox sakit danışırdı. – Gələcək üçün
yadda saxlayın ki, pulu belə tullamazlar. İndi isə cəhənnəm olun! Balqabaq...
Navarro heyrətindən donub qalmışdı. Sonra üz-gözünü sildi.
Bu vaxt o biri ispanlar
da gəldilər. Dörd nəfər idilər. Morozov yavaş-yavaş qalxdı. O, ispanların
hamısından boyca uzundu. Ravik yerindən tərpənmir, Qomesə baxırdı:
– Özünüzü gülünc vəziyyətə salmayın, – dedi,– heç biriniz ayıq deyilsiniz, heç nə
də eləyə bilməyəcəksiniz. İkicə dəqiqənin içində xurd-xəşil olarsınız. Ayıq
olsaydınız da, bir şey eləyə bilməzdiniz. – O, birdən ayağa durub, cəld Navarronun
qolundan yapışdı, onu fırladıb Qomesə tərəf atdı. Qomes tez yana çəkildi.
– İndi isə bizdən əl çəkin. Sizi çağırıb gətirməmişik, – deyə Ravik beş franklığı
stolun üstündən götürüb məcməyiyə qoydu: –
Bu da sizin olsun, Klarisse. O
cənablar verir.
– Birinci dəfədir, onlardan nəsə qoparıram. Çox sağ olun!
Qomes ispanca nəsə dedi. Beşi də geri dönüb stollarına tərəf getdi.
– Heyif! – Morozov dilləndi. – Bu qoçaqların dərsini yaxşıca verərdim. Ancaq
sənə görə olmaz, ay yurdsuz-yuvasız yetim! Hərdən belələrinin cavabını verə
bilməyəndə yanıb - tökülmürsən?
– Belələri heç! Mənim işim başqaları ilədir.
Küncdəki stoldan ispanca sözlər eşidildi. Onların beşi də ayağa qalxıb üç dəfə
«Viva» (3) dedi. Qədəhləri cingilti ilə stolun üstünə qoyub, əsgəri addımlarla
zaldan çıxdılar.
– Az qaldı, bu cür gözəl kalvadosu onun üzünə çırpım, – Morozov qədəhi götürüb
başına çəkdi. – İndi Avropada belələri ağalıq eləyir. Görəsən, biz də keçmişdə
bunlar kimi balqabaq olmuşuq?
– Olmuşuq...
Onlar,
təxminən, bir saat oynadılar. Birdən Morozov başını qaldırdı:
– Çarlz gəlir, – dedi, – deyəsən, səninlə işim var.