Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə99/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

 
266
sanki, əbədiyyətin özü qədər uzun çəkdi. Başı azacıq tərpəndi, bədəni dikəlməyə 
çalışdı, sanki, paltar sıxırdı... Sonra dodaqları aralandı, quş yenə də cəh-cəh 
vurdu... Dili ağzından çıxdı. Şişib sapsarı olmuşdu. Və qəflətən Haake bir gözünü 
açdı. Həmin göz bərəldi, sanki, işıq tapıb Ravikə baxdı, sonra da, elə bil, yerindən 
qopub ona tərəf gəldi... Ancaq həmin anda bədən sustaldı... Ravik onu bir az da 
saxladı. Nəhayət, Hakke keçindi... 
Qapağı saldı. Bir-iki addım atdı. Gördü ki, dizləri əsir. Ağaca söykənib öyüdü. Elə 
bil, ürəyi ağzına gəldi. Nə qədər çalışsa da, özünü saxlaya bilmədi, qusdu... 
Başını qaldıranda gördü ki, çəmənliklə bir kişi gəlir. Kişi Ravikə baxdı. Ravik 
yerindən tərpənmədi. Kişi yaxınlaşırdı. Çox asta yerişi vardı. Geyimindən bağbana, 
fəhləyə oxşayırdı. Ravikə tərəf baxdı. Ravik tüpürüb, bir qutu siqaret çıxardı, birini 
yandırıb, tüstünü ciyərlərinə çəkdi. Tüstü acı idi, boğazını yandırdı. Kişi xiyabana 
buruldu. Onun qusduğu yerə, maşına, sonra da Ravikin özünə baxdı. Heç nə 
demədi və Ravik də onun üzünün ifadəsindən heç nə anlaya bilmədi. Kişi asta 
addımlarla tini burulub gözdən itdi. 
Ravik bir neçə saniyə də gözlədi. Sonra yük yerini bağlayıb, motoru işə saldı. Daha 
Bulon meşəsində heç nə eləmək olmazdı. Hava çox işıqlaşmışdı. Sən-jermenə 
getmək lazım idi, oradakı meşələrə yaxşı bələddir... 
 
                                                                                    XXX 
 
Bir saatdan sonra maşını balaca mehmanxananın qabağında saxladı. Çox ac idi, 
başı hərlənirdi. Maşını binanın qabağına çəkdi. Bayıra iki stol və stullar 
qoyulmuşdu. Qəhvə ilə kökə sifariş verib, əlini yumağa getdi. Vanna otağından pis 
iy gəlirdi. Bir stəkan alıb, ağzını yaxaladı. Sonra əllərini yuyub, geri qayıtdı. 
Səhər yeməyi stolun üstündə idi. Bu qəhvənin də iyi bütün dünyadakı qəhvələrin 
iyi kimi idi və qaranquşlar damların üstündə dövrə vurur, günəş özünün ilk qızılı 
saçaqlarını evlərin divarlarına dolayır, adamlar işə gedir, meyxananın 
pəncərələrinin ipək pərdəsi arxasında ətəyini belinə sancıb daş döşəməni silən 
xidmətçi qız görünürdü... Ravik çoxdan belə sakit yay səhəri görməmişdi! İsti 
qəhvəni içdi, ancaq yeməyə ürək eləmədi. Kökələri əlinə götürməyə qorxurdu. 
Əllərinə baxdı. «Boş şeydir...– ürəyindən keçirdi.–Lənət şeytana, vasvası olub 
getmişəm. Yemək lazımdır...» Bir fincan da qəhvə içdi. Siqaret çıxardı, bilə-bilə əli 
dəyməyən tərəfini ağzına apardı. «Yox, belə olmaz!»–deyə fikirləşdi. Ancaq yenə 
də yemədi. Qət etdi ki, əvvəlcə işi qurtarmaq lazımdır və durub pulunu verdi. 
Naxır... Kəpənəklər... Çöllərlə, maşının şüşəsi ilə qucaqlaşan günəş... Maşının 
üstündəki çadırı qızdıran günəş... Haakenin üstündəki metal qapaqda bərq vuran 
günəş... O öldü, ancaq kim öldürdü, niyə öldürdü, bilmədi! Gərək, başqa cür 
olaydı. Başqa cür... 
 
«Məni tanıdın, Haake? Bilirsən kimdi?» 
Onun qıpqırmızı sifəti gözləri önündə çanlandı: 
«Xeyr, neçə bəyəm? Kimsiniz? Əvvəllər də görüşmüşük?» 
«Bəli». 


 
267
«Nə vaxt? Bir-birimizə «sən» deyd müraciət etmişik? Bəlkə hərbi məktəbdə? 
Yadıma düşmür.» 
«Yadına düşmədi, Haake, Hərbi məktəbdə olmayıb. Sonralar idi», 
«Sonralar? Bəs siz xaricdə yaşamamısınız? Mən isə Almaniyadan kənara 
çıxmamışam. Təkcə son iki ildə Parisə gəlirəm. Bəlkə hardasa vurmuşuq?» 
«Xeyr, içki yoldaşı olmamışıq. Burda yox… Almaniyada görüşmüşük, Haake!» 
Şlaqbaum... Dəmiryol xətləri... Qızılgül, floks, günəbaxanlarla dolu bağ... Dayanıb 
gözlədi. Vaqonları qaralan tənha bir qatar bu nəhayətsiz səhərin qoynunda 
fısıldayır. Maşının şüşəsindən bir cüt qızarmış göz baxırdı. Yük yerindəki tozun 
hamısı onlara dolmuşdu... 
«Almaniyada? Aha başa düşdüm! Partiya qurultayında… Nürnberqdə… Deyəsən, 
yadıma düşdü. Nürnberqdə görüşmüşük?» 
«Xeyr, Haake, – Ravik bu sözləri asta-asta şüşəyə dedi və his elədi ki, o dəhşətli 
illər dalğa-dalğa geri qayıdır. – Nürnberq yox… Berlində…» 
«Berlində?» – Maşının şüşəsində titrəyən kölgəli sifətdə gülümsər, səbrsizlik dolu 
bir ifadə oynadı. – Qurtarın, əzizim, oxunu atıb yayını gizlətməyin, özünüz deyin! 
Neyçin mənə bu qədər əziyyət verirsiniz? Nə vaxt görüşmüşük?» 
Sanki yerdən bir dalğa baş qaldırdı, yavaş-yavaş Raviki qoynuna almağa başladı. 
«Əziyyət verəndə, Haake! Elədir! Əziyyət verəndə!» 
Ehtiyatlı, inamsız bir gülüş… 
«Lağlağı eləməyin!» 
«Əziyyət verəndə, Haake! İndi bildin, mən kiməm?» 
Ehtiyatlı, inamsız, hədə dolu bir gülüş… 
«Hardan bilim? Əgər gizli dövlət polisinə işarə vurursunuzsa…» 
«Bəli, Haake, gestaponu deyirəm». 
Çiyinlərini çəkir. Təfərinclə baxır. 
«Əgər sizi orda dindirmişəmsə…» 
«Bəli. Yadına düşdü?» 
Yenə çiyinlərini çəkir. 
«Hardan yadıma düşsün? Minlərlə adam dindirmişik…» 
«Dindirmisiniz! İşgəncə vermisiniz, huşunu itirənəcən döymüsünüz, vurub 
böyrəklərini içinə salmısınız, sümüklərini sındırmısınız, sonra da boş kisə kimi 
zirzəmilərə atmısınız, təzədən aparmısınız, üz-gözündə tutar qoymamınız, xayasını 
yırtmısınız! Bütün bunlara siz «dindirmək» deyirsiniz! Qışqırmağa heyi qalmayan 
insanların fəryad dolu dəhşətli iniltisinə «dindirmək» deyirsiniz! Huşsuzluqdan 
ayılanda, onun sızıltısına, qarnına dəyən təpiklərə, rezin toppuzlara, qamçılara 
adicə «dindirmək» deyirsiniz!» 
Ravik gözlərini şüşədəki xəyali sifətdən çəkmirdi. Taxıl zəmiləri, laləli çöllər, 
itburnu kolları həmin sifəti yalayıb keçirdi. O isə gözlərini şüşədən çəkmirdi
dodaqları tərpənir, demək istədiyi və ya nə vaxtsa deyilməli olan sözlərin hamısını 
bircə-bircə deyirdi... 
«Əllərini tərpətmə, yoxsa beyninə bir güllə çaxaram! Balaca Maks Rozenberq 
yadındadır? Zirzəmidə mənim yanımda uzanmışdı, bədənində salamat yer yox idi, 
başını beton divara vurmağa çalışırdı ki, bir də dindirməyə aparmasınlar. Niyə 
dindirirdiniz? Çünki demokrat idi! Bəs qan qusan Villman? İkicə saat 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə