Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə100/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

 
268
«dindiriləndən» sonra ağzında bircə dişi də qalmadı, gözünün biri də getdi…Niyə 
dindirirdiniz? Çünki katolik idi, sizin fürerin ikinci Musa peyğəmbər olduğuna 
inanmırdı! Bəs başı, bədəni çiy ət parçasına dönmüş Rizenfeld? Bizə yalvarırdı ki, 
onun venasını dişimizlə deşək! Çünki sən «dindirəndən» sonra özünün bircə dişi də 
qalmamışdı. Niyə dindirirdin? Ona görə ki, müharibə istəmirdi, bombaların, odlu 
silahların ən yüksək mədəniyyət əlaməti olduğuna inanmırdı! Dindirmək! Bəli, siz 
minlərlə adamı «dindirmisiniz!» Əl-qol atma, donuz! İndi yaxşı düşmüsən əlimə, 
bir az o tərəfə gedək! Orda qalın divarları olan bir bina var, səni özüm 
«dindirəcəyəm!» Özü də yavaş-yavaş, gecə-gündüz… Bir vaxtlar məni, 
Rozenberqi, Rizenfeldi, Villmanı saldığın günlərə salacağam səni! Sonra da 
bunları qurtaran kimi…» 
Ravik birdən hiss etdi ki, maşın qanad açıb uçur. Ayağını qazdan çəkdi. Evlər... 
Kənd... Toyuq-cücə... Çəmənlikdə başlarını dik tutaraq dördanla çapan atlar... Elə 
bil, buralarda köçəri tayfalar yaşayır... Kentavrlar... Hər yanda həyat qaynayır... Bir 
qadın gülə-gülə paltar sərir. İpdən asılmış rəngarəng paltarlar əbədi səadət bayrağı 
kimi dalğalanır... Həyətlərdə uşaqlar oynayır... Bütün bunları sanki şüşə divardan 
görürdü və həm yanında idi, həm də əlyetməz bir uzaqlıqda! Ürəyini şan-şan 
eləyən bu gözəllik, bu sakitlik, bu məşumluq ondan uzaqlaşmışdı, bu gecə hamısını 
əlindən alıb aparmışdı. Ancaq heyifsilənmədi. Neyləyəsən, tale belə yazıbmış... 
Yavaş sürmək lazımdır. İndi bircə şeyin qorxusu qalmışdı: kəndlərin arası ilə belə 
bərk sürsə, saxlaya bilərdilər! Bəs vaxt? Yol gəldiyi az qalırdı iki saat olsun. Elə 
şey olar? Özü heç hiss eləməyib... Bayaq söhbət etdiyi sifətdən başqa heç nə 
görməyib... 
Bu da Sən-jermen! Park. Sanki, mavi səmaya sancılmış qapqara dəmir hasar və 
ağaclar. Ağaclar... Ağaclarla dolu xiyabanlar. Çoxdan gözlədiyi, arzuladığı qalın 
park. Və bir az o tərəfdə meşə. Maşın yavaşımışdı. Qızılı, yaşılı dalğa kimi baş 
qaldıran meşə sağa, sola səpələnmişdi, üfüqü qoynuna almışdı, hər şeyi, hətta onun 
sinəsindəki çınqıllı yollarda işıldayan böcək kimi şıqqıltı sala-sala gedən maşını da 
udmuşdu... 
Kol-kos basmış torpaq yumşaq idi. Şosedən görünməzdi. Ravik maşını bir az aralı 
saxlamışdı, ancaq yanından görünürdü. Beli götürüb qazmağa başladı. Asan 
qazılırdı. Bu tərəflərə gələn olsa, beli gizlədərdi, özü üçün gəzməyə çıxmış adam 
kimi maşının yanına qayıdardı. 
Xeyli qazdı ki, oradan çıxan torpaq meyitin üstünü örtə bilsin. Sonra maşını yaxın 
çəkdi. Meyit ağır olardı. Ancaq yenə də yumşaq torpağa çatmamış saxladı, yoxsa 
təkərlərin izi qalardı. 
Meyit hələ soyumamışdı. Ravik onu qucağına alıb, qazdığı yerə gətirdi, əynindəki 
paltarları çıxarıb, bir yerə yığdı. Sən demə, bu, o qədər də çətin deyilmiş. Çılpaq 
meyiti yerə uzadıb, paltarları maşının yük yerinə qoydu, onu bayaqkı yerinə 
qaytardı. Qapıları, yük yerini bağladı, özü ilə bir çəkic də götürüb geri qayıtdı. 
Fikirləşdi ki, meyit təsadüfən tapıla bilər, onu elə hala salmaq lazımdır ki, 
tanınmasın. Bircə anlığa, qayıtmaq ona yaman çətin gəldi. Az qalırdı, meyiti eləcə 
də qoyub, maşına minsin, buralardan uzaqlaşsın. Dayanıb ətrafına nəzər saldı. 
Yaxınlıqdakı ağacın kökündə iki dələ oynaşırdı. Onların qızılı xəz dəriləri günün 
altında parıldayırdı. Ravik meyitə tərəf getdi. 


 
269
Meyit şişmişdi, göy rəngə çalırdı. Maşın yağına bulaşmış əskini onun üzünə sərdi
çəkici qaldırdı. Bircə dəfə vuran kimi dayandı. Səs yaman boğuq çıxırdı. Sonra tez-
tez vurmağa başladı. Bir azdan əskini qaldırdı. Sifət qana bələnmiş, tanınmaz 
olmuşdu. «Rizenfeldin başı da belə idi...– deyə ürəyindən keçirdi. Hiss etdi ki, 
dişləri bir-birinə sıxılıb. – Yox, Rizenfeldin başına oxşamır. O, bundan betər idi. 
Çünki ölməmişdi, hələ nəfəsi vardı...» 
Bu da sağ əlindəki üzük! Onu çıxarıb, meyiti quyuya salladı. Bir az qısa eləmişdi. 
Dizlərini qarnına tərəf qatladı. Üstünü torpaqladı. İşlər yaxşı gedirdi. Torpağı 
ayaqlayıb hamarladı, əvvəlcədən bellə kəsdiyi çimləri üstünə düzdü. Hamısı düz 
gəldi. Lap əyilib baxanda ağız-ağıza qoyulan yerlər güclə seçilirdi. Çimlərin 
üstündəki yapıxmış ot-alağı düzəltdi. 
Bu çəkic, bu bel, bu da əski... Hamısını gətirib, yük yerindəki paltarın yanına 
qoydu. Sonra bir də qayıtdı, tələsmədən, diqqətlə baxdı ki, bəlkə, iz qalıb. Heç nə 
qalmamışdı. Olsa da, yağış yuyub aparacaq, bir-iki günə təzə ot qalxacaq, hər şeyi 
itirəcək... 
Qəribədir, bu, ölən adamın ayaqqabıları, bu da corabları... Bu da alt paltarı... 
Kostyumu diqqətini o qədər də cəlb etmədi. Corabların da, köynəyin də, alt 
paltarlarının da rəngi solmuşdu, meyit qoxusu verirdi və elə bil, onlar də ölmüşdü... 
Bunları təzədən bir-bir əlinə götürüb monoqramları, firma yarlıqlarını axtarmağa 
iyrənirdi... Canını dişinə tutaraq hamısını tapdı, kəsib götürdü. Qalan paltarları bir 
yerə yığıb bağladı, meyiti basdırdığı yerdən çox aralıda basdırdı ki, ikisi bir yerdə 
tapılmasın... 
Maşını irəli sürüb, bir çaya çatdı. Kəsib götürdüyü yarlıqları kağıza bükdü. Sonra 
onun qeyd dəftərçəsini xırda-xırda cırdı, pulqabını yoxladı. İki min franklıq çek, 
Berlinə qədər bilet, on alman markası, ünvan yazılmış bir neçə kağız parçası və 
pasportunu tapdı. Fransız pulunu cibinə qoydu. Haakenin şalvar cibindən də bir 
neçə beş franklıq çıxmışdı... 
Baxışları bir anlığa yol biletinə ilişib qaldı. Üstündəki «Berlin» sözü ona lap qəribə 
görünürdü. Onu da cırdı. Pasporta isə xeyli baxdı. Hələ üç il vaxtı var idi. İstəyirdi, 
saxlayıb onunla yaşasın. Bu, onun həyat tərzinə də uyğun gəlirdi. Əgər təhlükəli 
olmasaydı, çox götür-qoy etməzdi... 
Onu da cırdı. Alman pullarını da... Açarı, tapançasını və bir də vağzala qoyduğu 
çamadanın qəbzini saxladı. Fikirləşdi ki, bəlkə, Parisdəki izi tamam itirmək üçün 
onu götürməli oldu. Mehmanxananın haqq-hesab qəbzini də tapıb cırdı. 
Sonra hamısını yandırdı. Bu isə gözlədiyindən çox çəkdi. Ancaq, yaxşı ki, parça 
kəsiklərini arasına qoyub yandırmaq üçün qəzet götürmüşdü. Külü çaya sovurdu. 
Daha sonra maşını diqqətlə yoxladı ki, bəlkə, qan izi qalıb. Heç nə tapmadı. 
Çəkiclə açarı təmiz-təmiz yudu, aparıb yük yerinə qoydu. Qayıdıb əllərini yaxşı-
yaxşı yudu, siqaret çıxarıb yandırdı, bir xeyli beləcə oturdu... 
Hündür fıstıq ağaclarının arasından günəş boylanırdı. Ravik də oturub siqaretini 
çəkirdi. Tamam yüngülləşmişdi və heç nə haqda düşünmürdü... 
Yalnız qalaya tərəf uzanan şoseyə burulanda Sibillanı xatırladı. Qala XVIII əsrin 
əbədi səmasından boylanan parlaq yay günəşinin şüaları altında bərq vururdu. 
Qəflətən Sibilla yadına düşdü və o vaxtdan bəri ilk dəfə müqavimət göstərmədi, 
onun haqqındakı xatirələri boğmaq istəmədi, özündən uzaqlaşdırmağa çalışmadı. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə