Prof. Dr.
Cihan Bulut, Elçin Süleymanov
68
4.8. BÜDCƏ KƏSİRLƏRİNİN ARADAN
QALDIRILMASININ MALİYYƏ MƏNBƏLƏRİ
Birinci Dünya müharibəsindən sonra ortaya çıxan depressiya və Keynesin iqti-
sadiyyat anlayışı çərçivəsində dövlət xərcləri əvvəlki dövrlərdə görülmədiyi şə-
kildə artırmışdır. Bu artım normal zamanlarında da "rifah dövləti" anlayışı ilə da-
vam etdirilərək 2010-ci ilə qədər sənayeləşmiş ölkələrdə dövlət Xərcləri / ÜDM
nisbəti 40-45% - ə çatmışdır.
Dövlət xərclərindəki artım, dövlət gəlirləri ilə qarşılana bilmədiyindən zamanla
inflyasiya, ödəmələr balansı kəsiri, ədalətsiz gəlir bölgüsü
kimi makro-iqtisadi sa-
bitliksizliklərə gətirib çıxarmışdır. 1980-ci illərdə bir çox inkişaf etməkdə olan öl-
kələr yaşadığı bu makro-iqtisadi sabitsizliklərdən xilas olmaq üçün iqtisadiyyat-
larında sabitlik təmin edici, struktur islahatı ehtiva edən proqramların tətbiqinə baş-
ladılar.
Bu proqramlar, ödəmələr balansı kəsirini aradan qaldırmağı, gəlir bölgü-
sündə ədalətsizliyi azaltmağı, inflyasiyanı salmaqla məqsəd qoymaqla birlikdə tə-
məldə bu mənfiliklərə səbəb olan büdcə kəsirlərini bağlamağı, iqtisadiyyatda sa-
bitliyi təmin etməyi qarşılarına məqsəd qoymaqdadır.
Bu vaxt dövlət kəsirləri yalnız inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf
etmiş olan ölkələrdə də problem olmuşdur. Məsələn, ABŞ-da 1980-ci
illərdə əhə-
miyyətli bir problem olan büdcə kəsiri 1990-cı illərdə də davam etmişdir. Prezident
Reyqan, 1986-cı ildə konqresdən keçən Gramm-Rudman-Hollings kəsirə nəzarət
etmə qanununu imzalamışdır. Buna görə mövcud kəsir 1986-1991-ci illər arasında
ildə 36 milyard dollar azalaraq sıfıra doğru enəcəkdir. Lakin kəsir davam edincə
1993-cü ildə iqtidara gələn Bill Klinton 1994-cü ildən 1997-ci ilə qədər kəsiri
504.8 milyard dollardan 254.7 milyard dollara endirməyi məqsəd qoyan (Omnibus
Budget Reconciliation Act of 1993) geniş əhatəli bir büdcə uzlaşma qanunu çıxart-
mışdır. Bu qanun Amerika büdcəsinin 1998-ci ildə 30
ildən sonra ilk dəfə bir çox-
luğa çatmasında təsirli olmuşdur
29
. Lakin 2008-ci ildə Amerikada ortaya çıxan
“Dünya Maliyyə Böhranı “nəticəsində bu kəsirin həcmi nəinki azalmış, hətta dəfə-
lərlə artaraq trilyon dollara çatmışdı.
4.8.1. VERGİLƏRİN ARTIRILMASI
Dövlətin dövlət xərclərini qarşılamaq məqsədi ilə dövləti meydana gətirən adam
və təşkilatlardan qarşılıqsız və məcburi götürdüyü vergilər
ilə bənzəri gəlir mənbələri
büdcə kəsirlərinin aradan qaldırılmasında da əhəmiyyətlidir. Büdcə kəsirlərinin ara-
dan qaldırılmasında başqa gəlir mənbələri olmaqla birlikdə, vergi və bənzəri gəlir
mənbələri daha sabit bir quruluş təklif etdiyindən, seçilən gəlir mənbələridir.
29
Laurence Ball, N. Gregory Mankiw, “a.k.ə.
Dövlät Maliyyäsi
69
1980-ci illərdə BVF və Dünya Bankı Latın Amerikası ölkələrində yaşanan iqti-
sadi istiqrazızlıqlara qarşı dövlət gəlirlərini artırıcı tədbirlər arasında,
vergi siste-
mində məhsuldarlığı və fəaliyyəti təmin edəcək vergi islahatlarının edilməsini və
vergi idarəsinin inkişaf etdirilərək qaçaqçılığın önlənməsini əvvəlcə qarşıya qoy-
muşlar. Ayrıca, vergi islahatları ilə vergi sistemini sadələşdirməyi və vergi gəlirlə-
rini artırmağı qarşıya məqsəd qoymuşlar.
İMF -nin tələbi qısıcı tədbirləri içində vergi gəlirlərinin artırılması standart hala
gəlmişdir. Ölkəmiz iqtisadiyyatında tətbiq olunan 1994-cü il Sabitlik Proqramında
da vergi sistemində fəaliyyəti və ədaləti təmin edici, gəlirləri artırıcı tədbirlər işti-
rak etməkdədir.
Vergi və bənzəri gəlirlərin artırılmasında göz qarşısında saxlanılması lazım
olan bəzi qanunlar vardır. Bunlar:
1- Vergi qoyma əməliyyatlarında dövlətin qanuniliyi artırılaraq zəiflədilməmə-
lidir. Xüsusilə vergi öhdəliyinin ödəyicilər arasında bölgüsünda, üfüqi və
şaquli ədalətin təmin edilməsi cəhətdən lazımlı əməliyyatların reallaşdırıl-
masında diqqətli olunmalıdır.
2- Vergi sistemi iqtisadi rifahı inkişaf etdirici fəaliyyətə sahib olmalıdır.
3- Vergi əməliyyatlarının idarəsi asan və iqtisadi olmalıdır.
Yəni idarənin ver-
gi məcmu xərcləri minimizə edilərək vergi gəlirindən kiçik olmalıdır.
Fərdlərdən dövlətə mənbə transferi edən vergi və bənzəri gəlirlərdəki artım
iqtisadi əlaqələrə təsir etməkdədir. Vergiqoyma sonrası iqtisadi vahidlər davranış-
larını içində olduqları vəziyyətə görə yenidən nizamlayar. Dövlətin etmiş olduğu
xərcləri buna bərabər vergiqoyma əməliyyatı ilə maliyyəyə etdiyini fərz edərək
vergi qoymanın qısa və uzun dövrdə cəmi ərzi təsir etməsinə görə iqtisadiyyatda
tarazlıq nöqtəsinin yeri şəkil köməyi ilə araşdırıla bilər.
Vergi nisbətlərindəki artımın iqtisadi inkişafı təmin etməyəcəyi, əksinə, zərər
verəcəyi təklifyönümlü iqtisadçılar tərəfindən də dilə gətirilmişdir. Onlara görə
vergilərdəki artımın tərsinə vergi endirimləri iqtisadi səyləri və fəaliyyətləri təşviq
edəcək. Beləcə, əlavə istehsal fəaliyyətləri milli gəlir və vergi gəlirlərində artımlara
səbəb olacaq.
Yüksək vergilər, vergiyə tabe olan malların istehlakını azaldaraq və
ya vergi qaçaqçılığına gətirib çıxararaq aşağı vergilərin təmin edəcəyi gəlirdən
daha az gəlir təmin edəcək.
Təklifyönümlü iqtisadçıların irəli sürdüyü vergi endirimləri yoluyla iqtisadi
böyümənin təmin edilə bilməsi üçün Buchanan və Leenin üzərində dayandığı iki
xüsusiyyət var.
a - təklifyönümlü iqtisad uzun dövrü əsas götürdüyündən, qısa dövr vergi endi-
rimləri ilə cəmi bazar istehsalının və vergi gəlirlərinin artmasını gözləmək
doğru deyil;