Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
68 
4.8.  BÜDCƏ KƏSİRLƏRİNİN ARADAN 
QALDIRILMASININ MALİYYƏ MƏNBƏLƏRİ 
Birinci Dünya müharibəsindən sonra ortaya çıxan depressiya və Keynesin iqti-
sadiyyat anlayışı  çərçivəsində dövlət xərcləri  əvvəlki dövrlərdə görülmədiyi  şə-
kildə artırmışdır. Bu artım normal zamanlarında da "rifah dövləti" anlayışı ilə da-
vam etdirilərək 2010-ci ilə  qədər sənayeləşmiş ölkələrdə dövlət Xərcləri / ÜDM 
nisbəti 40-45% - ə çatmışdır.  
Dövlət xərclərindəki artım, dövlət gəlirləri ilə qarşılana bilmədiyindən zamanla 
inflyasiya, ödəmələr balansı kəsiri, ədalətsiz gəlir bölgüsü kimi makro-iqtisadi sa-
bitliksizliklərə gətirib çıxarmışdır. 1980-ci illərdə bir çox inkişaf etməkdə olan öl-
kələr yaşadığı bu makro-iqtisadi sabitsizliklərdən xilas olmaq üçün iqtisadiyyat-
larında sabitlik təmin edici, struktur islahatı ehtiva edən proqramların tətbiqinə baş-
ladılar. Bu proqramlar, ödəmələr balansı  kəsirini aradan qaldırmağı, gəlir bölgü-
sündə ədalətsizliyi azaltmağı, inflyasiyanı salmaqla məqsəd qoymaqla birlikdə tə-
məldə bu mənfiliklərə  səbəb olan büdcə  kəsirlərini bağlamağı, iqtisadiyyatda sa-
bitliyi təmin etməyi qarşılarına məqsəd qoymaqdadır. 
Bu vaxt dövlət kəsirləri yalnız inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf 
etmiş olan ölkələrdə də problem olmuşdur. Məsələn, ABŞ-da 1980-ci illərdə əhə-
miyyətli bir problem olan büdcə kəsiri 1990-cı illərdə də davam etmişdir. Prezident 
Reyqan, 1986-cı ildə konqresdən keçən Gramm-Rudman-Hollings kəsirə  nəzarət 
etmə qanununu imzalamışdır. Buna görə mövcud kəsir 1986-1991-ci illər arasında 
ildə 36 milyard dollar azalaraq sıfıra doğru enəcəkdir. Lakin kəsir davam edincə 
1993-cü ildə iqtidara gələn Bill Klinton 1994-cü ildən 1997-ci ilə  qədər kəsiri 
504.8 milyard dollardan 254.7 milyard dollara endirməyi məqsəd qoyan (Omnibus 
Budget Reconciliation Act of 1993) geniş əhatəli bir büdcə uzlaşma qanunu çıxart-
mışdır. Bu qanun Amerika büdcəsinin 1998-ci ildə 30 ildən sonra ilk dəfə bir çox-
luğa çatmasında təsirli olmuşdur
29
. Lakin 2008-ci ildə Amerikada ortaya çıxan 
“Dünya Maliyyə Böhranı “nəticəsində bu kəsirin həcmi nəinki azalmış, hətta dəfə-
lərlə artaraq trilyon dollara çatmışdı. 
4.8.1. VERGİLƏRİN ARTIRILMASI 
Dövlətin dövlət xərclərini qarşılamaq məqsədi ilə dövləti meydana gətirən adam 
və təşkilatlardan qarşılıqsız və məcburi götürdüyü vergilər ilə bənzəri gəlir mənbələri 
büdcə kəsirlərinin aradan qaldırılmasında da əhəmiyyətlidir. Büdcə kəsirlərinin ara-
dan qaldırılmasında başqa gəlir mənbələri olmaqla birlikdə, vergi və  bənzəri gəlir 
mənbələri daha sabit bir quruluş təklif etdiyindən, seçilən gəlir mənbələridir. 
                                                 
29
  Laurence Ball, N. Gregory Mankiw, “a.k.ə. 


Dövlät Maliyyäsi 
 
69 
1980-ci illərdə BVF və Dünya Bankı Latın Amerikası ölkələrində yaşanan iqti-
sadi istiqrazızlıqlara qarşı dövlət gəlirlərini artırıcı  tədbirlər arasında, vergi siste-
mində  məhsuldarlığı  və  fəaliyyəti təmin edəcək vergi islahatlarının edilməsini və 
vergi idarəsinin inkişaf etdirilərək qaçaqçılığın önlənməsini  əvvəlcə qarşıya qoy-
muşlar. Ayrıca, vergi islahatları ilə vergi sistemini sadələşdirməyi və vergi gəlirlə-
rini artırmağı qarşıya məqsəd qoymuşlar.  
İMF -nin tələbi qısıcı tədbirləri içində vergi gəlirlərinin artırılması standart hala 
gəlmişdir. Ölkəmiz iqtisadiyyatında tətbiq olunan 1994-cü il Sabitlik Proqramında 
da vergi sistemində fəaliyyəti və ədaləti təmin edici, gəlirləri artırıcı tədbirlər işti-
rak etməkdədir.  
Vergi və  bənzəri gəlirlərin artırılmasında göz qarşısında saxlanılması lazım 
olan bəzi qanunlar vardır. Bunlar:  
1-  Vergi qoyma əməliyyatlarında dövlətin qanuniliyi artırılaraq zəiflədilməmə-
lidir. Xüsusilə vergi öhdəliyinin ödəyicilər arasında bölgüsünda, üfüqi və 
şaquli  ədalətin təmin edilməsi cəhətdən lazımlı  əməliyyatların reallaşdırıl-
masında diqqətli olunmalıdır.  
2-  Vergi sistemi iqtisadi rifahı inkişaf etdirici fəaliyyətə sahib olmalıdır.  
3-  Vergi əməliyyatlarının idarəsi asan və iqtisadi olmalıdır. Yəni idarənin ver-
gi məcmu xərcləri minimizə edilərək vergi gəlirindən kiçik olmalıdır. 
Fərdlərdən dövlətə  mənbə transferi edən vergi və  bənzəri gəlirlərdəki artım 
iqtisadi əlaqələrə təsir etməkdədir. Vergiqoyma sonrası iqtisadi vahidlər davranış-
larını içində olduqları  vəziyyətə görə yenidən nizamlayar. Dövlətin etmiş olduğu 
xərcləri buna bərabər vergiqoyma əməliyyatı ilə maliyyəyə etdiyini fərz edərək 
vergi qoymanın qısa və uzun dövrdə  cəmi  ərzi təsir etməsinə görə iqtisadiyyatda 
tarazlıq nöqtəsinin yeri şəkil köməyi ilə araşdırıla bilər. 
Vergi nisbətlərindəki artımın iqtisadi inkişafı  təmin etməyəcəyi,  əksinə, zərər 
verəcəyi təklifyönümlü iqtisadçılar tərəfindən də dilə  gətirilmişdir. Onlara görə 
vergilərdəki artımın tərsinə vergi endirimləri iqtisadi səyləri və fəaliyyətləri təşviq 
edəcək. Beləcə, əlavə istehsal fəaliyyətləri milli gəlir və vergi gəlirlərində artımlara 
səbəb olacaq. Yüksək vergilər, vergiyə tabe olan malların istehlakını azaldaraq və 
ya vergi qaçaqçılığına gətirib çıxararaq aşağı vergilərin təmin edəcəyi gəlirdən 
daha az gəlir təmin edəcək. 
Təklifyönümlü iqtisadçıların irəli sürdüyü vergi endirimləri yoluyla iqtisadi 
böyümənin təmin edilə bilməsi üçün Buchanan və Leenin üzərində dayandığı iki 
xüsusiyyət var.  
a -  təklifyönümlü iqtisad uzun dövrü əsas götürdüyündən, qısa dövr vergi endi-
rimləri ilə cəmi bazar istehsalının və vergi gəlirlərinin artmasını gözləmək 
doğru deyil;  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə