Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
62 
4-   Ölkələrin böhran zamanında istifadə etmək üzrə daha əvvəldən müəyyən 
olunmuş faizdən  əldə edə biləcəyi müxtəlif kredit limitlər və satın almaq 
haqlarının olması; 
5-   Şirkətləri borclanmadan başqa öz sərmayələri ilə işləməyə sövq etmək; 
6-   Müddətli satış sözləşmələri (forward contracts) sataraq və ya satış seçimləri 
(put obtions) alaraq vacib ixrac mallarının qiymət risklərini azaltmaq; 
7-   İdxalçıları müddətli satın almağa yönəltmək; 
8-   Xidmət xərcləri və ödəmələri ixrac malları qiymətlərinə bağlamaq. 
Dünya iqtisadiyyatında yaşanan müxtəlifliklərin gətirdiyi istiqrarsızlıqlar (Sər-
mayə axını kimi) artarkən inkişaf etməkdə olan ölkə iqtisadiyyatında meydana 
gələn dövlət büdcəsindəki çatışmazlıqlar və onun gətirdiyi iqtisadi problemlər onun 
tarazlığını pozmaqdadır. Çatışmazlıqların maliyyələşdirilməsində  çətinliyə girən 
ölkələr borclarının faizlərin belə ödəməkdə çətinlik çəkərkən, beynəlxalq sərmayə-
nin səbəb olduğu tarazsızlığa qarşı lazımi siyasəti tətbiq edə bilmədikləri üçün 
bunlar sarsılmaqdadırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrin xaricə açılması, 
milli pullarını sərbəst çıxartması, pullarını “konvertabl” elan etməsi, mal və xidmət 
hərəkətlərinin sərbəstləşdirilməsi ilə beynəlxalq siyasətlərin azalması yaşanan mən-
fi hadisələrin həllini çətinləşdirir. 
Dövlət büdcəsindəki kəsirlərin olduğu iqtisadiyyatda bir yandan borcun geri 
ödəmələri, digər yandan özəl sektorun sərmayə ehtiyacı ilə faizləri artmaqdadır. 
Faizlərin artması istehsal xərclərini artırmaqda, iqtisadi genişlənməyə  mənfi təsir 
göstərməkdədir. Bundan başqa, faizlərdəki artım xarici sərmayəyə girişi tezləşdi-
rərək valyuta rezervlərinin artmasını əngəlləməkdə, yerli pulun daha çox dəyərlən-
dirilməsinə  səbəb olmaqdadır. Yerli pulun dəyərli olması daha əvvəl də deyildiyi 
kimi, istehsal xərclərini digər ölkələrə görə artırdığından, ixrac azalarkən idxal art-
maqdadır. Beləliklə, dövlət büdcəsindəki kəsirlərin artması xarici ticarət çatışmaz-
lıqlarını da (twin deficitis) artırmaqdadır. 
Dövlət büdcəsindəki kəsirlər, real faiz, inflyasiya və cari işlərin balansı ara-
sındakı əlaqəni xüsusilə inflyasiya yaşayan ölkələrdə az müddətdə zəif olaraq orta-
ya çıxsa da, orta və uzun müddətdə  hiss edilir. Dövlət büdcəsindəki kəsirlər inflya-
siya və faizləri artırmaqda, xarici borc və valyuta faizlərinə səbəb olan tarazlığını 
pozmaqdadır. Carlos Rodriguezin 1991-ci ildə etdiyi kimi dövlət çatışmazlıqları ilə 
xarici çatışmazlıqlar və valyuta pulu arasında yaxın bir əlaqənin olduğunu göstərən 
bir neçə analitik model çalışmaları vardır. Bu modellərdə iqtisadi siyasətlərin özəl 
sektor xərclərini və xarici varlıqların təsirləndiyini göstərən mexanizmlər var. Prak-
tikadakı tətbiq edilmə ilə əlaqədar olaraq da dövlət büdcəsindəki çatışmazlıqlar ilə 
xarici tarazlıq arasında bir əlaqənin olduğunu göstərən çalışmalar da vardır. 


Dövlät Maliyyäsi 
 
63 
4.6. GƏLİR BÖLGÜSÜ ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ 
Gəlir bölgüsü – bir iqtisadiyyatdakı bütün gəlirin şəxslər, ya da ailələr arasın-
dakı bölgüsü şəklində ələ alına biləcəyi kimi, bütün gəlirin müxtəlif istehsal faktor-
ları arasındakı bölgüsü şəklində də izah oluna bilər. Buna görə gəlir bölgüsü ilə ən 
yüksək və ən aşağı gəlir əldə edənlər arasındakı fərq və ya əmək sahiblərinin aldığı 
maaşla sərmayə sahiblərinin aldığı iqtisadi pay arasındakı fərq ifadə edilməkdədir. 
Bu araşdırma metodlarından birincisinə  şəxsi bölgü, ikincisinə funksional bölgü 
deyilməkdədir. 
Gəlir bölgüsünün hansı sərhədlər içində daha ədalətli və ya ədalətsiz göstərən 
dəqiq ölçü və açıqlamaların olmamağı ilə  əlaqədar olaraq bəzi ölçülərə görə  hər 
ölkə üçün ayrı-ayrı hesablamalar apararaq əldə edilən dəyərlər beynəlxalq qarşılaş-
malarda istifadə edilməkdədir. Bu hesablamalarda istifadə edilən bərabərsizlik 
ölçüləri, Gini indeksi, loqaritma törəmələrin ortalması, nisbi varyans, theil indeksi
Atkinson indeksi kimi ölçülərdir. BM Bəşəri  İnkişaf Raportuna görə 2009-ci ilin 
sonunda dünya əhalisinin  ən yüksək 20%-lik hissəsinin dünya hasilatından aldığı 
pay 86% ikən ən aşağı 20%-lik hissəsinin aldığı pay da 1% təşkil edir. Ən ədalətsiz 
gəlir bölgüsü 100 olaraq qəbul edildiyi halda, Braziliyanın GINI - gəlir bərabərsiz-
liyi indeksi 57.1, Cənubi Afrikanın 56.3, Meksikanın 53.7, Malayziyanın 48.4, 
ABŞ-ın 40.1-dir. Ən  ədalətsiz gəlir bölgüsünə sahib ölkələr arasında yer alan 
Türkiyənin Gini gəlir bərabərsizliyi indeksi də 2008 ci ildə 43.6 dır. Azərbaycanın 
2008 ci il Gini indeksi isə 33.7-dir. 
Gəlir bölgüsündəki dəyişmə dövlətin ortaq dərdi olan sülh, təhlükəsizlik, ədalət 
və rifahın yaranıb inkişafında bir vasitə olaraq ələ alındığından vacibliyi daha yaxşı 
başa düşülməkdə, aşağı gəlirli təbəqənin nisbi payının pisləşməsinin ehtiyatsızlıq-
lara səbəb ola biləcəyi meydana gəlməkdədir. Bir ölkədə gəlir bölgüsünün pis ol-
masının bir-biri ilə  əlaqəsi olan müxtəlif səbəbləri vardır. Bunlardan vacib olan-
ları: əhalinin artımı, işsizlik, inflyasiya, vergi siyasəti, bazar mexanizmi, qiymətlən-
dirmə siyasəti və sosial yardım siyasəti kimi səbəblərdir. 
4.7. BÜDCƏ KƏSİRLƏRİNİN MEYDANA GƏLMƏSİ VƏ 
İQTİSADİYYATA TƏSİRLƏRİ 
4.7.1. DÖVLƏT SEKTORUNDA OLAN BALANSSIZLIQLAR          
VƏ GÖSTƏRİCİLƏRİ 
İqtisadiyyatın təməl sektorlarından biri olan ictimai sektorda, hansı mal və xid-
mətin nə miqdarda çıxarılacağı müəyyən bir siyasi müddət içində təyin olunur. Bu 
müddət, demokratik dövlətlərdə xalqın seçdiyi nümayəndələr tərəfindən reallaşdı-
rıldığından, ümumiyyətlə, xalqın seçimlərini əks etdirdiyi qəbul edilir. Burada döv-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə