Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
58 
Vergilər gəlirdən asılı olduğunda isə vergi qoyma səbəbi ilə gəlirdəki artımla-
rın istehlaka gedən payı azaldığından vuruq əmsalının daha aşağı olması (1/1-c+ct) 
milli gəlirdəki artıma mənfi yöndə təsir edəcəkdir. 
4.4.2. VERGİDƏN BAŞQA DİGƏR GƏLİRLƏRİN TƏSİRLƏRİ 
Dövlətin gəlir mənbəyinin çoxunu vergi təşkil edir. Ancaq vergi mənbələri 
dövlət xərclərini qarşılamaqda kifayət etmədiyi üçün vergi ilə yanaşı başqa gəlir 
mənbələri də vardır. Başqa gəlirlər dövlətin normal zamanlarda istifadə etdiyi mən-
bələr olmaqla bərabər gəlir tarazlığının olmadığı zamanlarda daha çox istifadə 
olunan və hər biri ən azından potensial iqtisadi problem olan metodlardır.
26
 
Bunlardan emissiya, dövlətin pul çıxartma haqqı (seigniorage) ilə əlaqədar ola-
raq milli bank vasitəsi ilə bazarın pul ehtiyacının qarşılanmasıdır. Milli bank Kəsir 
bazar əməliyyatları vasitəsi ilə bazarın pul ehtiyacına görə pul təklifini artırıb azal-
dır.  İqtisadiyyatda təklif elastikliyinin aşağı olduğu vaxtlarda Emissiyanın artırıl-
ması inflyasiya meydana gətirməkdədir. Çünki artan pul təklifi bazarda tələbi artı-
rarkən istehsalında eyni şəkildə artmamağı qiymətlər ümumi səviyyəsində artımlar 
ilə nəticələnir.  
Dövlət xüsusilə  sərmayə bazarlarının inkişaf etmədiyi ölkələrdə milli bankın 
mənbələrini istifadə edərək xərclərini artırmaqdadır. Beləcə, milli bankın maliyyə 
vəziyyəti dəyişməkdə, inflyasiya artmaqdadır. Bu vəziyyətdən qaçmaq üçün istifa-
də olunan ümumi metodologiya isə milli bankın müstəqilliyini artıran qanun müd-
dəalarının müəyyən edilməsidir.  
Dövlətin gəlir mənbələrindən borclanma isə dövlətin sadə veksel və istiqraz 
kimi adlı borclanma sənədlərini bazara gətirərək faiz qarşılığı gəlir əldə etməsidir. 
Borclanma ölkədaxili bazarlardan və ya ölkəxarici bazarlardan reallaşdığına görə 
daxili borclanma və xarici borclanma şəklində təsnifləndirilməkdədir. 
Daxili borclanma, dövlətin ölkə sərhədləri içindəki özəl fərdi və müəssisələrin-
dən reallaşdığı borclardır. Belə bir borclanmada ölkənin məcmu mənbələrində bir 
artım yoxdur. Yalnız mənbələrin istifadəçiləri dəyişməkdədir. Dövlətin borclanma 
istəyi pula olan tələbi artırmaqda, özəl sektorun istifadə edə biləcəyi kredit miqdarı 
azalmaqdadır. Pul tələbi faiz nisbətlərini artırdığından, özəl sektorun investisiya 
xərcləri artmaqdadır. Buna görə daxili borclanmadakı artım özəl sektorun kənar-
laşdırılmasına (crowding-out) səbəb olmaqdadır.  
Xarici borclar, dövlətin xarici bazarlardan mənbə təmin etməsidir. Bu cür borc 
ilə ölkə mənbələri artır, dövlətə əlavə istehsal və investisiya qoymaq şəraiti yaradır. 
                                                 
26
  Ömer Faruk Batırel, “Enflasyonla Mücadelede Maliye Politikaları”  Prof.Dr. Salih Şanvere 
Armağan,  İstanbul, T:C: Marmara Üniversitesi Maliye Araştırma ve Uygulama Merkezi,Yayın 
No:10, 1998, s. 97. 


Dövlät Maliyyäsi 
 
59 
Daxili borclarda olduğu kimi, bir kənarlaşdırma prosesi olmadan dövlətin daha çox 
xərcləmə imkanı olur. Ancaq xarici borcların da artması  təhlükəlidir. Çünki çox 
borclanmanın faiz maliyyəti çoxalır və ölkənin xarici borc inzibatçılığında inflya-
siya ilə qarşılaşma riski artır. Xarici borclanmanın davam edə bilməsi üçün yerli 
pula dəyər vermək lazımdır. Yerli pulun dəyərli tutulması valyuta məzənnələrinin 
yenidən müəyyən edilməsi problemləri ilə  bərabər ölkənin xarici ticarətinə  mənfi 
təsir edir.  
Son olaraq dövlətin dövlət resursları gəlirləri, sahib olduğu dövlət və özəl hü-
quq statusundakı daşınan-daşınmaz mallar ilə haqlardan əldə etdiyi gəlirlərdir. Bu 
gəlir mənbələrinin  əhatəsi günümüzdə genişlənmiş, dövlətin iqtisadiyyata müda-
xiləsi ilə qurduğu şirkətlərdən əldə etdiyi gəlirlər dövlət resursları gəlirlərinə daxil-
dir. Hələ  də dövlət resursları  gəlirləri dövlət gəlirləri içində  əhəmiyyətli yer tut-
maqdadır. Hər dövlətin müdaxiləçilik anlayışına görə bu sahədəki fəaliyyətlərin 
əhəmiyyəti dəyişməkdədir. Ancaq dövlət şirkətlərinin zərərlə işləməsi səbəbi ilə bir 
çox ölkələrdə dövlət  əraziləri və ya dövlət müəssisələri satılaraq dövlətə  gəlir 
qazandırır. Qazandırılan bu gəlir dövlətin satacağı varlıqların məhdud olması səbə-
bi ilə əldə edilən müvəqqəti mənbələrdir.  
Dövlət sahəsində  işləyən işçilərlə  əlaqədar xərclər, həm də inkişaf etməkdə 
olan ölkələrdə məcmu xərclərin vacib bir qismini təşkil etməkdədir. Bu səbəbdən 
dövlət sektorunda tətbiq olunacaq qiymət və  məşğulluq siyasətinin işsizlik faizi 
üzərində təsirləri olacaqdır. Bunun üçün məşğulluq siyasəti ilə qiymət siyasəti ara-
sındakı  əlaqəni  ələ almaq lazımdır. Dövlət sektorunda qiymətin dəqiqləşdirilməsi 
özəl sektordan fərqli olduğundan, özəl sektor idarəçilərinin əksinə olaraq, boş yer-
lərin doldurulması istiqamətində maliyyələşdirmə olmadığı kimi, maaşlar olmasın-
dan çoxdursa, rəqabətcil özəl sektor quruluşları qədər maliyyə sıxıntısına girmək-
dən söz gedə bilməz. Özəl sektor əmək gücünə görə işsizlik edərkən, dövlət sek-
torunda ümumilikdə başqa faktorların təsiri vardır. 
İnkişaf etməkdə olan ölkələrdə əsasən dövlət sektorunda işləyənlərin sayı ehti-
yacdan çoxdur. Bu səbəbdən dövlət sektorunda ortalama real qiymətlər düşsə  də 
məşğulluğun artması ilə işçilərin xərclərinin ümumi xərclər içindəki payı artmaq-
dadır. Daha çox məşğulluq mənbələrinin israfına səbəb olduğu üçün dövlət büdcə-
sindəki kəsirlərin qarşısının alınmasındakı xərcləri azaltmaq üçün dövlət işçilərinin 
azaldılması istiqamətində tədbirlər görülməkdədir. Bu tədbirlər xəyali işçilərin xa-
ric edilməsi, müvəqqəti işçilərin işlərinə son verilməsi, işə düzəltmələrin durdurul-
ması, dövlət məmurluğu siyasətində  sıxışdırmaların olması, istəyə bağlı  təqaüdə 
çıxma və istefa, vaxtından tez təqaüdə çıxma, işdən çıxartmaq və özəlləşdirmə kimi 
tədbirlərdir. Ancaq nəticələrə görə müvəqqəti və yarımştat işçiləri işdən çıxarmaq 
daha asan və az problem yaratdığı halda, toplu halda işdən çıxartmaq siyasətini 
yerinə yetirmək mümkün deyil. İşçiləri işdən çıxartmaq  əvəzinə, yeni işçi almağı 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə