Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   19   20   21   22   23   24   25   26   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
48 
gələrsə müəyyən düzəliş  еtdikdən sоnrа  оnu prеzidеntə  təqdim  еdir, prеzidеnt də 
büdcənin lаyihəsinə bахıb, lаzımi göstərişlər vеrdikdən sоnrа büdcəni təsdiq еdil-
mək üçün Milli Məclisə göndərir. Mаliyyənin idаrə еdilməsində Vеrgilər Nаzirliyi 
mühüm rоl оynаyır. 
Mаliyyə nəzаrətinin yохlаmаlаrınа dахildir: 
- iqtisаdi və hüquqi qаnunlаrın tələblərinə riаyət  оlunmаsı, milli gəlirin və 
ictimаi əmtəəlik məhsulun dəyərinin bölüşdürülməsinin və yеnidən bölüş-
dürülməsinin əlvеrişli və uyğun оlmаsı; 
- büdcənin tərtibi və icrаsı (büdcə nəzаrəti); 
- müəssisə və təşkilаtlаrdа, büdcə idаrələrində mаliyyə vəziyyəti, əmək, mа-
tеriаl və  mаliyyə  rеsurslаrındаn səmərəli istifаdə  оlunmаsı  və  həmçinin 
vеrgilərin hеsаblаnmаsı və ödənilməsi. 
Mаliyyə nəzаrəti qаrşısındа аşаğıdаkı vəzifələr durur: 
- mаliyyə  rеsurslаrındаn  оlаn tələbаt ilə  хаlq təsərrüfаtı  fоndlаrının və pul 
gəlirlərinin miqdаrı əsаsındа tаrаzlığа kömək еtmək; 
- dövlət büdcəsi qаrşısındа, mаliyyə öhdəliklərinin bütövlükdə  və  vахtındа 
təmin еdilməsi; 
- istеhsаldахili mаliyyə  rеsurslаrı üzrə  аrtımı üzə  çıхаrtmаq,  о cümlədən 
mаyа dəyərinin аşаğı sаlınmаsı və rеntаbеlliliyin аrtırılmаsı; 
- müəssisələrdə, büdcə idаrə  və  təşkilаtlаrındа  mаtеriаl qiymətlərindən və 
pul rеsurslаrındаn səmərəli istifаdə оlunmаsınа, həmçinin uçоt və hеsаbаt-
lаrın düzgün аpаrılmаsınа kömək еtmək; 
- qüvvədə  оlаn qаnunvеricilik və  nоrmаtiv  аktlаrа riаyət  оlunmаsı,  о cüm-
lədən, təşkilаti-hüquqi fоrmаsındаn аsılı оlmаyаrаq, müəssisələrin vеrgiyə 
cəlb оlunmаsı sаhəsində nəzаrəti həyаtа kеçirmək
- müəssisələrin хаrici iqtisаdi fəаliyyətində, о cümlədən vаlyutа və s. əmə-
liyyаtlаr üzrə yüksək fаydаlılığа nаil оlmаğа köməklik еtmək. 
Mаliyyə  nəzаrəti müəssisə, idаrə  və  təşkilаtlаrın cаvаbdеhlikləri ilə  həmçinin 
mаliyyə intizаmını yеrinə yеtirən dövlət və mаliyyə-bаnk strukturlаrı ilə sıх əlаqə-
dаrdır. Bu cаvаbdеhlik (məsuliyyət) mаliyyə intizаmını pоzаnlаrа təsir еtmək, həm 
inzibаti, həm də iqtisаdi (mаddi) tədbirlər görmək yоlu ilə bildirilir. İqtisаdi təsir 
tədbirləri mаliyyə sаnksiyаlаrı vаsitəsilə həyаtа kеçirilir. Bu, еyni zаmаndа, mаliy-
yə mехаnizmi vаsitəsi оlub, istеhsаlın səmərəliliyinin аrtmаsınа və еkоlоji sаğlаm-
lığа kömək еdir.
20
 
 
                                                 
20
  A.N.Kərimov. “Maliyyə” Bakı 2001 


 
 
49 
 
 
DÖRDÜNCÜ FƏSİL  
 DÖVLƏT FƏALİYƏTLƏRİNİN İQTİSADİ TƏSİRLƏRİ 
4.1. DÖVLƏT SEKTORUNUN İQTISADİYYATDAKI PAYI 
VƏ FƏALİYƏTLƏRİNİN OPTİMAL SƏVİYYƏSİ  
XIX əsrdə klassik iqtisadiyatçılar və filosoflara görə dövlətin iqtisadiyyatdakı 
rolu beynəlxalq mühafizə, daxili təhlükəsizlik və idarəetmə kimi sahələrlə məhdud-
laşdırılmışdır. 1970-ci illərdə bir çox sənayeləşmiş ölkələrdə ortalama dövlət xərc-
ləri ÜDM 8.3% olmaqla olduqca aşağı səviyyədə idi. Ancaq sənayeləşmiş ölkələr-
də dövlət xərclərinin ÜDM içində payı zamanla artmışdı, məsələn, 1960-cı illərdə 
27% ikən, 1990-cı illərdə 47.2% - ə çatmışdır
21
. Bu arada inkişaf etməkdə olan 
ölkələrdə  də dövlətin iqtisadiyyatdakı payı artmış, lakin inkişaf etmiş ölkələrdəki 
qədər olmamışdır. 1955-1990-cı illər arasında inkişaf etmiş ölkələrdə bu artım 
100%-ə yaxınlaşmışdır. İnkişaf etməkdə olan ölkələr isə 1990-cı illərdə inkişaf et-
miş ölkələrin 1960-cı illərdəki səviyyəsinə gəlmişdir.  
Dövlətin iqtisadi fəaliyyətlərdəki payının artması bir neçə  səbəbdən meydana 
gəlmişdir. Bunlar: 
1.  İkinci Dünya Müharibəsi və Soyuq Müharibə  səbəbi ilə  hərbi xərclərin 
artması; 
2.  Sosial rifah proqramları və sosial dövlət anlayışı səbəbi ilə dövlətin səhiy-
yə, təhsil və sosial müdafiə mövzularında beynəlxalq öhdəliklərinin geniş-
lənməsi; 
3. Müasir 
şəhərləşmə həyatına əlavə sağlıq, nəqliyyat kontrolu, su mənbələri, 
yeni infrastruktur və əyləncə yerləri kimi daha çox dövlət xidmətlərinin la-
zım olması; 
4.  Demokratik siyasi müddətdəki inkişafla bağlı olaraq müxtəlif qruplar üçün 
ən yeni fəaliyyətlərin həyata keçirilməsinə çalışılması . 
Bu kimi səbəblərlə yanaşı, iqtisadiyyatdakı payı artmış olan dövlət sektorunun 
iqtisadiyyatda dövlət fəaliyyətinin həcminin nə olduğunu müəyyən edən ümumi 
qəbul edilmiş bir ölçü yoxdur. Ancaq dövlətin iqtisadiyyatdakı payının nə  qədər 
olduğu və müxtəlif ölkələrdə bu ölçünün necə bir inkişaf izlədiyi bəzi nisbətlər isti-
                                                 
21
  Sayar Nihad, Kamu Maliyesi, Cilt; 1, Istanbul 1970, s.30 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
50 
fadə edilərək tədqiq edilməkdədir. Bununla əlaqəli olaraq istifadə edilən nisbətlər-
dən bəziləri aşağıdakılardır. 
1.  Məcmu Dövlət Xərcləri/ÜDM –  bu nisbət çox istifadə edilməklə  bərabər 
transfer və faiz xərcləri dövlət xərclərində yer alarkən, ÜDM-də yer almadı-
ğından, dolğun məlumat qaynağı deyildir. Ayrıca, bu xərclər istehsal fak-
toru xərcləri olmadığından, bunlardakı artım dövlət xərclərinin əhəmiyyətini 
artır-mayacaq. 
2.  Vergi Gəlirləri /ÜDM – bu nisbət özəl sektorda əldə ediləcək dövlət büdcə-
sinə ayrılan gəlirin böyüklüyünü göstərir.  
3.  Dövlət Sektorundan Əldə Edilən Gəlir / Məcmu Gəlir – dövlət sektorunun 
etmiş olduğu xərclərin məcmu gəlirə əlavəsinin nə olduğunu göstərir. 
4.  Dövlət Sektorunda İşləyənlər / Ümumi İşləyənlər - mülki işləyənlərin neçə 
faizini dövlətin işlətdiyini göstərir. 
Dövlət sektoru da mal və xidmət istehsalını həyata keçirərkən iqtisadi aktivliyi 
təmin etmək baxımından özəl sektor kimi maksimum faydalılığı  təmin etməyə 
çalışa bilər. Bunun üçün istehsal ediləcək mal və xidmətlərin təmin edəcəyi məcmu 
faydanın maksimum olduğu nöqtə ilə qatlanılan məcmu maliyyətin minimum oldu-
ğu nöqtəyə çatmağa çalışılır. Bu nöqtədə istehsal ediləcək mal və xidmətlərin mar-
jinal maliyyətləri və faydaları da bir-birinə bərabər olacaqdır. İdarəetməyə namizəd 
olan siyasi partiyalar seçkidən əvvəl həyata keçirilən kampaniyalarında edəcəkləri 
rəqabətlə bu nöqtəyə gəlmənin sözünü verəcəklər. Buna görə dövlət mal və xidmət-
lərin istehsalında aktivliyi təmin edəcək miqdarı  nəzəriyyə  çərçivəsində  də olsa, 
özəl sektorda olduğu kimi müəyyən edilə bilir. 
Ancaq dövlət sektorunda xərcləri həyata keçirən bürokratiya əldə ediləcək fay-
danın üzərində xərci həyata keçirir. Çünki bürokratlar xərclənilən pulun əsl sahibi 
olmadıqlarından, ediləcək xərclərlə əlaqəli özəl sektordakı qədər diqqətli olmurlar. 
Beləcə, marjinal maliyyətin marjinal faydaya bərabər olduğu nöqtədən uzaqlaş-
maqdadır. Buna görə dövlət ilə özəl sektorun şərtləri eyni olmadığından, dövlət 
sektorunun hansı mal və xidmətləri nə qədər istehsal edəcəyi ilə əlaqəli maksimum 
sosial fayda prinsipi irəli sürülmüşdür. Buna görə dövlətin istehsal edəcəyi mal və 
xidmətlər üçün qatlanacağı məcmu xərclərin meydana gətirdiyi marjinal sosial zə-
rərlə istehsal edilən mal və xidmətlərin marjinal sosial faydaları bir-birinə bərabər 
olmalıdır. Yenə hər mal və xidmətin marjinal sosial faydaları bir-birinə bərabər və 
bu mal və xidmətin istehsalı üçün fərdlərin qatlandığı (vergi və borclanma kimi) 
marjinal sosial zərərlə  bərabər olmalıdır.
22
 Beləcə, dövlətin istehsal etdiyi mal və 
xidmətin təmin edəcəyi sosial faydada maksimumluq təmin ediləcəkdir. 
                                                 
22
  Ayşe Sema BahçeciOrtodoks ve Heterodoks İstikrar Programları: Seçilmiş Ülke Örnekleri 
ve 1994 Türkiye Deneyimi, Ankara, DPT Yay. No: 2477, 1997, s. 5. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə