Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   15   16   17   18   19   20   21   22   ...   135

Dövlät Maliyyäsi 
 
39 
-   Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili; 
-   Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı 
üçün zəruri tədbirlərin həyata keçirilməsi
-   Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, 
onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbə-
lərinə dair təkliflərin hazırlanması; 
-   Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexa-
nizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi; 
-   Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatla-
rının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və 
xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi; 
-   Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərə-
liliyinin təmin edilməsi
-   Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi. 
Nazirliyin fəaliyyətinin təşkili 
Nazirliyə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbay-
can Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən nazir rəhbərlik edir; 
Nazir ona həvalə edilmiş fəaliyyət sahəsində rəhbərliyi həyata keçirir və nazir-
liyin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır; 
Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə  təyin edi-
lən və vəzifədən azad edilən bir birinci müavini və üç müavini vardır. 
Nazirin müavinlərindən biri Maliyyə Nazirliyinin nəzdində Baş Dövlət Xəzinə-
darlığının direktoru vəzifəsini icra edir. 
Maliyyə nazirinin səlahiyyətləri: 
Nazirliyin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikasının Prezi-
dentinə  və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edir; 
Nazirliyin fəaliyyətinə, o cümlədən Baş Dövlət Xəzinədarlığının işinə  rəhbərlik 
edir; müavinlərin arasında vəzifə bölgüsü aparır; Nazirliyin mərkəzi aparatının iş-
çilərini və Nazirliyin tabeliyində olan idarə  və  təşkilatların rəhbərlərini vəzifəyə 
təyin və vəzifədən azad edir; işçilərin müəyyən olunmuş say tərkibi və əmək haqqı 
fondu həddində Nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini, ayrılan 
büdcə vəsaitinə uyğun olaraq onun saxlanması xərclərinin smetasını, həmçinin Na-
zirliyin müstəqil struktur bölmələrinin əsasnamələrini təsdiq edir; qanunvericiliklə 
müəyyən olunmuş qaydada Nazirliyin əməkdaşları barəsində həvəsləndirmə və ya 
intizam tənbehi tədbirlərini həyata keçirir; 
Maliyyə planlaşdırılmasının, büdcə proqnozlaşdırılmasının, iqtisadiyyatın ma-
liyyələşdirilməsinin, mühasibat uçotu və hesabatının, nəzarət təftiş işinin metodi-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
40 
kasının təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, 
elmi və digər təşkilatların nümayəndələrindən ibarət Metodiki Şura yaradılır. Me-
todiki Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir. 
Nazirlik onun üzərinə qoyulmuş  vəzifələri həyata keçirmək məqsədilə müəy-
yən edilmiş qaydada jurnal, bülleten və digər nəşrlər dərc edir. Nazirlikdə nazirdən 
(kollegiyanın sədri), vəzifəyə görə onun müavinlərindən, nazirliyin rəhbər işçilərin-
dən və digər  şəxslərdən ibarət olan və Azərbaycan Respublikasının Nazirlər Ka-
bineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi 9 nəfər) yaradılır. Kollegiyanın 
iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı, o cümlədən maliyyə mexanizminin tək-
milləşdirilməsi, dövlət büdcəsinin layihəsinin hazırlanmasına və icrası üzrə işlərin 
təşkilinə dair məsələlərə baxılır. 
Kollegiyanın iclasları kollegiya üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyət-
lidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səs-
lər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın 
qərarları protokollaşdırılır və bir qayda olaraq nazirin əmrləri ilə  həyata keçirilir. 
Nazir və kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda nazir öz qərarını həyata 
keçirir və yaranmış fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə məlumat verir. 
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi maliyyə nəzarətini 
təftiş və yoxlamalar aparmaq yolu ilə həyata keçirir. Dövlət Maliyyə Nəzarəti Baş 
İdarəsi dövlət büdcəsi vəsaitinin düzgün, səmərəli və təyinatına uyğun xərclənmə-
sini müəyyən etmək üçün respublikada büdcədən maliyyələşən bütün nazirlik, ida-
rə  və  təşkilatlarda təftiş  işinin təşkilinə cavabdehdir. Təftiş aparılmasında  əsas 
məqsəd yerli maliyyə orqanlarının da gəlir və xərc planının tərtibi, təsdiqi və icra-
sını, büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə vəziyyətini, habelə maliy-
yələşmənin aparılmasının düzgünlüyünü müəyyən etmək, xəzinədarlığın tətbiqi 
prosesində müəyyənləşdirilmiş prinsiplərin icrası  vəziyyətinə, bu sahədəki işlərin 
səmərə və keyfiyyətinə nəzarət etmək, bu işlərin təkmilləşdirilməsində büdcə təşki-
latlarının işçilərinə əməli köməklik göstərmək, büdcə idarələrinin smetalarında nə-
zərdə tutulmuş  təyinatların  əsaslı olmasını, büdcədən ayrılan və büdcədənkənar 
vəsaitlərin öz təyinatı üzrə xərclənməsi, pul vəsaiti və material qiymətlərinin qoru-
nub saxlanmasını, mühasibat uçotunun düzgün aparılması və hesabat məlumatları-
nın doğruluğunu müəyyənləşdirməkdir.
9
 
Azərbaycan Respublikası Vergilər Nazirliyi 
Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin 
həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən döv-
                                                 
9
   http://www.finance.gov.az/əsasnamə/, 3 Aprel, 2008. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə