Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə15/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   11   12   13   14   15   16   17   18   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
28 
siyasətinin yanında aktiv bir maliyyə siyasəti tətbiq edərək iqtisadi istiqrar təmin 
ediləcəkdir. Bütün bunlar da, Keynes və Keynesçi iqtisadçılara görə tətbiq ediləcək 
siyasətlər səbəbi ilə dövlətin iqtisadiyyatdakı payının yüksək olacağını göstərir. 
2.2.3. MONETARİST İQTİSADÇILARIN FİKİRLƏRİ 
Dövlət xərclərini artıraraq Kəsir büdcə siyasəti ilə tam məşğulluğu təmin etmək 
məqsədində olan Keynesçi iqtisad siyasəti, ikinci. Dünya Müharibəsi sonunda öl-
kələri durğunluqdan qurtararaq inkişaf potensiallarını hərəkətə gətirməyə müvəffəq 
olmuşdur. Bu dövrdə  tətbiq edilən iqtisadi siyasətin iqtisadi inkişafla bərabər ol-
ması Keynes iqtisadiyyatının müvəffəq göstəricisi sayılmışdır. 
Ancaq 1960-cı illərdə dünya iqtisadiyyatındakı bu stabil inkişaf pozulmağa 
başladı. Dünya istehsalı daha yavaş artarkən qiymətlərin ümumi səviyyəsi daha sü-
rətlə artmağa başladı. Bu, bir tərəfdən işsizliyin, digər tərəfdən də inflyasiyanın art-
ması deməkdi. Yəni inflyasiya və durğunluğun bir arada olması idi. Bəzi iqtisadçı-
lara görə mübahisə edilən dünya iqtisadiyyatındakı bu mənfi inkişafın arxasında 
yatan səbəblər bunlardır: Vyetnam müharibəsi səbəbi ilə istehsal müəyyən bir 
həcmdə davam edərkən tələbdə böyük bir artımın meydana gəlməsi, dünya buğda 
qiymətlərinin istehsal səbəbi ilə yüksəlməsi, OPEC ölkələrinin Fələstin–İsrail Mü-
haribəsi səbəbi ilə neft qiymətlərinin 4 qat artırmağı. 
Göstərilən səbəblərlə 1970-ci illərdə görünməyə başlayan durğunluq içində 
inflyasiya (stagflyasiya) hadisəsinə qarşı Keynes yönümlü iqtisadçıların təklif etdi-
yi tələb yönlü müdaxilələri yetərsiz idi. Çünki onlar Philips Əyrisi ilə ifadə edilən, 
qiymət inflyasiyası ilə əskik məşğulluq arasındakı tərstərəfli əlaqəyə görə siyasətini 
inkişaf etdirmişdir. Yoxsa indi həm inflyasiya, həm də əskik məşğulluq vəziyyəti 
olardı. Keynes iqtisadiyyatının bu hadisə qarşısında müvəffəqiyyətsizliyi başqa 
iqtisadi nəzəriyyələrin yaranmasına səbəb oldu. 
Keynes iqtisadiyyatı siyasətinin müvəffəqiyyətsizliyi qarşısında ortaya çıxan 
iqtisadi görüşlərdən biri Monetarist nəzəriyyədir. Liderliyini Milton Friedmanın 
etdiyi monetaristlər, iqtisadiyyatda ortaya çıxan stagflyasiya böhranının səbəbini 
pul istəyinin ehtiyacdan daha çox artırılmasına, iqtisadiyyatda bərabərliyi pozucu- 
genişlədici maliyyə siyasətinin tətbiq etmələrinə bağlamaqdadırlar. Dövlətin tətbiq 
edəcəyi pul və maliyyə siyasətinin “xarici gecikmə” səbəbi ilə iqtisadi müddəti tə-
sir etmələri vaxt almaqdadır. Bu vaxt müddətində iqtisadi şərtlər müxtəliflik gös-
tərə bilməkdədir. Bu səbəblə dövlət tətbiq edilən pul və maliyyə siyasətini dəyiş-
dirmək yerinə, qiymət və haqq kəskinliyini önləyən faktorları ortadan qaldıraraq 
özəl sektorun inkişaf edə biləcəyi və iqtisadi inkişafı  təmin edəcəyi istiqrarlı bir 
vəziyyət hazırlamalıdır. 


Dövlät Maliyyäsi 
 
29 
İqtisadiyyatda tam rəqabətin olduğunu və makro səviyyədə iqtisadiyyatın istiq-
rar işində olduğunu söyləyən monetaristlər, “laissez faire” qaydasını müdafiə edən 
klassik məktəbin davamı olaraq dövlətin iqtisadiyyata müdaxilə etməməyini istə-
mişlər. Buna görə monetarist nəzəriyyədə dövlətin yeri olduqca məhduddur. 
2.2.4. RASİONAL PROQNOZÇULAR NƏZƏRİYYƏSİ 
TƏRƏFDARLARININN FİKİRLƏRİ 
Kesney iqtisadiyyatının müvəffəqiyyətsizliyi qarşısında ortaya çıxan iqtisadi 
görüşlərdən bir başqası da Rasional Proqnozçular Nəzəriyyəsidir. Nəzəriyyə əvvəl-
dən 1969-cu ildə İndiana Universiteti iqtisadçılarından Con Mut tərəfindən insan-
ların proqnozları ilə əlaqədar alternativ olaraq ortaya atılmışdır. Ancaq 1970-ci il-
lərdə bazar iqtisadiyyatının qarışıqlığının özlüyündən qarşılayacağını  və dövlət 
siyasətinin iqtisadi istiqrarı  təmin etmədə çox təsirinin olmadığını vurğulayan 
Chicago Universitetindən Robert Lukas, Harvard Universitetindən Robert Barro və 
digərlərinin makroiqtisadi nəzəriyyədə  həyata keçirdikləri çalışmalar ilə inkişaf 
etmişdir. 
Müşahidələr iqtisad nəzəriyyəsində  hər zaman əsas olmuşdur. 1970-ci illərə 
qədərki vaxt ərzində müşahidələr  əsas olarkən, sonradan rasional proqnozlar əsas 
olmuşdur.  İqtisadiyyat təmsilçilərinin gələcəyi qədərincə bilməməkləri səbəbi ilə 
plan və proqramlarını hazırlayarkən gələcəklə əlaqəli proqnozlara dayanması zəru-
rət olmuşdur. İqtisadiyyatçılar bu məcburiyyəti aşarkən ahəngli müşahidədə olduğu 
kimi, sadəcə keçmiş  təcrübələrə bağlı qalmayıb, mövcud olan bütün məlumatlara 
çatmağa çalışırlar. Bunun üçün lazımlı araşdırmaları edərkən, əldə etdikləri məlu-
matlara özləri üçün ən uyğun olanları həyata keçirirlər. Beləcə, nəticə maksimum 
olur. 
Rasional müşahidələr tərəfdarlarına görə 1960-cı illərdə görülən stagflyasiya-
nın səbəbi, inflyasiya riski daşımasına baxmayaraq, real böyüməni və məşğulluğu 
artırmaq üçün tətbiq edilən geniş büdcə  xərcləri və yüksək faizli pul siyasətidir. 
Çünki iqtisadiyyatdakı pul vahidləri siyasətlər qarşısında gələcəklə əlaqəli rasional 
proqnozlara görə  hərəkət edərək tətbiq edilən bu siyasətlərin təsirini ortadan qal-
dırmışlar. R. Lukasın dəyərləndirməsinə görə, dövlətin tətbiq etmiş olduğu siyasət-
lərə qarşı son dərəcə dinamik olan, alınan qərarların özləri və ölkə iqtisadiyyatı 
üzərindəki təsirini düzgün olaraq təxmin edən qərar vahidləri, dövlətin tətbiq edə-
cəyi pul və maliyyə siyasətlərini lazımsız edərək, iqtisadiyyat tətbiqini çətinləşdir-
məkdədir. Ayrıca Keydland və Prescott (1977) dinamik bir iqtisadi sistemdə o 
dövrdəki optimal siyasətlər olaraq həyata keçirilən vergilər, subsidiyalar tətbiq 
etmələrinin gözlənilməyən nəticələrə səbəb ola biləcəyini göstərərək, bunu optimal 
planların “vaxt tutarsızlığı” olaraq adlandırmışdır. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə