Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   8   9   10   11   12   13   14   15   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
20 
ödəmək istəməzlər. Bazar mexanizmindəki fərdlərin seçimlərinin göstəricisi olan 
qiymət, dövlət mallarında ortaya çıxmadığı üçün, bu malların istehsal səviyyəsi 
üçün lazımlı məlumat olan seçim cəminə çata bilməməkdədir. Bu vəziyyət dövlət 
malının istehsalında "məlumatsızlıq probleminə" səbəb olar. 
Dövlət maliyyəsi qərar alıcıları  hər hansı bir ictimai maldan nə  qədər çıxa-
rılması lazım olduğunu təyin edə bilmək üçün hər fərdin müxtəlif istehsal səviyyə-
lərində  əldə etdiyi faydalarını bilməsini tələb etməkdədir.  İstehsal istiqamətində 
dövlət malı bənzəri vəziyyət, dövlət ara mallarında və ya bir qrup firma tərəfindən 
istifadə edilən istehsal faktorunda da qarşılaşılmaqdadır. Bunlara nümunə olaraq, 
yeni kəşflər, dövlət məlumatları, hava hesabatları və işgücü təhsil proqramları gös-
tərilə bilər. Dövlət, ara malının istifadəsində ortaq istehlak bazar mexanizminin bir 
qiymət meydana gətirməsinə maneədir. Dövlət maliyyəsi bu səbəblə, ümumiyyətlə, 
dövlət ara mallarının istehsalından məsul olmaqdadır. 
1.7. QİSMƏN İCTİMAİ MALLAR 
Dövlət malı ilə xüsusi mal arasında iştirak edən bir çox mal növü "qismən 
ictimai mallar" və ya "qarışıq mallar" olaraq adlandırılmaqdadır.  İqtisadiyyatda, 
ümumiyyətlə tam ictimai maldan daha çox qəsmən ictimai mal vardır. İctimai mal-
ları izah edilərkən iki təməl xüsusiyyətinin olduğu ifadə olunmuşdu; ortaq istehlak 
və faydasından məhrum edilə bilməmə. Yarı ictimai mallarda bu iki xüsusiyyətdən 
biri əskikdir. Bir başqa deyişlə ya ortaq istehlak xüsusiyyətindən ya da xaric edilə 
bilməmə xüsusiyyətindən bir sapma görünməkdədir. Bəzi ictimai mallarda qismən 
rəqabət ola bilər.  
Müəyyən səviyyədə dövlət malı istehsalı mövcud ikən, bir fərdin bu malı isti-
fadə etməsinə icazə verilməsi, bir başqa fərdin onu istifadə etməkdən məhrum edil-
məməsindən, daha əvvəl o malı istifadə edənlərin  əldə etdikləri faydaları azalda 
bilər. Beləcə, bir fərdə o malı istifadə etməyə icazə vermənin bir fürsət xərci vardır. 
Bu vəziyyət iqtisadiyyat ədəbiyyatında qismi rəqabət, "sıxlıq" (congestion) olaraq 
adlandırılmaqdadır. Bir malı istifadə etmək üçün daha çox fərdə icazə vermənin 
fürsət xərci və ya o malı daha əvvəl istifadə edənlərin faydalarındakı azalmaya 
"sıxılmışlıq xərci" adı verilməkdədir.  
Nəzəri olaraq tam ictimai mallarda bu cür bir sıxılmışlıq xərcinin ortaya çıx-
ması ya tamamilə qeyri-mümkündür, ya da çox çətindir. İki fərqli səbəb sıxılmış-
lığın və xərcinin ortaya çıxma qaynağı ola bilər. Əlavə bir fərdin bəhs edilənmalı 
istifadə etməyə başlaması birinci qaynaqdır. İkinci qaynaqsa, müəyyən bir yarı icti-
mai malı bir fərdin daha sıx (uzun, davamlı) istifadə etməsi ilə ortaya çıxar. Məsə-
lən hərkəsə açıq bir hovuzda sıxlıq hovuzu istifadə edən fərd sayının artması ilə 
ortaya çıxa bilər. Və ya fərd sayı dəyişmədən bir fərdin daha uzun, davamlı istifadə 
etməsindən sıxılmışlıq ortaya çıxa bilər. Xilasetmə  və ya polis xidmətləri qismən 


Dövlät Maliyyäsi 
 
21 
ictimai (sıxışan) mallara başqa nümunələrdir. Müəyyən  ədəddə xilasetmə vasitə-
sinin olduğu bir bölgədə, xidmət edilən adam sayı artdıqca, adam başına faydalar 
azala bilər. Çünki hər hansı bir yanğın vəziyyətində xilasetmə vasitələrinin başqa 
bir bölgədə olma ehtimalı artmaqdadır. 
1.8. ƏTRAF TƏSİRLƏR 
Bazar müvəffəqiyyətsizliklərinin bir başqa növü, dövlət mallarının ortaq isti-
fadə xüsusiyyətindən qaynaqlanan ətraf təsirlərdir. Bir fərd ya da firma iqtisadi bir 
fəaliyyətdən təmin etdiyi fayda xaricində, digər fərd və ya firmalara da fayda verir 
və ya zərər verirsə, yan təsirlər meydana gəlmiş olur. Yayılan yan təsir faydalı isə 
faydalı yan təsir, zərər isə zərərli yan təsir adlanır. Bu şəkildə çıxarılan faydalar və 
ya zərərlərdən təsirlənən vahidləri məhrum buraxmaq qeyri-mümkün və ya çox 
bahadır. Bu səbəblə ortaya çıxan faydalı yan təsir və  zərərli yan təsir qiymət sis-
teminin xaricində ortaya çıxmaqdadır. Başqa sözlə yan təsiri bu şəkildə təyin etmək 
lazımdır; iki iqtisadi vahidin istehsal və ya istehlak fəaliyyətindən, üçüncü kəslərin 
qiymət mexanizmi xaricində fayda və ya zərər görməsidir. Məsələn, bir şəhərdə 
olan bir toxuculuq fabrikinin tullantılarının şəhər içindən keçən bir çaya axıdılması 
nəticəsində ortaya çıxan pis qoxular fərdlərin fayda funksiyalarına, eyni zamanda 
çayda qayıq kirayəyə götürən administratorun istehsal funksiyasına mənfi təsir et-
məkdədir. 
Digər iqtisadi vahidlərə yayılan faydalar və  zərərlər hesaba qatılmır. Başqa 
sözlə  ətraf təsirlər qaynaqların səhv bölüşdürülməsinə  səbəb olmaqdadır. Zərərli 
yan təsir ortaya çıxdığında, məsələn istehsal səviyyəsi dövlətin qəbul etdiyi səviy-
yənin üzərində olacaq. Bir başqa deyimlə, qaynaqlar həmin mala çox təsir edilmək-
dədir. Faydalı yan təsir bəhs edilən olduğunda isə qaynaqlar kifayət qədər təsis 
edilmədiyindən, dövlətin istədiyi səviyyədən daha az istehsal ortaya çıxacaq. Nəticə 
olaraq, yan təsirlər ortaya çıxdığında bazar iqtisadiyyatı qaynaqları  səhv təsis 
etməkdədir. 
Ətraf təsirlərin əhəmiyyətli bir səbəbi mülkiyyət haqlarının təyin oluna bilmə-
məyi və ya bu haqların tətbiq olunmasındakı  çətinliklərdir. Ortaq mallardan söz 
edildiyində ovlanma sahələrinin hər hansı bir ictimai müdaxilə olmamağı və dəniz 
ortaq malının mülkiyyətinin heç bir kimsədə olmamağından qaynaqlanmaqdadır. 
Bu ortaq mal birinin mülkiyyətində olmağıyla, mülk sahibi, məsələn, istifadə üçün 
bir qiymət qoyaraq həddindən artıq istifadənin ortaya çıxmasını maneə törədə bilə-
cək. Bu cür xarici zərərlərdə mülkiyyət haqlarının təyin olunması  və  tətbiq olun-
masındakı  çətinliklərin yanında ortaq malın istifadəsindən məhrum buraxmaq da 
qeyri-mümkündür. 
Bu səbəblə ictimai faydanı düşünərək dövlətin tənzimləməsi lazımdır. Hər han-
sı bir tənzimləmə edilmədiyində  zərərli yan təsir piyada fəaliyyət optimalın üzə-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə