Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   7   8   9   10   11   12   13   14   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
18 
rinə buraxacaq və beləcə, kömək miqdarı olduqca aşağı  səviyyələrdə qalacaqdır. 
Qaldı ki, könüllü köməklər koordinasiya edilmədikcə, bir-birləri ilə də rəqabət et-
məyə başlayacaq. Bir başqa deyimlə bəzi sektorlara çox köməklik edilərkən, bəzi 
sektorlara heç, ya da az köməklik olunacaqdır. 
1.5.5.  İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ İLƏ            
ƏLAQƏDAR VƏZİFƏSİ 
Bazar müvəffəqiyyətsizliklərinin  ən yaxşı bilinən nümunələri mal və xidmət 
bazarlarındakı  tələb-təklif balanssızlığından qaynaqlanan inflyasiya, defilyasiya, 
əmək bazarlarında ortaya çıxan işsizlik, idxalat-ixracat arasındakı balanssızlığın 
nəticəsi, cari əməliyyatlar kəsiri və ya profisidi kimi makroiqtisadi mövzulardır. 
Bazarların özbaşına tarazlığa gəlmədiyi bu cür problemlərə dövlətin məşğul olma-
sının
 
lazım olduğu deyilməkdədir. Dövlət pul və maliyyə siyasəti vasitələrini isti-
fadə edərək bazarları balanslamağa çalışacaq. Ancaq dövlətin bazarlardakı balans-
sızlıqları aradan qaldırma vəzifəsinin lazımsız olduğunu, hətta dövlətin iqtisadiy-
yatdakı yerinin çox olmağı ilə bazar müvəffəqiyyətsizliklərinin ortaya çıxdığını 
iddia edən bəzi iqtisadi nəzəriyyələr də vardır. 
Bazar tarazsızlıqlarının aradan qaldırılmasına  əlavə olaraq, makroiqtisadi bir 
hədəf olaraq, dövlət, uzun dövr kafi böyümə  və inkişafı  təmin edəcək  şərtləri də 
meydana gətirmək məcburiyyətindədir.  İqtisadi böyüməyi təmin etmək üçün heç 
bir fərd və ya qrup bu cür bir koordinasiya vəzifəsini könüllü olaraq məşğul olma-
yacaqdır. 
Yuxarıda müasir dövlətlərin varlığı üçün iqtisadi səbəblər açıqlanarkən də 
toxunulduğu kimi bəhs edilən üç vəzifə bir-birləri ilə uyğun olduqları kimi, zaman 
zaman zidd düşməkdədir də. Dövlətin sabitlik vəzifəsinin müvəffəqiyyəti  əslində 
qaynaq bölüşdürülməsi və  gəlir bölgüsü vəzifələri tərəfindən təyin olunmaqdadır. 
Bu səbəblə dövlət gəlir bölgüsü və qaynaq bölüşdürülməsi vəzifələrini yerinə yetir-
məyə üstünlük verdiyində sabitlik vəzifəsini də bacarması asanlaşa biləcək. Bunun 
əksinə günümüz iqtisadiyyatlarının problemi olan inflyasiya ilə mübarizə etmək, 
çoxlu iqtisadçının ortaq nəzəriyyəsi olaraq gəlir bölgüsünün pozulmasını tələb et-
məkdədir. Bu səbəblə, dövlətin iqtisadi sabitlik vəzifəsi ilə  gəlir bölgüsü vəzifəsi 
zidd düşməkdədir. 
1.6. İCTİMAİ MALLAR 
Bazar müvəffəqiyyətsizliyinin bir başqa qaynağı ictimai malların varlığıdır. 
İtalyan iqtisadçı Paul Samuelson ictimai mala "bir fərdin ictimai malı istehlak et-
məsi (istifadə etməsi), digər fərdlərin eyni malı istehlak etməsində bir azalmaya sə-
bəb olmamaqdadır" deyə tərif vermişdir. Bu cür malların bilinən nümunələri, milli 


Dövlät Maliyyäsi 
 
19 
təhlükəsizlik, küçə  işıqlandırması, hava çirkliliyini təmizləmə xidmətləri,  şifrəsiz 
televiziya verilişləridir. 
İctimai malların xüsusiyyətlərindən ötəri, bazar mexanizmi təsirli bölüşdürül-
məni təmin edə bilməməkdədir. Bu malların bazar mexanizminin axsamasına səbəb 
olan iki xüsusiyyət mövcuddur. Birincisi, "ortaq istehlak" və ya "istehlakda rəqabə-
tin olmaması" xüsusiyyətidir. Bir fərdin dövlət malını istehlak etməsi bir başqa 
fərdin bu maldan fayda təmin etməsinə maneə törətməməkdədir. Məsələn, milli 
təhlükəsizlik xidmətindən bir fərdin istifadə etməsi, başqa bir fərdin milli təhlükə-
sizlik xidmətindən faydalanmasına maneçilik törətməməkdədir.  İkinci xüsusiyyət 
olaraq dövlət malının "istifadəsində xaric edilə bilməmə xüsusiyyətidir. Çıxarılmış 
olan dövlət malının istifadəsindən və ya istehlakından bəzi fərdləri məhrum burax-
maq (xaric etmək) qeyri-mümkün və ya çox məsrəfli ola bilər. Yenə nümunə ola-
raq milli təhlükəsizlik xidməti düşünülsə, ölkə sərhədləri içində yaşayan hər hansı 
bir fərdi bu xidmətin faydasından məhrum buraxmaq qeyri-mümkündür. 
Dövlət Mallarının bəhs edilən bu iki xüsusiyyəti bazar iqtisadiyyatlarının axsa-
masına səbəb olmaqdadır. Bazar mexanizmi qiymətləndirmə yolu ilə fərdləri istifa-
dədən məhrum buraxmağa dayanan işlə çalışmaqdadır. Bir başqa deyimlə qiyməti 
ödəməyən o malın faydasından məhrum olunmaqdadır. Dövlət mallarındakı xaric 
edilə bilməmə xüsusiyyəti, bu malın pulsuz istifadə edilə bilmələrinə, dövlət malı 
istehsalçılarının bir qiymət qoya bilmələrinə maneə törətməkdədir. Könüllü qiy-
mətlər meydana gəlməyəcəyi üçün, dövlət malının maliyyəsi məcburetmə (vergi-
lərdə olduğu kimi) ünsürü daşıyacaq. Könüllü qiymət mexanizmində ortaya çıxan 
bu problem "pulsuzluq problemi" olaraq adlandırılmaqdadır. 
İctimai mallardan istifadədən məhrum olunma mümkün olsa da, bazar mexa-
nizmi problemlərlə qarşılaşacaq. Birinci problem hər fərdin dövlət malından fərqli 
faydalar təmin etməsidir. Eyni şəhərdə yaşayan fərdlərin belə fərqli faydalar əldə 
etdiyi düşünülsə, hər fərd üçün fərqli qiymət meydana gətirmək lazım olacaq ki, bu 
qeyri-mümkündür. İkinci olaraq, fərdlər dövlət malının istifadəsindən məhrum bu-
raxılsa, belə qaynaqların təsirli bölüşdürülməsi nöqteyindən məhrum buraxılma-
maqları lazımdır. Çünki əlavə  fərdin dövlət malını istifadə etməyə başlamasının 
marjinal xərci sıfırdır. Ortaq istehlak xüsusiyyəti səbəbi ilə əlavə fərdlərin istehlak-
ları, digər fərdlərin istehlaklarına (fayda səviyyələrinə) təsir etməməkdədir. 
Başqa sözlə, dövlət malının istifadəsindən məhrum buraxan hər hansı bir 
qiymətləndirmə sistemi təsirli olmayacaq. İctimai mallar (yerli, milli, beynəlxalq) 
dövlət maliyyəsinin iqtisadiyyatda mövcudluğunun ən yaxşı iqtisadi səbəbini mey-
dana gətirməkdədir.  İctimai mallarda bazar iqtisadiyyatının axsamasının yanında, 
xüsusiyyətləri səbəbi ilə dövlət maliyyəsi də  çətinliklərlə qarşılaşmaqdadır. Bu 
xüsusiyyətin varlığı altında şüurlu fərdlər dövlət malının istifadəsi üçün bir qiymət 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə