Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə10/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   6   7   8   9   10   11   12   13   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
16 
olaraq faydalanmaqdadırlar. Malın faydasının bütün fərdlərə açıq olması səbəbi ilə, 
tək bir adam öz haqqını satma imkanına sahib deyil. Bu cür mallarda dövlətin 
qaynaq bölüşdürülməsi ilə  əlaqədar bir vəzifəsi niyə ortaya çıxmaqdadır? Ortaq 
mallarda `tragedy of commons` (ortaqların tragediyası) olaraq adlandırılan bir sual 
ortaya çıxmaqdadır. Malın istifadəsi tamamilə  sərbəst olduğu və  məhdudlaşdırıla 
bilmədiyi üçün, fərdlər ortaq malı həddindən artıq istifadə etməkdədir. Bunun təbii 
nəticəsi isə ortaq mal qaynağının zərər görməsidir. 
Birdən çox kəndin heç birinin mülkiyyətində olmayan bir ərazi və  hər bir 
kəndin heyvanlarının bu əraziyə gətirilib otarıldığını düşünək. Hər hansı bir məh-
dudlaşdırma olmadan hər bir kəndin heyvanları əraziyə gələcək və ərazidəki otların 
azalmasına səbəb olacaq. Ən son gələn heyvanlar üçün, bəlkə kifayət qədər ot 
qalmayacaq. Özünü yeniləməsinə fürsət vermədən bu şəkildə həddindən artıq fay-
dalanılması, sonunda ərazinin istifadə edilə bilməyən vəziyyətə  gəlməsinə  səbəb 
olar. Ərazi nümunəsində ortaq fayda, ərazi istifadəsinin məhdudlaşdırılmasını tələb 
etməkdədir. Ancaq kəndlər bunu öz razılaşmalarına söykənərək icra etməzlər. 
Bəlkə, az sayda kəndli olarsa bəhs edilən  razılaşmanı  və bu razılaşmanın tətbiqi  
olduqca asandır. Ancaq çox sayda kəndlinin istifadə etdiyi bir ərazidə kəndlilər bir-
birlərinə inanmayacaqlar. Bu inanmaq mövzusu dövlət maliyyəsi nəzəriyyəsində 
“prisoner's dilemma” (məhkum paradiqması) olaraq bilinməkdədir. Məhkum aç-
mazı sadə bir nümunə ilə açıqlana bilər. Eyni səbəblə həbs olunmuş iki adam ayrı-
ayrı iki otaqda istintaqa cəlb edilməkdədir. Hər ikisinə də eyni alternativlər təqdim 
edilməkdədir. Birinci alternativdə ikisi də polis ilə  əməkdaşlıq etməzsə, sərbəst 
qalacaqlar.  İkinci alternativdə, biri əməkdaşlıq edər, digəri etməz isə;  əməkdaşlıq 
edən 6 ay, əməkdaşlıq etməyən 6 il cəza alacaq.Üçüncü alternativdə, hər ikisi də 
əməkdaşlıq etsə, 1 il cəza alacaq. Belə bir vəziyyətdə, iki məhbus üçün ortaq fayda 
ikisinin də  sərbəst qalmasıdır, yəni ikisinin də polislə  əməkdaşlıq etməməyidir. 
Ancaq hər iki məhbus da digərinin  əməkdaşlıq etməyəcəyinə inanmadığı üçün, 
əməkdaşlıq etmə qərarı verəcək. 
Ərazi nümunəsindəki ortaq fayda ərazinin istifadəsinin məhdudlaşdırılmış ol-
masına baxmayaraq, fərdi olaraq kəndlər bir-birlərinə inanmayacaqları üçün ortaq 
olmayan (həddindən artıq istifadə) davranışı seçməkdədirlər. Ortaq mallarda ortaya 
çıxan ortaqların tragediyasının azaldılması üçün fərdi davranışları  tənzimləmə 
istiqamətində dövlətə yüklənən bir vəzifə ortaya çıxmaqdadır. Dövlətin buradakı 
vəzifəsi ortaq malın istifadəsinin fərdlər arasında və zaman nöqteyi-nəzərindən bö-
lüşdürülməsini nizamlamaqdır. Dövlət bu vəzifəsini yerinə yetirərkən məcburedici 
olmalıdır. Məcburedici olaraq fərdi azadlıqların məhdudlaşdırılması  (ərazi istifa-
dəsinin məhdudlaşdırılması) dövlətin heç müdaxilə etməməyindən daha yaxşıdır. 
Müasir dövlətlərinin ortaq mallarla əlaqədar qərarlaşdırdığı nümunələr  ərazi ilə 
məhdud deyil və olduqca çoxdur. Su qaynaqları, ovlanma sahələri, vəhşi heyvan 


Dövlät Maliyyäsi 
 
17 
qoruma sahələri, radio, televiziya, nəşr sahələri və neft qaynaqları bunlara digər 
əhəmiyyətli nümunələrdir. Televiziya kanal təsislərinin dövlət tərəfindən verilməsi, 
ovlanma sahələrində ovlanılacaq heyvan növlərinin ədəd və zaman olaraq məhdud-
laşdırılması, vəhşi heyvan qoruma sahələrində ovlanmanın tamamilə qadağan edil-
məsi dövlətlərin ortaq mallarla əlaqədar aldığı tədbirlərə nümunədir. Ancaq bu təd-
birlərin müxtəlifliyi və ölkədən-ölkəyə fərqlilikləri, hansı məhdudlaşdırmanın daha 
təsirli olduğu sualını gündəmə gətirməkdədir.  
1.5.4. GƏLİRİN YENİDƏN BÖLÜŞDÜRÜLMƏSİ VƏZİFƏSİ 
Qaynaq bölüşdürülməsi vəzifəsinin yanında fərdlər, cəmiyyət və müxtəlif sek-
torlar arasında sərvət və  gəlir bölgüsündəki  ədalətsizlikləri aradan qaldırma vəzi-
fəsi də dövlətə verilməkdədir. Müəyyən bir zamandakı  gəlir, sərvət və ya rifahın 
bölgüsü dövlətlərin istədikləri ilə uyğun olmaya bilər. Bunun mənası isə ictimai 
narazılıqdır. Gəlir və sərvət bölgüsünün başlanğıcda xarab olması və zaman içində 
daha da pozulmasının səbəbləri nələrdir? Gəlir və  sərvət bölgüsünün başlanğıcda 
ədalətsiz olmasının  əsas səbəbi miras yolu ilə  əldə edilmiş olan sərvət və  fərdi 
qabiliyyətlərdir. Gəlir və sərvət başlanğıcda ədalətli bir şəkildə dağılmış olsa belə, 
zaman içərisində yuxarıda haqqında danışılan fərdi qabiliyyətlər və qiymətlərinin 
fərqliləşməsi, alınan təhsil səviyyəsinin fərqliləşməsi səbəbi ilə gəlir bölgüsü daha 
da pozulacaq. Ayrıca rəqabətli bazarlar işləyişləri etibarilə, ümumiyyətlə, gəlir böl-
güsünə mənfi təsir edərlər. Xalq deyimi ilə "pul pulu çəkər" imkanlı şəxslərin za-
man içərisində daha da zənginləşəcəyini izah etməkdədir. Bənzər şəkildə "qumar-
bazın sonu" (ruins of gambler) olaraq bilinən mövzu da kasıbların daha da kasıbla-
şacağını açıqlamaqdadır. Biri kasıb, digəri zəngin iki fərdin qazanma şansı eyni 
olan, məsələn, yazı-dövrə, qumar oynadıqlarını düşünsək, oyun çox sayda təkrar-
landığında kasıb qumarbazın sonunda iflası ilə  nəticələnəcək. Rəqabətli bazarlar 
müəyyən bir gəlir səviyyəsində olanlar üçün istehsal edəcəklər. Gəliri olmayanlar 
və ya aşağı olanlar mal və xidmət tələblərini göstərə bilməyəcəkləri üçün bazarlar 
onlara istiqamətli istehsalda olmayacaqlar. Bütün bu səbəblərlə bazarlar özbaşına 
gəlir bölgüsünü düzəltmə istiqamətində  işləmədiyi,  əksinə, pozucu təsirlər etdiyi 
bilindiyində, bir başqa deyişlə müvəffəqiyyətsiz olduqlarından, dövlətin gəlirin 
yenidən bölgüsünü təşkil edərək gəlir bölgüsünü daha ədalətli (dövlət tərəfindən 
qəbul edilən) bir səviyyəyə gətirmək vəzifəsi ortaya çıxmaqdadır. 
Gəlir bölgüsündəki ədalətsizliyin bazar iqtisadiyyatı tərəfindən yaradıldığı dü-
şünülərkən, dövlət müdaxiləsi olmadan, dövlətin könüllü olaraq gəlir bölgüsünü 
düzəltməsinin mümkün ola biləcəyi düşünülə bilər. Məsələn, yüksək gəlirlilərin 
aşağı gəlirlilərə könüllü olaraq kömək etməsi ilə gəlir bölgüsünda bir düzəlmə tə-
min edilə biləcəyi düşünülə bilər. Ancaq könüllü köməkliklərin kifayət qədər 
olmayacağı məlumdur. Çünki yüksək gəlirli bir çox fərd könüllü köməyi bir-birlə-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə