Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
22 
rində olacağından, dövlətin etməsi lazım olan fəaliyyət səviyyəsini aşağıya çəkmək 
olacaq. Faydalı yan təsir vəziyyətində isə, yan təsir piyada vahid yaydığı faydanın 
fərqində olmadığı və bu yan təsiri qiymətləndirmədiyi üçün optimalın altında fəa-
liyyətdə vardır. Bu səbəblə xarici fayda vəziyyətində dövlətin fəaliyyət səviyyəsini 
artırma istiqamətində tənzimləmə etməsi lazımdır. 
İctimai mallarda ortaya çıxan məlumat problemi ətraf təsirlərdə də dövlət ma-
liyyəsinin qarşısına çıxmaqdadır. Optimal fəaliyyət səviyyəsi üçün xarici fayda və 
ya zərərdən təsirlənən fərdlərin nə  qədər təsirləndikləri bilinməlidir. Bu məlumat 
isə fərdlərlə könüllü olaraq aparılmamaqdadır. Hava çirkliliyi yaradanların atmos-
feri istifadə etməkdən saxlamanın qeyri-mümkünlüyü və ya mal varlığı haqlarının 
tətbiq olunmasındakı  çətinlik səbəbi ilə, dövlətin qaynaq bölüşdürülməsini dövlət 
faydasına tənzimləməsi lazımdır. Xarici fayda da isə istehsal və ya istehlak fəaliy-
yətini artırma istiqamətində  təşviq edilməsi lazımdır. Bu vaxt alınacaq tədbirlərlə 
əlaqədar olaraq, dövlət malı xüsusiyyətlərinə  bənzərliyi səbəbi ilə dövlət malla-
rında olduğu kimi məlumat problemini ehtiva etdiyini xatırlatmaqda fayda vardır. 
1.9. RİSK VƏ XAOS 
Rəqabətli qiymət sistemində tam məlumata sahib olmağın lazım olduğu ifadə 
olunmuşdur. İstehsalçıların və istehlakçıların iqtisadiyyatdakı bütün malların indiki 
və  gələcəkdəki qiymətlərini bildikləri düşünülməkdədir. Ancaq gələcəkdəki qiy-
mətlərin naməlumluğu mövzu baisdir. Çünki gələcəkdəki iqlim şərtləri, zövqlər və 
seçimlərdə, texnologiyada ortaya çıxacaq müxtəlifliklər qiymətlərin dəyişməsinə 
səbəb olacaq. Gələcəkdə meydana gələcək riskləri tam mənasıyla bilən fərdlər, gə-
ləcəkdəki mal və xidmət tələblərini də qəti olaraq müəyyən edə biləcəklər. Beləcə, 
gələcəkdə hər bir mal və istehsal faktoru üçün bazarlar meydana gələcək. Bu şərt-
lərdən ibarət olan bazarlar, gələcək bazarlar (future markets) olaraq adlandırılmaq-
dadır. Gələcəkdə meydana gələcək risklər tam olaraq bilindiyində, gələcək bazar-
larda mövcud olan qiymətlərdə bazar effektıv işləyəcək.  
Ancaq gələcəkdəki xaoslar gələcək bazarların ortaya çıxmasına maneə törət-
məkdədir. Bu səbəblə gələcək bazarlarının real həyatda meydana gəlməsinin çətin-
liyi, bazar müvəffəqiyyətsizliklərinin olmasına səbəb olmaqdadır. Real həyatda 
yalnız bəzi mal və xidmətlər üçün gələcək bazarlar meydana gələ bilməkdədir. 
Məsələn, sığorta şəhadətnamələri gələcəkdəki qəza və ya ölüm kimi bəzi risklərə 
qarşı "qoruma" tələblərini qarşılamaqdadır. Ancaq çox az sayda mal və xidmətdə 
bu bazarlar meydana gəlməkdə  və bu bazarların rəqabətçi olduqlarının deyilməsi 
mümkün deyil. 
Gələcək bazarların meydana gələ bilməməsi üçün iki səbəb vardır. Birincisi, bu 
cür bazar meydana gətirmənin  əməliyyat xərclərinin çox yüksək olmasıdır.  İkin-


Dövlät Maliyyäsi 
 
23 
cisi, asimetrik məlumat problemidir. Asimetrik məlumat problemi, sığortalanmaq 
istəyən fərdlərin sahib olduğu, ancaq sığorta edənin sahib olmadığı məlumatlardan 
qaynaqlanmaqdadır. Sığortalanan fərd bu cür məlumatları sığorta şirkətinə qarşı üs-
tünlük olaraq istifadə edə bilər. Asimmetrik məlumat problemi, bazarların axsa-
masında əxlaqi risk və ayırma çətinliyi (adverse selection) olaraq bilinən iki yoldan 
ortaya çıxmaqdadır. 
Əxlaqi risk, sığortaçı tərəfindən idarə edilə bilməyən, sığortalının zərərin orta-
ya çıxma ehtimalına və ya zərərin böyüklüyünə  təsir edə bildiyi vəziyyətlərdə 
ortaya çıxır. Məsələn, bir fərd, sığortalı olması səbəbi ilə, qəzanı önləyici tədbirləri 
görməyərək qəza ehtimalının artmasına səbəb ola bilər. Önləyici tədbirlərin sı-
ğortaçı  tərəfindən bilinə bilməmiş bazarların axsamasına təsir etməsinə yaxşı bir 
nümunə  səhiyyə  sığortalarıdır. Xüsusilə  səhiyyə riski daha çox olanların sığorta 
etdirmə meyllərinin çox olduğu düşünülməkdədir.  Əxlaqi risk meydana gəldiyi 
zaman tam rəqabətli gələcək bazarlarının meydana gəlməsi mümkün deyil. 
 Ayırma çətinliyi, riskin meydana gəlmə ehtimalları  fərqli olan sığortalı  fərd-
lərin varlığı halında ortaya çıxır. Bəzi fərdlər yüksək riskli, bəziləri aşağı riskli ola 
bilər. Belə bir vəziyyətdə sığorta şirkətləri fərdlərin bu risk fərqliliklərini təyin edə 
bilməyəcəklər. Kasko sığorta edən  şirkətlərin bir sürücünün, digərinə görə daha 
diqqətli avtomobil istifadə edib istifadə etmədiyini təyin edə bilmədikləri kimi,  
real həyatda gələcək bazarlar ortaya çıxmayacaq, qaynaq bölüşdürülməsində təsir-
sizliklər də ortaya çıxacaq. Gələcək bazarların axsaması dövlətin qaynaq bölüş-
dürülməsində fəaliyyətin təmin edilməsi üçün vəzifəyə çağırılmasına səbəb olmaq-
dadır. Dövlət xüsusilə işsizlik sığortası, səhiyyə sığortası, ictimai təhlükəsizlik kimi 
sahələrdə ya özü fəaliyyətdə olmaqda, ya da xüsusi sektorun fəaliyyətdə olmasına 
icazə verməkdə ancaq fəaliyyətləri təşkil etməkdədir. Bu baxımdan baxıldığında 
dövlətin aldığı bu vəzifə, yalnız qaynaq bölüşdürülməsində fəaliyyəti deyil, aşağıda 
açıqlanacaq olan gəlir bölgüsündə ədaləti də təmin etməyə istiqamətli olduğu aydın 
ola bilər. 


 
 
24 
 
 
İKİNCİ FƏSİL 
DÖVLƏT SEKTORU VƏ İQTİSADİ TƏSİRLƏRİ 
2.1. DÖVLƏT SEKTORU QAVRAMI 
Müəyyən sərhədlər içində yerləşmiş insan topluluqlarına, möhkəm bir siyasi 
iqtidara və buna bağlı olaraq adminstrativ gücə sahib bir qurum olan dövlət, üzə-
rində yerləşmiş olan cəmiyyətlərin ehtiyaclarını qarşılamaq üçün bir sıra qaydalar 
qoymaqdadır. Bu qaydalar, istehsalın kimlər tərəfindən, necə  həyata keçiriləcəyi, 
əldə edilən məhsulun bölgüsünın necə olacağı ilə əlaqəli olub, tarixi mərhələ içində 
bunlarla əlaqəli müxtəlif tənzimləmələr ortaya çıxmışdır. 
İctimai yaşayış tərzini paylaşan müasir insanların ehtiyacları, qarşılanma şəkil-
lərinə görə “şəxsi ehtiyaclar” və “ictimai ehtiyaclar” olaraq ələ alına bilər. Bunlar-
dan birincisi yemək, içmək, geyinmək və  s.  kimi  sərbəst bazar iqtisadiyyatında 
meydana gələn istək və tələbə görə qarşılanması mümkün olan ehtiyaclardır. İkin-
cisi isə  təhsil, səhiyyə, beynəlxalq münasibətlər, ölkənin müdafiəsi kimi fərdlərin 
bir yerdə yaşamasından qaynaqlanan və sahib olduğu bəzi xüsusiyyətlər səbəbi ilə 
dövlət tərəfindən qarşılanmalı olan ehtiyaclardır. 
Dünyada ölkələrin bir-birindən fərqli olan bu ehtiyacların qarşılanmasında 
sahib olduğu qıt qaynaqları  məhsuldar olaraq istifadə etmək ölkə hökumətlərinin 
başlıca vəzifələrindəndir. Xüsusi olaraq inkişaf etməkdə olan ölkələrdə onsuz da 
qıt olan qaynaqların aktiv istifadə edilməməsi bu ehtiyacların qarşısının alınmasını 
daha da çətinləşdirəcəkdir. Ayrıca beynəlxalq rəqabətdə müvəffəq ola bilmək nöq-
teyi-nəzərindən də da istər xarici, istərsə də yerli qaynaqların məhsuldar istifadəsi 
vacibdir. Buradakı  təmin edilməyə çalışılan vəzifə, qaynaqların israf edilmədiyi
ictimai rifahın maksimuma çatdırıldığı, nəzəriyyədə İtalyan iqtisadçısı V.Paretonun 
(1848-1923) dilə gətirdiyi “Pareto Optimumu” nun ən sadə ifadəsi ilə” bir şəxsin 
iqtisadi faydasını başqa birisinin faydasını azaltmadan artırmadığı iqtisadi səviy-
yədir”. İstehsalçı və istehlakçının aktivliyin təmin edilməsiylə çata biləcəkləri olan 
Pareto Optimumu üçün bazar iqtisadiyyatının da aktiv olaraq işləməsi zəruridir. 
Yəni bazarda istənilən hər cür mal və xidmət uyğun qiymətə istehsal edilə bilməli 
və insanlar hər hansı əlavə məsrəfə qatılmamaqla bunları alıb-sata bilməli, mülkiy-
yətə sahib ola bilməlidir. 
Reallıqda ölkələr sahib olduqları qaynaqların məhsuldar istifadəsində nəzəriy-
yədə olduğu kimi hər zaman müvəffəq olmamaqdadır. Bazar şərtlərində bu məh-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə