Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
30 
Rasional müşahidələr nəzəriyyəsi də klassiklərdə olduğu kimi, dövlətin müda-
xilədə olmadığı, qiymət birinciliyində olan istehsal və istehlak qərarları ilə bazar 
mexanizmi optimallığını təmin edəcəyi bir iqtisadi sistemi müdafiə etməkdədirlər. 
2.2.5. TƏKLİFYÖNÜMLÜ İQTİSADÇILARIN FİKİRLƏRİ 
1970-ci illərdə məcmu tələbə ağırlıq verən Keynesçı nəzəriyyəyə qarşı iqtisa-
diyyatın təklif tərəfinə əhəmiyyət verən, içində olan stagflyasiya probleminə qarşı 
məcmu istehsalın artırılmasını təklif edən bir yaxınlaşma oldu. ABŞ-da Nazir Rey-
qanın məsləhətçiləri tərəfindən dilə  gətirilən bu təkliftərəfli fikir, Reyqanın seçki 
kampanyasında önə sürülərək seçildikdən sonra tətbiq edilməyə çalışılması səbəbi 
ilə “Reagonomics” deyə adlandırılmışdır. Təklifyönümlü iqtisadçılar dünya iqtisa-
diyyatının içində olduğu yüksək inflyasiya və işsizlik problemlərinin dövlətin tət-
biq etmiş olduğu iqtisadi siyasətlər səbəbi ilə aktiv olmayan texnologiya istifadəsi 
və qaynaqlarda yatırım idarə etmə  həvəsinin azalmasından qaynaqlandığını irəli 
sürmüşlər. Yenə davamlı vergi yükü səbəbi ilə qaynaq sahiblərinin yüksək vergi 
yükündən qurtarmaq üçün aktivliyi az, vergi yükü aşağı olan qaynaqlara yönəl-
məsi, idarəetmə yerinə istehsalı seçmələri bu krizisi artırdığını iddia etmişlər. 
İqtisadiyyatda potensial ÜMM-nı artıracaq istehsal imkanlarının çoxaldılması, 
lazımsız iqtisadi quruluşların qaldırılaraq aktiv bir sistemin davam etdirilməsi, tex-
nologiyanın inkişaf etməsinin təşviq edilməsi, avtomatik olaraq “sehrli iqtisad” 
adlandırılan təklif-tərəfli iqtisadiyyatın hədəf etdikləri fəaliyyətlərdən bəzilərini 
meydana çıxarmaqda idi. Onlara görə vergi dərəcələrinin düşürülməsi insanların 
həvəsini artıracaq, daha çox istehsal həyata keçiriləcəkdi. Daha çox istehsal, daha 
çox məşğulluğu təmin edəcək, milli gəliri artıracaqdır. Beləcə, bir tərəfdən məşğul-
luq artarkən , digər yandan qiymətlərin azalması təmin ediləcək. 
Təklif-tərəfli iqtisadçılar, maliyyə artımı nisbətində daha aşağı  və daha istiq-
rarlı olmağı, gəlir vergisi nisbətlərini azaldaraq idarə etməyə maraq göstərməyi, 
iqtisadiyyatda rəqabətin və texnoloji yeniliyin inkişaf edilməsində daha az dövlət 
quruluşunu, özəl sektora daha çox qaynaq transferi üçün dövlət sektorunun azal-
dılmasını tövsiyə etmişlər. Ayrıca, vergi endirimləri edilərkən dövlət xərclərinin 
azaldılması eyni zamanda həyata keçirilməlidir. Yoxsa vergi endirimləri edilərkən, 
dövlət xərcləri azaldılmazsa, proqram müvəffəq olmayacaq. 
 M Evansa görə Reyqan idarə etməsinin müvəffəqiyyətsizliyinin səbəbi də bu-
dur. Evansa görə  təklifyanlı iqtisad üçayaqlı (tabure) stola bənzər. Gəlir vergisi 
endirimi, müəssisələrin mənfəət vergisi endirimi və büdcə  xərclərinin azaldılması 
bu stolun ayaqlarıdır. Stolun ayaqda qalması üçün bunların üçünün də eyni za-
manda tətbiq edilməsi lazımdır. Qısaca olaraq, təklifyönümlü iqtisadçılara görə də 
dövlətin iqtisadiyyatdakı payı az olmalıdır. 


Dövlät Maliyyäsi 
 
31 
Bill Klinton da ABŞ-ın keçmiş prezidentlərindən Kennedınin siyasətini xatır-
ladan, iqtisadi böyümə və bölüşmənin gücləndiyi, təklif-tərəfli siyasətin özünəxas 
yeni bir versiyası olan, bəlkə  də liberal təklif-tərəfli iqtisadiyyat olaraq da adlan-
dırıla biləcək bir sistem tətbiq etmişdir. Liberal təklif-tərəfli tətbiqetmə son zaman-
lara qədər Almaniya və Yaponiya kimi ölkələrdə “idarə olunmuş və ya istiqamət-
ləndirilən kapitalist iqtisadiyyatı” şəklində tətbiq edilmişdir. Klinton, Kennedi kimi 
inflyasiya və  işsizliyi azaltmaq, yoxsulluğun qarşısını almaq üçün vergi dərəcə-
lərini azaltmaq yerinə dövlət investisiyalarına, insan qaynaqlarına yatırım etməyi 
seçmişdir. Dövlətin etdiyi bu yatırımlar iqtisadi səmərəliliyi və inkişafı artırmışdır. 
Burada dövlətin təmin etməyə çalışdığı sənaye siyasəti səmərəliyi, qazancı və rə-
qabəti artırmaqdadır. 
 


 
 
32 
 
 
ÜÇÜNCÜ FƏSİL 
 MALİYYƏ SİSTEMİ ANLAYIŞI VƏ AZƏRBAYCAN 
MALİYYƏ SİSTEMİ 
3.1. MALİYYƏ SİSTEMİ ANLAYIŞI 
Maliyyə sistemi müəyyən zaman müddətində pul dövriyyəsi və dövriyyədəki 
pulun həcminin müəyyənləşməsi, pul vəsaitlərinin müxtəlif funksiyalı, mahiyyətli 
fondlara cəlbi və istifadəsinin idarə edilməsi prosesidir. Maliyyənin belə açıqlan-
ması maliyyənin bütövlükdə  məhsul axınlarını tamamlayan, mübadiləni asanlaş-
dıran pul dövriyyəsi oldu-ğunu göstərir. Maliyyə mərkəzi bankların, dövlətin kredit 
və büdcə siyasətinin yardımı ilə “yaranan” pul vəsaitlərinin məcmu həcmidir. 
Maliyyə müxtəlif fondlara -  dövlət büdcəsi, fərdi kommersiya layihələri fondu, 
bank sektoru və s. cəlb edilən, istifadə edilən pul vəsaitləridir. Maliyyə - pul və pul 
fondları ilə bağlı bu və başqa proseslərin idarə edilməsidir. 
Maliyyə elminin ən başlıca vəzifəsi budur ki, dövriyyədəki pul həcminin ümu-
mi iqtisadi artımı  şərtləndirən səviyyədə artımı  və azalmasını müəyyənləşdirsin, 
fiksal siyasətin səmərəli olmasını təmin etsin, fərdi layihələrin nə dərəcədə effektiv 
olub-olmamağını aşkarlasın.
5
 
Maliyyə mürəkkəb struktura malik bir sistemdir. “Sistem” hər bir hissəsi bü-
tövlüyün xarakteristikasına öz töhfəsini verən və qarşılıqlı əlaqəli hissələrdən ibarət 
müəyyən bir parçadır. Maliyyə sistemi müxtəlif elementlərdən, yəni alt sistemlər-
dən ibarətdir. Maliyyə sferası müxtəlif pul fondlarından, pul vəsaitlərinin müxtəlif 
istiqamətlər üzrə hərəkətindən, pul vəsaitlərinin müxtəlif layihələrə sərfindən və s. 
ibarətdir. Həm də bütün bu proseslər qarşılıqlı əlaqəlidir. Məsələn, uçot dərəcələri-
nin aşağı salınması kredit həcmini, eyni zamanda, dövriyyədəki pul həcminin 
artımını  şərtləndirir. “Maliyyə sis-temi pul vəsaitlərinin yaranması  və istifadəsi 
prosesində yaranan maliyyə münasibətlərinin məcmusudur”. Belə ki, bir çox hal-
larda – maliyyə sistemi dövlət və təsərrüfat subyektlərinin maliyyəsinin məcmusu, 
yaxud banklar, təsərrüfat subyektlərinin maliy-yəsi, sığorta, dövlət maliyyəsi və 
fiziki şəxslərin maliyyəsinin məcmusu kimi xarakterizə edilir. 
Beləliklə, maliyyə sistemi dörd böyük alt sistemdən – ev təsərrüfatlarının ma-
liyyəsi, dövlət maliyyəsi və müəssisi maliyyəsə alt sistemindən ibarətdir. 
                                                 
5
   Zahid Fərrux, Maliyyə və pul tədavülü kreditBakı, Azərnəşr, 2007, səh. 223. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə