Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

Dövlät Maliyyäsi 
 
51 
4.2. DÖVLƏT FƏALİYYƏTLƏRİNİN İQTİSADİ 
STRUKTURA TƏSİRİ 
İqtisadiyyatdakı payı keçmişdən günümüzə  qədər artaraq davam edən dövlət 
sektorunun böyüklüyü, ölkələrin sahib olduğu sosial-iqtisadi şərtlərə görə fərqlilik 
göstərməkdədir. Bir çox ölkələrdə dövlət fəaliyyətləri sadəcə real sektorda deyil, 
sahib olunan qurumlar vasitəsi ilə maliyyə sektorunda da təsirli olmaqdadır. 
Dövlət sektoru bir tərəfdən özəl sektor tərəfindən məhsuldar olaraq istehsal 
olunmayan mal və xidmətlərin istehsalını reallaşdıraraq iqtisadi həyatın inkişafını 
təmin edərkən, digər tərəfdən bu fəaliyyətlər üçün lazım olan vəsaiti təmin etmək 
üçün fərqli mənbələrə müraciət etməkdədir. Dövlət sektorunun reallaşdırdığı bu 
fəaliyyətlər həm istehsal yönündən, həm də mənbə yönündən iqtisadi həyata fərqli 
şəkillərdə təsir etməkdədir. Bu təsirlər bəzən iqtisadi həyatı tənzimləyici və inkişaf 
etdirici yöndə lazım olan vəsaitləri təmin edərkən, bəzən də iqtisadi mənbələrin 
istifadəsində  tələbi artırmaqla və ya mənbələrin səhv istifadəsi səbəbi ilə maya 
dəyəri artırıcı olmaqdadır. 
Dövlət fəaliyyətlərinin təsirinə misal olaraq, AB ölkələrinə baxdığımızda, bu 
ölkələrin 1980-ci illərdən bu yana xərcləri azaldıcı  və vergiləri artırıcı yöndə bir 
strukturlaşma içində olduğunu görərik. Xüsusilə 07.II.1992-ci ildə imzalanan və 
01.XI.1993-cü ildə  tətbiqinə başlanan Avropa Birliyi Andlaşması ilə  hədəf qoyu-
lan iqtisadi və valyuta birliyini reallaşdırmaq üçün büdcə kəsirlərini və dövlət borc-
larını aşağı salmaq cəhdi bütün üzv ölkələr və qurumlar tərəfindən mənimsənilmiş, 
lazımi pul və maliyyə tədbirləri alınmışdır. Alınan bu tədbirlər ilə yüksək bir uğur 
qazanılaraq, ümumiyyətlə, AB üçün 1993-cü ildə 6.2 % olan “büdcə kəsiri olma-
yan ÜDM” nisbəti 2007-ci ildə 1.9%-ə, 2010-ci ildə isə 1.5%-ə düşürülmüşdür. 
Ancaq AB daxilində  məcmu “Dövlət Borc Ehtiyatı olmayan Milli Məhsul” nis-
bətində lazımi performans göstərilməmişdir. 
4.3. DÖVLƏT XƏRCLƏRİ VƏ İQTİSADİ TƏSİRLƏRİ 
Dövlət xərcləri, dövlət vəzifələrinin ictimai ehtiyaclarını qarşılamaq, sosial və 
iqtisadi həyata müdaxilə etmək üzrə müəyyən qaydalar çərçivəsində etdiyi xərclər-
dir. Bu xərclər xərcləməni edən quruma görə, mərkəzi və yerli idarələrin, iqtisadi 
dövlət təşəkküllərinin və sosial təhlükəsizlik quruluşlarının reallaşdırdığı xərclərin 
məcmusu ilə dövlət üçün faydalı xidmət edən qurumların ödəmələrini, vergi azad-
lığı və ya endirimlərini, xüsusi fərdlərin dövlətə etdikləri yardım və bağışlamaların 
cəmindən ibarət olan geniş bir mənadan ibarət olduğu ortaya çıxır. Dövlət xərcləri 
zamana və yerə görə də dəyişir. Dövlət xərcləri tarixi dövr içində həmişə artmağa 
meylli olmuşdur. Bu meyl dövlətçi iqtisadi sistemi mənimsəmiş ölkələrdə olduğu 
kimi, bazar iqtisadiyyatını mənimsəmiş olan ölkələrdə də görülmüşdür. Alman elm 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
52 
xadimi Adolph Heinrich Wagner 1880-ci ildə dövlət xərclərindəki artımın milli 
gəlirdən daha sürətli olduğunu sübut edərək bunu “Dövlət xərclərinin artım qa-
nunu” (Law of Rising Public Expenditure) olaraq adlandırmışdır. Yenə İngiltərədə 
1890-1960-cı illərdə dövlət xərclərindəki artımın pilləvarı inkişaf etdiyini irəli sü-
rən A.T.Peacock və J.Wiseman adlı  İngilis maliyyəçiləri, fövqəladə hallar səbəbi 
ilə dövlət gəlir və xərclərində yüksək artımlar olduğunu normal vaxta gələndə artan 
nisbətlərin düşmədiyini qeyd edən “sıçrama tezini” (the displacement effect) ortaya 
qoymuşdular. 
Həqiqətən ABŞ-da vətəndaş müharibəsindən sonra dövlət xərclərinin düşməsi 
ilə “dövlət borclanması olmayan milli məhsul” nisbəti  əhəmiyyətsiz səviyyələrdə 
ikən I Dünya Müharibəsi ilə 40%-ə, 1929-cu il Böyük Böhran və II Dünya Müha-
ribəsi ilə 1945-ci ildə 120%-ə çatmışdır. 1965-ci ildən 1980-ci ilədək bu nisbət dü-
şərək 40% olmuşdur. 1980-ci ildən sonra da artımlar olmuşdur. Oxşar vəziyyət 
Yaponiya, Kanada, Fransa, İtaliya kimi bir çox ölkələr üçün səciyyəvi olmuş
1975-2008 periodunda “Dövlət xərcləri olmayan Milli Məhsul” nisbəti 8-11% ara-
sında artmışdır. Almaniya, Fransa, İtaliya və Kanadada 2010-ci ildə “Dövlət xərc-
ləri olmayan Milli Məhsul” nisbəti 50%-i keçərkən Birləşmiş Krallıqda 45%, Ya-
poniya və ABŞ-da 34 % olmuşdur. 
Dövlət xərclərinin iqtisadi təsirlərinə baxarkən sadəcə onun miqdarına deyil, 
xərclərin strukturuna da baxmaq lazımdır. Dövlət xərclərini iqtisadi sinifləndirmə-
yə görə başlıca olaraq iki kateqoriyaya ayırmaq olar. Bunlar:  
1- Dövlətin mal və xidmət alımları; 
2- Dövlətin transfer ödəmələridir. 
Burada dövlətin mal və xidmət alımları “real xərclər” adı altında ələ alınacaq-
dır. Beləliklə, dövlət xərclərinə “real xərclər” və “transfer xərcləri” adı altında ba-
xılacaqdır. Ölkəmizin büdcə sinifləndirməsindəki cari və investisiya xərcləri real 
xərclərin daxilində dəyərləndirilməkdədir. 
4.3.1. REAL XƏRCLƏRİN TƏSİRLƏRİ 
Dövlət sektorunun reallaşdırdığı bu növ xərclər: müdafiə silahları, kompüterlər
nəqliyyat vasitələri kimi konkret mallar üçün reallaşdırılmış xərclər ola bildiyi kimi 
təhlükəsizlik, təhsil, poçtamt, nəqliyyat kimi dövlət şöbələrində işləyənlər tərəfin-
dən təqdim olunan xidmətlərə çəkilən xərclər də ola bilər. Yenə Türk büdcə termin-
ləri ilə ifadə etsək: faydası edildiyi dövrdə görünən cari xərclər şəklində ola bildiyi 
kimi, faydası edildiyi dövrdən sonra görünən investisiya xərcləri  şəklində  də ola 
bilər. 
Dövlət sektorunun reallaşdırdığı bu xərclər üçün yaranan mal və xidmət tələbi, 
milli istehsal həcmi üzərində  təsirli olmaqdadır. Dövlət xərcləri mövcud istehsal 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə