Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   21   22   23   24   25   26   27   28   ...   135

Dövlät Maliyyäsi 
 
53 
resurslarına və ya istehsal resurslarının istifadə edildiyi məhsullara tələbi artırdı-
ğından, tam işsizlik halında özəl sektor mal və xidmət birləşmələrinə təsir edə bilə-
cəyi kimi, özəl sektorun yerinə keçərək onun kənarlaşdırılmasına (crowding-out) 
da səbəb ola bilər. Dövlət xərclərində istehsal resursları yerinə məhsul tələbi olarsa, 
özəl sektor istehsal fəaliyyətlərini bu tələb yönündə reallaşdıraraq mal və xidmət 
istehsalı miqdarının yönünü dəyişdirəcəkdir. Lakin dövlət xərclərində tam işsizlik 
halında istehsal resursları  tələbi varsa, özəl sektor tərəfindən işlədilən istehsal 
resursları dövlət tərəfindən istifadə olunacağından, dövlət sektoru özəl sektorun 
yerini alacaqdır. Beləliklə, özəl sektorun istehsal miqdarında bir azalma olarkən döv-
lətin istehsal etdiyi mal və xidmət istehsalında bir artım olacaqdır. 
Dövlət xərclərindəki bu artım əskik işsizlik vəziyyətində reallaşdığında, istifa-
də edilməyən istehsal resurslarının istifadə edilməsinə  səbəb olacaqdır. Bu yeni 
məşğulluq hadisəsi istifadə edilə bilən gəlir səviyyəsini artırmağın yanında istehlak-
investisiya-milli gəlirdə olan artımların reallaşmasına səbəb olmaqdadır. Beləliklə, 
başlanğıcdakı dövlət xərclərinə görə milli gəlirdə daha yüksək artımlar reallaşmaq-
dadır. Bu hadisəyə “multiplikasiya” mexanizmi deyilir. Yəni dövlət xərclərindəki 
artım nəticəsində milli gəlirin bu xərclərin neçə qat artacağını göstərən  əmsala 
dövlət xərcləri vuruğu deyilməkdədir. Bu deyim:  
Y - (1/1 – c) I 
şəklində formula salına bilər. Burda, Y Milli gəliri, c marginal istehlak meylini, I-
də avtonom dövlət xərclərini göstərir. Burdan da belə  çıxır ki, avtonom dövlət 
xərclərindəki bir müxtəliflik (
ΔI), milli gəlirdə (ΔY) vuruq əmsalı (1/1-c) qədər bir 
artım (
ΔY- (1/1-c) ΔI) təşkil edəcəkdir. Dövlət xərclərindəki bu xüsusiyyətə görə 
əgər ölkə iqtisadiyyatını real xalis olmayan ümumdaxili məhsulu ilə potensial xalis 
olmayan ümumdaxili məhsulu arasında bir fərqlilik varsa, dövlət xərclərindəki 
artım və ya azalma bu fərqlilik aradan qaldırıla bilər. Belə ki, şəkil 2-də görüləcəyi 
kimi, əgər real xalis olmayan ümumdaxili məhsul potensial xalis olmayan ümum-
daxili məhsulun altında hərəkət edirsə, avtonom dövlət xərclərindəki bir artım, 
məcmu tələb mailini sağa tərəf hərəkət etdirərək real olmayan ümumdaxili məhsulu 
potensial olmayan ümumdaxili məhsula yaxınlaşdırır.  Əgər real olmayan ümum-
daxili məhsul potensial olmayan ümumdaxili məhsulun üzərində isə bu dəfə avto-
nom dövlət xərclərindəki azalma, məcmu tələb mailini sola tərəf hərəkət etdirərək 
şəkil 3-də görüləcəyi kimi real olmayan ümumdaxili məhsulu potensial olmayan 
ümumdaxili məhsul səviyyəsinə gətirəcəkdir. 
 
 
 
 
 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
54 
             İnflyasiya                          Potensial ÜDM 
 
 
                                                                         
 
                                                                                                   PA 
                    
                                          Real ÜDM                       Dövlət xərcləri ilə artan tələb  
                               
 
 
                               
                                  Əvvəlki tələb malı 
      
                    0                                                                              Real ÜDM 
Şəkil 1. Dövlət xərclərindəki artımın ÜDM-də yaratdığı artım 
             İnflyasiya 
                                     Potensial ÜDM 
 
                                                       Real ÜDM 
                                                                         
                                    
                                                                                              PA   
                                      
                            
 
 
                                                                    Əvvəlki tələb maili  
 
                                                                Dövlət xərclərindəki azalma ilə düşən tələb      
                  
                    0                                                                             Real ÜDM  
Şəkil 2. Dövlət xərclərindəki azalmanın ÜDM-də yaratdığı effekt 
Con Maynard Keynes “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi”ndə döv-
lət xərclərinin bu təsirindən ötrü əksik işsizlik şəraitində, iqtisadiyyatı tam işsizlik 
səviyyəsinə çıxaracaq olan tələb artımını təmin etmək üçün dövlət xərclərinin artı-
rılmasının lazım olduğunu müdafiə etmişdir. Bu nəzəriyyə  tətbiqdə geniş  tərəf-


Dövlät Maliyyäsi 
 
55 
darlar tapmış, dövlətlərin iqtisadiyyatlarında dövlətin payı və iqtisadi təsirləri artım 
dövrünə girmişdir. 
4.3.2. TRANSFER XƏRCLƏRİNİN TƏSİRLƏRİ 
Transfer xərcləri, dövlətin fərdlərə və şirkətlərə qarşılıqsız olaraq reallaşdırdığı 
xərclərdir. İctimai təhlükəsizlik xərcləri, rifah xərcləri, işsizlik təzminatları, təqaüd-
çü maaşları və dövlət borc faiz ödəmələri kimi dövlətin heç bir istehsal amili alma-
dan etdiyi xərclər bu qrupa girməkdədir. Transfer xərcləri, bu xərclərdən yararla-
nanların gəlir səviyyəsinə bağlı olub-olmamağına görə “ictimai təhlükəsizlik trans-
ferləri” və “yoxsul insanların alım gücünü dəstəkləyici transfer xərcləri” olaraq 
təsnif edilə bilər. 
İctimai təhlükəsizlik transferləri: səhiyyə xərcləri, işsizlik sığortaları kimi mü-
əyyən şərtlər altındakı insanlara edilən xərclərdir. Bu xərclər 1975-ci ildən 1990-cı 
illərə kimi bütün ölkələrdə ÜDM-nin bir payı olaraq 1.5%-dən (ABŞ) 6%-ə (Fransa) 
qədər  artım göstərmişdir. (Artımın ümumi ortalaması %3.5-dir). Dövlətin etdiyi 
digər xərclərdən müdafiə  və investisiya xərclərində bir azalma nəzərə çarparkən 
borc faiz ödəmələri və ictimai təhlükəsizlik xərclərində bir artım görünməkdədir. 
“Yoxsul insanların alım gücünü dəstəkləyici transfer xərcləri” alıcıların gəlir 
səviyyəsinə bağlı olub bu səviyyəni düzəltmə  cəhdlərindəndir. Bu xərclər hər öl-
kədə  fərqli xərcləmə qrupları  şəklində ortaya çıxmaqdadır. Məsələn, ABŞ-da bu 
cür xərclər AFDC (Aid to Families with Dependent Children), Medicaid, SSI 
(Supplemental Security Income), Head Start və Housing Assistance Programs 
şəklində altı qrupa ayrılır. 
Azərbaycanda transfer xərclərə ümumi olaraq baxıldığında, belə bir təsnifat 
verilə bilər. 
-   İqtisadi və maliyyə transfer xərcləri, 
-   Sosial transfer xərcləri, 
-   Borc faiz ödəmələri, 
-   Digər transfer xərcləri.  
Transfer xərcləri, real xərclərin  əksinə olaraq, dövlətin hər hansı bir istehsal 
amilini almadan reallaşdırdığı  xərclər olduğundan ölkədaxili istehsal tutumu üzə-
rində birbaşa bir təsirə sahib deyildir. Məsələn, dövlət tərəfindən təqaüdçülərə edi-
lən ödəmələrlə ölkədaxili məhsulun dövlət və özəl sektor arasında yenidən payla-
nılması nəzərdə tutulmur. Lakin transfer xərcləri gəlir bölgüsünə təsir etdiyindən, 
nəticədə iqtisadiyyatdakı mənbə bölgüsü təsiri altında qalmaqdadır. Çünki dövlətin 
işçi və  işə  qəbul edənlərdən yığmış olduğu sosial təhlükəsizlik vergiləri təqaüd-
çülərə ödənildiyindən, istehlak qəlibləri dəyişməkdə, istehsalçılar gənc işçilərə görə 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə