Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə28/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   24   25   26   27   28   29   30   31   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
60 
dayandırmaq, işçi tələblərini mərkəzi yoxlama və  nəzarət altında saxlamaq daha 
asandır. Lakin tətbiq olunan siyasət nə olursa olsun, dövlət sektorunda məşğulluğu 
azaltmanın az və ortalama bir qiyməti vardır. 
Dövlətin cari və investisiya xərcləri ümumi xərclər içində vacib yer tutur. Bu 
xərclərdəki artımla əlaqədar sektorlarla və məşğulluğu artırmaqdadır. Ayrıca döv-
lətin iqtisadiyyatda genişlənməsini istədiyi istehsal qurumları üçün verdiyi subsidi-
yalar da yeni istehsal və məşğulluq artımlarına səbəb olmaqdadır. Dövlət büdcəsin-
dəki çatışmazlıqlar səbəbi ilə bu xərclərdəki sıxıntılar yeni məşğulluq imkanlarını 
azaldır, hətta mövcud olan məşğulluq səviyyəsində azalmalara səbəb olur. 
Dövlət büdcəsindəki kəsirlərin səbəb olduğu faizlərin artımı sərmayəni artırdı-
ğı, özəl sektorun sıradan çıxarıldığı, çatışmazlıqlar üzündən artan inflyasiyanın 
iqtisadiyyatdakı qeyri-müəyyənliyi artıraraq nəticələri pisləşdirəcəyi daha əvvəl 
qeyd olunmuşdur. Buna görə dövlət büdcəsindəki çatışmamazlıqlar səbəbi ilə faiz-
lərdəki artım xərcləri artdığından istehsalın gəlirini azaltmaqda, sərmayələr dayan-
maqdadır. Hətta çatışmazlıqları ləğv etmək üçün tətbiq olunan tələb sıxışdırıcı si-
yasətlər üzündən mövcud istehsal da azalmaqdadır. Yəni sərmayənin qoyulmama-
ğı, mövcud istehsalın azalması xüsüsuilə əhalisi artan inkişaf etməkdə olan ölkələr-
də məşğulluq problemlərini artırır. 
İqtisadiyyatda işsizliyin azaldılması üçün daha əvvəl müəyyən olunduğu kimi, 
dövlətin həyata keçirdiyi bəzi fəaliyyətlər var. Dövlət büdcəsindəki kəsirlərin makro 
iqtisadi tarazlıq üzərindəki mənfi təsirləri mövcud məşğulluq səviyyəsinə  mənfi 
təsir edərkən, dövlətin belə fəaliyyətlərlə işsizliyi azaltması düşünülməyəcəkdir. 
4.5. ÖDƏMƏLƏR BALANSI ÜZƏRİNDƏKİ TƏSİRLƏR 
Ödəmələr balansı bir ölkədə yaşayan insanların müəyyən bir dövrdə xarici döv-
lətlərlə  fəaliyyətlərin yer aldığı tablodur. Bu yolda həyata keçirilən fəaliyyət bəzi 
xüsusiyyətlərə görə Cari İşləmlər Balansı, Sərmayə Balansı və Rezerv Hərəkətləri 
Balansı olaraq göstərilir. Cari İşləmlər Balansına mal və xidmət ticarəti ilə transfer 
ödəmələri daxil edilir. Beləcə cari hesab tarazlığı idxal, ixrac fərqi, faiz və transfer 
ödəmələrindən ibarətdir. Sərmayə Balansında ölkə sakinlərinin xarici ölkələrdə 
qoyduğu Sərmayə və kreditlər yer alır. Rezerv Hərəkətləri Balansında da ölkələrin 
xarici valyuta, qızıl məmulatlarından ibarət olan rəsmi rezervlərdəki müxtəlifliklər 
yer alır. 
İkiyanlı mühasibat sistemi əsasına görə tutulan ödəmələr balansı, mühasibat 
mənasında uyğun gəlsə də reallıqda uyğun olmaya bilər. Siyahı qələmlərindən cari 
işlər və  sərmayə xidmətlərinin bir qismi bazar iqtisadiyyatının işləmi ilə öz-özlü-
yündən ortaya çıxması  səbəbi ilə “avtonom qələmlər” olaraq adlandırılmaqdadır. 
Avtonom qələmlərin səhv və daha çox olması nəticəsində meydana gələn uyğun-


Dövlät Maliyyäsi 
 
61 
suzluqları müvəqqəti olaraq qızıl, xarici valyuta və SDR kimi rəsmi rezervlərin 
işlədilməsi də “tarazlaşdırıcı  qələmlər”i meydana gətirir. Buna görə  də iqtisadiy-
yatda avtonom qələmləri meydana gətirən gəlirlər xərclərdən az olarsa, ödəmələr 
balansı “kəsir”, gəlirlər xərclərlə bərabərdirsə “taraz”, gəlirlər xərclərdən çoxdursa, 
“profsid” verir deməkdir. 
Ödəmələr balansında qeyri - tarazlıq olan bir ölkə bu kəsiri xarici valyuta və 
qızıl rezervlərindən düzəldər. Ancaq ölkənin sahib olduğu bu rezervlər müəyyən 
çərçivə daxilində olduğundan ödəmələrdə qiymətli kağızlardakı daimi səhvliklər 
ölkəni çətin vəziyyətə sala bilər. Çunki ölkələrin rezervləri qurtardıqda heç bir qu-
rum borc vermək istəmədiyi üçün kredit tapmaq imkanı azalır və ölkə çarəsiz qalır. 
1970-ci illərdə Bretton Woods sisteminin dağılması və kapitalizmin iflasa uğ-
raması ilə yeni bir yol olaraq daha rəqabətli , xaricə Kəsir bir dünya iqtisadiyyatı 
modeli olaraq seçilmişdir. İqtisadiyyatın xaricə açılmasında xarici valyuta və faiz 
üzərində dövlət nəzarəti yenə də qalmaqdadır. Valyuta əvvəlcədən mal hərəkətlə-
rindən meydana gələn təklif və tələbə görə yaranarkən, xaricə çıxdıqdan sonra pul 
hərəkətlərinin təsiri altında qalmaqdadır. Faizlər–tələb nəzarət vasitəsi olaraq artı-
rılanda xarici sərmayə pul olaraq ölkəyə  gəlməkdə  və pul təklifi artırılmaqdadır. 
İqtisadiyyatda mal hərəkətlərinin sərbəst olub, mənbə təhsisinin dərinləşdiyi rəqa-
bət mühitində iqtisadi tarazlığı pozan sərmayə hərəkətlərini beynəlxalq iqtisadiyyat 
ilə məhdudlaşdırmaq imkansızlaşır. 
Sərmayə xüsusilə yetərli kapitala sahib olmayan ölkə iqtisadiyyatı baxımından 
yaralı olduğu üçün Dünya Bankı  tərəfindən dəstəklənir. Ancaq sərmayə axın-
larının yarada biləcəyi  əlverişsizliyə qarşı da diqqətli olmaq lazımdır. Argentina, 
Çili, Kolumbiya, Meksika, İndoneziya, Koreya, Malayziya, Filippin və Tailand 
iqtisadiyyatda sərmayə axınlarının təsirlərini tədqiq edən 2008-ci il tarixli Dünya 
Bankı statistikasına görə sərmayə axınları ilə əlaqəli bəzi tərəddüdlü məsələlər var. 
Məsələn, maliyyə sisteminin genişlənməsinin zəif olduğu ölkələrdə disbalans ya-
rana, edər və bank sektorunda böhranlara yol aça bilər. Xarici ticarətin sərbəstləş-
məsi ilə ixracatın azalması  və idxalın artması  fərqli nəticələrə  səbəb ola bilir. Sər-
mayə axınının dayanması  və  sərmayə qaçışı iqtisadi tarazlığı pozaraq problemləri 
artıra bilər. Sərmayə axınları sabit valyuta sistemində pul siyasətinə zərər verə bilər. 
Ayrıca, Maliyyə Stabillik forumunun (TSF) Mario Draghi başçılığında yarat-
mış olduğu sərmayə axını ilə əlaqədar olaraq Çalışma Qrupunun məlumatına görə 
dövlətin sərmayə axını ilə əlaqəli riski azaltması bəzi şərtlərə bağlıdır. Bunlar: 
1-   Milli  Bankdakı valyuta rezervlərini artırmaq və özəl firmaları böhrana 
qarşı lazımi rezerv ehtiyatlarını almağa təhrik etmək; 
2-   Xaric borclanmadan daxil borclanmaya yönəlmək; 
3-   Qısamüddətli borclanmalardan uzunmüddətli borclanmalara keçmək


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə