Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
66 
mələri xərclərə daxil edilməkdədir. Beləcə, ənənəvi kəsir; mərkəz bankından doğ-
rudan borclanma daxil olan dövlət borclanması ilə qarşılana bilən kəsiri ifadə 
etməkdədir. 
Fəaliyyət (Operational) Kəsiri: Büdcə Kəsirindən bütün faiz ödəmələrinin de-
yil, yalnız inflyasiya səbəbi ilə artmış olan faiz miqdarının çıxarılması ilə əldə edi-
lən kəsirdir. Beləcə, inflyasiya səbəbi ilə nominal faiz nisbətlərində meydana gələn 
artım aradan qaldırılmaqda, borclanma qarşılığında dövlət sektorundan borc verən-
lərə doğru nə qədər real mənbə transferi edildiyi aydın olmaqdadır.  
İlk (Primary) Kəsir: Nominal və ya real bütün faiz ödəmələrinin büdcə kəsir-
lərindən çıxarılması ilə  əldə edilən kəsirlərdir.  İlk kəsir vasitəsilə iradi olmayan 
faktorlar (əvvəldən reallaşdırılan borclanmalar üçün məcburi olan faiz ödəmələri) 
çıxarılmaqda, hökumətin idarə edə biləcəyi, mövsümi siyasətlərin necə inkişaf etdi-
yi ilə  əlaqədar  şərhlərin edilə biləcəyi bir nəticə  əldə edilməkdədir. Bir ölkədə 
dövlət büdcəsi davamlı ilk kəsir verə bilməz. Bunun salınması lazımdır. Bu da cari 
gəlirlərin faiz xarici xərcləri aşması ilə əldə edilən ilk çoxlar ilə reallaşdırıla bilər. 
Dövlət Kəsirləri ilə  əlaqədar olaraq klassik maliyyə anlayışının mənimsədiyi 
məhdud dövlət, tam büdcə bərabərliyi, büdcə defisitinin ümumi tarazlıqdan keçici 
sapmalar olduğu anlayışı  şüurluluqdan uzaqdır. Maliyyə  ədəbiyyatındakı hakim 
görüş bu kəsirlərin sosial-iqtisadi faktorlardan qaynaqlandığı və xroniki hala gələn 
bir varlıq olduğudur. 
Keynesin siyasət tətbiqləri nəticəsində artan dövlət kəsirlərinin səbəbləri ilə 
əlaqədar iqtisadi olan və olmayan müxtəlif səbəblər diqqəti çəkməkdədir. Bunlar-
dan iqtisadi səbəblər olaraq qiymətləndirilə biləcək olanlar, vergi gəlirlərinin aşağı 
olması və ya salınması, müdafiə etmə xərclərinin çoxalması, yaşlı əhali üçün edilən 
xərclərin artması, səhiyyə üçün daha çox xərcləmə edilməsi, faiz ödəmələrinin 
artması kimi səbəblərdir. Bunun yanında seçki sistemlərinin təsirləri, siyasi partiya-
lar, dövlət rəhbərliyinin daha alt vahidlərə ayrılması (fragmentation) və siyasi qütb-
ləşmələr kimi səbəblər də iqtisadiyyatxarici sosial-siyasi səbəblər olaraq qiymətlən-
dirilə bilər. Məsələn bu səbəblərdən rəhbərliyin bölünməsi hadisəsində müxtəlif 
vahid və ya qrupların maliyyə qərar alma müddətində öz mənfəətlərini təmin etmək 
üçün qərar alıcılar üzərində  təsirlərdə  hər qrupun öz ağırlığı nisbətində dövlət 
xərclərini artırdığı görünməkdədir.  
4.7.3. BÜDCƏ PROFSİTİ 
Əgər dövlətin gəlirləri xərclərindən daha çox isə, bu vəziyyətdə büdcə profsit-
ləri meydana gəlməkdədir. Yəni dövlətin vergilərdən ibarət olan gəlirlərinin mal və 
xidmət satışalışları ilə transfer ödəmələrini aşan qisimi büdcə profsitlərini mey-
dana gətirməkdədir.  


Dövlät Maliyyäsi 
 
67 
Büdcə profsitləri iqtisadiyyatın sürətli inkişafına bağlı olaraq işsizlik və rifah 
xərclərindəki azalmalardan mənbələnə biləcəyi kimi, əlavə vergi tətbiqləri və ya 
xərcləmə endirimləri kimi maliyyə  məhdudlaşdırmalar, nəticəsində  də meydana 
gələ bilməkdədir. İbarət olan profsitlər tükənənə qədər; ya xərclərdə istifadə edilər
ya vergi endirimləri ilə kompensasiya edilər, ya da milli borcların maliyyəsində 
istifadə edilər. Ancaq bunların iqtisadiyyat üzərindəki təsiri profsitlərin istifadə 
şəklinə görə fərqli olacaq. 
Büdcə profsiti heç xərclənməyib dövlət qənaəti olaraq tutulduğunda və ya 
mərkəz Bankına olan borclar ödəndiyində iqtisadiyyat üzərində daraldıcı  təzyiq 
göstərəcək. Lakin ibarət olan profsitlər fərd və firmaların əllərindəki dövlət təhvil-
lərinin alınması şəklində dövlət borclarının ödənməsi üçün istifadə edilirsə, daral-
dıcı təsir daha az olacaq. Ayrıca, büdcə profsiti səbəbi ilə vergi endirimlərinə gedil-
məsi vergi ödəyicilərinin iş istəyini, qənaət və investisiyaları artıra biləcək, məh-
suldarlığı daha çox olan xüsusi sektorun xariclənməsinə maneə ola biləcək
28

Dövlət xərclərindəki artımın ibarət olan büdcə profsitlərini azaldacağı kəsirdir. 
Ancaq dövlət xərclərindəki artımın nəzərə çarpan təsiri (1/1-c) səbəbi ilə  məcmu 
gəlir səviyyəsini və buna bağlı olaraq gəlir vergilərini artıracaq. Burada maraqlı 
olan nəticə, bəlkə  də dövlət xərclərindəki artımın cəmi vergi gəlirlərini və büdcə 
çoxunu artırmasıdır. Bənzər  şəkildə vergi nisbətlərindəki artım büdcə Profsitinı 
artırmaq yerinə təklif yönümlü iqtisadçıların Laffer əyrisi ilə izah etdikləri nəticəyə 
görə insanların iş motivasiyalarını azaldaraq məcmu gəlir səviyyəsinin və büdcə 
profsitlərinin düşməsinə səbəb ola biləcək. Yenə vergi nisbətlərindəki azalma tərsi 
bir təsir ilə büdcə profsitinə səbəb ola biləcək.  
İbarət olan büdcə kəsirinin və ya çoxunun iqtisadiyyat üzərindəki ətlilərinin nə 
olacağı, bunlara qarşı alınan tədbirlərin necə nəticə verəcəyi göz qarşısında saxla-
nılaraq qərar verilməsi uyğun nəticələrə çatmada müvəffəqiyyət təmin edəcək. 
Müasir iqtisadiyyatda büdcə profsiti, ümumiyyətlə, büdcə kəsirlərinə görə daha az 
meydana gəlməkdədir. Məsələn, ABŞ federal büdcəsi 1931-ci ildən 1998-ci ilə 
qədər yalnız səkkiz maliyyə ilində profsit vermişdir. Azərbaycanda isə əsasən 2006 
cı ildən dünyada neft qiymətlərinin büdcədə  nəzərdə tutulandan 2-3 dəfə baha 
olması  səbəbi ilə 2-3 il profsit olmuş  və ilin ortalarında büdcə layihəsi dəyişdiri-
lərək bu artımı bəzi sosial və infrastruktur layihələrə istiqamətləndirilmişdir. Lakin 
2008-ci il Dünya Maliyyə böhranı neft qiymətlərinin azalması ilə müşahidə olun-
duğundan 2008 və  2009 - cu illərdə profsit gözlənilməmişdir.  
                                                 
28
  Laurence Ball, N. Gregory Mankiw, “What Do Budget Deficits Do” Budget Deficits and Debt: 
Issues and Options, ABD, A symposium Sponsored by The Federal Reserve Bank of Kansas 
City, 1995, pp. 98-99. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə