Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
64 
lət quruluşlarının gələcək bir dövr üçün gəlir-xərc tarazlığını göstərən, idarəçilərə 
dövlət xərclərinin edilməsinə, dövlət gəlirlərinin toplanmasına səlahiyyət və icazə 
verən qanuni sənədə büdcə adı verilir. 
İqtisadi quruluşda əhəmiyyətli bir pay meydana gətirən dövlət sektorunda sa-
bitliyin təmin edilməsi, ümumi iqtisadi tarazlıq üçün də  əhəmiyyətlidir. Bunun 
üçün büdcədə sabitliyi pozan, iqtisadi müvəffəqiyyətə maneçilik törədən hər hansı 
bir ünsürün olmamağı lazımdır. Ancaq bəzi səbəblərdən ötəri ictimai sektorun xü-
susi sektora görə müvəffəqiyyətsiz olduğu görünməkdədir. Bu səbəblər:  
1-  İctimai fayda və zərərlərin ölçülməsinin çətin və qeyri-müəyyən olması; 
2-  Bütün seçki sistemlərinin fərqli nəticələr ehtiva etməsi səbəbi ilə xalqın 
dövlət malları ilə  əlaqədar seçimlərini doğru olaraq təyin edəcək tam və 
təsirli bir mexanizmin olmamağı;  
3- Dövlət quruluşlarının bazar intizamına görə hərəkət edən quruluşlar olma-
mağı səbəbi ilə təsirli bir istehsalçı olmasını gözləmək üçün çox az səbəbin 
olması;  
4- Seçilmiş  və  təyin edilmiş olan dövlət məmurlarının öz ehtiyaclarının və 
seçimlərinin də olması  səbəbi ilə ictimai mal və xidmətlərə qarşı (Dövlət 
üçün ən faydalı olanını bilsələr də) mənfəətpərəst davranmayacağını gözlə-
mənin ağıllı bir davranış olmamağıdır. 
Yuxarıdakılar kimi, bir çox səbəbdən ötəri Dövlət Sektorunda və buna bağlı 
olaraq ümumi iqtisadiyyatda keçmişdən günümüzə iqtisadi balanssızlıqlar davam 
etmişdir. 1700-cü illərdən 1900-cü illərə davamlı borclanan İngiltərənin borcluluq 
nisbəti 1821-ci ildə 275%-ə çatmışdır. Fransa dövləti qiyamdan əvvəl xüsusi sek-
tora görə yüksək faiz ödəyərək borclanmaq vəziyyətində qalmışdır. Misir, İspaniya, 
Honduras, Kosta Rika və Osmanlı  İmperatorluğu kimi ölkələr də 1870-ci illərə 
qədər ödənməsi çətin olan borclanma problemləriylə qarşılaşmışlar. ABŞ Vətəndaş 
Müharibəsi əvvəli əhəmiyyətsiz səviyyədə borclanma içində ikən, döyüşdən sonra 
1865-ci ildə milli gəlirinin 40% -i nisbətində borclanmışdır.  
İkinci Dünya Müharibəsi sonrası tətbiq olunan Keynes İqtisad Siyasətləri xü-
susilə rifah dövləti anlayışı ilə dövlət xərclərinin artmasına səbəb olmuşdur. Ayrıca 
1970-ci illərdə valyuta kursları üzərindəki nizamlayıcı  təsiri səbəbi ilə maliyyə 
siyasətlərində bir azda olsa, intizam təmin edə bilən Bretton Woods sistemi də 
çökmüşdür. Beləcə, 1973-cü ildən bəri dövlət xərclərində  və büdcə  kəsirlərində 
diqqətçəkici bir artım olmuşdur. Xüsusilə OECD ölkələri ilə inkişaf etməkdə olan 
Latın Amerikası ölkələrində bu, etibarlı bir nəticədir. Məsələn, 1980-ci illərdə 
Meksika, Argentina və Boliviyada dövlət gəlir və xərclərində  əsaslı bir həll tələb 
edəcək dərəcədə müxtəlifliklər olarkən  İtaliya, Belçika kimi ölkələrdə  də borc/ 
ÜDM nisbəti 100% -i keçmişdir. Yenə bu illərdən günümüzə doğru bir çox yeni 


Dövlät Maliyyäsi 
 
65 
müstəqilliyini qazanmış köhnə dəmir pərdə ölkəsi, digər Asiya və Avropa ölkələri 
və Türkiyə bənzər iqtisadi problemlərlə qarşılaşmışdır.  
Dövlət Sektorunda mövcud olan balanssızlıqların makro-iqtisadi təsirləri səbə-
bi ilə mümkün olduqca tez aradan qaldırmaq lazımdır. Buna görə mövsümü sabit-
sizliyi aradan qaldırıcı standart Keynesçi siyasətlər, iqtisadi durğunluqda dövlət 
vergi gəlirlərini azaldıb dövlət xərclərini çoxaltmaq, iqtisadi canlanmada dövlət 
vergi gəlirlərini artırıb dövlət xərclərini azaltmaqdır. Bu cür sabitlik təminedici 
siyasətlərə "maliyyə siyasətləri" deyilməkdədir.  
Tətbiq olunan iqtisadiyyat siyasətləri iqtisadiyyatın içində olduğu vəziyyətə 
görə ya büdcə kəsirləri ilə, ya büdcə profsiti ilə, ya da büdcə bərabərliyi ilə nəticə-
lənər. Durğunluq zamanı  kəsir verilib xərclər artırılarkən, inflyasiya zamanı  tərsi 
tətbiqlər edilməkdədir.  İqtisadi tarazlıq vəziyyətində isə büdcə  bərabərliyi davam 
etdirilməyə çalışılmaqdadır. Buna görə genişləyici siyasət tətbiqləri ilə xərclər artıb 
gəlirlər azaldığı üçün büdcə  kəsirləri meydana gələrkən daraldıcı siyasət tətbiqlə-
rində tərsinə bir nəticə meydana gələcək. Beləcə, dövlət sektorunda mövcud olan 
balanssızlıqlar büdcə kəsirləri və büdcə profsiti şəklində araşdırılacaq. 
4.7.2. BÜDCƏ KƏSİRLƏRİ 
Dövlətin iqtisadiyyatın içində olduğu vəziyyətə görə gəlirlərindən çox xərclə-
mə etməsi və ya xərcləri qədər gəlir əldə edə bilməməyi vəziyyətində büdcə kəsiri 
meydana gəlməkdədir. Bu vəziyyət bərabərlik olaraq belə yazıla bilər. 
Büdcə Kəsiri - Dövlət xərcləri >Dövlət Gəlirləri 
Dövlət Sektorunun əldə etdiyindən daha çoxunu xərclədiyi bu Kəsir mövqe və-
ziyyəti üçün bütün ölkələrdə etibarlı klassik bir tərif istifadə edilməkdədir. Bu da 
dövlət Sektoru Borclanma tələbidir (Public Sector Borrowing Requirement). Buna 
görə dövlət sektorunda meydana gələn bütün vahidlərin cəmi xərcləri ilə cəmi gə-
lirləri arasındakı  fərq (General Government Financial Deficit) Dövlət Sektoru 
Borclanma Ehtiyacı (PSBR) olaraq təyin olunur. Dövlət Sektorunu gəlirlərinin 
xərclərindən çox olduğu vəziyyət isə  İctimai sektor Borc Geri Ödəməsi (Public 
Sektor Debt Repayment) olaraq adlandırılır.
27
 
Dövlət Sektorunda istifadə edilən müxtəlif üsullara görə  təsnif edilməkdədir. 
Belə ki, ənənəvi (Conventional) Kəsir: Borc ana pul geri ödəmələri xaric (amma 
borcalmaların faiz ödəmələri daxil) bütün dövlət xərcləri ilə borclanma xaricindəki 
bütün dövlət gəlirləri arasındakı kəsiri ifadə edər. Yəni borclanma ilə  əldə edilən 
hasilat gəlir, borc geri ödəmələri xərc olaraq qiymətləndirilməzsə, borc faiz ödə-
                                                 
27
  Laurence Ball, N. Gregory Mankiw “What Do Budget Deficits Do?” Budget Deficits and Debt: 
Issues and Options, ABD, A symposium Sponsored by The Federal Reserve Bank of Kansas 
City, 1995, pp. 98-99. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə