Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə18/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   14   15   16   17   18   19   20   21   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
36 
üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, 
hüquqi şəxsdir. 
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar 
müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür. 
Dövlət və Bələdiyyə Müəssisələri 
Müəssisə - mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası-
nın qanunvericiliyinə müvafiq olaraq yaradılan və ictimai tələbatın ödənilməsi və 
mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xid-
mətlər göstərən hüqu-qi şəxs olan müstəqil təsərrüfat subyektidir. 
Dövlət müəssisəsi dövlət mülkiyyətinə əsaslanır və öz fəaliyyətini kommersiya 
hesabı əsasında aparır. 
Kommersiya Təşkilatları 
Bazar münasibətləri  şəraitində müəssisələr öz fəaliyyətlərini kommersiya he-
sabı  əsasında həyata keçirirlər ki, bu halda xərclər öz gəlirləri hesabına ödənilir, 
müəssisənin inkişafının başlıca mənbəyi isə mənfəət olur. Ona görə də müəssisələr 
(təşkilatlar) öz işlərini kommersiya hesabı əsasında qurmalıdır. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya 
və qeyri-kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır. 
Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı  həlqələri 
daxildir: 
-   Kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi
-   Qeyri-kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi; 
-   Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi; 
-  İctimai təşkilatların (birliklərin) maliyyəsi; 
Kommersiya təşkilatları - səhmdar cəmiyyəti formasında, məhdud və ya əlavə 
mə-suliyyətli cəmiyyət formasında yaradıla bilər. Nizamnamə kapitalı müəyyən 
sayda səhmlərə bölünmüş  cəmiyyət səhmdar cəmiyyəti sayılır. Səhmdarlar onun 
öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün 
onlara mənsub olan səhmlərin dəyərində risk daşıyırlar. 
Səhmdar cəmiyyətləri açıq və qapalı ola bilərlər. 
Açıq səhmdar cəmiyyəti illik mühasibatın və mühasibat balansının mənfəət və 
zərər hesabını hamının tanış olması üçün hər il dərc etdirməyə borcludur. 
Bu məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliy-
yət daşımır və  cəmiyyətin fəaliyyəti ilə bağlı  zərər üçün qoyduqları  əmanətlərin 
(mayaların) dəyəri həddində risk daşıyırlar. 


Dövlät Maliyyäsi 
 
37 
Qeyri-kommersiya təşkilatları 
Əsas məqsədi mənfəət götürmək olmayan və götürülən mənfəəti iştirakçıları 
arasında bölüşdürməyən qurumlardır. 
Qeyri-kommersiya qurumları istehlak kooperativləri, ictimai və ya dini təşkilat-
lar (birliklər), xeyriyyə fondları, hüquqi şəxslərin ittifaqları formasında, habelə qa-
nunvericiliklə həyata keçirmək üçün qeyri-kommersiya təşkilatları təsərrüfat cəmiy-
yətləri yarada və ya onlarda iştirak edə bilər. Qeyri-kommersiya təşkilatları qanunla 
müəyyən olunmuş qaydada assosiasiya və ittifaq formasında birlik yarada bilərlər. 
İctimai və dini təşkilatlar (birliklər) 
Vətəndaşların maraqlarının ümumiliyi əsasında onların mənəvi və digər maddi 
tələbatlarını ödəmək üçün könüllü birliyidir. İctimai və dini birliklərin üzvləri hə-
min birliklərin və təşkilatların mülkiyyətlərinə verdikləri əmlaka, o cümlədən üzv-
lük haqlarına hüquqlarını saxlamırlar. 
Həmkarlar ittifaqları istehsalda, xidmət və  mədəniyyət sferasında fəaliyyət 
növləri üzrə ümumi mənafeləri ilə bağlı olan və  zəhmətkeşləri birləşdirən kütləvi 
demokratik təşkilatdır. Həmkarlar ittifaqları təşkilatları qeyri-kommersiya təşkilat-
larıdır. Bu təşkilatlar maliyyə smetası, regionların həmkarlar ittifaqları  təşkilatı 
icmal maliyyə planları – büdcələr tərtib edirlər. 
Bank –Kredit Sistemi 
Kredit münasibətlərini həyata keçilən bankların və digər kredit təşkilatlarının 
məcmusudur. Təsərrüfat təşkilatlarının müvəqqəti sərbəstləşən pul vəsaitlərini baş-
lıca olaraq banklar və digər kredit təşkilatları toplayır. Bəzi xarici ölkələrdə  və 
Azərbaycanda bir təsərrüfat təşkilatlarının (mal verənin) digər təsərrüfat təşkilatına 
(alıcıya) verdiyi kom-mersiya krediti mövcuddur və müvəffəqiyyətlə inkişaf edir. 
 Kredit  münasibətlərində aparıcı mövqe bank kreditinə  məxsusdur. Kreditdən 
(ssudadan) istifadənin mümkünlüyü müəssisələrə xüsusi pul vəsaitləri fondlarının 
yığılmasını gözləmədən nəzərdə tutulmuş tədbirlərin (layihələrin) reallaşdırılmasını 
sürətləndirməyə imkan verir. Bu resursların istifadə edilməsi səmərəliliyin yüksəl-
dilməsinə, vəsaitin dövriyyəsinin sürətləndirilməsinə şərait yaradır.
7
 
                                                 
7
   N.A.Novruzov, X.Ə.Hüsüynov, Maliyyə, Bakı, Kooperasiya nəşriyyatı, 2007, s. 22-34. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
38 
3.3. AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ 
SİSTEMİNİN FORMALAŞMASI 
İDARƏ ORQANLARI 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında ma-
liyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən 
mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi sisteminə Naxçıvan Muxtar 
Respublikası Maliyyə Nazirliyi, rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri), 
Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi, Dövlət Əyar Palatası, Məlumat-Hesablama 
Mərkəzi, Maliyyə Elm-Tədris Mərkəzi daxildir.
8
 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasında 
maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını  təşkil 
edən mərkəzi icra hakimiyyəti orqanıdır. 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Nazirliyin nəzdində Baş Dövlət 
Xəzinədarlığı və Dövlət Əyar Palatası, Naxçıvan Muxtar Respublikasının Maliyyə-
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının  şəhər, rayon maliyyə idarə  və 
şöbələri Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsi sistemini 
təşkil edir. 
Nazirlik müəyyən olunmuş vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respub-
likasının Maliyyə-İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının şəhər, ra-
yon maliyyə idarə  və  şöbələrinin, həmçinin tabeliyində olan digər təşkilatların 
fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir. Nazirlik öz fəaliy-
yətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və  sərəncamlarını, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və  sərəncamlarını, habelə 
Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrdə bu əsasna-
məni rəhbər tutur. Nazirlik müstəqil balansa, bank-larda xəzinə, valyuta, xüsusi və 
digər hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk 
olunmuş möhürə, müvafiq ştamp və blanklara malik olan hüquqi şəxsdir. Nazirlik 
dövlət büdcəsindən ayrılan vəsaitlər və mövcud qanunvericiliyə zidd olmayan di-
gər mənbələr hesabına maliyyələşdirilir. 
Maliyyə Nazirliyinin vəzifələri: 
-   Dövlətin vahid maliyyə, büdcə  və vergi siyasətinin istiqamətlərinə dair tək-
liflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi; 
                                                 
8
   http://www.finance.gov.az/haqqında/, 3 Aprel, 2010. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə