Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə17/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   13   14   15   16   17   18   19   20   ...   135

Dövlät Maliyyäsi 
 
33 
 
Sxem 1. Maliyyə Sisteminin Təsviri Sxemi 
Bazarda maliyyə sistemi yeni iqtisadi münasibətlərlə keçid şəraitində get-gedə 
daha çox sahələri əhatə etməkdədir. Maliyyə münasibətlərini və onların tənzimlə-
nən institutların toplusundan ibarət olan maliyyə sisteminin təhlili, istənilən hər 
hansı bir quruluşun öyrənilməsi üçün əsas olur. 
Maliyyə münasibətlərinin  əhatə dairəsindən formalaşan maliyyə sistemi bir 
qrup maliyyə halqalarından ibarətdir ki, həmin sırada müxtəlif dairələrin büdcələri
şəxsi, sosial, əmlak sığorta fondları, dövlətin valyuta ehtiyatları, idarə, müəssisə, 
təşkilatların, eləcə  də digər kommersiya və qeyri-kommersiya qurumlarının pul 
fondları və s. gedir. Ona görə də maliyyə sisteminə tərif verərkən qeyd edirlər ki, 
bu sistem dövlətin və təsərrüfatçılıq edənlərin pul fondlarının yaranması, bölgüsü 
və istifadəsi ilə əlaqədar tətbiq olunan forma və metodlar sistemidir.
6
 
3.2.  AZƏRBAYCAN RESPUBLİKASININ                      
MALİYYƏ SİSTEMİ 
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müx-
təlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və 
istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır. 
-   dövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə); 
-   Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi                        
(qeyri-mərkəzləşdirilmiş maliyyə).  
Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir. 
Maliyyə sistemi geniş mənada özünə habelə 3 kredit-bank sistemini də (ölkənin 
banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir: 
                                                 
6
   S.Səfərov, Büdcə Sistemi və onun idarə olunması, Bakı, 2002, s. 95. 
Maliyyə Sistemi 
 
İctimai  
maliyyə (dövlət 
və bələdiyyə 
maliyyəsi) 
 
Ev təsərrüfat-
larının 
maliyyəsi 
 
Müəssisə 
maliyyəsi 
 
Beynəlxalq 
maliyyə 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
34 
Birinci bölmə – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aid-
dir və makro səviyyədə iqtisadiyyatı  və maliyyə-bölgü münasibətlərini tənzimlə-
mək üçün istifadə edilir. 
İkinci bölmə - müəssisə  və  təşkilatların maliyyəsini qeyri-mərkəzləşdirilmiş 
maliyyəni  əhatə edir və mikro səviyyədə iqtisadiyyatı  və sosial münasibətləri 
tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir. 
 Kredit-bank sferası ölkənin banklarından və digər kredit idarələrdən ibarətdir. 
Ölkənin maliyyə sisteminə maliyyə  fəaliyyətini həyata keçirən və  tənzimləyən 
dövlət maliy-yə institutları da (təşkilatlar və idarələr) aiddir. 
 
Sxem 2. Azərbaycan Respublikasının Maliyyə Sistemi 
Maliyyə sisteminin ayrı-ayrı sferaları və həlqələri bir-birindən onların maliyyə 
sistemindəki rolu ilə fərqlənir. 
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul və-
saitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büd-
cəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə  əlaqədar olan xərclərin maliy-
yələşdirilməsini təmin edir. Hazırda AR-nın dövlət büdcəsi Respublika (mərkəzi) 
büdcəsindən, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrdən ibarətdir. 
Azərbaycan Respublikasının 
maliyyə sistemi 
Dövlət  
maliyyəsi 
Müəssisə və 
təşkilatların  
maliyyəsi 
Kredit-bank 
sistemi 
Dövlət maliyyə 
orqanları sistemi 
- Dövlət büdcəsi 
- Büdcədənkənar 
fondlar 
- Dövlət krediti 
- Dövlət sığorta 
fondları 
 
 
  Bələdiyyə 
maliyyəsi 
- Kommersiya 
müəssisələrinin 
(təşkilatlarının) 
maliyyəsi 
- Dövlət və bələdiyyə 
müəssisələrinin 
maliyyəsi 
- Qeyri-kommersiya 
müəssisə 
təşkilatlarının 
maliyyəsi 
-  İctimai təşkilatların 
və birliklərin 
maliyyəsi 
- AR-nın Milli 
Bankı 
- Kommersiya 
bankları 
- Bank 
olmayan 
kredit 
təşkilatları 
- AR-nın Maliyyə 
Nazirliyi 
- Respublika 
xəzinadarlığı 
- AR-nın 
subyektlərinin 
maliyyə orqanları 
- AR-nın Vergilər 
Nazirliyi 


Dövlät Maliyyäsi 
 
35 
Dövlət Büdcəsi 
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünü idarəetmə 
orqanları vasitəsilə dövlətə və bələdiyyələrə  məxsus vəzifə  və funksiyaları yerinə 
yetirmək üçün lazım olan pul vəsaitinin yığılması  və istifadə olunması üçün əsas 
maliyyə sənədidir. 
Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir: 
1.Azərbaycan Respublikasının dövlət büdcəsi; 
2.Bələdiyyələrin büdcəsi; 
Büdcədənkənar Fondlar 
Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondları-
dır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ 
hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan 
maliyyə fondlarıdır. 
Büdcədənkənar fondlar həm sosial və həm də istehsal xarakterli olurlar. 
Bu fondların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişlən-
dirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqti-
sadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrü-
fatçılığın bazar şəraitinə keçildiyi dövrdə  aşağıdakı büdcədənkənar dövlət sosial 
fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta 
fondu. 
Beləliklə, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəza-
rəti gücləndirmək məqsədilə onlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 
nəzdində Baş Dövlət Xəzinadarlığında cəmləşdirilmişdir. 
Dövlət Krediti 
Öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən  əhalinin, müəssisə  və 
təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasi-
bətlərini ifadə edir. 
Dövlət krediti dövlət istiqrazlarını və digər qiymətli kağızları yerləşdirmək yo-
lu ilə cəlb edilir. Dövlət krediti, eyni zamanda, dövlətin xarici borcudur ki, bu hal-
da dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır. 
Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fon-
du təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərərlərin ödənilməsini təmin edir 
və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir. 
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiy-
yət formalı müəssisə  və  təşkilatların maliyyəsidir. Müəssisə  və  təşkilatlar ictimai 
tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə