Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə14/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   10   11   12   13   14   15   16   17   ...   135

Dövlät Maliyyäsi 
 
25 
suldarlığa çatmaq bəzi səbəblərlə  çətinləşməkdədir. Bazar müvəffəqiyyətsizliyi 
olaraq da qiymətləndirilən bu vəziyyətin əsas səbəbləri: məlumat əskikliyi, mülkiy-
yət hüququnun tam olaraq müəyyən edilməməsi, ətraf təsirlər, axsaq rəqabət şərt-
ləri və dövlət sektorunun istehsal etdiyi malların mövcudluğudur. Bu səbəblə ba-
zar iqtisadiyyatının müvəffəq olmamağı, iqtisadiyyatda intensiv məhsuldarlığı  tə-
min edən dövlət siyasətinin reallaşdırılması zərurətini ortaya çıxarmaqdadır.  
2.2.  İQTİSADIYYATDA DÖVLƏT SEKTORUNUN YERİ 
İLƏ ƏLAQƏLİ GÖRÜŞLƏR 
Dövlət və özəl sektor, qərbin sosial-siyasi nəzəriyyəsində 17. əsrdən bəri əhə-
miyyət qazanmışdır. Hətta bəziləri tərəflindən bu ifadələrin təməli klassik Yunan 
nəzəriyyəsinə  qədər uzanmaqdadır. Dövlət və özəl sektor ayrımı xüsusilə liberal 
nəzəriyyə baxımından əhəmiyyətlidir. Bunlardan özəl sektor; sosial həyatın müəy-
yən bir qismini meydana gətirən, sərbəstliyin daha çox olduğu, haqlı bir səbəb 
olmadan müdaxilənin edilməyəcəyi bir böyüklüyü meydana gətirərkən dövlət sek-
toru, daha ümumi bir səviyyəni, müdaxilənin daha çox olduğu bir böyüklüyü mey-
dana gətirməkdədir. 
İqtisadi həyatda özəl sektorla bərabər yer alan dövlət sektoru, həm dünya baza-
rında, həm də ölkə sərhədləri içərisində forma və funksiya etibarilə davamlı bir ye-
nilənmə içərisindədir. Dəyişən  şərtlərə görə  bəzən sadəcə mühafizə, inzibati və 
hüquqi işlər kimi çox sahələrdə fəaliyyətdə olarkən, bəzən də iqtisadi dinamikala-
rın əsl istiqamətləndiricisi olacaq qədər iqtisadiyyata hakim olmaqdadır. 
Fərqli iqtisadi düşüncələrdə  və müxtəlif iqtisadi tənzimlənmələrdə insanların 
istəklərinin fərqli olması, dövlət sektorunun böyüklüyünün də  fərqli olmasına sə-
bəb olmuşdur. Dövlət sektorunun bir sıra xərcləri və bu xərclər üçün bəzi gəlirlər 
əldə etməsi iqtisadiyyata təsir etməkdədir. Bu təsir xərclərin və gəlirlərin böyüklü-
yünə görə dəyişməkdədir.  
2.2.1. KLASSİK İQTİSADÇILARIN FİKİRLƏRİ 
Klassik iqtisadi nəzəriyyə 1776-cı ildə yayılan Adam Smitin “Millətlərin zən-
ginliyinin xüsusiyyəti və  səbəbləri haqqında bir araşdırma” adlı  əsəri ilə birlikdə 
yaranmışdır. İçində heç bir orijinal fikir olmadığı iddialarına baxmayaraq, bu əsər, 
sahib olduğu sistematik və iqtisadiyyata baxışıyla iqtisadın bir elm halına gəlişini 
bildirərkən, müəllifi Adam Smit də “klassik iqtisad” olaraq bilinən bir iqtisadi nə-
zəriyyənin qurucusu olmuşdur. 
Klassiklərə görə qiymət mexanizmi vasitəsilə iqtisadiyyatda bütün istehsal fak-
torlarının çalışdığı, milli gəlirin ən yüksək səviyyədə olduğu bir təbii sistem möv-
cuddur. Görünməyən bir əl bu sistemdə nizam-intizamı  təmin etməkdədir. Bu da 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
26 
insanların öz mənfəətlərini qorumaq üçün çalışarkən heç düşünmədiyi halda cə-
miyyət mənfəətinə  də tövhə vermələri ilə mümkün olmaqdadır.  İqtisadiyyatı bu 
təbii tarazlıqda tutan əsas şərt “rəqabət” olduğundan “buraxın etsinlər, buraxın keç-
sinlər” fəlsəfəsi mənimsənilmişdir. Beləcə, istehsalın və ticarətin önündəki bütün 
maneələr qaldırılmış olacaqdır. 
Klassik iqtisadçıların mənimsəmiş olduğu “buraxın etsinlər, buraxın keçsinlər” 
qaydası  rəqabət ünsüründən mümkün olduğunda istifadə edilməsini lazım bilir. 
Yoxa hər şeyin olduğu kimi buraxılaraq sistemin öz-özünü düzəltməsini gözləməyə 
dəyməz. Çünki şəxsi rifaha təsir edən ünsürlərlə cəmiyyətin rifahına təsir edən ün-
sürlər arasındakı ahəngsizlik hallarında, lazımi xidmətləri edəcək rəqabətdən başqa 
ünsürlərə ehtiyac vardır. Belə vəziyyətlərdə də bazar öz halına buraxılrsa, klassik 
liberalizmin öz-özünə adiləşəcəyi iddia edilmişdir. Bu kimi hallarda qiymət mexa-
nizmindən başqa, lazımi mal və xidməti təqdim edəcək bir gücə də ehtiyac vardır. 
Bu güc də dövlətdir. Dövlət rəqabət sisteminin yaxşı bir şəkildə işləməsi üçün la-
zımi hüquqi bazanı quracaq, mühafizəni təmin edəcəkdir. Ancaq Smit dövlətin səla-
hiyyətlərini mühafizə, ədalət, qismən də təhsil xidmətləri olaraq müəyyən etmişdir. 
Klassik sistemdə sahəni müəyyənləşdirən dövlət “laissez-faire, laissez passer” 
qaydasını  həyata keçirmək üçün köhnə quruluşlara qarşı mübarizə aparacaqdır. 
Dövlətin sahib olduğu mühafizə gücləri daxili və xarici mühafizəni təmin edəcək, 
işçilərin müxalifətini qıracaq, mülkiyyəti təhlükəli siniflərin hücumundan qoruya-
caq, bazarda nizam-intizamı saxlayacaqdır. 
Klassik sistemə hakim olan bu liberal “laissez-faire” qaydası ilə iqtisadiyyatda 
dövlətin yerinin olması bəzi çətinliklər ortaya çıxarmaqdadır. Dövlətin bu icraatda 
olması, müəyyən qanunları  tətbiq etməsi, müxtəlif proyektləri həyata keçirməsi 
bəzi çevrələrin yararlandığı bir “imtiyaz” mübahisəsini yaratmaqdadır. Bu da iqti-
sadiyyatda dövlətin yeri ilə  əlaqəli mübahisələri artırmaqdadır. Bu mübahisələrə 
cavab olaraq da əsas olan nöqtənin “fərdin dövlətin fəaliyyətlərini daha əvvəldən 
görə bilməsi, şəxsi proyektlərini buna görə qaydaya sala bilməsi” olduğu irəli sü-
rülməkdədir. Beləcə, dövlət etdiyi xidmətlərdən vətəndaşlarının nə  şəkildə yarar-
landığını yoxlamadan vətəndaşlar hər hansı bir müdaxiləyə qarşı nə qədər qoruna 
biləcəyini, dövlətin fəaliyyətlərindən nə qədər təsirlənəcəyini biləcəkdir. Yəni döv-
lət məhdud icraatını edərkən bunun nəticələrinin nə olacağı vətəndaşlar tərəfindən 
bilinəcəkdir. 
Qısaca, klassik iqtisadiyyatda dövlət fəaliyyətləri mümkün olduğu qədər məh-
dudlaşdırılmış, daxili və xarici mühafizəni təmin edəcək adminstrativ dövlət anla-
yışı hakim olmuşdur.  


Dövlät Maliyyäsi 
 
27 
2.2.2. KEYNES VƏ KEYNESÇİ İQTİSADÇILARIN FİKİRLƏRİ 
Klassik iqtisadçılar, iqtisadiyyatın hər zaman balansda olacağını, xaricdən hər 
hansı bir müdaxilənin edilməsinə ehtiyac olmadığını, bu səbəblə dövlətin iqtisadi 
siyasətinin lazımsız olduğunu söyləyərkən inkişaflar bu deyilənlərdən fərqli ol-
muşdur. 
1914-1918-ci illərdə Birinci Dünya Müharibəsi dünya ölkələrinin iqtisadiyya-
tına böyük yük gətirmişdir. Müharibə dövlət xərclərini artırmış, limitsiz ixraclar 
həyata keçirilmiş, dövlət ağır sənayenin  ən böyük müştərisi olmuşdur. Müharibə 
dövründə edilən dövlət xərcləri müharibənin gətirdiyi təxribatlar səbəbi ilə müha-
ribədən sonra da davam etmişdir. Hələ müharibənin yaraları sarğalmadan 1929-cu 
ildə böyük bir iqtisadi böhran başlamışdır. Yüksək səviyyədə davam edən işsizlik, 
aşağı düşən istehsal, bir çox sənaye müəssisələrinin bağlanması, birjaların çökməsi 
klassik iqtisad modelinin bir çox kimsə tərəfindən tutarsız olaraq dəyərləndirilmə-
sinə səbəb olmuşdur. Klassik modelin bu keçici problemlərə həll tapa bilməməyi, 
modeli müdafiə edənlərin laqeyd qalması modelə qarşı fikirləri artırmışdır. 
Böyük böhranın səbəblərinin niyə davam etdiyini və bununla əlaqəli nə edilə-
cəyini izah edən yeni iqtisadi həllərə  tələbi artırmışdır. Bu tələb Con Maynard 
Keynesin 1936-cı ildə pul və maliyyə siyasəti ilə dövlətin davam edən iqtisadi dep-
ressiyanı sona çatdıracağını  əhatə edən “Then General Theory of Employment, 
İnterest and Money “adlı əsəri nəşr edilməklə qarşılanmışdır. 
Keynes burada, klassiklərin iddia etdiyi kimi hər zaman özlüyündən məşğulluq 
balansının səviyyəsinin mövcud olmadığını, iqtisadiyyatın əskik məşğulluq da ola 
biləcəyini, bu səbəbdən dövlətin müdaxiləsi ilə tam məşğulluq balans səviyyəsinə 
çata biləcəyini müdafiə etmişdir.  Əskik məşğulluğun səviyyəsinin səbəbi effektiv 
tələbdəki yetərsizlikdir. Effektiv tələbi müəyyən edən ünsürlər isə o dövrdə həyata 
keçirilən istehsal və yatırım xərcləri olduğundan bunlardakı bir əskiklik tam  taraz-
lıq səviyyəsini azaltmaqdadır. Dövlət edəcəyi istehsal və yatırım xərcləri ilə effek-
tiv tələbi artıraraq tam məşğulluğu təmin edəcəkdir. Keynes, insanların əskik məş-
ğulluğu və inflyasiyanın sosial-iqtisadi maliyyətlərinə qatlanmaq məcburiyyətində 
olmadığını, dövlətin tətbiq edəcəyi xərclərə  və vergi siyasətləri ilə iqtisadiyyatda 
inflyasiyasız və deflyasiyasız bir rifah halı  təmin etməyə qadir olduğunu söylə-
mişdir. 
Keynes, uzun dövrdə  iqtisadi həyatdakı inflyasiya, defilasiya, işsizlik şəklin-
dəki iqtisadi dalğalanmaların səbəblərini istehsal təşkilatçılığı, texnika və texno-
logiyanın dəyişə bilmədiyi qısa dövrdə məcmu tələb formasındakı istiqrazsızlıqlara 
açılmışdır. Keynes və təqibçiləri bu tələb istiqrazsızlıqlarını qarşılamaq üçün döv-
lətin tətbiq edəcəyi siyasətin aktiv olacağını irəli sürmüşlər. Bunun üçün tələbdəki 
artım və azalışa görə dövlət gəlir və xərcləri də artırılıb-azaldılaraq, yəni sadə pul 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə