Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə9/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   5   6   7   8   9   10   11   12   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
14 
tərməkdədir. Bu vəziyyət iki fərqli sual ortaya çıxarmaqdadır. Əvvəlcə, "dövlətlər 
müəyyən növdəki xidmətləri niyə təqdim etməkdədir?" sualının cavabı axtarılma-
lıdır. Sərbəst bazar mexanizmi yerinə, dövlət tərəfindən təqdim edilən bu xidmət-
lərin bəzi ortaq xüsusiyyətləri vardırmı?  
Əlavə olaraq "dövlətlərin iqtisadi fəaliyyət nöqteyindən hansı xidmətləri təşkil 
etməlidir?" sualına cavab tapmaq lazımdır. Dövlətlərin təqdim etdikləri xidmətlərin 
növləri zaman içində  də  dəyişməkdədir. XVI-XVIII əsrlər arası ümumiyyətlə, 
istehsalın və ticarətin dövlət tərəfindən nəzarət edildiyi, başqa sözlə, dövlətin üstə-
ləndiyi vəzifələrin olduqca çox olduğu dövr olmuşdur. 
18-ci və 19-cu əsrin  əvvəllərində isə klassik iqtisadi nəzəriyyənin, liberalist 
siyasətlərlə dövlətin iqtisadiyyatdakı vəzifələrinin rolu azalmışdır. Ancaq 1929-cu 
ildəki dünya böhranı dövlətin iqtisadiyyatdakı vəzifələrinin artmasına səbəb olmuş-
dur.  İkinci dünya müharibəsindən sonra isə dövlətlərin iqtisadi və ictimai vəzifə-
lərində əhəmiyyətli artımlar olmuşdur. Beləliklə, dövlətin iqtisadi və ictimai işlərə 
qarışmasının iqtisadi səbəblərini bir çərçivə içinə qoymağa çalışılacaq, bir başqa 
ifadə ilə dövlətin iqtisadiyyatdakı  vəzifələrindəki dəyişmələrin məntiqi üzərində 
dayanılacaqdır. 
Eyni zamanda, dövlət vəzifələrinin texniki və ideoloji səbəbləri üzərində 
dayanılacaqdır. Vurğulanacaq olan dövlətin iqtisadi fəaliyyətinin səbəbinin tək bir 
şərhinin olmadığıdır.  Əksinə, dövlətlər çox sayda problemlə  məşğul olmaq məc-
buriyyətindədir. Bu problemlərlə  məşğul olarkən bir-birindən olduqca fərqli və 
zaman-zaman bir-birləri ilə ziddiyyət təşkil edən bir çox vəzifələri öz üzərinə gö-
türməkdədirlər. 
1.5.1. BAZARIN MÜVƏFFƏQİYYƏTSİZLİYİ 
İqtisada giriş  dərslərində tam rəqabət bazarlarında könüllü dəyişmə modelləri 
izah edilməkdədir. Mal və xidmət istehsal miqdarları və bunların qiymətləri isteh-
lakçıların sərbəst olaraq təyin etdikləri seçimləri və gəlir səviyyələri ilə təyin olun-
maqdadır. Bu şəkildə çalışan rəqabətli bazarlar təsirli nəticələr çıxarmaqdadır. Ba-
zar müvəffəqiyyətsizliyi anlayışı isə, bazarların effektiv fəaliyyətini təmin edən 
şərtlərin ya heç ortaya çıxmamağını, ya da bir şəkildə tərs istiqamətdə  işini ifadə 
etməkdədir. Bazar müvəffəqiyyətsizliyi günümüzün bazarlarının çox əhəmiyyətli 
bir xüsusiyyətidir. 
Sərbəst bazarlar özbaşlarına buraxıldığında təsirli çalışmamaqdadır. Bu, bəzi 
malların daha çox, bəzilərinin isə qeyri-kafi çıxarılması ilə izah edilə bilər. Bazar 
müvəffəqiyyətsizliyinin ən uc nöqtəsində, izləyən hissələrdə də aciqlanacağı üzrə, 
bəzi mal və xidmətlər üçün bazarların heç meydana gəlməməsidir. Bu səbəblə, bu 
cür mal və xidmətlər bazarlar tərəfindən çıxarıla bilməməkdədir. Dövlətə yüklənən 


Dövlät Maliyyäsi 
 
15 
bir vəzifə, bazarların qaynaq bölüşdürülməsi funksiyasına qarışma və bazar müvəf-
fəqiyyətsizliklərini düzəltmə  və ya bazar müvəffəqiyyətsizliyinin təsirlərini azal-
dacaq tədbirlər almaqdır. Bu, dövlətin "qaynaq bölüşdürülməsi" vəzifəsi olaraq bi-
linməkdədir. 
Bazar nöqsanlı dövlətə yüklənən vəzifələrdən bir başqası iqtisadi fəaliyyət 
nöqteyindən deyil, ancaq gəlir və sərvət bölgüsündəki bərabərlik və ictimai ədalət 
baxımından  əhəmiyyətlidir. Bazarlar cəmiyyət rifahının bölgüsündə  ədaləti təmin 
edə bilmədikləri ölçüdə, dövlət bazar mexanizminə qarışaraq gəlir bölgüsünü əda-
lətli olaraq qəbul edilən bir nöqtəyə gətirməyə çalışır. Bu isə dövlətin "gəlir dağı-
lım" vəzifəsini ifadə etməkdədir. 
Günümüzün müasir dövlətlərinə bunlardan başqa iki vəzifə daha yüklənmişdir. 
Birincisi, "iqtisadi sabitlik" vəzifəsidir. Günümüzün iqtisadiyyatları zaman- 
zaman və bəzən davamlı olaraq inflyasiya, işsizlik, nataraz böyümə problemləri ilə 
qarşılaşmaqdadır. Bazarların özbaşına bu cür problemləri  həll edə bilməməsi səbə-
bi ilə, dövlətlər pul və maliyyə siyasətlərini istifadə edərək , inflyasiyası və işsizli-
yi azaldaraq, vətəndaşların rifahını yüksəltməyi qarşısına məqsəd qoymaqdadır. 
İkincisi, dövlətin "təşkilatçılıq
 
vəzifəsidir". Əslində daha çox qaynaq bölüşdü-
rülməsi vəzifəsinin bir parçası olaraq, dövlət qanun qoyub bunları tətbiq etməkdə-
dir. Təşkilatçılıq vəzifəsi ticarətin və  cəmiyyət münasibətlərinin nizamlı olmasını 
təmin etməkdədir. Bəhs edilən vəzifə yalnız ticarətin və cəmiyyət münasibətlərinin 
təşkil edilməsinin xaricində  daha geniş bir sahədə qanun qoyma və ədalət sistemini 
idarə etməkdədir. Dövlətin təşkilatçılıq vəzifələrindəki  əhəmiyyətli artımlar fərdi 
azadlıqları və sərbəstliyi məhdudlaşdırması səbəbi ilə son illərdə olduqca çox tən-
qid olunmaqdadır. 
1.5.2. QAYNAQ BÖLÜŞDÜRÜLMƏSİ VƏZİFƏSİ 
Rəqabətli bazarların arxasında yatan əsl məna sərvət sahibi olma haqlarıdır. 
Mülkiyyət haqları bir fərdə hər hansı bir mal və ya mülkə sahib olma və bunların 
faydasından (istifadəsindən) digər fərdləri məhrum buraxma haqqı verməkdədir. 
Evlərin, torpaqların ətraflarını divarlarla əhatə etmək, "Xüsusi mülkiyyətdir, giril-
məz" lövhələri asmaq, davamlı olaraq ətrafımızda olan mülkiyyət haqlarının göstə-
riciləridir. Fərdlər mal və xidmət alıb-satdıqda, əslində mal varlığı haqlarını (malın 
faydası üzərindəki hüquqi haqqı) dəyişdirməkdədirlər. 
1.5.3. ORTAQ ƏMTƏƏ QAYNAQLARI 
Yuxarıda haqqında danışılan mülkiyyət haqları bəzi mallarda heç bir fərdə və 
ya qrupa verilməyə bilər (hava, dəniz kimi). Ortaq (sərbəst) mallar olaraq adlan-
dırılan bu növ malların faydasından bütün fərdlər məhdudlaşdırılmadan, sərhədsiz 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə