Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   2   3   4   5   6   7   8   9   10   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
10 
Fiziokratlar liberalizmin ilk nəzəriyyəçiləridir. Onlar iqtisadiyyata dövlət mü-
daxiləsinə qarşı  çıxmış, dövlət fəaliyyətini idarə edən bir təbii nizamın möv-
cudluğuna inanmışdırlar. Bu təbii nizamın təbii işləyə bilməsi üçün dövlət müdaxi-
ləsinin mümkün olan minimum həddə azaldılmasını, bunun üçün də dövlət xərclə-
rinin azaldılmasını tövsiyə etmişlər. Ehtiyac halında onlar borclanmağa müraciət 
edilməsinə etiraz etməmişdirlər. Həddindən artıq dövlət xərclərinin çox və müxtəlif 
vergi almağa məcbur edəcəyini, bunun da təbii nizamı pozacağını müdafiə etmiş-
lər. Fiziokratların vergi haqqındakı nəzəriyyəsi "tək və bilavasitə vergi"dir. Dövlət 
xərcləri azaldılmış olacağı üçün tək bir vergidən təmin ediləcək gəlirin kafi olacağı 
nəzəriyyəsi hakimdir. Əkinçilik maliyyəsinin xaricindəki bütün sektorların qeyri-
məhsuldar olması və real qazancın yalnız torpaqdan təmin edildiyi şəklindəki fikir-
ləri nəticəsində  tək verginin əkinçilikdən alınmasını müdafiə etmişdirlər. Digər 
sektorların vergiləndirilməsini lazımsız və qeyri-iqtisadi görmüşdürlər,  əkinçilik 
xaricindəki bütün vergilərin nəhayət əsas təbii resurs olan torpaq üzərində qalaca-
ğını müdafiə etmişlər. 
1.4.4. KLASSİK LİBERAL NƏZƏRİYYƏÇİLƏR 
XVIII əsrin sonlarında qapalı iqtisadiyyatların yerinə dünyaya açıq və beynəl-
xalq ticarətə əsaslanan bir iqtisadi quruluşun təməli atılmağa başlanılmışdır. Yeni 
qitələrin kəşf edilməsi, yeni xam maddə qaynaqlarının tapılması ilə birlikdə daxili 
və xarici bazarlarda nəzərə çarpacaq irəliləmələr olmuşdur. XVI əsrdən etibarən sə-
nayeləşmədə meydana gələn irəliləmələr ilə birlikdə qapalı iqtisadi məkan ortadan 
qalxmışdır.  İstehsal sahəsində meydana gələn yeniliklər beynəlxalq  əlaqələrin və 
fəaliyyətlərin artmasına səbəb olmuşdur. Bu irəliləmələr qarşısında müdaxiləçi bir 
siyasət aparılmasını dəstəkləyən merkantilizm keçəriliyini itirmişdir. 
Bu yeni dövrdə ortaya atılan iqtisadi nəzəriyyələrin sahibləri klassik iqtisad-
çılar olaraq anılmaqdadırlar. Klassik iqtisadçıların başlıcaları Adam Smith (1723-
1790), David Rikardo (1772-1823), Jean Baptist Say(1767-1832) və John Stuart 
Milldir. Klassik iqtisadi nəzəriyyənin banilərindən Adam Smithin 1776-cı ildə 
yazdığı “Millətlərin zənginliyi, mahiyyəti və  səbəbləri üzərinə bir tədqiqat” adlı 
əsəri, ən çox söz edilən və oxunan bir kitab olmuşdur. Adam Smithə görə iqtisadi 
həyatda təbii bir intizam vardır.  İqtisadi quruluşların özü özündən yarandığını  və 
bu təbii intizamın pozulmamağı üçün dövlətin mümkün olduğu qədər müdaxilə et-
məməyi lazımdır. Adam Smithə görə dövlətin vəzifəsi ölkənin milli müdafiəsini və 
daxili təhlükəsizliyini təmin etməkdir. Dövlət ayrıca yaşayış yerlərinin yenilənməsi, 
təhsil və digər ikinci dərəcəli xidmətlərin yerinə yetirməsi üçün vardır. Klassik 
Liberal nəzəriyyəsi, A. Smithin mənimsədiyi əsas nəzəriyyə "Laissez-faire Laissez-
paire"də (Buraxın etsinlər, buraxın keçsinlər) ifadəsini tapmışdır. Bu yanaşmaya 
görə, dövlət yalnız qanun və hüquq nizamını davam etdirərək, xüsusi mülkiyyəti 


Dövlät Maliyyäsi 
 
11 
qorumalı və müqavilələrin tətbiq oluna bilməsi üçün lazımlı mühiti hazırlamalıdır. 
Beləcə, övlətin iqtisadiyyata qarışması minimum səviyyədə tutularkən, bütün 
iqtisadi fəaliyyətlər bazar iqtisadiyyatı  tərəfindən yerinə yetirilməlidir. A. Smith 
"Laissez-faire" yanaşmasını mənimsəməklə birlikdə, qısa dövrdə xərcləri qarşılana 
bilməyən şəxslər tərəfindən qazanclı görülməyərək, reallaşdırıla bilinməyən mütə-
rəqqilik proyektlərinin dövlət tərəfindən yerinə yetirilməsini müdafiə etmişdir. Be-
ləcə dövlətin iqtisadiyyatdakı rolu, müdafiə etmə,  ədalət və icra etmə orqanının 
funksiyalarını yerinə yetirəcək səviyyədə məhdudlaşdırılmışdır. 
A. Smith, özəl təşəbbüsün cazibədar görmədiyi işlərlə, gücünün üstündə olan 
işlərin dövlət tərəfindən edilməsini uyğun görmüş  və  cəmiyyət halında yaşayan 
insanların ehtiyaclarını ikiyə ayırmışdır: 
1- Dövlət tərəfindən qarşılanan milli müdafiə,  ədalət, diplomatik xidmətlər 
kimi dövlətin birinci dərəcədəki ehtiyacları, 
2- Özəl sektor tərəfindən qarşılanmadığı ya da kifayət qədər qarşılana bilin-
mədiyi zamanlar dövlətin qarşılaması lazım olan milli təhsil, səhiyyə xid-
mətləri kimi dövlətin ikinci dərəcədəki ehtiyacları.  
Klassik Liberal dövlət anlayışı içində A. Smithin nəzəriyyələri əhəmiyyət qa-
zanmaqdadır. Çünki dövlət ehtiyaclarının ikiyə ayrılması və bu ehtiyacları qarşıla-
yan sahələrin ifadə olunmağa çalışılması, dövlət iqtisadiyyatının ilk izlərini daşıyar. 
Adam Smith dövlət gəlirlərini özəl gəlirlər və vergi gəlirləri olmaq üzrə iki 
qrupa ayırmışdır. Dövlətin özəl gəlirləri, dövlətə aid olan torpaqlardan, sərmayələ-
rin işlədilməsindən əldə edilən gəlirlərdən ibarətdir. Vergilər isə torpaq kirayəsin-
dən, sərmayə  gəlirindən və maaşlardan alınır. Alınan vergilər dürüst olmalı, nə 
faizdə alınacağı qabaqcadan bəlli olmalı, uyğun zamanda alınmalı və faydalı olma-
lıdır. Bir vergi sisteminin sahib olması vacib olan bu prinsiplər, bu gün daha keçə-
riliyini qorumaqdadır. 
Klassik iqtisadçılardan D.Rikardo vergi dərəcələrinin yüksək olmasının isteh-
sala mənfi yöndə təsir edəcəyini müdafiə etmişdir. Ona görə kirayədən alınan yük-
sək vergilər torpaq əkimini məhdudlaşdıra bilər. Əmək haqlarından alınan vergilər 
isə işçinin əmək haqqının yüksəldilməsini labüd edəcəyindən, gəlirlərin düşməsinə 
yol açar. Qazanclardan alınan vergilər qazancın marjını azaldaraq, sərmayələri 
azaldır. O, gəlirdən alınan vergilərin yerində olduğunu irəli sürmüş və sərmayədən 
alınan vergilərin isə zamanla ölkənin istehsal gücünü azaldacağını müdafiə et-
mişdir. 
Məzmununu söyləmək lazımdırsa, bugünkü mənada sərbəst bazar iqtisadiyya-
tının qurucuları olaraq qəbul edilən klassiklər dövlətin fəaliyyətlərini ölkənin daxili 
və xarici təhlükəsizliyini təmin etməklə məhdud tutmuşlar. Onlar iqtisadiyyatda öz- 
özündən yaranan təbii bir intizam olduğunu müdafiə etmişlər. Klassiklərə görə 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə