Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə33/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   29   30   31   32   33   34   35   36   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
70 
b -  vergi ödəyicilərinə vergi dərəcələrinin müəyyən bir müddət dəyişməyəcəyi 
barəsində zəmanət verilməlidir.  
Təklifyönümlü iqtisad (Supply-Side Economics) 1980-ci il sonrası ABŞ 
xaricində, İngiltərə, Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdə də inkişaf et-
mişdir. Eyni zamanda, bəzi beynəlxalq təşkilatların təsiri ilə az inkişaf etmiş ölkə-
lərdə  də  tətbiq olunmuşdur. Ancaq ABŞ iqtisadiyyatında 1985-ci ildə xüsusilə 
xərclərin də təsiri ilə büdcə defisıtinin 200 milyard dollara çatması təklif yönümlü 
siyasətlərin tənqid olunmasına səbəb olmuşdur. 
Bu vaxt xüsusilə inkişaf etməkdə olan ölkələrdə görülən kölgə iqtisadiyyatının 
varlığı, gəlirləri artırma mübarizəsini vergiləri artırmaqdan çox, qeydsiz fəaliyyət-
ləri qeyd altına almağa istiqamətlənməkdədir. Yəni vergi yükünün artırılması möv-
cud ödəyicilərin öhdəliyinin daha da artırılması ilə deyil, ödəyici əhatəsinə girmə-
miş seqmentlərin vergi ödəyicisi edilməsi ilə reallaşdırılacaq. Məsələn, inkişaf et-
məkdə olan ölkələrdən biri olan Türkiyədə büdcəyə daxil vergilərin ÜDM-ə nisbəti 
22'% -dir. Halbuki eyni nisbətin Avropa Birliyi ortalaması 30% ətrafındadır. Azər-
baycanda da bu nisbət 25% ətrafındadır. 
Qeydiyyat xarici qalan sektorun (Kölgə iqtisadiyyatının) qeydiyyat altına alına 
bilməsi üçün bir sistemin qurulması lazımdır. Bunun üçün ümumiləşdirilmiş sistem 
qaldırılmalı, ƏDV dərəcələri aşağı salınaraq tətbiqi sadələşdirilməli, vətəndaşların 
vergi şüuru inkişaf etdirilməlidir. Eyni zamanda, vergi məcəlləsi sadə və aydın bir 
şəklə salınmalı, maliyyə təşkilatının keyfiyyət və məlumatı artırılaraq ödəyici üzə-
rində nizamlı və təsirli yoxlamalar təmin edilməlidir.  
İnkişaf etməkdə olan ölkələrdə kölgə iqtisadiyyatının qeydiyyata alınması döv-
lət gəlirlərinə artırıcı bir təsir etməkdədir. İnkişaf etməkdə olan ölkələrin daxilində 
olan inflyasiya problemi də dövlət gəlirlərinə bir vergi kimi artırıcı təzyiq göstər-
məkdədir. Belə ki, büdcə kəsirinin vergilər yerinə pul basaraq maliyyəyə etdiyində 
inflyasiya səbəbi ilə fərdlərin əlində tutduğu real balansların dəyəri azalmaqdadır. 
Xalq real pul balanslarının dəyərini qorumaq üçün dövlətin basdığı pullarla nomi-
nal balanslarına təsir etdiyində dövlət özünü inflyasiya vergisi ilə maliyyə etmiş 
olmaqdadır. Lakin ənənəvi vergi sisteminin pozulduğu yüksək inflyasiya şərt-
lərində dövlətin inflyasiya vergisindən faydalanma səyləri inflyasiyanı daha da artı-
racağından bu cür vergi qoyma davam etdirilməsi mümkün olmayan bir üsuldur. 
İnflyasiyanın iqtisadiyyatda sabitliyi pozucu təsirə sahib olması  səbəbi ilə 
inflyasiya vergisinin davam etdirilməsi yerinə inflyasiyadan xilas olmaq üçün vergi 
və  bənzəri gəlirləri artırıcı yöndə  tətbiqlər edilməkdədir. Məsələn, 1989-cu ildə 
Argentinada Carlos Menem iqtidara gəldiyində, inflyasiya ayda 200 % artımla illik 
4923'% lərdə ikən 1995-ci ildə 4%-lərə düşmüşdür. Bu dövrdə vergi qoyma ilə əla-
qədar olaraq alınmış olan tədbirlər belədir: əvvəlcə bütün mal və xidmətlər üzərinə 


Dövlät Maliyyäsi 
 
71 
ƏDV tətbiqi başladılmışdır. Bank əməliyyatları vergiyə tabe tutulmuşdur. Vergi 
gəlirlərini və vergi fəaliyyəti artırıcı tədbirlərin yanında vergi rəhbərliyi gücləndi-
rilmiş, vergi yoxlamaları inkişaf etdirilmişdir. 
İqtisadi baxımdan vergilərin artırılması vergi gəlirlərinin ictimai sektorunda 
xüsusi sektordan daha yaxşı istifadə edilməsinə bağlıdır. Ancaq ictimai sektor vergi 
yığmaq və vergi gəlirlərini daha yaxşı istifadə etmək üzrə qurulmuş təşkilatlar ol-
madığından, vergi və bənzəri gəlirlərdə bir sərhəd olmalıdır. Bu sərhəd fizyokrat-
larca vergi ödəyicilərinin fərdi gəlirinin 20 % -ini aşa bilməz şəklində ikən, müasir 
iqtisadçılardan Kolin Klarka görə vergi gəlirləri milli gəlirin 25%-ni keçə bilməz 
şəklindədir. Bu sərhədlər elmi əsaslardan çox təcrübəyə söykənən nisbətlərdir. Bu 
mövzuda ümumi dəqiq bir nisbət yoxdur. Ancaq vergiqoymada meydana gələcək 
üst limiti iqtisadiyyatların inkişaf səviyyəsinə bağlıdır. Bu tavan inkişaf etmiş öl-
kələrdə yuxarı olarkən, az inkişaf etmiş ölkələrdə aşağıdır. 
4.8.2. EMİSSİYA 
Büdcə kəsirlərinin maliyyə faktorunun bir yolu da emissiyadır. Yəni pul tələbi-
nin artırılmasıdır. Pul tələbinin artırılması ilə  əldə edilən gəlir “senyoraj” gəliri 
olaraq adlandırılmaqdadır. Kəsirlərin pullaşdırılması Mərkəzİ bank tərəfindən real-
laşdırılar. Milli bank bir çox ölkələrdə pul siyasətinin, maliyyə sabitliyinin məsu-
ludur.  İqtisadiyyatların içində olduğu vəziyyətə görə bu məsuliyyət çərçivəsində 
pul tələbi artırılıb-azaldıla bilər. 
Milli bankın büdcə kəsirlərini maliyyə etməsi, dövlət sektoruna nağd köçürücü 
əməliyyatlar vasitəsi ilə reallaşır. Bunlar, cari il büdcə öhtəliklərinin müəyyən bir 
nisbətini keçməyəcək miqdarda xəzinəyə avans istifadə etdirmək, dövlət daxili 
borclanma sənədlərini dirək xəzinədən və ya bazardan satın almaq, dövlət müəs-
sisələrinə əlverişli kredit istifadə etdirmək şəklində ola bilər. Milli bankın bu əmə-
liyyatları reallaşdırarkən faydalandığı  mənbələrə (pul çapı, rəsmi ehtiyat norma 
dərəcələrinin artırılması, valyuta ehtiyatlarının istifadə edilməsi kimi) görə bazar-
dakı pul miqdarı dəyişməkdədir. Məsələn, məcburi ehtiyat nisbəti artırılmadan və 
MB-ın kurs ehtiyatları istifadə edilmədən edilən pul artımı bu vasitələrin istifadə 
edilməsi vəziyyətindəki artımdan daha çox olacaq. Çünki bu vasitələr bazara təda-
vül edilən pulun bir hissəsi MB ehtiyatlarına çevrilməkdədir.
30
 
Ancaq tətbiqdə ölkə  rəhbərlikləri kəsirləri bağlamaq üçün inflyasiya dərəcə-
sinin yüksək olduğu vəziyyətlərdə  də emissiya yoluna getməkdə  və inflyasiyanın 
daha da artmasına səbəb olmaqdadırlar. Məsələn, 1980-ci illərdə  İsrail, Boliviya, 
                                                 
30
  Jacop A. Frenkel, “Central-Bank Independence and Monetary Policy”  Central Banking, 
Monetary Policies and the Imlications for Transition Economies, Edited by Mario I. Blejer, 
Marko Skreb, Boston, Kluwer Academic Publishers, 1999, p. 13. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə