Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
18
Freyd şəxsiyyətin inkişafında beş psixi‐cinsi inkişaf dövrləri üzərində
üç mərhələdə araşdırma aparmışdır. Bu dövrlər – oral, anal, fallos, latent
(gizli) və genital dövrlər adlanır.
Birinci mərhələ: Oral (körpəlik dövrü) dövr (0 ‐ 2 yaş): Yeni doğul‐
muş uşaq köməksiz olub, himayəyə ehtiyacı olduğundan, dərhal öz əha‐
təsiylə münasibətlər qurmağa can atır. Qida uşağın əsas tələbatıdır. Buna
görə də uşağın əksər arzuları, maraqları, əməlləri ağız nahiyəsiylə əlaqə‐
dardır. Məhz ona görə də Freyd bu dövr üçün latın dilində ağız mənasını
verən oral sözündən istifadə edir. Oral
dövrdə ilk həzz mərkəzi ağız hissəsidir.
Bəzən uşaq öz tələbatını ödəyə bilmədik‐
də (məsələn, ona əmzik verilmədikdə) qış‐
qırıb ağlamalı olur. Belə davranış uzun
müddət davam etməzsə, özünü sakitləş‐
dirmə vərdişləri aşılayır və qəzəbdən qo‐
runma mexanizmlərini inkişaf etdirir.
4
Amma öz tələbatını ödəyə bilmədikdə onda infantilik, asılılıq keyfiyyəti
formalaşır. Bu isə böyüdükdən sonra özünü konformizm və ya neqativ dav‐
ranış formasında büruzə verir.
İkinci mərhələ: Bu mərhələ cinsi yetişkənliyin başlamasına qədər da‐
vam edir və libido ‐ subyekt adlanır. Bu dövr onunla seçilir ki, uşaq öz
instinktiv tələbatını ödəmək üçün heç bir xarici obyektə ehtiyac hiss etmir.
Freyd bu dövrü narsizm mərhələsi də adlandırırdı. Bu mərhələdə uşaq
özünə nəzər salır, ətrafdakı əşyalardan öz tələbatını ödəmək üçün istifadə
edir. Narsizm özü də bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ (Anal
dövr: 2–3 yaş) üç yaşa qədər davam edir. Bu dövr ayaqyolu təliminin
başlandığı dövrdür. Ayaqyolu təlimini icra edərkən uşağı hazır olmadığı
halda məcbur etmək və ya cəza tətbiq etmək onda iki tip təsirdən birinin
inkişafına səbəb olur.
5
Psixoloji cəhətdən, Freyd deyir ki, uşaqları istəmədiyi şeyə məcbur
etmək olmaz. Belə halda uşağı məcbur edən ananın hərəkətini qınayır. Belə
bir xüsusiyyət gələcəkdə – yeniyetməlik dövründə davakar, hirsli xarakter
kimi özünü büruzə verə bilər. Bu xüsusiyyətə malik olan şəxslər əziyyət‐
vermə, dağıtmaq, əsəbilik, pintilik, səliqəsizlik kimi zahirdən görünən dav‐
ranışları özündə əks etdirə bilər.
4
N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya” (səh. 86)
5
Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan
“Eğitim Psikolojisi” (səh. 139)
Yaş
Freyd
0‐1 yaş
Oral dövr
2‐3 yaş
Anal dövr
3‐6 yaş
Fallos dövr
6‐12 yaş
Latent dövr
12‐20 yaş
Genital dövr
I Fəsil. Yeniyetməlik dövrünə baxış
19
Bir başqa halda, Freyd göstərir ki, ananın təzyiqlərinə və cəzalarına
məruz qalmamaq üçün uşaq nəcisi bağırsaqlarında tutmağa üstünlük verir.
Bu psixoloji təzyiq nəticəsində, uşaq ayaqyolu ehtiyacını ödəməmiş olur.
Bu xarakteri inkişaf etdirən şəxslər yeniyetməlik dövrlərində də hisslərini
büruzə verməkdən qaçan, ifrat tənqidçi, nizam‐intizamlı, əşya və pul yığan,
lakin xərcləməyən bir şəxs kimi formalaşa bilərlər.
6
Fallos Dövr (3–6 yaş): Freydə görə bu dövr cinsi kimliyin əsasının qo‐
yulduğu dövrdür. Uşağın diqqəti tədricən ağız nahiyəsi və anusdan cinsiy‐
yət orqanlarına yönəlir. Bu mərhələdə cinsiyyət orqanları yeni həzz mənbə‐
yinə çevrilir. Oğlan və qızlarda cinsi fərqlər özünü bariz şəkildə göstərir.
Freyd fallos mərhələsini qızlar üçün daha böhranlı hesab edir. Bu mərhə‐
lədə valideynlərlə münasibətdə gərginlik yaranır. Bu, qızlarda anaları, oğ‐
lanlarda isə ataları ilə münasibətdə xüsusilə kəskin şəkildə meydana çıxır.
Uşaq öz həmcinsi olan valideynlərdən həm qorxur, həm də onu əks cins‐
dən olan valideynlərinə qısqanır.
3
Artmaqda olan intellektual fəallıq maraqları ödəmək, təşəbbüs göstər‐
mək, sadə məsələləri həll etmək imkanı verir. Adətən valideynlər müəyyən
çərçivədə bu təşəbbüsü təqdir edir və uşaqda ləyaqət hissini tərbiyə edirlər.
Beləliklə, fallos mərhələ şəxsin özünə qarşı münasibətin formalaşması ücün
mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ anormal keçərsə, narsistik tip
şəxsiyyət formalaşır. Bu tipə qeyri‐yeniyetməlik hissi, ən xırda hadisələrə
qarşı həssaslıq, başqalarının rəyindən hədsiz asılılıq xasdır.
7
Latent (Gizli) Dövr (7–12 yaş): Cinsi maraq və istəklərin gizlədildiyi bu
dövrdə uşaqlar ehtiras və hisslərini nəzarət altında saxlamağa çalışırlar.
Uşaq bir tərəfdən cinsi istək və maraqları olduğunu hiss edəcək, digər
tərəfdən də bu enerjisini başqalarına, insanlararası əlaqələrə və dərs oxu‐
mağa istiqamətləndirəcəkdir. Bu dövrdə uşaqlarda özünə inam hissi art‐
mağa başlayır, dostlar qazanır və bununla əlaqədar cəmiyyətdəki rollarını
öyrənib mənimsəməyə başlayır. Bu dövrdə uşaq özünü, öz cinsinin nüma‐
yəndələri ilə eyniləşdirməyə çalışır. Müxtəlif oyunlarda iştirak edərkən,
qrup daxilində fəaliyyətə xidmət edən müxtəlif rituallar, qaydalar işlənilir.
Qrupdaxili davranış standartlarının ödənilməsi, ünsiyyət vərdişlərinin yax‐
şı mənimsənilməsinə xidmət edir.
8
6
Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan
“Eğitim Psikolojisi” (səh. 139)
7
N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya” (səh. 87)
8
Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan
“Eğitim Psikolojisi” (səh. 140)
Dostları ilə paylaş: |