Müqəddimə
5
haqqında mühüm məlumatlar verilmiş, uşaq və yeniyetmələrə fərdi ya‐
naşma tərzi konkret nümunələrlə göstərilmişdir. Kitabda əksini tapan uşaq‐
lıq və yeniyetməlik dövrlərinə aid olan psixoloji aspekli müxtəlif baxışlar
oxucunun bu mövzular ətrafında daha geniş məlumata sahib olmasına
kömək edir. Bundan əlavə, yeniyetməlik dövrünə keçiddə baş verən psixo‐
loji problemlər, habelə bu sahədə yaranmış çatışmazlıqlar haqqında elmi
əsərlər yazmış bir çox alimlərin nəzəriyyələrindən, tədqiqatlarından bəh‐
rələnərək gəldiyim müəyyən qənaətlər də kitabda öz əksini tapmışdır. Uzun
illər ərzində pedaqoji və psixoloji‐sosial sahədə fəaliyyətimdən və elmi araş‐
dırmalarımdan əldə etdiyim nəticələri də bu kitabda sizlərlə paylaşmışam.
Həmcinin insanların psixi sağlamlığının formalaşdırılması, qorunması
və möhkəmləndirilməsi, müəyyən psixi xəstəliklərin qarşısının alınması
yollarını da kitabda qeyd etməyə çalışmışam. Təlim və tərbiyəyə ayrılmış
fəsillər valideynlər və müəllimlər üçün xüsusilə faydalı ola bilər. Kitabın bu
hissəsində ailə‐uşaq tərbiyəsində valideynin məsuliyyəti xüsusilə ön plana
çəkilmişdir.
Şərq və Qərb, eləcə də Azərbaycan psixoloq alimlərinin müxtəlif möv‐
zulardakı fikirlərinin müqayisəli şəkildə qeyd olunması ilə kitab daha də‐
yərli hala gəlmişdir.
Kitabın hazırlanmasında dünya şöhrətli müxtəlif psixoloq alimlərin
kitablarından da istifadə edilmişdir. Türkiyənin İstanbul Universitetinin
müəllimlərindən dosent Gül Şendilin “Çocuk, Ergen və Anne Baba”,
dosent Tevfika Tunaboylu İkizin “Psikanaliz Konuşmaları”, İnönü Univer‐
sitetinin müəllimlərindən dosent Alim Kayanın “Eğitim Psikolojisi” və Jean
Piajenin “Child Conception of the World” kitablarından istifadə edilmişdir.
Bu əsərdə, əsasən, Azərbaycan, Türkiyə və Qərb alimlərinin (Ş. Dədəyev, R.
Əliyev, M. Həmzəyev, Ə. Ağayev, S. Seyidov, Ə. Əlizadə, K.Kərimov, Ə.
Bayramov, B. Əliyev, Ə.Qədirov, İ. E. Özgüven, M. Bozdağ, E. Güngör, J.
Piaje, B. Rogers, S. E. Taylor, D. Sears, V. Quinn, P. Rice və s.) uşaq və ye‐
niyetmələrin inkişaf dövrləri ilə bağlı apardıqları araşdırmalara istinad
edilmişdir. Onu da xatırladaq ki, kitabda istifadə olunan qaynaqların və
ədəbiyyatların real həyatda olan psixoloji problemlərin həlli istiqamətində
daha dolğun və aydın, eləcə də dəyərli fikirlərin formalaşmasındakı rolu
təkzibedilməzdir.
Burada yer alan mövzuların qabaqcıl ölkələrin aparıcı psixoloqlarının
təcrübə və nəzəriyyələrinə əsaslanması ümid etməyə əsas verir ki, kitab
cəmiyyətimizdə gedən dünyaya inteqrasiya prosesinə öz müsbət bəhrəsini
verəcək və onun inkişaf etmiş cəmiyyətlər sırasına daxil olması üçün daha
yaxından köməklik göstərəcəkdir.
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
6
Bu vəsait valideynlər, tərbiyəçilər, psixoloqlar, ali məktəb tələbələri və
ümumiyyətlə, geniş oxucu kütləsi üçün dəyərli bir qaynaqdır.
Kitab həm də yeni ailə həyatı quran, yeni övlad sahibi olan gənclərə
övlad böyütməkdə “Yol xəritəsi” olma kimi istiqamətləndirici funksiyanı
yerinə
yetirə bilər.
Kitabın ərsəyə gəlməsində dəyərli məsləhət və tövsiyələri ilə köməklik
göstərən Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsinin mü‐
diri, filologiya elmləri doktoru, prof. Akif Hüseynliyə, Təhsil Problemləri
İnstitutunun şöbə müdiri, psixologiya elmləri doktoru, prof. Ramiz Əliyevə,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, ümumi psixologiya kafedrasının
müdiri prof. Əbdül Əlizadəyə, psixologiya elmləri doktoru, prof. Kərim
Kərimova, İstanbul Universiteti psixologiya fakultəsi, inkişaf psixologiyası
bölməsinin rəhbəri, psixoloq dos. dr. Gül Şəndilə və İstanbul Universiteti
ədəbiyyat bölməsi, psixoloq dos. dr. Tevfika Tunaboyluya təşəkkürlərimi
bildirirəm. Qafqaz Universitetinin müəllim və əməkdaşlarından ‐ Rəfiqə
Zeynalovaya, Nailə Əsgərə, Ceyhun Mikayılova, Sahib Kazımova, Heydər
Abdullayevə, Azadə Həşimovaya, Reyhanə Səlimovaya, Afər İbrahimova
və aşağıda adları çəkilən bir qrup tələbə heyətinə ‐ Anar Məhərrəmliyə,
Aytən Əhmədovaya, Ayaz Əsədova, Qafur Abbasova, Çingiz İbrahimova,
Bahar Mustafayevaya, Elçin İbrahimova, Nəzərli Turala, Azər Məhərrəmova,
Əhməd Əhmədova, Qiyas Hüseynova, Fuad Məmmədova, Könül Hacıye‐
vaya, Nailə Mehdiyevaya, Şahnaz Qocayevaya, Tünzalə Əliyevaya, Xalid
Nuriyevə, Elvin Rəhimova, Xədicə İsmayılovaya, Kəmalə Soltanovaya,
Təranə Nərimanovaya, Güllü Bayramovaya, Xəyyam Namazova, Yasəmən
Səfərliyə və Qədir Zeynalova kitabın hazırlanması və tərtibatındakı yardım‐
larına görə, eləcə də kitabın rəsm işlərində göstərdiyi köməkliyə görə
Qafqaz Universitetinin tələbəsi Zaur Abbasova öz dərin təşəkkürlərimi
bildirirəm.
Hüseyn Xəlilov
7
Kitab haqqında ...
Hər şey özümüzdən asılıdır; gələcəyimiz bu günümüzdən, övladımız
tərbiyəmizdən, şagird və tələbələrimiz təhsilimizdən. Bir sözlə, sabahın tə‐
məli bu günün necə qoyulmasından asılıdır.
Bütün hallarda mərkəzdə sabahın qurucusu olan uşaq durur. Hər şey
bu uşağın mənəviyyatını istiqamətləndirən psixologiyasından asılıdır.
Çünki bu gün yaxşı tərbiyə olunmuş gənc sabah cəmiyyəti qabağa
aparan liderdir. Həmin lideri yetişdirməksə birbaşa psixologiya elmi ilə
əlaqəlidir. Bu mənada həmin liderləri yetişdirən valideynlərin üzərinə
bilavasitə məsuliyyət düşür. Əgər valideynlər sosial‐psixoloji cəhətdən
məlumatlı olsalar, uşaqlarla fərdi münasibət asan və daha faydalı şəkildə
həyata keçirilə bilər.
“Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri” kitabı
uşaq və yeniyetmələrin psixoloji xüsusiyyətlərindən bəhs edir. Bu kitabın
olduqca çətin bir sahəni əhatə etdiyini nəzərə alsaq, yazar üçün böyük
fədakarlıq tələb olunduğu aydın olur. Məhz bu məsuliyyətli işi üzərinə
götürən, onun ərsəyə gəlməsi üçün bir çox araşdırmalar aparan Hüseyn
Xəlilov yazılmış kitabla üzərinə böyük məsuliyyət götürür. Bu mənada
onun əməyini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm.
Burada yer alan mövzuların qabaqcıl ölkələrin aparıcı psixoloqların
təcrübəsinə və nəzəriyyəsinə əsaslanması onu göstərir ki, kitab cəmiyyə‐
timizdə gedən inteqrasiya proseslərini daha da sürətləndirəcək və onun in‐
kişaf etmiş cəmiyyətlər sırasına daxil olması üçün böyük köməklik göstə‐
rəcəkdir.
Prof. Ə. Ə. Əlizadə
Pedaqoji universitetin ümumi
psixologiya kafedrasının müdiri
23.11.2009
Dostları ilə paylaş: |